On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ


köməyi  ilə  dini  möhkəm  saxlayır,  itaətsizlik  edənlərin  təkəbbürlərini



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə76/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   73   74   75   76   77   78   79   80   81

 
151 
köməyi  ilə  dini  möhkəm  saxlayır,  itaətsizlik  edənlərin  təkəbbürlərini 
kökündən  kəsir,  qorxulu  boşluqları  doldururam.  Mən  Məhəmməd  ibni 
Əbi  Bəkri  Misrə  vali  göndərmişdim,  lakin  bəziləri  ona  qarşı  itaətsizlik 
etmişlər,  o  da  cavan  və  təcrübəsiz  olduğuna  görə  onlara  qələbə  çala 
bilməmişdir.  Etimad  etdiyin  bir  adamı  özünə  canişin  seçib,  təcili  olaraq 
özünü bizə yetir, görəcəyin işləri araşdıraq." 
Imam  (ə)-ın  məktubu  Malikə  çatan  kimi  Şəbib  ibni  Amiri  öz  yerinə 
qoydu və Imam (ə)-ın yanına gəldi, Misrin iğtişaşlı vəziyyətindən agah oldu. 
Imam (ə) ona buyurdu: "Tez bir zamanda Misrə tərəf hərəkət et, bu iş üçün 
səndən  başqa  heç  kimim  yoxdur.  Mən  səndə  olan  əql  və  agahlığa  görə 
daha heç nə tövsiyə etmirəm. Təchizat üçün Allahdan kömək istə, sərtliklə 
mülayimliyi bir-birinə qat. Mümkün qədər mülayim rəftar et və sərtlikdən 
başqa bir yol olmadıqda öz gücünü işə sal." 
Imam  (ə)-ın  tərəfindən  Malikin  Misrə  göndərilməsi  xəbəri  Müaviyəyə 
çatanda dəhşətə gəldi. Çünki o, çoxdan bəri Misrə göz dikmişdi və bilirdi ki, 
əgər Malik Misrə hakim olsa, oranın vəziyyəti (Müaviyə üçün) Məhəmməd 
ibni  Əbi  Bəkrin  zamanındakından  qat-qat  pis  olacaq.  Buna  görə  də  çarə 
fikirləşdi,  vergi  verənlərin birinin əli ilə, həm  də onu vergidən azad  etmək 
qiymətinə Malikin qətlinin zəminəsini hazırladı. Misir əhalisi Imam (ə)-dan 
xahiş etdilər ki, tez bir zamanda başqa bir vali təyin etsin. Imam (ə) onlara 
belə  cavab  yazdı:  "Allahın  bəndəsi  Əmirəl-möminin  Əliyyibni  Əbi  Talib 
tərəfindən  Misir  müsəlmanlarına.  Salam  olsun  sizə.  Tək  olan  Allaha 
həmd-səna  edirəm.  Sizin  üçün  elə  bir  adam  göndərirəm  ki,  qorxulu 
günlərdə  onun  gözlərinə  yuxu  getməz,  təhlükəli  anlarda  heç  vaxt 
düşməndən  qorxmaz  və  kafirlərə  qarşı  oddan  da  şiddətlidir.  O,  Məzhəc 
qəbiləsindən olan Harisin oğlu Malikdir. Onun sözlərinə qulaq asın, haqq 
ilə  uyğun  olduğu  hər  yerdə  əmrlərinə  itaət  edin.  O,  Allahın  (siyirilmiş) 
qılınclarından  biridir,  heç  vaxt  kütləşməz,  vurduğu  zərbə  boşa  çıxmaz. 
Əgər  düşmənə  tərəf  hərəkət  əmrini  versə,  hərəkət  edin,  dayanmağı  əmr 
etsə, dayanın. Onun əmri mənim əmrimdir. Mən onu Misrə göndərməklə, 
sizə qarşı olan xeyirxahlığıma və düşmənlərinizə qarşı olan sərtliyimə görə 
sizi özümdən qabağa saldım."
1
 
Imam (ə)-ın seçdiyi təzə vali lazım olan vəsaitləri tədarük görüb hərəkətə 
başladı,  "Qistat"ın
2
  iki  mənzilliyində  yerləşən  "Qulzum"
3
  adlı  qəsəbəyə 
çatanda  oranın  əhalisindən  olan  bir  kişinin  evinə  qonaq  düşdü.  O  kişi 
göstərdiyi  xoş  xidmətlərə  görə  Malikin  etimadını  qazandı  və  nəhayət  onu 
zəhər  qatılmış  bal  şərbəti  ilə  zəhərlədi.  Beləliklə  də  Allahın  kəsici  qılıncı 
əbədi olaraq öz qınına girdi: o, öz canını Allaha tapşırdı. 
O,  38-ci  hicri  ilində  Qulzumda  can  verdi  və  elə  orada  da  dəfn  edildi. 
Aydındır  ki,  Malikin  qonaq  olduğu  ev  sahibi  tanınmış  adamlardan  imiş  və 
                                              
1
 "Əl-ğarat", -ci cild, səh.260; "Nəhcül-bəlağə", 38-ci məktub 
2
 Iskəndəriyyənin yaxınlığında bir şəhərdir. 
3
 Yəmən dənizinin sahilində (Misir tərəfində) bir şəhərdir, oradan Misirə qədər 
üç günlük yoldur. 


 
152 
əvvəldən  Malikin  düşməni–Müaviyə  tərəfindən  alınmışdı.
1
  Bəzi  tarixçilər 
onun  şəhadətini  daha  geniş,  həmçinin  başqa  cür  yazaraq  qeyd  etmişlər  ki, 
Müaviyə Imam (ə)-ın Maliki Misrə vali təyin etmək barəsindəki qərarından 
agah olanda Qulzumdakı nüfuzlu adamlardan birinə dedi ki, nə yolla olursa 
olsun, Maliki aradan götürsün. Əgər belə edərsə, Misri ələ keçirəndən sonra 
onu  vergidən  azad  edəcəkdir.  Müaviyə  bu  işlə  kifayətlənməyib  camaatın 
ruhiyyəsini  gücləndirmək  və  öz  tabeçililərinin  Allah  yolunda  hərəkət 
etmələrini  (!)  isbat  etmək  üçün  Şam  əhalisinə  dedi  ki,  müntəzəm  surətdə 
Maliki  qarğışlayıb  Allahdan  onu  məhv  etməsini  istəsinlər.  Çünki  Malikin 
öldürülməsi  şamlıların  sevincinə  və  öz  rəhbərlərinə  daha  çox  etimad 
etmələrinə səbəb olardı.  
Malik  Qulzuma  çatdıqda  Müaviyənin  məmuru  onu  öz  evinə  dəvət  edib 
özünü Əli (ə)-ın dostu kimi göstərdi, onun etimadını qazanmaq üçün dedi ki, 
qonaqlıq xərclərini vergi pulundan hesab edəcəkdir. O, Malik üçün geniş bir 
süfrə açdı və süfrəyə çoxlu zəhər qatılmış bal şərbəti qoydu, çox keçmədən 
Maliki şəhid etdi. 
Malikin  ölüm  xəbəri  Müaviyəyə  çatanda  minbərə  çıxıb  dedi:–"Ey 
camaat! Əbu Talibin oğlunun iki qüdrətli əli var idi, onlardan biri (Əmmar 
Yasir) Siffeyndə, biri isə (Malik Əştər) bu gün kəsildi."
2
 
BƏZILƏRINI 
AĞLADAN, 
BƏZILƏRINI 
ISƏ 
SEVINDIRƏN BIR ÖLÜM 
Malikin  şəhid  olması  şamlıları  sevindirmişdi,  çünki  onlar  Siffeyn 
müharibəsindən etibarən ürəklərində ona qarşı kin bəsləyirdilər. Amma onun 
şəhadət  xəbəri  Əli  (ə)-a  çatanda  uca  səslə  ağlayıb  buyurdu:  "Ey  Malik, 
gərək  sənin  kimilərə  növhə  deyən  arvadlar  ağlasın!  (Sonra  buyurdu:) 
Malikin misli haradadır?!" Sonra minbərə çıxıb sözlərini belə başladı: "Biz 
Allahdanıq və Ona tərəf qayıdacağıq. Həmd-səna dünyaların Pərvərdigarı 
olan Allaha layiqdir. Pərvərdigara, mən Əştərin müsibətini Sənin yolunda 
hesab  edirəm,  çünki,  onun  ölümü  ruzigarın  böyük  müsibətlərindəndir. 
Allah Malikə rəhmət etsin! O, öz əhdinə vəfa edib ömrünü sona çatdırdı və 
Pərvərdigarının görüşünə getdi. Biz Peyğəmbərdən sonra özümüzü hər bir 
müsibətə  qarşı  səbir  etməyə  hazırlamışdıq,  bununla  belə  deyirik  ki, 
Malikin müsibəti ən böyük müsibətlərdəndir." 
Füzeyl  deyir:  "Malikin  şəhadət  xəbəri  Əli  (ə)-a  çatanda  onun  hüzuruna 
getdim.  Gördüm  ki,  ardıcıl  olaraq  təəssüflənib  deyir:  "Allah  Malikə  əcri-
xeyir  versin!  Necə  bir  şəxsiyyət  idi!  Əgər  Malik  dağ  olsaydı,  misilsiz  bir 
dağ idi və əgər daş olsaydı, möhkəm bir daş idi. Malik, Allaha and olsun, 
sənin ölümün bir dünyanı lərzəyə gətirdi, bir dünyanı isə sevindirdi. Malik 
kimilərə  gərək  novhəçi  arvadlar  ağlasın.  Məgər  Malikin  tayı  vardımı?" 
(O,  sonra  əlavə  edib  deyir:)  Əli  (ə)  hey  təəssüflənirdi,  bir  neçə  gün  qəm-
qüssənin izi onun üzündə görünürdü." 
                                              
1
 "Tarix" (Ibni Kəsir), 7-ci cild, səh.312 
2
  "Kamil"  (Ibni  Əsir)  3-cü  cild,  səh.352;  "Tarixi-Təbəri",  4-cü  cild,  səh.72;  "Əl-
ğarat", 1-ci cild, səh.264 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə