54
Şibs ibni Ribi və Ziyad ibni Həfsə dedilər:–Biz sülh yaratmaq üçün
gəlmişik, sən isə bizim üçün məsəl çəkirsən. Lazımsız sözlərdən keç. Elə bir
şey de ki,
həm sənə, həm də bizə faydası olsun.
Yəzid ibni Qeys dedi:–Biz peyğam çatdırmaq və bir xəbər aparmaq üçün
gəlmişik. Birliyə səbəb ola biləcək məsələləri söyləməkdən, öyüd-nəsihət
verməkdən, dəlil-sübut deməkdən əsla çəkinmərik. Sən bizim imamımızı
tanıyırsan. Müsəlmanlar da onun fəzilətini bilirlər. Bu iş heç sənin üçün də
gizli deyildir. Dindar və fəzilətli şəxslər heç vaxt səni Əliyə tay-bərabər
hesab etməzlər. Allahdan qorx və Əli ilə müxalifət etmə! And olsun Allaha,
Əlidən daha təqvalı, zöhdlü və bütün fəzilətlərə malik olan bir kəs
tanımıram!
Müaviyə dedi:–Siz məni iki şeyə dəvət etdiniz: Əliyə itaət etmək və
birliyi qorumaq. Ikincini qəbul edirəm, lakin Əliyə itaət etməyi heç vaxt
qəbul etmərəm. Sizin rəhbəriniz bizim xəlifəni öldürmüş, ümmətdə ixtilaf
yaratmış və xəlifənin qatillərinə azadlıq vermişdir. Əgər o, xəlifəni
öldürmədiyini fikirləşirsə, biz də onun bu fikrini rədd etmirik. Lakin
xəlifənin qatillərinin onun dostlarından olmasını inkar etmək olarmı?! O,
qatilləri bizə qaytarsın ki, qisas alaq. Bundan sonra sizin dediyiniz itaət və
birliyə müsbət cavab verərik.
1
MÜAVIYƏNIN CAVABININ TƏHLILI
Müaviyə dəlil gətirərkən vahid bir mövqe seçmir, hər dəfə şəraitə uyğun
şəkildə danışırdı. Bəzən Imam (ə)-ın qatil olmasına israr edirdi. Amma bu
dəfəki danışıqlarda Osmanın qətlində o həzrətin şərik olmadığını qəbul etdi.
Lakin Imam (ə)-ın xəlifənin qatillərini ona təhvil verməsinə dair israr edirdi.
Halbuki onun belə bir məsələni (intiqam almağı) irəli çəkməyə heç bir
səlahiyyəti yox idi. Çünki o nə xəlifənin varisi idi, nə də müsəlmanların
hakimi. "Qatillər təhvil verilməlidir" deyə təkid etməkdə məqsədi yalnız
Imam (ə)-ın ordusunda ikitirəlik yaratmaq idi. O bilirdi ki,
xəlifənin zülmkar
məmurlarının əlindən cana gələn və xəlifənin qətlindən sonra Əli (ə)-la
beyət edən Iraq, Misir və Hicaz inqilabçıları elə xəlifənin qatilləridir. Bu
böyük qrupu tutub təhvil vermək qeyri-mümkün bir iş olmaqla yanaşı,
dövlətin süqut etməsindən, qiyamların baş qaldırmasından başqa bir nəticəsi
də olmayacaqdı. Müaviyə bu müzakirələrdə xəlifənin qatillərinin təhvil
verilməsini özünün mərkəzi hökumətə tabe olması üçün kafi hesab edirdi.
Halbuki öz sözlərinin birində israr edirdi ki, hakimiyyət məsələsi hökmən
müxtəlif məntəqələrdə yaşayan ənsar və mühacirdən təşkil olunan şura yolu
ilə həll edilməlidir. Bu cür ziddiyyətli sözlər onun hər bir şəraitə uyğun
olaraq öz fikrini dəyişməsinə aşkar dəlildir.
Indi isə Müaviyənin Əli (ə)-ın nümayəndələri ilə apardığı müzakirənin
davamını qeyd edirik. Şibs ibni Ribi dedi:–Ey Müaviyə, səni and verirəm bir
olan Allaha, əgər Əmmar Yasiri sənə versələr, onu öldürərsənmi? Halbuki
Peyğəmbər (s) Əmmarın barəsində "Onu ən zülmkar qövm öldürəcəkdir" -
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), -ci cild, səh.21-22; "Vəqətu-
Siffeyn", səh.196; "Tarixi-Təbəri", -cı cild, səh.2-3