24
üçü kənara çəkildi. Lakin başqaları kömək etdiyi üçün bu üç nəfərə ehtiyac
duyulmadı.
Imam Təyy məntəqəsinə çatdıqda bizim qəbilədən bir dəstə adam ona
qoşuldu. Yolda Təlhə və Zübeyrin Bəsrəyə getməsini öyrəndi və bir dəstə
adamı Kufəyə göndərdi. Kufəlilər də o həzrətin dəvətini qəbul edərək
Bəsrəyə tərəf yola düşdülər. Bəsrədə baş verən müharibədə şəhər onun
ixtiyarına keçdi. Sonra Kufəyə yola düşdü. Bu şəhərdə səs-küy başlandı,
qoca-cavan, uşaq-böyük–bütün əhali onu qarşıladı. Hal-hazırda Əli
Kufədədir və Şamı fəth etməkdən başqa bir fikri yoxdur.
Xəfafın sözləri sona çatdıqda Müaviyənin canına üşütmə düşdü. Habis
Müaviyəyə dedi:–Əmioğlum Xəfaf mahir bir şairdir. O, müzakirə etdiyimiz
hadisələr barəsində mənim üçün bir şer oxuyaraq mənim Osman barədə olan
fikrimi
tamamilə dəyişdirmiş, Əlinin əzəmətindən mənə anlatmışdır.
Müaviyə həmin şerləri onun üçün də oxumasını istədi. Xəfaf çox dolğun
mənalı və dərin məzmunlu şerlərini oxudu, şeri dinlədikdən sonra
Müaviyənin halı pozuldu və Habisə dedi:–Çox güman ki, bu kişi Əlinin
casusudur. Tez onu Şamdan çıxart!
Amma sonradan onu bir daha öz yanına çağırıb, camaatın ümumi
vəziyyəti barədə məlumat verməsini istədi. O, vəziyyəti və baş vermiş
əhvalatları daha geniş şəkildə ona söylədi. Müaviyə onun dahiliyi və
qabiliyyəti önündə heyrətləndi.
1
SƏHABƏ ÖVLADLARINDAN KÖMƏK ISTƏMƏK
Imam (ə) təqva, pərhizkarlıq, islam yolunda müşriklərə qarşı mübarizə
kimi məsələlərdə xalq arasında misilsiz mövqeyə malik idi. Müaviyə xalq
arasında hörmət qazanmaq üçün Peyğəmbər (s)-in bəzi səhabələrini və
onların övladlarını öz ətrafına yığmağa çalışırdı. O, Übeydullah ibni Ömərin
Əli (ə)-ın ədalətindən qaçaraq Şama gəlməsindən xəbər tutan kimi
sevincindən yerə-göyə sığmırdı. (Übeydullah ibni Ömər Hürmüzanı
öldürdüyünə görə Əli (ə) ondan qisas almaq istəyirdi).
2
Buna görə də öz
müşaviri Əmr As ilə əlaqə yaradıb, Übeydullahın gəlişini ona təbrik dedi və
elə təsəvvür etdi ki, onun kimi adamları öz başına yığmaqla Şam mülkünü
əlində saxlaya bilər.
3
Hər ikisi qərara aldılar ki, Übeydullahı çağırsınlar, minbərə çıxıb Əli
barəsində nalayiq sözlər deməsini ondan xahiş etsinlər. Übeydullah məscidə
daxil olanda Müaviyə ona dedi:–Qardaşoğlu, sənin adın atan Ömər ibni
Xəttabın adı ilə eynidir. Ayıq ol və var-gücünlə danış. Sən camaat arasında
mötəbər bir şəxsiyyət sayılırsan. Minbərə çıxıb Əlini söy və camaata de ki,
Osmanı Əli öldürmüşdür.
Əli (ə)-ın yüksək əzəmət və məqamını azaltmaq üçün hətta xəlifələrin
oğlanlarını belə çirkin və yaramaz işlərə vadar edən, yaramaz əməl və fitnə
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 1-ci cild, səh.110-122; səh.
"Vəqətu-Siffeyn", səh.64-66
2
"Kamil" (Ibni Əsir) 3-cild, səh.40; "Tarixi-Təbəri", 5-ci bölmə, səh.41-42
3
"Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.92