15
razılığını əldə edə bilsin. O, Şamın ətraf məntəqələrinə təbliğatçı dəstələr
göndərməklə Əli (ə)-ı camaata pis bir insan kimi tanıtdırdı, onların xilafətə
və Rəsuli-Əkrəm (s)-in canişininə bəslədikləri məhəbbətdən öz şəxsi
mənafeyi üçün istifadə etdi. Bununla da kifayətlənməyib Şamın xalq
kütlələri arasında zahid kimi tanınan və xüsusi nüfuza malik olan Şərhbili
Imam (ə)-ın müxalif cəbhəsinə keçirtdi. Bu aldanmış zahid Əli (ə)-la
müharibə etmək üçün elə ciddi-cəhdlə çalışırdı ki, hətta əgər Müaviyə geri
çəkilsəydi belə, o sadəlövh Şam camaatını Imam (ə)-a qarşı səfərbər edə
bilərdi.
Müaviyə bu şeytani sövdələşmələri ona görə həyata
keçirə bildi ki, Imam
(ə)-ın nümayəndəsi Cərir öz vəzifəsini yerinə yetirən zaman Müaviyənin
sözlərinə aldandı və Imam (ə)-ın fəsadın kökünü kəsmək üçün hər hansı bir
qərara gəlməsini təxirə saldı. O, Imam (ə)-ın yanına qayıdanda artıq
Müaviyə islam ölkələrinin böyük bir hissəsini Imam (ə)-ın əleyhinə səfərbər
etmişdi, Osmanın qatillərindən intiqam almaq hissi onların vücudlarında yer
açmışdı. Belə ki, onların nəzərində Əli (ə) qatillərin başçısı idi.
MÜAVIYƏNIN AXIRINCI TƏDBIRI
Müaviyə son fürsətlərdə Imam (ə)-ı sınamaq, yəni Imam (ə)-ın
doğrudanmı onu (Müaviyəni) vəzifədən azad etmək qərarına gəlib-
gəlmədiyini bilmək istəyirdi. Buna görə də Cəririn evinə gedib dedi:–Təzə
bir fikrim var: dostuna yaz ki, Şam hökumətini və Misrin vergisini mənə
versin və əcəlimin vaxtı gəlib çatanda heç kimə beyət etməyi mənim
boynuma qoymasın. Bu halda mən ona təslim olar və onun hökumətini
yazılı şəkildə təsdiq edərəm.
1
Imam (ə)-ın nümayəndəsi dedi:–Sən məktubunu yaz, mən də onu təsdiq
edərəm.
Məktublar yazıldı və bir qasid hər iki məktubu Kufəyə apardı.
Müaviyənin məktubu ərəb qəbilələri arasında tanınmışdı. Onun bu cür
məktubları yazdığı üçün Vəlid ibni Üqbə kimi həmfikirlərindən bir qrupu
onu tənqid etdi. Vəlid Müaviyəyə bir şerdə belə yazdı:
"Əlidən elə bir şey istədin ki, heç vaxt ona nail olmayacaqsan.
Nail olsan da, bir neçə gecədən artıq sənin əlində qalmayacaq."
2
Vəlid ibni Üqbə bu şerin ilk misrasında düz fikir söyləmişdi, çünki Əli
(ə) heç vaxt batil əsasında rəftar edib, onunla barışıq etməzdi. Lakin şerinin
ikinci misrası tamamilə səhvdir, çünki, qeyri-mümkün bir fərzlə, əgər Əli
(ə)-ın sülh yolunu seçməsi məsləhət olsaydı, heç vaxt onu pozmazdı. Bunun
nümunəsini "həkəmeyn" məsələsində, Imam (ə) öz əhdinə sadiq qalacağını
aşkar şəkildə söylədiyi vaxt aydın şəkildə görmək olar.
Müaviyə Əli (ə)-ı Vəliddən yaxşı tanıyır və bilirdi ki, hər iki halda
1
1 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.84; "Vəqətu
Siffeyn", səh.52
2
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.84; "Vəqətu Siffeyn",
səh.53
16
hadisənin gedişi onun xeyrinədir. Çünki əgər Əli (ə) hökuməti ona versəydi,
davamlı və qəm-qüssəsiz bir hökumət ona nəsib olacaqdı. Əgər belə
etməsəydi, Müaviyə Hicaz və Iraqın ayağa qalxmış əhalisinin qanını tökmək
üçün ciddi hazırlaşacaqdı.
Buna görə də, məsələni yubatmaq və Imam (ə)-ın nümayəndəsini Şamda
gecikdirməyin özü bir növ Müaviyənin xeyrinə tamam olurdu, çünki, o öz
döyüşçü qüvvələrini artırıb Əli (ə)-la döyüşmək üçün daha çox hazırlıq
aparırdı.
IMAM (Ə)-IN ÖZ NÜMAYƏNDƏSINƏ CAVABI
"...Müaviyənin məqsədi budur ki, mənə beyət etməsin, nəticədə öz
istədiyi yolu seçsin. O səni gecikdirib Şam əhalisinin müharibəyə hazır olub-
olmamasını yoxlamaq istəyir. Mənim Mədinədə olduğum ilk günlərdə
Müğeyrə ibni Şöbə belə bir təklif irəli sürmüş və demişdi ki, Müaviyəni öz
vəzifəsində saxlayım, lakin mən qəbul etmədim. Allah mənə elə bir günü
göstərməsin ki, yolunu azmış şəxsləri köməyə götürəm. Əgər beyət etsə
(onda heç), əks halda mənim yanıma qayıt."
1
Imam (ə) bu məktubda Müaviyənin məqsədlərindən birinə işarə etmişdir,
belə ki, o, bu təklifi irəli sürməklə "vaxtı dayandırmaq" siyasətini icra
etməyə təşəbbüs göstərmiş, məktubun göndərilib cavabının gəldiyi
müddətdə öz döyüş hazırlığını artırmaq istəmişdir ki, əgər Imam (ə)-ın
cavabı mənfi olsa, (elə belə də olmalı idi) daha böyük bir qüvvə ilə
müharibəyə girişsin.
CƏRIR MÜAVIYƏ ILƏ SAZIŞ BAĞLAMAQDA
TƏQSIRLƏNDIRILIR
Cəririn Şamda yubanmasına görə Iraq camaatı onu düşmənlə
sazişkarlıqda müttəhim etməyə başladı. Camaat arasında yaranan söz-söhbət
Imam (ə)-a çatdıqda, buyurdu: "Yenidən bir məktub yazıram və onun Şamda
qalmasına son qoyuram. Əgər bundan sonra da Şamda qalsa, onda ya
aldanmış, ya da bizim fərmanımıza etina etməyib müxalifətə başlamışdır."
Imam (ə)-ın Cərirə yazdığı məktub belə idi:
"... Mənim məktubum sənə çatan kimi Müaviyəni qəti bir fikir
söyləməyə vadar et, onu köç etdirən və döyüşçülərin sərgərdan qalmasına
səbəb olan bir müharibə və xaredici təslim olmaqdan ibarət olan iki yoldan
birini seçməkdə ixtiyarlı et. Əgər müharibəni seçsə, mövcud olan hər növ
əhd-peymanı və amanı
ondan götür, əks halda isə ondan beyət al."
2
Cərir Imam (ə)-ın məktubunu alan kimi onu Müaviyəyə oxudu, sonra
dedi:–Bir adamın qəlbi günahın çoxluğu nəticəsində qapanıb bərkisə, tövbə
etməklə açılar. Mən də sənin qəlbinin bağlandığını fikirləşirəm. Haqq ilə
batil arasında qərar tutmusan və başqasının əlində olan bir şeyə göz
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.84; "Vəqətu Siffeyn",
səh.52.
2
"Vəqətu Siffeyn", səh.55; "Nəhcül-bəlağə", 8-ci məktub