On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə73/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

 
145 
Busr  Kənanədən  çıxıb  yolüstü  Nəcranda  Übeydullah  Ibni  Abbasın 
kürəkəni  Əbdüllah  ibni  Əbul-Mədanı  öldürdü.  Sonra  dedi:–Allaha  and 
olsun,  əgər  mənim  xoşuma  gəlməyən  bir  iş  görsəniz,  qayıdıb  nəslinizi 
kəsərəm, əkinlərinizi məhv edib, evlərinizi dağıdaram! 
Sonra yoluna davam etdi, yol üstündə Əli (ə)-ın şiələrindən və Həmdanın 
böyük  şəxsiyyətlərindən  olan  Əbu  Kərbi  öldürdü  və  nəhayət  Sənaya  çatdı. 
Imam  (ə)-ın  təyin  etdiyi  hakimlər–Übeydullah  Ibni  Abbas  və  Səid  ibni 
Nəmran  öz  yerlərinə  bir  nəfər  qoyub  şəhərdən  qaçmışdılar.  O  da  Busrun 
qarşısında  bir  qədər  müqavimət  göstərdi,  axırda  Busr  onu  öldürdü.  Busr 
şəhərə daxil oldu, əhalidən bir qədərini qılıncdan keçirtdi, hətta Məaribdən 
onun  yanına  gəlmiş  olan  heyətin  hamısını,  bir  nəfər  istisna  olmaqla, 
qılıncdan  keçirtdi.  Canını  qurtaran  şəxs  Məaribə  qayıdıb  dedi:–"Mən 
qocalara və cavanlara xəbərdarlıq edirəm: qızıl ölüm sizə pusqu qurmuşdur." 
Busr  Sənadan  çıxıb  əhalisinin  hamısı  şiə  olan  Ceyşana  çatdı.  Onlarla 
Busrun arasında döyüş başlandı, çoxlu tələfat verəndən sonra əsir düşdülər, 
hamısı da faciəli şəkildə şəhid edildi. Busr yenidən Sənaya qayıtdı, onların 
arvadlarından  birinin  Übeydullah  Ibni  Abbasın  uşaqlarına  sığınacaq 
verdiyinə görə yüz nəfərini öldürdü. 
Qeyd edilənlər Busr ibni Ərtatın tarixdə yazılıb saxlanan cinayətlərindən 
kiçik bir səhifəsi idi. Onun törətdiyi cinayətlərin xəbəri Əli (ə)-a çatanda baş 
sərkərdə Cariyə ibni Qudaməni iki min nəfərlik bir qoşunla Hicaza göndərdi 
ki, Busru tutub cəzalandırsın. O, Bəsrə yolu ilə Hicaza yola düşdü. Yəmənə 
çatdıqda  Busrun  Bəni-Təmim  məntəqəsində  olmasından  xəbər  tutdu.  Busr 
təqib olunmasından xəbər tutduqda Təmamiyə tərəf getdi. Camaat Cariyənin 
gəlişindən  xəbər  tutduqda  Busrun  yolu  üstündə  yığışıb  onu  mühasirəyə 
aldılar.  Amma  o,  mühasirədən  çıxıb  özünü  Şama  çatdırdı  və  öz  səfərini 
Müaviyəyə  xəbər  verdi.  O  dedi:–Gedəndə  də,  qayıdanda  da  sənin 
düşmənlərini öldürdüm. 
Müaviyə dedi:–Bu işi sən yox, Allah eləmişdir! 
Busr  bu  səfərdə  otuz  min  nəfəri  öldürdü,  bir  qədərini  də  diri-diri  odda 
yandırdı.  Əmirəl-möminin  Əli  (ə)  həmişə  onu  qarğışlayıb  deyərdi:  "Ilahi, 
onun  əqlini  almamış  onu  öldürmə!  Ibahi,  Busra,  Əmr  Asa  və  Müaviyəyə 
lənət  et,  Öz  qəzəbini  onların  halına  şamil  et!"  Imam  (ə)-ın  qarğışı  onları 
tutdu və çox keçmədən Busr dəli oldu. O həmişə deyirdi: "Mənə qılınc verin 
adam öldürüm!" 
Onun keşikçiləri çubuqdan bir qılınc düzəldib ona verdilər, o da həmin 
qılıncla qapı-pəncərəyə o qədər vurdu ki, axırda bağrı çatladı və cəhənnəmə 
vasil oldu. 
Busrun işləri Müslüm ibni Əqəbənin işlərinə oxşayırdı. Müslim Yəzidin 
tərəfindən  Mədinədə,  Hirrə  adlı  bir  yerdə  ona  oxşar  cinayətlər  törətdi. 
Həqiqətdə  təkcə  bu  ata-oğul  (Müaviyə  və  Yəzid)  ruhi  cəhətdən  bir-birinə 
oxşamırdılar,  onların  muzdurları  da  qəsavət  və  qansızlıqda  bir-birinin  tayı 


 
146 
idilər.
1
 
Bu  hissənin  axırında  Imam  (ə)-ın  Busr  barəsində  buyurduğu  xütbəni 
qeyd  edirik:  "Mənim  ixtiyarımda  Kufədən  başqa  bir  yer  yoxdur,  yalnız 
onun  ixtiyarı  mənim  əlimdədir.  (Ey  Kufə!)  Əgər  sən  də  şiddətli  siyasət 
küləklərinin  qurbanı  olacaqsansa,  onda  Allah  sənin  üzünü  qara  etsin! 
Mənə xəbər çatmışdır ki, Busr Yəmənə daxil olub. Allaha and olsun, mən 
güman edirəm ki, onlar tezliklə sizə hakim olacaqlar, çünki onlar öz batil 
işlərində  bir-biri  ilə  vəhdətdə,  siz  isə  öz  haqq  yolunuzda  bir-birinizlə 
ixtilafdasınız. Siz öz haqq rəhbərinizlə müxalifət edirsiniz, amma onlar öz 
batil rəhbərlərinə itaət edirlər. Onlar əmanəti öz rəhbərlərinə qaytarırlar, 
amma  siz  öz  imamınızın  əmanətinə  xəyanət  edirsiniz.  Əgər  sizin  birinizə 
taxta  qədəhi  əmanət  olaraq  versəm  qorxuram  ki,  onun  ipini  oğurlasın. 
Ilahi,  mən  Kufə  camaatından  bezmişəm,  onlar  da  məndən  bezmişlər. 
Mənə onlardan yaxşısını qismət et və mənim yerimə onlara bir şər (adam) 
ver!  Ilahi,  onların  qəlblərini  duz  kimi  suda  ərit!  Allaha  and  olsun,  sizin 
hamınızın  əvəzində  Həras  ibni  Ğənəmin  övladlarından  min  nəfər 
süvarinin mənim ixtiyarımda olmasını istərdim."
2
 
3-SÜFYAN IBNI OVFUN QARƏTÇILIYI 
Süfyan  ibni  Ovf  Ğamidi  Müaviyənin  tərəfindən  məmuriyyət  aldı  ki, 
qorxmaz  və  silahlı  bir  ordu  ilə  Fərata  tərəf  hərəkət  etsin,  sonra  Ənbarın 
yaxınlığında  yerləşən  Həytəyə  tərəf  irəliləsin,  yolu  üstündə  müqavimət 
göstərənlərin  mal-dövlətini  qarət  etsin.  Amma  əgər  müqavimətlə 
qarşılaşmasa  Ənbara,  oradan  da  Mədainə  getsin,  sonra  isə  Şama  qayıtsın, 
amma Kufəyə yaxın düşməsin. Sonra Müaviyə ona dedi:–Əgər Mədaini və 
Ənbarı  qarət  etsən,  elə  bil  Kufəni  qarət  etmisən.  Bu  qarətçi  yürüşlər  Iraq 
əhalisini  vəhşətə  salacaq,  bizim  tərəfdarlarımızı  sevindirəcək,  bizimlə 
həmkarlıq etməkdən qorxanları bizə tərəf səsləyəcək. Yolun üstündə səninlə 
razılaşmayanların  hamısını  qılıncdan  keçirt,  kəndlərini  dağıt,  mal-
dövlətlərini  qənimət  götür.  Çünki,  onlardan  qənimət  götürmək  elə  onları 
öldürmək kimidir. Belə bir iş ürəklərə od qoyacaqdır. 
Süfyan  deyir:–Mən  Şam  ordugahında  idim.  Müaviyə  çıxış  edərək 
camaatı mənimlə birlikdə hərəkət etməyə çağırdı. Çox keçmədi ki, altı min 
nəfər hərəkət etməyə hazır oldu. Sonra Fərata tərəf yola düşüb Həytə çatdıq. 
Əhali  mənim  gəlişimdən  xəbər  tutduqda  qaçıb  Fəratdan  keçdilər.  Mən  də 
Fəratdan  keçdim,  amma  heç  kimlə  qarşılaşmadım.  Sonra  Səndəvdaya 
çatdım. Oranın da əhalisi mənim qabağımdan qaçdılar. Ənbara tərəf hərəkət 
etməyi  qərara  aldım.  Oranın  əhalisindən  iki  cavanı  əsir  tutub  soruşdum ki, 
Əlinin  silahlı  qüvvələri  neçə  nəfərdir.  Dedilər  ki,  beş  yüz  nəfər  idi,  amma 
onların  bəziləri  Kufəyə  getdi,  indi  bilmirik  ki,  onlardan  neçəsi  qalıb. 
Qalanlar təqribən iki  yüz nəfər olar. Mən öz  əsgərlərimi  dəstələrə böldüm, 
                                              
1
  "Tarixi-Təbəri",  3-cü  cild,  səh.106-108;  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-
Hədid), 2-ci cild, səh.3-18; "Əl-ğarat" 2-ci cild, səh.591-628; "Kamil" (Ibni Əsir), 3-cü 
cild, səh.383-385; "Tarixi-Yəqubi", 1-ci cild, səh.186-189;  
2
 "Nəhcül-bəlağə", 25-ci xütbə  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə