On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə74/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

 
147 
növbə ilə Ənbara göndərdim ki, şəhərdə təkbətək döyüşə başlasınlar. Amma 
bu işin faydasız olduğunu gördükdə iki yüz nəfər piyada göndərib onları da 
süvarilərlə  qüvvətləndirdim.  Belə  bir  şəraitdə  Imamın  bütün  qüvvələri 
dağılışdı,  sərkərdələri  də  otuz  nəfərlə  birlikdə  öldürüldü.  Sonra  Ənbarda 
olan hər şeyi qarət edib Şama qayıtdım. Müaviyənin yanına gəlib hadisələri 
nəql  etdim.  O  dedi:–"Mən  sənin  barəndə  elə  bu  cür  düşünürdüm."  Çox 
keçmədən iraqlıların içində qəribə vəhşət yarandı və onlar dəstə-dəstə Şama 
köçdülər.
1
 
Süfyanın  Ənbara  gedərək  oranın  hakimi–Həssanı  öldürməsi  xəbəri  Əli 
(ə)-a çatanda qəzəbli halda evdən çıxıb Nüxeylə ordugahına getdi, camaat da 
onun ardınca hərəkət etdilər. Imam (ə) uca bir yerdə dayandı, Allaha həmd-
səna  etdikdən,  Peyğəmbərə  salavat  göndərdikdən  sonra  buyurdu:  "Ey 
camaat,  cihad  cənnət  qapılarından  biridir,  Allah  onu  Özünün  xas 
dostlarının  üzünə  açmışdır;  o,  təqva  libası,  möhkəm  zireh,  güclü 
qalxandır. Hər kəs onu ixtiyarı üzündən tərk etsə, Allah ona zillət paltarı 
geydirər, axırda da xar olar; Allah Öz rəhmətini onun qəlbindən götürər, 
ağılsızlığa  mübtəla  olar...  Mənə  xəbər  çatıb  ki,  Süfyan  ibni  Ovf 
Müaviyənin  əmri  ilə  Ənbara  yürüş  etmiş,  oranın  hakimi  Həssan  ibni 
Həssan  Bəkri  öldürmüş,  sərhədçiləri  şəhərdən  qovmuşdur;  Süfyanın 
qoşunu  müsəlmanların  və  zimmə  əhlinin  qadınlarına  hücum  etmiş, 
onların  bilərziklərini,  boyunbağılarını  və  sırğalarını  qarət  etmişdir.  O 
arvadların  da  ağlamaqdan  başqa  bir  silahları  olmamışdır.  Sonra  onlar 
çoxlu qənimətlə Şama qayıtmışdır. Onlardan nə bir nəfər yaralanmış, nə 
də  birindən  qan  tökülmüşdür.  Əgər  müsəlman  bir  şəxs  bu  hadisəni 
eşidəndə  qəm-qüssədən  ölsə,  ona  heç  bir  məzəmmət  yoxdur,  hətta  elə 
ölümə də layiqdir. Çox qəribədir: onlar öz batil işlərində əlbirdirlər, siz isə 
özünüzün haqq və düz yolunuzda ixtilafdasınız. Sizin işiniz qəlbi öldürür, 
qəm-qüssə  gətirir.  Sifətləriniz  eybəcər,  qəlbləriniz  qəmgin  olsun!  Yayda 
sizə  cihad  əmri  verəndə  deyirsiniz  ki,  hava  istidir,  havalar  sərinləşənə 
qədər bizə möhlət ver; qışda da sizi cihada əmr edəndə deyirsiniz ki, hava 
soyuqdur,  istilər  düşənə  qədər  bizə  möhlət  ver.  Soyuq  və  isti  sadəcə  bir 
bəhanədir,  siz  qılıncdan  qorxursunuz!  Ey  kişilikdən  bir  əsər-əlamətləri 
olmayan kişilər! Sizin əqliniz uşaqların və təzə gəlin köçmüş qızların əqli 
qədərdir. Kaş mən sizi görməyəydim və tanımayaydım!..."
2
 
Müaviyənin  Iraq  əhalisini  vahiməyə  salmaq  üçün  gördüyü  işlər  bu  üç 
qaniçən  qarətçini  göndərməklə  bitmirdi.  O  başqalarını  da  belə 
məmuriyyətlərə  göndərirdi.  Məsələn,  o,  Nöman  ibni  Bəşir  Ənsarini  vadar 
etmişdi ki, Fəratın qərb sahilində yerləşən Eynüt-təmr şəhərinə hücum etsin 
və  oranı  çapıb-talasın.  Yəzid  ibni  Şəcərə  Rəhavəriyə  göstəriş  vermişdi  ki, 
Məkkəyə  gedib  camaatın  var-yoxunu  çapıb-talasın.  Nəhayət  bu  hiylələr  öz 
işini gördü: iraqlıların ürəyinə şiddətli qorxu və vəhşət düşdü.
3
 
Əlbəttə,  bu  faciələr  Nəhrəvan  müharibəsindən  sonra  baş  vermişdi. 
                                              
1
 "Tarixi-Təbəri", 4-cü cild, səh.103; "Əl-ğarat", 2-ci cild, səh.464-474. 
2
 "Nəhcül-bəlağə", 27-ci xütbə 
3
 "Əl-ğarat", 2-ci cild, səh.445 


 
148 
Xaricdən  və  daxildən  göstərilən  təzyiqlər  Iraq  əhalisini  incidir,  xüsusilə 
Imam  (ə)-ın  dostlarına  ruhi  əzab  verirdi.  Kaş  belə  qəmli-kədərli  hadisələr 
bunlarla  bitəydi,  lakin  başqa  hadisələr  də  Əli  (ə)-ın  ruhunu  incidir,  qəlbini 
sıxırdı. Indi onları qeyd edirik. 
İKİNCİ FƏSİL 
MISRIN  FƏTH  OLUNMASI  VƏ  MƏHƏMMƏD  IBNI 
ƏBU-BƏKRIN ŞƏHADƏTI 
Osmanın  qətlindən  sonra  Şamdan  başqa  bütün  məntəqələr  Əli  (ə)-ın 
hakimiyyət  dairəsinə  keçmişdi.  O  həzrət  36-cı  hicri  ilində  (öz  hökumətinin 
birinci  ilində)  Qeys  ibni  Səd  ibni  Übadəni  Misrə  vali  təyin  edib  ora 
göndərdi.
1
  Amma  çox  keçmədən  müəyyən  səbəblərə  görə  onu  həmin 
vəzifədən  götürdü  və  elə  həmin  ildə  (Cəməl  müharibəsindən  sonra) 
Məhəmməd ibni Əbu-Bəkri Misrə vali göndərdi. Bu barədə Imam (ə)-ın iki 
məktubu  tarixdə  qeyd  olunmuşdur:  birini  o  həzrət  rəsmi  hökm  kimi  yazıb 
Məhəmməd  ibni  Əbu-Bəkrin  özünə  vermiş,  digərini  isə  onun  Misirdə 
qərarlaşmasından  sonra  göndərmişdi.  "Töhəfül-üqul"  kitabının  müəllifi  hər 
iki  məktubu  qeyd  etmişdir.
2
  Əbu  Ishaq  da  "Əl-Ğarat"  kitabında  hər  iki 
məktubu  nəql  etmiş,  birincinin  36-cı  ilin  Ramazan  ayının  əvvəlində 
yazıldığını  qeyd  etmişdir.  Ikinci  məktub  "Əl-Ğarat"da  geniş  şəkildə  nəql 
olunmuşdur.  Imam (ə) həmin məktubda islam  hökmlərindən çoxunu bəyan 
etmişdir. Biz sonralar Imam (ə)-ın ikinci məktubu barədə təfsilatı ilə söhbət 
edəcək, onun Müaviyənin əlinə necə keçməsini, sonralar da onun sülaləsində 
əldən-ələ ötürülməsinin səbəblərini göstərəcəyik. Indi isə Imam (ə)-ın birinci 
məktubunun tərcüməsini veririk: 
"Rəhman  və  rəhim  olan  Allahın  adı  ilə.  Bu məktub  Allahın  bəndəsi–
Əmirəl-möminin Əli tərəfindən Məhəmməd ibni Əbu-Bəkrədir. O (Əli (ə)
aşkarda da, xəlvətdə də Allah qarşısında təqvalı olmağa, Ona itaət etməyə, 
həmçinin  gizlində  Ondan  (Ona  itaətsizlikdən)  qorxmağa,  müsəlmanlarla 
mülayim rəftar etməyə, bədəməl sahibləri ilə ciddi və amansız, zimmə əhli 
ilə ədalətlə davranmağa, məzlumların haqqını almağa, zülmkarlara qarşı 
ciddi olmağa, camaatı əfv edib güzəştə getməyə, imkan daxilində yaxşı iş 
görməyə  fərman  verir.  Allah  yaxşı  əməl  sahiblərini  sevir,  bədəməl 
sahiblərini isə cəzalandırır. O, fərman verir ki, Məhəmməd ibni Əbu-Bəkr 
camaatı  mərkəzi  hökumətə  itaət  etməyə,  müsəlmanlarla  müttəfiq  olmağa 
dəvət etsin. Çünki bu işdə onlar üçün nicat və miqdarının təyin edilməsi, 
həqiqətinin  dərk  edilməsi  mümkün  olmayan  böyük  mükafat  vardır.  O, 
fərman verir ki, torpağın vergisini–əvvəllər alındığı kimi–camaatdan alsın, 
ondan heç nə əskiltməsin və artırmasın. Sonra onu əvvəllərdə olduğu kimi 
fəqir-füqəra  arasında  bölüşdürsün.  O,  valiyə  fərman  verir  ki,  camaat 
qarşısında təvazökarlıq etsin, onların məclisində hamıya bir gözlə baxsın, 
qohumlarla yadlar arasında haqq cəhətindən heç bir fərq qoymasın. Ona 
                                              
1
 "Tarixi-Təbəri", 3-cü cild, səh.462 
2
 "Tühəful-uqul", səh.176-177 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə