151
köməyi ilə dini möhkəm saxlayır, itaətsizlik edənlərin təkəbbürlərini
kökündən kəsir, qorxulu boşluqları doldururam. Mən Məhəmməd ibni
Əbi Bəkri Misrə vali göndərmişdim, lakin bəziləri ona qarşı itaətsizlik
etmişlər, o da cavan və təcrübəsiz olduğuna görə onlara qələbə çala
bilməmişdir. Etimad etdiyin bir adamı özünə canişin seçib, təcili olaraq
özünü bizə yetir, görəcəyin işləri araşdıraq."
Imam (ə)-ın məktubu Malikə çatan kimi Şəbib ibni Amiri öz yerinə
qoydu və Imam (ə)-ın yanına gəldi, Misrin iğtişaşlı vəziyyətindən agah oldu.
Imam (ə) ona buyurdu:
"Tez bir zamanda Misrə tərəf hərəkət et, bu iş üçün
səndən başqa heç kimim yoxdur. Mən səndə olan əql və agahlığa görə
daha heç nə tövsiyə etmirəm. Təchizat üçün Allahdan kömək istə, sərtliklə
mülayimliyi bir-birinə qat. Mümkün qədər mülayim rəftar et və sərtlikdən
başqa bir yol olmadıqda öz gücünü işə sal."
Imam (ə)-ın tərəfindən Malikin Misrə göndərilməsi xəbəri Müaviyəyə
çatanda dəhşətə gəldi. Çünki o, çoxdan bəri Misrə göz dikmişdi və bilirdi ki,
əgər Malik Misrə hakim olsa, oranın vəziyyəti (Müaviyə üçün) Məhəmməd
ibni Əbi Bəkrin zamanındakından qat-qat pis olacaq. Buna görə də çarə
fikirləşdi, vergi verənlərin birinin əli ilə, həm də onu vergidən azad etmək
qiymətinə Malikin qətlinin zəminəsini hazırladı. Misir əhalisi Imam (ə)-dan
xahiş etdilər ki, tez bir zamanda başqa bir vali təyin etsin. Imam (ə) onlara
belə cavab yazdı:
"Allahın bəndəsi Əmirəl-möminin Əliyyibni Əbi Talib
tərəfindən Misir müsəlmanlarına. Salam olsun sizə. Tək olan Allaha
həmd-səna edirəm. Sizin üçün elə bir adam göndərirəm ki, qorxulu
günlərdə onun gözlərinə yuxu getməz, təhlükəli anlarda heç vaxt
düşməndən qorxmaz və kafirlərə qarşı oddan da şiddətlidir. O, Məzhəc
qəbiləsindən olan Harisin oğlu Malikdir. Onun sözlərinə qulaq asın, haqq
ilə uyğun olduğu hər yerdə əmrlərinə itaət edin. O, Allahın (siyirilmiş)
qılınclarından biridir, heç vaxt kütləşməz, vurduğu zərbə boşa çıxmaz.
Əgər düşmənə tərəf hərəkət əmrini versə, hərəkət edin, dayanmağı əmr
etsə, dayanın. Onun əmri mənim əmrimdir. Mən onu Misrə göndərməklə,
sizə qarşı olan xeyirxahlığıma və düşmənlərinizə qarşı olan sərtliyimə görə
sizi özümdən qabağa saldım."
1
Imam (ə)-ın seçdiyi təzə vali lazım olan vəsaitləri tədarük görüb hərəkətə
başladı, "Qistat"ın
2
iki mənzilliyində yerləşən "Qulzum"
3
adlı qəsəbəyə
çatanda oranın əhalisindən olan bir kişinin evinə qonaq düşdü. O kişi
göstərdiyi xoş xidmətlərə görə Malikin etimadını qazandı və nəhayət onu
zəhər qatılmış bal şərbəti ilə zəhərlədi. Beləliklə də Allahın kəsici qılıncı
əbədi olaraq öz qınına girdi: o, öz canını Allaha tapşırdı.
O, 38-ci hicri ilində Qulzumda can verdi və elə orada da dəfn edildi.
Aydındır ki, Malikin qonaq olduğu ev sahibi tanınmış adamlardan imiş və
1
"Əl-ğarat", -ci cild, səh.260; "Nəhcül-bəlağə", 38-ci məktub
2
Iskəndəriyyənin yaxınlığında bir şəhərdir.
3
Yəmən dənizinin sahilində (Misir tərəfində) bir şəhərdir, oradan Misirə qədər
üç günlük yoldur.
152
əvvəldən Malikin düşməni–Müaviyə tərəfindən alınmışdı.
1
Bəzi tarixçilər
onun şəhadətini daha geniş, həmçinin başqa cür yazaraq qeyd etmişlər ki,
Müaviyə Imam (ə)-ın Maliki Misrə vali təyin etmək barəsindəki qərarından
agah olanda Qulzumdakı nüfuzlu adamlardan birinə dedi ki, nə yolla olursa
olsun, Maliki aradan götürsün. Əgər belə edərsə, Misri ələ keçirəndən sonra
onu vergidən azad edəcəkdir. Müaviyə bu işlə kifayətlənməyib camaatın
ruhiyyəsini gücləndirmək və öz tabeçililərinin Allah yolunda hərəkət
etmələrini (!) isbat etmək üçün Şam əhalisinə dedi ki, müntəzəm surətdə
Maliki qarğışlayıb Allahdan onu məhv etməsini istəsinlər. Çünki Malikin
öldürülməsi şamlıların sevincinə və öz rəhbərlərinə daha çox etimad
etmələrinə səbəb olardı.
Malik Qulzuma çatdıqda Müaviyənin məmuru onu öz evinə dəvət edib
özünü Əli (ə)-ın dostu kimi göstərdi, onun etimadını qazanmaq üçün dedi ki,
qonaqlıq xərclərini vergi pulundan hesab edəcəkdir. O, Malik üçün geniş bir
süfrə açdı və süfrəyə çoxlu zəhər qatılmış bal şərbəti qoydu, çox keçmədən
Maliki şəhid etdi.
Malikin ölüm xəbəri Müaviyəyə çatanda minbərə çıxıb dedi:–"Ey
camaat! Əbu Talibin oğlunun iki qüdrətli əli var idi, onlardan biri (Əmmar
Yasir) Siffeyndə, biri isə (Malik Əştər) bu gün kəsildi."
2
BƏZILƏRINI
AĞLADAN,
BƏZILƏRINI
ISƏ
SEVINDIRƏN BIR ÖLÜM
Malikin şəhid olması şamlıları sevindirmişdi, çünki onlar Siffeyn
müharibəsindən etibarən ürəklərində ona qarşı kin bəsləyirdilər.
Amma onun
şəhadət xəbəri Əli (ə)-a çatanda uca səslə ağlayıb buyurdu:
"Ey Malik,
gərək sənin kimilərə növhə deyən arvadlar ağlasın! (Sonra buyurdu:)
Malikin misli haradadır?!" Sonra minbərə çıxıb sözlərini belə başladı:
"Biz
Allahdanıq və Ona tərəf qayıdacağıq. Həmd-səna dünyaların Pərvərdigarı
olan Allaha layiqdir. Pərvərdigara, mən Əştərin müsibətini Sənin yolunda
hesab edirəm, çünki, onun ölümü ruzigarın böyük müsibətlərindəndir.
Allah Malikə rəhmət etsin! O, öz əhdinə vəfa edib ömrünü sona çatdırdı və
Pərvərdigarının görüşünə getdi. Biz Peyğəmbərdən sonra özümüzü hər bir
müsibətə qarşı səbir etməyə hazırlamışdıq, bununla belə deyirik ki,
Malikin müsibəti ən böyük müsibətlərdəndir."
Füzeyl deyir: "Malikin şəhadət xəbəri Əli (ə)-a çatanda onun hüzuruna
getdim. Gördüm ki, ardıcıl olaraq təəssüflənib deyir:
"Allah Malikə əcri-
xeyir versin! Necə bir şəxsiyyət idi! Əgər Malik dağ olsaydı, misilsiz bir
dağ idi və əgər daş olsaydı, möhkəm bir daş idi. Malik, Allaha and olsun,
sənin ölümün bir dünyanı lərzəyə gətirdi, bir dünyanı isə sevindirdi. Malik
kimilərə gərək novhəçi arvadlar ağlasın. Məgər Malikin tayı vardımı?"
(O, sonra əlavə edib deyir:) Əli (ə) hey təəssüflənirdi, bir neçə gün qəm-
qüssənin izi onun üzündə görünürdü."
1
"Tarix" (Ibni Kəsir), 7-ci cild, səh.312
2
"Kamil" (Ibni Əsir) 3-cü cild, səh.352; "Tarixi-Təbəri", 4-cü cild, səh.72; "Əl-
ğarat", 1-ci cild, səh.264