On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə70/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

 
139 
tədriclə Kufəyə gedir, arvad-uşaqları ilə görüşür və evlərində qalırdılar. Çox 
keçmədən o düşərgədə az sayda adam qaldı. Onların sayı o qədər az idi ki, 
hətta şamlılarla döyüşə getmək üçün belə, kifayət etməzdi. 
XƏVARICIN FITNƏLI TARIXININ SONU 
Imam (ə)-ın əleyhinə qiyam etmək fikrinin əsası 38-ci ilin səfər ayında, 
Siffeyndə  qoyuldu  və  sonralar,  Quranı  hakim  seçəndə  müxalifət  dalğaları 
daha  da  şiddətləndi.  Kufə  xəvaricləri  həmin  ilin  Şəvval  ayının  onunda 
Əbdüllah ibni Vəhəb Rasibinin evində yığışıb onunla beyət etdilər və qərara 
aldılar ki, Kufəni tərk etdib Həruraya, sonra isə Nəhrəvana getsinlər. Imam 
(ə)  Şama  gedəndə  yol  üstündə  öz  fikrini  dəyişib  xəvariclə  döyüşməyə 
məcbur  oldu.  Tarixçilərin  yazdığına  əsasən  38-ci  ilin  Səfər  ayının 
doqquzunda fəsad kökündən kəsildi.
1
 
ALTINCI HİSSƏ 
NƏHRƏVANDAN  SONRAKI  HADISƏLƏR  VƏ  IMAM 
ƏLI (Ə)-IN ŞƏHADƏTI 
BİRİNCİ FƏSİL 
QARƏTÇILIK, 
ICTIMAI 
TƏHLÜKƏSIZLIYIN 
POZULMASI, FACIƏLI QIRĞINLAR 
Nəhrəvandakı  fitnə  Imam  (ə)-ın  qətiyyətli  hərəkətləri,  həmçinin  o 
həzrətin  vəfalı  dostlarının  ciddi  səyləri  ilə  yatırıldı.  Artıq  mövcud  şərait 
Imam  (ə)-ın  öz  ordusunu  qanunsuzluq  törədənlərdən  təmizləyib  islam 
məntəqələrinin  ictimai  asayişini  bərqərar  etməyi,  Müaviyənin  və  aldanmış 
şamlıların  özbaşınaçılıqlarına  son  qoymağı  tələb  edirdi.  Çünki,  bütün 
fitnələr Müaviyə tərəfindən yaradılırdı. Iraqda Müaviyənin çoxlu casusu var 
idi,  onlar  hadisələri  müntəzəm  şəkildə  ona  xəbər  verirdilər.  Bu  casusların 
bəziləri–Vəlid  ibni  Əqəbənin  qardaşı  Əmmarə  ibni  Əqəbə  kimi–qədimdən 
Əli  (ə)-a  kin  bəsləyirdilər.  Bu  iki  qardaş  xəbis  Bəni-Üməyyə  şəcərəsindən 
olmaqla  o  həzrətin  qatı  düşmənlərindən  idilər,  çünki  Imam  (ə)  bu  xəbis 
sülaləyə  ağır  və  öldürücü  zərbələr  vurmuşdu.  Belə  ki,  Vəlidin  atası  Bədr 
döyüşündə  Əli  (ə)-ın  qüdrətli  əli  ilə  öldürülmüşdü.  Vəlidin  özü  "Hücürat" 
surəsinin 6-cı ayəsində "fasiq" adlandırılmışdır. 
Osmanın  xilafəti  dövründə  şərab  içdiyinə  görə  Əli  (ə)  ona  şallaq 
vurmuşdu.  Buna  görə  onun  qardaşı  və  Müaviyənin  Kufədəki  casusu 
Əmmarə ilə  Vəlidin  özünün Əli  (ə)-a qarşı başladığı  hərtərəfli müharibədə 
Müaviyəni təşviq edənlərdən olması  çox da təəccüblü deyildi. Əmmarə bir 
məktub  yazmaqla  Imam  (ə)-ın  dostları  arasında  ikitirəlik  və  ixtilafı 
şiddətləndirdi,  Nəhrəvan  hadisəsini  məktubda  xəbər  verdi  və  xatırlatdı  ki, 
qarilərdən bir qrupu bu hadisədə Əli (ə)-ın əli ilə öldürülmüşdür. Bununla da 
onların  arasında  ixtilaf  və  narazıçılıq  artmağa  başlamışdır.  O,  məktubu  bir 
                                              
1
 "Tarixi-Təbəri", 3-cü cild, səh.98 


 
140 
nəfərin vasitəsi ilə Şama göndərdi. Müaviyə məktubu oxuduqdan sonra hər 
iki qardaşa (biri onun yanında idi) təşəkkür etdi.
1
 
Müaviyə təhlükəsizliyi aradan aparmaq, qarətçilik tərətmək və Imam (ə)-
ın  şiələrini  öldürmək  üçün  şəraiti  münasib  gördükdə  Hicaza,  Yəmənə  və 
Iraqa müxtəlif dəstələr göndərməklə psixoloji müharibələrə başladı, eləcə də 
iğtişaş  yaratmaq,  günahsız  adamları  öldürmək,  arvadların,  yetim-yesirlərin 
var-dövlətini qarət etmək və s. kimi işlərlə nəinki Imam (ə)-ın Şamı yenidən 
ələ  keçirmək  fikrindən  saxladı,  üstəlik  əməli  olaraq  mərkəzi  hökumətin  öz 
sərhədlərini qorumağa qadir olmadığını isbat etmək istədi. 
Şeytani  siyasətdən  başqa  bir  şey  olmayan  bu  işlər  öz  təsirini  göstərdi. 
Müaviyə vicdansız adamları Imam (ə)-ın hakimiyyəti dairəsində olan yerlərə 
göndərməklə  minlərlə  günahsız  adamı  qətlə  yetirdi.  Bu  quldurlar  hətta 
arvadlara, uşaqlara rəhm etmirdilər. Gələcəkdə qeyd edəcəyimiz kimi, onlar 
Übeydullah  Ibni  Abbasın  iki  oğlunun  başını  camaatın  gözü  qarşısında 
kəsdilər. 
Imam  (ə)-ın  xilafətinin  bu  dövründə  baş  verən  hadisələr  çox 
kədərləndiricidir.  Əlbəttə  bu,  Əli  (ə)-ın  düşməni  məhv  etmək  üçün  kifayət 
qədər  siyasi  tədbirinin  olmaması  mənasına  deyildi.  Sadəcə,  o  həzrətin 
ixtiyarına  olanlar  yalnız  sayı  çox  az  olan  bir  dəstə  adam  idi,  onlar  da 
bəhanəçi,  tənbəl  və  rahatlıq  axtaran,  hər  şeydən  də  pisi  onların  uzaqgörən 
olmamaları  idi.  Buna  görə  də  Imam  (ə)  özünün  yüksək  ilahi  məqsədlərinə 
çata  bilmədi.  Tarixdə  vəhşicəsinə  olan  bu  hücumlar  dəqiq  şəkildə  qeydə 
alınmışdır.  Biz  burada  bu  hücumların  aydın  təsvirlərini  qeyd  edirik  ki, 
Müaviyənin islam və insaniyyət qanunlarını necə tapdalaması aydın olsun: 
1-ZƏHHAK IBNI QEYSIN QARƏTÇILIK HƏRƏKATI 
Əmirəl-möminin  Əli  (ə)-ın  Şama  doğru  hərəkət  edib,  yenidən 
müharibəyə  hazırlaşması  xəbəri  Müaviyəyə  çatdıqda  o  bir  məktub  yazıb 
Şamın  bütün  məntəqələrində  olan  məmurlarına  göndərdi  ki,  camaata 
oxusunlar. Şam əhalisindən bir qrupu Iraqa tərəf hərəkət etməyə hazırlaşdı. 
Həbib ibni Məsləmə adlı bir nəfər onlara dedi:–Siffeyndən o yana keçməyin, 
çünki, biz orada düşmənə qələbə çaldıq! 
Lakin  Əmr  As  təklif  etdi  ki,  Müaviyə  öz  ordusu  ilə  Iraqın  içərilərinə 
doğru  irəliləsin,  çünki  bu  iş  şamlı  əsgərlərin  ruhiyyələrinin  yüksəlməsinə, 
iraqlıların isə zəlilliyinə səbəb olacaqdı. 
Ordunun necə  yerləşdirilməsi barədə söhbətin davam etdiyi vaxt birdən 
xəbər çatdı ki, Imam (ə)-la xəvaric arasında şiddətli çarpışma baş vermiş, o 
həzrət  xəvaricə  qələbə  çaldıqdan  sonra  camaatı  Şama  tərəf  hərəkət  etməyə 
çağırmış,  onlar  da  möhlət  istəmişlər.  Əmmarə  ibni  Əqəbə  ibni  Əbi 
Müeytdən yenə bir məktub gəlib çatdı. Məktubda Əli (ə)-ın köməkçilərinin 
arasına  təfriqə  düşməsindən  söz  gedirdi.  Həm  də  yazılmışdı  ki,  o  həzrətin 
ordusundakı  qarilər  və  abidlər  qiyam  etmişdir,  qiyamın  şiddətli 
çarpışmalardan sonra yatırılmasına baxmayaraq ixtilaf hələ də qalmaqdadır. 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.114-115  (  "Tarixi-
Təbəri"dən nəqlən). 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə