On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə80/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   73   74   75   76   77   78   79   80   81

 
159 
gəldi.  Yazırlar  ki,  Əli  (ə)  onun  gəlişindən  agah  olduqda  buyurdu: 
"Çatdımı?! Həqiqətdə ondan başqa mənim öhdəmə bir şey qalmamışdır və 
indi də onun vaxtıdır!" 
Ibni  Mülcəm  bir  ay  Əşəs  ibni  Qeysin  evində  qaldı.  Bu  müddət  ərzində 
hər  gün  qılıncını  itiləyir,  qətl  üçün  hazırlaşırdı.  Orada  xəvaricdən  olan 
Qutam  adlı  bir  qızla  qarşılaşdı  və  ona  aşiq  oldu.  Məsudinin  nəql  etdiyinə 
görə Qutam Ibni Mülcəmin əmiqızısı idi, onun atası və qardaşı Nəhrəvanda 
öldürülmüşdü.  Qutam  Kufənin  ən  gözəl  qızlarından  biri  idi.  Ibni  Mülcəm 
onu gördükdə hər şeyi unutdu və rəsmi şəkildə ona elçiliyə getdi.
1
 
Qutam  dedi:–Mən  tam  məmnuniyyətlə  sənə  ərə  getməyə  razıyam,  bu 
şərtlə ki, mənim mehriyyəmi öz istədiyim kimi verəsən. 
Əbdürrəhman dedi:–Məqsədin nədir? 
Qutam  aşiqin  təslim  olduğunu  gördükdə  mehriyyənin  miqdarını 
ağırlaşdırıb  dedi:–Min  dirhəm  pul,  bir  qulam,  bir  kəniz  və  Əliyyibni  Əbi 
Talibin qətli. 
Ibni  Mülcəm  dedi:–Güman  etmirəm  ki,  həm  məni  istəyəsən,  həm  də 
Əlini qətlə yetirməyi mənə təklif edəsən! 
Qutam  dedi:–Çalış,  onu  qəfildən  öldürəsən.  Əgər  onu  öldürsən,  hər 
ikimiz  intiqamımızı  almış  olarıq,  gözəl  həyat  sürərik.  Əgər  bu  yolda 
öldürülsən,  axirət  əcri  və  Allahın  sənin  üçün zəxirə  etdiyi  şeylər  bu  dünya 
nemətlərindən daha yaxşıdır. 
Ibni Mülcəm dedi:–Bil ki, mən Kufəyə yalnız bu iş üçün gəlmişəm!
2
 
Şair  Qutamın  mehriyyəsi  haqda  bir  şer  qoşmuşdur,  onun  tərcüməsi 
belədir: 
"Mən Qutamın mehriyyəsi kimi bir mehriyə görmədim ki
Istər ərəbdən, istərsə də əcəmdən olan bir nəfər onu öz öhdəsinə alsın. 
Onun mehriyyəsi ibarət idi: min dirhəm pul, bir qulam, bir kəniz
Bir də iti qılıncla Əliyyibni Əbu-Talibin qətlə yetirilməsi. 
Heç bir mehriyyə, hərçənd qiymətli olsa da, Əlidən qiymətli
Heç bir cinayət də Ibni Mülcəmin cinayətindən ağır deyil."
3
 
Qutam dedi:–Mən öz qəbiləmdən bir dəstə adamı səninlə göndərəcəyəm 
ki, sənə bu işdə kömək etsinlər.  
Bunu dedikdən sonra Kufə xaricilərindən biri olan Vərdan ibni Mücalidi 
(o  da  Təymür-Rübab  qəbiləsindən  idi)  ona  qoşdu.  Ibni  Mülcəm  Əli  (ə)-ı 
öldürməyi  qərara  alıb Əşcə qəbiləsinin xəvaricindən olan Şəbib  ibni  Bəcrə 
ilə görüşdü və ona dedi:–Dünya və axirət şərafətini qazanmaq istəyirsənmi? 
Şəbib soruşdu:–Məqsədin nədir? 
Dedi:–Əliyyibni Əbi Talibi öldürməkdə mənə kömək et. 
Şəbib dedi:–Anan matəminə otursun! Məgər Peyğəmbər zamanında onun 
xidmətlərindən, fədakarlıqlarından xəbərin yoxdurmu? 
Ibni  Mülcəm  dedi:–Vay  olsun  sənə!  Məgər  bilmirsən  ki,  o,  Allahın 
                                              
1
 "Murucuz-zəhəb", 2-ci cild, səh.423 
2
 "Murucuz-zəhəb", 2-ci cild, səh.423; "Əxbarut-tuval", səh.213 
3
  "Əl-əxbarut-tival",  səh.214;  "Kəşful-ğümmə",  1-ci  cild,  səh.582;  "Murucuz-
zəhəb", 2-ci cild, səh.424 


 
160 
kəlamında  adamların  həkəmiyyətinə  razı  oldu  və  bizim  namaz  qılan 
qardaşlarımızı qətlə yetirdi?! Öz din qardaşlarımızın intiqamını almaq üçün 
onu öldürməliyik!
1
 
Şəbib onunla razılaşdı, Ibni Mülcəm bir qılınc itiləyib ona zəhər yedirtdi, 
sonra Kufə məscidinə gəldi. 
Qutam  Ramazan ayının  13-də, cümə  günü məsciddə etikaf bağlamışdı.
2
 
Onlar Qutamın yanına gedib onunla görüşdülər. Qutam dedi ki, Məcaşe ibni 
Vərdan  ibni  Əlqəmə  də  könüllü  olaraq  sizinlə  həmkarlıq  edəcəkdir. 
Əməliyyat  vaxtı  gəlib  çatanda  Qutam  onların  başlarına  ipək  parça  bağladı. 
Üçü də birlikdə qılınclarını götürüb məsciddə qalan adamlarla birlikdə orada 
qaldılar  və  məscidin  qapılarından  birinin–"Babüssəddə"nin  qarşısında 
oturdular.
3
 
IMAM (Ə) ŞƏHADƏT GECƏSINDƏ 
Imam  (ə)  o  ilin  Ramazan  ayında  daim  öz  şəhadətindən  xəbər  verirdi. 
Hətta ayın orta günlərindən birində minbərdə əlini mübarək saqqalına çəkib 
buyurmuşdu: "Ən bədbəxt şəxs bu tükləri başımın qızıl qanı ilə boyayacaq. 
(Sonra buyurdu:) Ayların şahı olan Ramazan ayı gəlib çatmışdır. Bu ayda 
hökumətdə  dəyişiklik  əmələ  gələcək.  Agah  olun,  siz  bu  ildə  bir  səfərdə 
həcc  əməlini  (əmiriniz  olmadan)  yerinə  yetirəcəksiniz.  Əlaməti  də  budur 
ki, mən sizin içinizdə olmayacağam."
4
 
Səhabələr  deyirdilər:–Həzrət  bu  sözlə  öz  ölümündən  xəbər  verir,  amma 
biz onu dərk etmirik. 
Həzrət  ömrünün  axır  günlərində  hər  gecə  övladlarının  birinin  evinə 
gedirdi.  Bir  gecə  oğlu  Həsən  (ə)-ın,  bir  gecə  oğlu  Hüseyn  (ə)-ın,  bir  gecə 
kürəkəni (Zeynəb (ə)-ın əri) Əbdüllah ibni Cəfərin yanında iftar edir və üç 
tikədən artıq yemirdi. Az yeməsinin səbəbi soruşulduqda buyurdu: "Allahın 
əmri  gələcək  və  mən istəyirəm  ki,  qarnım  boş  olsun. Bir-iki  gecədən  çox 
qalmamışdır." Və elə həmin gecə zərbətləndi.
5
 
Şəhadət  gecəsi  iftarda  öz  qızı  Ümmü  Külsümə qonaq  idi.  Iftarı  açıb  üç 
tikə  xörək  yedi,  sonra  ibadətə  məşğul  oldu.  O  həzrət  gecənin  əvvəlindən 
sübhə  kimi  iztirabda  idi.  Gah  göylərə  baxır,  ulduzların  hərəkətinə  göz 
qoyurdu.  Sübh  yaxınlaşdıqca  onun  iztirabı  və  narahatlığı  artırdı.  Sonra 
                                              
1
 "Kəşful-ğümmə", 1-ci cild, səh.271 
2
  Etikaf  şəriətdə  çox  təkid  olunan  müstəhəb  əməllərdəndir.  Möminlər  Rəcəb 
ayının  13,  14  və  15-ci  günlərində  hər  yerin  came  məscidində  yığışıb  oruc  tutur, 
namazla,  ibadətlə  məşğul  olurlar,  zərurət  halları  istisna  olmaqla  məsciddən  əsla 
çölə çıxmırlar. 
3
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid)  "Tarixi-Təbəri",  6-cı  cild,  səh.83; 
"Murucuz-zəhəb"  2-ci  cild,  səh.424;  "Əlbidayətu  vən-nihayə",  7-ci  cild,  səh.  23; 
"Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.195;  "Rovzətul-vaizin",  1-ci  cild,  səh.161;  "Əl-
istiyab", 2-ci cild, səh.282;  
4
 "Əl-irşad" (Şeyx Müfid), səh.151; "Rovzətul-vaizin", 1-ci cild, səh.163 
5
  "Kəşful-ğümmə",  1-ci  cild,  səh.581;  "Rovzətul-vaizin",  1-ci  cild,  səh.164;  "Əl-
irşad", səh.151 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə