On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə72/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

 
143 
söyüb  rüsvay  et,  sonra  hamısını  mənimlə  beyət  etməyə  dəvət  et,  beyət 
edənləri  burax,  imtina  edənləri  isə  öldür.  Əli  şiələrini  hər  yerdə  tutsan, 
dərhal öldür." 
Müaviyə  bu  siyasəti  davam  etdirir,  özü  Şamda  olub  Əli  (ə)  ilə  üzbəüz 
vuruşmadığı  halda,  elə  qarşı-qarşıya  aparılan  döyüşün  nəticələrini  alırdı. 
Vəlid ibni Əqəbə kimi Imam (ə)-la üzbəüz döyüşməyi təklif edənləri əbləh 
(axmaq)  adlandırır  və  deyirdi  ki,  onların  kifayət  qədər  siyasi  təcrübələri 
yoxdur. Ibni Əbil-Hədidin bu barədə gözəl bir təhlili vardır. O yazır: "Vəlid 
Imama çox qəzəbli idi, çünki  onun atası  Bədr döyüşündə o həzrətin  əli ilə 
öldürülmüşdü,  özü  də  Osmanın  hakimiyyəti  dövründə  o  həzrətin  əli  ilə 
şallaqlanmışdı.  O,  uzun  müddət  Kufəyə  vali  olduğu  halda,  öz  miraslarını 
Əlinin əlində görürdü. Buna görə də təbii olaraq o həzrətlə qarşılaşmaqdan 
başqa  bir  şey  fikirləşmirdi.  Müaviyə  Vəlidin  əksinə  olaraq  uzaqgörən  idi, 
çünki  Siffeyndə  Imamla  qarşılaşanda  əməli  olaraq  başa  düşmüşdü  ki,  əgər 
müharibədə  Quranları  nizə  başına  vuraraq  hiyləyə  əl  atmasaydı,  heç  vaxt 
onun  əlindən  canını  qurtara  bilməzdi;  əgər  ikinci  dəfə  onunla  qarşılaşsa, 
müharibə odunda məhv ola bilər. Buna görə də Əlinin hakimiyyətində olan 
ərazilərdə qorxu, vəhşət, iğtişaş yaratmaqla onu zəiflətməyi məsləhət gördü 
ki, o həzrətin islam məntəqələrini idarə etməkdə bacarıqsız olduğunu sübut 
etsin.
1
 
BUSRUN HƏRƏKƏTI 
Busr üç min nəfərlə birlikdə Şamdan hərəkətə başladı. Mərvan məbədinə 
çatdıqda onlardan dörd yüz nəfər xəstəliyə tutularaq öldü, qalan iki min altı 
yüz  nəfərlə  Hicaza  tərəf  hərəkət  etdi.  O,  hər  bir  yaşayış  məntəqəsinə 
çatdıqda  əhalinin  dəvələrini  zorla  alır,  özü  və  əsgərləri  onlara  minirdi, 
növbəti  məntəqəyə  çatanda  əvvəlki  dəvələri  buraxıb  çatdıqları  yerin 
dəvələrini  zorla  alıb  minirdilər.  Beləliklə  bu  uzun  yolu  keçib  Mədinəyə 
çatdılar. 
Busr  Mədinəyə  daxil  olanda  əvvəlcə  əhalini  nalayiq  sözlərlə,  acı 
söyüşlərlə  təhqir  etməyə  başladı,  Osmanın  qətlini  ortaya  atıb  dedi:–
"Osmanın qətlində sizin hamınızın əli var idi, yaxud da heç olmazsa bitərəf 
mövqe seçdiyinizə görə onu xar və zəlil etmişdiniz. Allaha and olsun, elə bir 
iş görəcəyəm ki, Osmanın ailəsinin rahatlığı və asayişi öz yerinə qayıtsın!" 
Sonra  hədə-qorxunu  davam  etdirməyə  başladı.  Camaat  canlarının 
qorxusundan  Hüveytib  ibni  Əbdül-Üzzanın  (Busrun  anasının  ikinci  əri  idi) 
evinə  sığındılar,  onun  vasitəçiliyi  ilə  Busrun  qəzəbi  soyudu.  Sonra  hamını 
Müaviyə ilə beyətə dəvət etdi. Bəziləri beyət etdilər, lakin o, bunların beyəti 
ilə kifayətlənməyib Müaviyə ilə müxalif olan tanınmış adamların, həmçinin 
Iraqda  Əli  (ə)  ilə  yaxından  həmkarlıq  edənlərin,  o  cümlədən,  Zürarə  ibni 
Hərunun,  Rəfaə  ibni  Rafenin  və  Əbu  Əbyyub  Ənsarinin  evlərini  yandırdı. 
Sonra  Bəni-Məsləmə  qəbiləsinin  başçılarını  çağırıb  soruşdu:  "Cabir  ibni 
Əbdüllah hardadır? Ya onu tapın, ya da ölümə hazırlaşın!" 
Cabir bu vaxt Peyğəmbərin zövcəsi Ümmü-Sələmənin evinə sığınmışdı. 
                                              
 
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.8 


 
144 
Cabir  ondan  soruşdu:  "Nə  məsləhət  görürsən?  Əgər  beyət  etməsəm,  məni 
öldürəcəklər, beyət də etsəm zəlalət və azğınlığa düşərəm." 
"Əl-ğarat" kitabının yazdığına görə Cabir axırda Ümmü-Sələmənin sözü 
ilə  Busra  beyət  etdi.  Busr  Mədinədəki  məmuriyyətini  qurtardıqdan  sonra 
Əbu  Hüreyrəni  orada  özünə  canişin  seçib  Məkkəyə  yola  düşdü.  Mədinə-
Məkkə  yolunda  qabağına  çıxanları  öldürdü,  mal-dövlətlərini  qarət  etdi. 
Məkkəyə yaxınlaşanda Imam (ə)-ın Qusm Ibni Abbas adlı valisi şəhəri tərk 
etdi.  Busr  Məkkəyə  daxil  olanda  camaatı  söyüb  rüsvay  etdi  və  hamını 
Müaviyəyə  beyət  etməyə  çağırdı,  onları  Müaviyə  ilə  müxalifət  etməkdən 
qorxudub  dedi:–"Əgər  sizin  Müaviyə  ilə  müxalifət  etmək  xəbəriniz  mənə 
gəlib  çatsa,  kökünüzü  kəsərəm!  Var-yoxunuzu  qarət  edib,  evlərinizi 
dağıdaram!" 
Sonra  Məkkədən  çıxıb  Taifə  yola  düşdü.  Öz  adamlarından  bir  nəfəri 
seçib bir dəstə ilə Tübaləyə göndərdi, çünki, oranın əhalisinin şiə olduğunu 
bilirdi. Əmr etmişdi ki,  hamını  sorğu-sualsız qılıncdan keçirtsinlər.  Busrun 
göndərdiyi  adam  Tübaləyə çatıb hamının  əl-qolunu  bağladı. Onların içində 
Müni adlı bir nəfər ondan xahiş etdi ki, ona icazə versin, Busrdan amannamə 
gətirsin. O, bu təklifi qəbul etdi və Müni Taifə yola düşdü, Busr ilə görüşüb 
amannamə  aldı.  Amma  Busr  amannaməni  o  qədər  yubatdı  ki,  qasid  onu 
Tübaləyə aparanda artıq camaatın hamısı qılıncdan keçirilmiş olsun. 
Müni  amannamə  ilə  birlikdə  gəlib  çatdıqda  hamının  boynunu  vurmaq 
üçün şəhərdən çölə çıxartmışdılar. Bir kişini qabağa çəkib boynunu vurmaq 
istəyirdilər,  lakin  cəlladın  qılıncı  sındı.  Əsgərlər  bir-birinə  dedilər: 
"Qılınclarınızı  qınından  çıxarıb  havada  yellədin,  günün  istisindən 
yumşalsın."  Qasid  uzaqdan  qılıncların  parıltısını  gördükdə  paltarını 
yellədərək  işarə  etdi  ki,  əl  saxlayın.  Şamlılar  dedilər:  "Bu  kişi  xoş  xəbər 
gətirmişdir.  Əl  saxlayın!"  O,  çatıb  amannaməni  onların  başçısına  verdi, 
beləliklə  hamının  canını  ölümdən  qurtardı.  Maraqlıdır  ki,  edam  olunmağa 
hazırlanan və qılıncın sınmasına görə qətli təxirə düşən kişi elə onun qardaşı 
idi. 
Busr  Taifdəki  məmuriyyətini  yerinə  yetirdi  və  ərəblərin  adlı-sanlı 
siyasətçisi Müğeyrə ibni Şöbə onu yola saldı. O, yol üstündə Bəni-Kənanəyə 
çatıb xəbər tutdu ki,  Imam  (ə)-ın  Sənadakı  valisi  Übeydullah  Ibni  Abbasın 
iki  körpə  oğlu  anaları  ilə  birlikdə  oradadır.  Übeydullah  oğlanlarını  Bəni-
Kənanədən  olan  bir  kişiyə  tapşırmışdı.  O  kişi  qılıncını  siyirib  şamlıların 
yanına  gəldi.  Busr  ona  dedi:–Anan  matəminə  əyləşsin!  Biz  səni  öldürmək 
istəmirik, səndən Übeydullahın oğlanlarını istəyirik. 
O kişi dedi:–Mən öz himayəmdə olanların yolunda ölümə hazıram! 
Bu sözü deyib şamlılara hücum etdi, axırda da öldürüldü. Übeydullahın 
uşaqlarını gətirib hər ikisini qansızcasına edam etdilər. Bəni-Kənanədən olan 
bir  arvad  fəryad  çəkib  dedi:–Siz  kişiləri  öldürürsünüz,  uşaqların  təqsiri 
nədir?! Allaha and olsun, nə cahiliyyət dövründə uşağı öldürürdülər, nə də 
islam dövründə. Allaha and olsun, bünövrəsi qocaları və uşaqları öldürməklə 
möhkəmlənən bir hökumət süst bir hökumətdir! 
Busr dedi:–Allaha and olsun, arvadları da öldürəcəyəm! 
O arvad dedi:–Allahdan istəyirəm ki, elə bu işi görəsən! 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə