On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə69/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

 
137 
(uşaqlıq  çağlarında)  uşaqların,  (böyüyəndə  isə)  camaatın  ən  pisləri  idilər. 
Lakin siz mənim sözümə qulaq asmayıb müxalifətçilik etdiniz. Mən belə bir 
gün  üçün  hər  iki  qazidən  iltizam  aldım  ki,  Quranın  diriltdiyini  diriltsinlər, 
öldürdüyünü  öldürsünlər.  Indi  ki,  onların  hər  ikisi  (Qurandakı)  hökmün 
əksinə əməl etmişlər, biz də ilk sözümüzün üstündəyik.
1
 
Xəvaric Imam (ə)-ın güclü məntiqi qarşısında boş və əbəs sözləri təkrar 
etməkdən  başqa  yol  görmədilər  və  israr  edərək  dedilər  ki,  "həkəmiyyəti 
qəbul edəndə hamımız kafir olduq. Biz tövbə etdik, sən də öz küfrünü iqrar 
etdikdən sonra tövbə et.  Bu halda biz səninlə eyni  fikirli  adam  olarıq.  Əks 
halda, bizdən əl çək. Əgər döyüşmək istəyirsənsə, biz döyüşə hazırıq. 
Imam  (ə)  buyurdu:–Iman  gətirib  Rəsulullahın  önündə  cihad  edəndən 
sonra  öz  küfrümə  şəhadət  verimmi?!  Həkəmiyyəti  qəbul  etmək  sizin 
qılınclarınızı  siyirib  camaatın  başına  endirməyinizə,  camaatın  qanını 
axıtmağınıza səbəb olacaqmı?! Bu, aşkar ziyankarlıqdır! 
HÖCCƏTIN 
AXIRINCI 
DƏFƏ 
OLARAQ 
TAMAMLANMASI 
Imam (ə) xəvariclə müzakirənin bir fayda verəcəyindən məyus olduqda 
ordunu  nizama  salmağa  başladı.  Sağ  cinahın  rəhbərliyini  Hücr  ibni  Ədiyə, 
sol cinahın rəhbərliyini isə Şibs ibni Rəbiəyə tapşırdı. Əbu Əyyub Ənsarini 
süvarilərə,  Əbu  Qutadəni  isə  piyada  qoşunlarına  sərkərdə  seçdi.  Bu 
müharibədə  Imam  (ə)-ın  qoşununda  iştirak  edən  səkkiz  yüz  mədinəli 
səhabənin rəhbərliyini Qeys ibni Səd ibni Übadəyə tapşırdı, özü isə qoşunun 
mərkəzində yer seçdi. Sonra süvari qoşun tərəfində "aman" bayrağı qaldırdı, 
Əbu Əyyuba buyurdu ki, uca səslə desin: "Qayıtmaq üçün yol açıqdır. Hər 
kəs  bu  bayrağın  altına  gəlsə,  tövbəsi  qəbul  olunacaq;  həmçinin  Kufəyə 
getsə,  yaxud  xəvaricdən  ayrılsa,  əmin-amanlıqda  olacaqdır.  Biz  sizin 
qanınızı tökməyə israr etmirik." 
Bu vaxt bir dəstə adam ayrılıb bayrağın altına gəldi, Imam (ə) da onların 
tövbələrini  qəbul  etdi.  Bəziləri  demişlər  ki,  xəvaricdən  min  nəfər  qayıdıb 
bayrağın altına yığışdı.
2
  Imam (ə)-a tərəf gələn xəvaric başçıları bunlar idi: 
Müsər  ibni  Fərdəki,  Əbdüllah  Tai,  Əbu  Məryəm  Sədi,  Əşrəs  ibni  Ovf  və 
Salim  ibni  Rəbiə.  Bundan  sonra  onların  içində  Əbdüllah  ibni  Vəhəb 
Rasibidən başqa daha tanınmış adam qalmamışdı.
3
 
Təbəri  yazır ki,  bu dəstənin  tövbə edib  Imam  (ə)-a tərəf qayıtmasından 
sonra  xəvaricin  ordusunda  iki  min  səkkiz  yüz  nəfər  qalmışdı,  amma  ibni 
Əsir onların sayını min səkkiz yüz nəfər qeyd etmişdir.
4
 
Imam  (ə)  öz  köməkçilərinə  göstəriş  verdi  ki,  düşmən  döyüşü 
başlamayınca  siz  başlamayın.  Bu  vaxt  xəvaricdən  bir  nəfər  Imam  (ə)-ın 
qoşununa hücum etdi, üç nəfəri yerə sərdi. Bu zaman Imam (ə) hücumu özü 
başladı  və  əvvəlcə  onu  öldürdü,  sonra  ümumi  hücum  fərmanı  verdi  və 
                                              
1
 36-cı xütbəyə müraciət edin. 
2
 "Əl-əxbarüt-tival", səh.210 
3
 "Məqalatul-islamiyyin", 1-ci cild, səh.210 
4
 "Tarixi-Təbəri", 4-cü cild, səh.64; "Kamil" (Ibni Əsir), 4-cü cild, səh.64 


 
138 
buyurdu:–Allaha and olsun, sizdən yalnız on nəfər öldürüləcək, onlardan isə 
on nəfərdən başqa heç kim sağ qalmayacaqdır!
1
 
Bu  vaxt  Əbdüllah  ibni  Vəhəb  Rasibi  meydana  gəlib  dedi:–Ey  Əbu 
Talibin  oğlu! Səndən  əl  çəkməyəcəyəm:  ya səni  öldürəcəyəm,  ya da özüm 
öləcəyəm! 
Imam  (ə)  cavabda  buyurdu:–Allah  onu  öldürsün!  Nə  qədər  də 
həyasızdır! O bilir ki, mən nizə-qılıncla böyümüşəm. (Sonra əlavə etdi:) O, 
həyatdan ümidini üzmüş, yalançı və tamahkar gözünü mənə dikmişdir. 
Bunu deyib bir qılınc zərbəsi ilə onu cəhənnəmə vasil etdi.
2
 Bu döyüşdə 
qələbə qısa müddət ərzində Imam (ə)-a nəsib oldu. Imam (ə)-ın döyüşçüləri 
sağdan-soldan düşmənin mərkəzinə hücum etdilər. Çox keçmədən xəvaricin 
cansız cəsədləri torpağa sərildi. Onların hamısı bu döyüşdə öldürüldü, yalnız 
on  nəfər  canını  qurtara  bildi:  ikisi  Xorasana,  ikisi  Əmmana,  ikisi  Yəmənə, 
ikisi  Iraq  adasına,  ikisi  isə  "Təlli  Muzən"ə  pənah  apardılar  və  orada  qalıb 
xəvaric nəslini davam etdirdilər.  
Döyüş qurtarandan sonra Imam (ə) onların cəsədləri qarşısında dayanıb 
təəssüflə  buyurdu:  "Vay  halınıza!  Sizi  aldadanlar  sizə  böyük  ziyan 
vurmuşlar!" 
Imam  (ə)-dan  soruşdular:  "Onları  kim  aldatdı?"  Imam  (ə)  buyurdu: 
"Yoldan  çıxaran  Şeytan  və  onların  tüğyançı  nəfsləri.  Arzularla  onları 
aldadaraq tüğyançılıq yollarını üzlərinə açdılar, onlara qələbə vədəsi verdilər 
və nəhayət yandırıcı oda saldılar!"
3
 
Imam  (ə)-ın  dostları  belə  təsəvvür  edirdilər  ki,  artıq  xəvaricin  nəsli 
kəsilmişdir, lakin Imam (ə) onlara cavab verib buyurdu: Yox, belə deyildir! 
Onlar  nütfə 
surətində 
kişilərin 
sülbündə, 
qadınların 
bətnində 
yaşamaqdadırlar.  Hər  vaxt  onlardan  bir  şaxə  cücərsə,  (hökumətlər 
tərəfindən)  kəsiləcək  (və  onun  yerində  başqa  bir  şaxə  cücərəcək),  nəhayət 
qarətçi və mal-dövlət oğruları şəklinə düşəcəklər.
4
 
Sonra  buyurdu:–Məndən  sonra  xəvariclə  vuruşmayın.  Sizin  əsil 
düşməniniz  Müaviyədir.  Mən  xəvariclə,  məhz  təhlükəsizliyin  təmin 
olunması  naminə  döyüşürdüm.  Onlardan  azlıq  təşkil  edən  bir  qrup  sağ 
qalmışdır ki, döyüş üçün yararlı deyildirlər. 
Imam  (ə)  qənimət  alınan  silahları  və  atları  öz  köməkçiləri  arasında 
bölüşdürdü,  məişət  vəsaitlərini,  kənizlərini  və  qulamlarını  isə  onların 
vərəsələrinə qaytardı. Sonra ordunun içində dayanıb onlara təşəkkür etdi və 
əmr etdi ki, elə oradan birbaşa Siffeynə gedib əsl fəsadın kökünü kəssinlər. 
Amma  onlar  Imam  (ə)-a  belə  cavab  verdilər:–Qollarımız  yorulmuş, 
qılınclarımız  sınmış,  oxlarımız  qurtarmışdır.  Yaxşı  olar  ki,  Kufəyə  qayıdıb 
öz qüvvələrimizi nizama salaq. 
Onların  qayıtmağa  dair  israr  etmələri  Imam  (ə)-ı  təəssüfləndirdi  və 
onlarla birlikdə Kufəyə, Nüxeylə düşərgəsinə qayıtmağa məcbur oldu. Onlar 
                                              
1
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.272, 273 
2
 "Əl-imamətu vəs-siyasət", səh.138 
3
 "Kəşful-ğümmə", 1-ci cild, səh.267 
4
 "Nəhcül-bəlağə", 59-cu xütbə 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə