On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə71/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

 
141 
Müaviyə belə bir vəziyyətdə Zəhhak ibni Qeysi 3-4 min nəfərlik qoşuna 
sərkərdə təyin etdi və əmr etdi ki, Kufəyə hərəkət edib Imamın tabeçiliyində 
olan qəbilələri  çox sürətlə qarət etsin, bu işi o qədər sürətlə  yerinə  yetirsin 
ki,  hətta  əgər  bir  şəhərə  sübh  çağı  daxil  olsa,  həmin  günün  axşam  tərəfi 
başqa  bir  şəhərdə  olsun,  toqquşma  baş  verməsin  deyə,  heç  vaxt  bir  yerdə 
dayanmasın və öz işini "qaçaq müharibə" şəklində yerinə yetirsin. 
Zəhhak  yolu  üstündə  Sələbiyyə  kəndinə  çatdı.  Iraqlı  hacıların  Məkkə 
yolu  buradan  keçirdi.  O,  hacıların  var-yoxunu  qarət  edib  sonra  öz  yoluna 
davam  etdi.  Yolda  Əbdüllah  ibni  Məsudun  qardaşıoğlu  Əmr  ibni  Ümeyslə 
rastlaşdı, onu bir dəstə adamla birlikdə öldürdü. Zəhhakın qarətçilik xəbəri 
Əli (ə)-a çatdıqda minbərə çıxıb dedi:–"Ey camaat, saleh bəndəyə–Əmr ibni 
Ümeysə  tərəf  tələsin.  Öz  dostlarınızdan  bir  dəstəsi  düşmənin  hücumundan 
ziyan  çəkmişdir,  onun  köməyinə  qalxın.  Hərəkət  edin  və  düşməninizlə 
vuruşun, öz sərhədlərinizi düşməndən qoruyun!"
1
 
Onlar  Imam  (ə)-ın  sözlərini  eşitdikdə,  nəzərə  çarpacaq  bir  əksül-əməl 
göstərmədilər. Imam (ə) onların süstlüklərini görəndə buyurdu: "Allaha and 
olsun!  Mən  sizin  on  nəfərinizi  Müaviyənin  adamlarının  biri  ilə  dəyişməyə 
hazıram.  Vay  olsun  sizə,  mənimlə  birlikdə  çölə  çıxıb  sonra  meydanın 
ortasında  məni  tək  qoyun,  qaçın.  Allaha  and  olsun  ki,  mənim  bəsirətli 
ölümdən əsla acığım gəlmir və onda mənim üçün böyük bir rahatlıq var, (bu 
halda) sizdən və sizin yaratdığınız çətinliklərdən xilas olaram!" 
Sonra minbərdən endi və Ğəribeyn məntəqəsinə getdi. Orada Hücr ibni 
Ədini dörd min nəfərə sərkərdə seçib onlara bir bayraq verdi. Hücr Zəhhakı 
təqib edə-edə gəlib Səmavəyə çatdı və Tudmər adlı yerdə onunla qarşılaşdı. 
Iki  qoşun  arasında  döyüş  başlandı,  düşməndən  19  nəfər,  Imam  (ə)-ın 
dostlarından  isə  2  nəfər  öldürüldü.  Zəhhak  gecə  qaranlığından  istifadə 
edərək qaçdı,  Iraqdan keçəndə, su  yüklədikləri  dəvə itdiyi üçün susuzluqla 
qarşılaşdı. Nəhayət bir yol tapıb ətrafdakı qəbilələrdən su aldı.  
Imam (ə) bu qarətçilik barədə belə bir xütbə buyurmuşdu: "Ey bədənləri 
bir-birinə  yaxın,  rəyləri  müxtəlif  olanlar!  Sizin  sözləriniz  bərk  daşları 
yumşaldır, (yaramaz) işləriniz isə düşməni tamaha salır. Məclislərdə yığışıb 
boş və əbəs sözlər danışırsınız, amma düşmənlə döyüş vaxtı "ey müharibə, 
bizdən  uzaq  ol!"  -  deyirsiniz.  Öz  evinizdən  sonra  hansı  bir  evi  düşmənin 
işğalından  qoruyur  və  məndən  sonra  hansı  bir  imamla  vuruşursunuz?! 
Allaha and olsun, aldananları elə siz aldatmısınız! Allaha and olsun! Hər kəs 
sizin vasitənizlə bir işi nizama salsa, ümidsizlikdən başqa bir şey ona nəsib 
olmaz;  hər  kəs,  sizin  vasitənizlə  bir  ox  atsa,  hökmən  ucu  qırılmış  bir  oxla 
atmışdır." 
Xütbənin  sonunda  buyurdu:  "Şamlılar  da  elə  sizin  kimi  adamlardır. 
Etiqadsız  danışmaq  düzdürmü?!  Təqvasızlıqla,  Allahdan  qafil  olmaqla 
haqdan qeyrisinə tamah salırsınızmı?!"
2
 
Imam  (ə)-ın  qardaşı  Əqil  Zəhhakın  namərdcəsinə  hücumundan  xəbər 
                                              
1
 "Nəhcül-bəlağə", 97-ci xütbə 
2
  "Şərhi  "Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.111-125;  "Tarixi-
Təbəri", 4-cü cild, səh.104 


 
142 
tutdu,  Məkkədən  həmdərdlik  əlaməti  olaraq  o  həzrətə  bir  məktub  yazdı. 
Məktubun  axırında  Imam  (ə)-dan  xahiş  etdi  ki,  icazə  verərsə  oğlu  ilə 
birlikdə  Iraqa  gəlsin,  qardaşının  sevincində-qəmində  onunla  şərik  olsun, 
çünki  o  həzrətdən  sonra  yaşamaq  arzusu  etmir.  Imam  (ə)  bu  istəyə  cavab 
olaraq özünün tarixi məktublarından birini yazıb Qüreyşin vəziyyətini bəyan 
etdi, onların  o həzrətə qarşı zülmü rəva görməkdə peşəkar olduqlarını belə 
şərh  etdi:  "Ərəblər,  əvvəllər  Peyğəmbərlə  vuruşmaq  üçün  əlbir  olduqları 
kimi,  bu  gün  də  qardaşınla  vuruşmaq  üçün  əlbir  olmuş,  qardaşının 
haqqını inkar etməyə başlamışlar; onun fəzilətlərinə əhəmiyyət verməmiş, 
onunla  düşmənçiliyə  başlamışlar;  qardaşının  risalət  əsrinin  ən  çətin 
anlarında  göstərdiyi  səylərin  heç  birini  nəzərə  almamış,  nəhayət  əzab 
ordusunu ona tərəf hərəkət etdirmişlər."
1
 
Bu  sözlər  göstərir  ki,  Imam  (ə)  Müaviyə  ilə  apardığı  müharibəni 
Peyğəmbər  (s)-in  Əbu  Süfyanla  apardığı  müharibənin  davamı  kimi 
qiymətləndirir.  Həqiqətdə  "Əhzab"  müharibəsi  Siffeyndə  "Osmanın 
intiqamını almaq" pərdəsi altında yenidən canlanmışdı. 
2-BUSRUN HICAZA VƏ YƏMƏNƏ GÖNDƏRILMƏSI 
Imam  (ə)  Yəmənin  bir  hissəsinin  idarə  olunmasının  Übeydullah  Ibni 
Abbasa,  Cənəd  adlı  digər  bir  hissəsini  isə  Səid  ibni  Həmrana  tapşırmışdı. 
Yəmənin  mərkəzi  hissəsində  Osmana  tabe  olan  və  osmançıların  qayda-
qanunu ilə gedən, Əli (ə)-ın dövlətinə rəğbət göstərməyən və həmişə iğtişaş 
salmaq  və  qiyam  etmək  fikrində  olan  bir  dəstə  var  idi.  Onlar  xəvaric 
tərəfindən  törədilən  cinayətlərdən  və  Imam  (ə)-ın  ordusunda  mövcud  olan 
ixtilafdan  agah  olan  kimi  müxalifətə  başlayıb  Səid  ibni  Nəmranı  oradan 
qovdular.  Əqidə  cəhətindən  osmançı  olmayan  bəziləri  də  vergidən  boyun 
qaçıraraq  qiyamçılara  qoşuldular.  Səid  ibni  Nəmran  və  Übeydullah  Ibni 
Abbas  vəziyyəti  Imam  (ə)-a  xəbər  verdilər,  o  həzrət  Kufədə  yəmənli 
şəxsiyyətlərdən  biri  olan  Yəzid  ibni  Qeyr  Ərqəmlə  məşvərət  etdi,  qərara 
alındı ki, qiyamçılara bir məktub yazıb onlara nəsihət etsin, hamını bir daha 
mərkəzi hökumətə tabe olmağa çağırsın.  Imam (ə) məktubu yazıb Həmdan 
qəbiləsindən  olan  bir  nəfərlə  göndərdi.  O,  məktubu  Yəmənə  gətirib  böyük 
bir  yığıncaqda  oxudu.  Məktubun  məzmunu  çox  təsirli  idi,  lakin  müxaliflər 
mərkəzin  tabeçiliyinə  qayıtmağı  Übeydullahla  Səidin  işdən  çıxarılması  ilə 
şərtləndirdilər.  
Digər  tərəfdən  də  qiyamçılar  o  böhranlı  şəraitdə  fürsəti  qənimət  sayıb 
Müaviyəyə şer dolu bir məktub yazaraq xahiş etdilər ki, onunla beyət etmək 
üçün Sənaya və Cəndə  nümayəndə  göndərsin;  həm  də xatırlatdılar ki,  əgər 
bu işi təxirə salarsa, Əli və onun nümayəndəsi Yəzidlə beyət edəcəklər. 
Məktub  Müaviyəyə  çatanda  o,  kütləvi  qətl,  qiyam  və  ictimai  asayişi 
pozmaq  siyasətini  Hicaz  və  Yəmənə  doğru  genişləndirməyi  qərara  aldı,  öz 
sərkərdələri içində ən daşürəkli adam olan Busr ibni Ərtatı çağırıb dedi:–"Üç 
min  nəfərlik  bir  qoşunla  Hicaza  və  Mədinəyə  tərəf  hərəkət  et,  yol  üstündə 
çatdığın  yerlərin  əhalisi  Əlinin  hökumətinin  tabeçiliyində  olsalar  onları 
                                              
1
 "Əl-ğarat", 2-ci cild, səh.431 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə