On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə67/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

 
133 
Imam (ə) və onun dostları "xəbis şəcərənin" kökünü kəsməkdən, fəsadı 
aradan  qaldırmaqdan  başqa  bir  şey  fikirləşmirdilər.  Amma  gözlənilmədən 
hadisələrin  gedişi  bu  fikirlərin  tam  əksinə  olaraq  dəyişildi,  Müaviyə  ilə 
deyil, xəvariclə müharibə etmək qəti bir məsələyə çevrildi. 
Imam (ə)-ın bu barədə qəti qərara gəlməsinin səbəblərini aşağıdakılardan 
başa düşmək olar: 
1.  Imam  (ə)-a  xəbər  çatdı  ki,  xəvaric  Əbdüllah  ibni  Vəhəb  Rasibinin 
evində  yığışaraq  "əmr  be  məruf  və  nəhy  əz  münkər"  adı  ilə  silahlı  qiyam 
etməyi qərara almış, bu məqsədlə Bəsrədəki həmfikirlərinə məktub yazaraq 
onları  da  təcili  olaraq  xəvaricin  düşərgəsinə–"Xeybər"in  kənarındakı 
Nəhrəvana  dəvət  etmişlər,  Bəsrə  xəvaricləri  də  öz  hazırlıqlarını 
bildirmişlər.
1
 
2. Dumətül-cəndəl məhkəməsində tam həyasızlıqla Imam (ə)-ı öz qanuni 
məqamından çıxarmış, Müaviyəni onun yerinə seçmişdilər. Bu da Imam (ə)-
ı,  bu  barədə  ümumxalq fikrini  aydınlaşdırmağa  məcbur  etdi.  Buna  görə  də 
Imam (ə) Kufədə minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra buyurdu: 
"Agah və xeyirxah bir insanla müxalifət etmək peşmançılığa, həsrətə səbəb 
olar.  Mənim  həm  həkəmiyyət  məsələsində,  həm  də  bu  iki  nəfərin  qəzavəti 
barəsində rəyim mənfi idi, lakin siz mənim rəyimi qəbul etmədiniz və o iki 
nəfərin  hakim  olmasını  qəbul  etdiniz.  Onlar  öz  əhdlərini  pozaraq  Quranın 
öldürdüyü şeyi diriltdilər, diriltdiyi şeyi isə öldürdülər; öz nəfsani istəklərinə 
tabe  oldular,  dəllil  və  höccət  olmadan  rəy  verdilər.  Buna  görə  də  Allah, 
Onun Peyğəmbəri və möminlər hər iki hakimdən bezardırlar. Cihada, Şama 
tərəf  hərəkət  etməyə  hazırlaşın  və  bazar  ertəsi  günü  Nüxeylə  düşərgəsində 
bir  yerə  yığışın.  Allaha  and  olsun,  mən  bunlarla  (şamlılarla),  hərçənd 
özümdən başqa heç kim olmasa belə, vuruşacağam." 
3.  Imam  (ə)  dayanmadan  Kufədən  çıxıb  Siffeynə  getməyi  qərar  aldı. 
Onun  dostlarından  bəziləri  dedilər  ki,  yaxşı  olardı  ki,  bizdən  ayrılan 
xəvaricləri  də  cihada  dəvət  edəsən.  Buna  görə  də  Imam  (ə)  xəvaricin 
başçılarına  belə  bir  məktub  yazdı:  "Əmr  As  və  Əbu  Musa  xətaya  yol 
vermiş,  Allahın  Kitabı  ilə  müxalifət  etmiş  və  həvayi-nəfsə  tabe  olmuşlar. 
Onlar  nə  sünnəyə  əməl  etmişlər,  nə  də  Qurana.  Allah,  Onun  Rəsulu  və 
möminlər  onların  əməlindən  bezardırlar.  Mənim  məktubum  sizə  çatan 
kimi gəlin, hər ikimizin düşmənlərinə tərəf gedək." 
4.  Imam  (ə)-ın  məktubu  onların  ruhiyyələrində  azacıq  belə  olsun,  təsir 
buraxmadı  və  bu  təklifi  rədd  etdilər.  Imam  (ə)  onlardan  məyus  olduqda 
qərara aldı ki, onların cihadda iştirak edəcəklərini gözləməsin, öz ixtiyarında 
olan,  yaxud  toplaya  biləcəyi  qoşunla  Siffeynə  tərəf  hərəkət  etsin.  Bəsrənin 
hakimi  Ibni  Abbasa  bir  məktub  yazaraq  ondan  kömək  istədi.  Məktub  ona 
çatanda  onu  camaata  oxudu,  lakin  Əhnəfin  başçılıq  etdiyi  min  beş  yüz 
nəfərdən  başqa  müsbət  cavab  verən  olmadı.  Ibni  Abbas  könüllülərin 
azlığından  təəssüfləndi,  böyük  bir  yığıncaqda  çıxış  edib  dedi:–"Əmirəl-
möminindən mənə bir məktub gəlmişdir. O, məktubda mənə əmr etmişdir ki
qoşun  yığıb  cihadda  iştirak  etmək  üçün  onun  yanına  göndərim.  Mən  bu 
                                              
1
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.132 


 
134 
barədə fərman verdim, amma cihadda iştirak etmək üçün yalnız min beş yüz 
nəfər  hazırlaşdı,  halbuki  dövlət  divanında  altmış  min  nəfərin  adı  vardır. 
Təcili olaraq hərəkətə başlayın və bəhanə gətirməyin. Hər kəs öz imamının 
çağırışına  etinasızlıq  etsə,  bərk  peşman  olacaq.  Mən  Əbül-Əsvədə  əmr 
etmişəm ki, sizin hərəkət proqramınızı tərtib etsin." 
Əbül-Əsvəd  və  başqalarının  göstərdiyi  səylər  nəticəsində  yalnız  min 
səkkiz yüz nəfər əvvəlkilərə qoşuldu və üç min iki yüz nəfərdən ibarət olan 
qoşun  Kufəyə  yola  düşdü.  Imam  (ə)  Bəsrə  qoşununun  sayının  azlığından 
fikrə daldı, kufəlilərin arasında çıxış edib buyurdu: "Ey Kufə əhli! Siz haqq 
işində  mənim  qardaşlarım  və  köməkçilərimsiniz.  Mən  sizin  köməyinizlə 
haqqa arxa çevirənləri məhv edərəm. Ümidvaram ki, siz haqq keşikçiləri, 
bu  yolda  möhkəm  və  sabitqədəm  olasınız.  Bilin  ki,  Bəsrə  əhalisindən 
yalnız  üç  min  iki  yüz  nəfər  köməyə  gəlmişlər.  Sizə  vacibdir  ki,  sədaqətlə 
kömək  edəsiniz.  Rəislər  və  qəbilələr  öz  qohum-əqrəbalarına  yazsınlar, 
döyüş qüdrəti olanları bu müharibəyə dəvət etsinlər." 
Səd ibni Qeys Həmdani, Ədi ibni Hatəm, Hücr ibni Ədi kimilər və sair 
qəbilə  ağsaqqalları  bu  fərmana  itaət  edib  öz  qəbilələrinə  məktub  yazdılar. 
Beləliklə qırx min nəfər döyüşçü on yeddi min cavan və səkkiz min qulamla 
birlikdə  Kufəyə  gəldilər,  Bəsrə  qoşunu  da  onlara  qoşuldu.  Böyük  bir  ordu 
Imam (ə)-ın bayrağı altında birləşdi. Bəziləri Müaviyə ilə vuruşmazdan öncə 
xəvaricin işinin xətm edilməsinə israr edirdilər. Imam (ə) buyurdu:  "Onları 
boşlayın,  və  yer  üzündə  zülmkar  şahlar  olmaq,  möminləri  qul  etmək 
istəyənlərin sorağına gedin!" 
Bu vaxt hər tərəfdən səslər ucaldı: "Bizi hara məsləhət görürsənsə, ora da 
apar!  Hamımızın  qəlbimiz  bir  nəfərin  qəlbi  kimidir  və  yalnız  sənə  kömək 
etmək üçün döyünür!" 
5.  Belə  həssas  bir  vəziyyətdə  xəbər  çatdı  ki,  xəvaric  çayın  sahilində 
Əbdüllah  ibni  Xubbabın  başını  kəsmiş,  bununla  da  kifayətlənməyib  onun 
arvadını da öldürmüş və bətnindəki uşağı çıxarıb onun da başını kəsmişlər. 
Ibni Qüteybə "Əl-imamətu vəs-siyasət" kitabında yazır: 
Xəvaric Əbdüllah ilə qarşılaşanda ondan soruşdular:–Kimsən? 
Əbdüllah: –Allahın mömin bəndəsi! 
Xəvaric:–Əli barəsində fikrin nədir? 
Əbdüllah:–O, möminlərin əmiri, Allaha və Onun Rəsuluna iman gətirən 
ilk şəxsdir. 
Xəvaric:–Adın nədir? 
Əbdüllah:–Əbdüllah ibni Xubbab ibni Ərrət. 
Xəvaric:–Sənin atan Peyğəmbərin səhabəsi idimi? 
Əbdüllah:–Bəli. 
Xəvaric:–Səni narahat etdikmi? 
Əbdüllah:–Bəli! 
Xəvaric:–Sənin  atandan,  atanın  da  Peyğəmbərdən  nəql  etdiyi  hədisi 
bizim üçün söylə. 
Əbdüllah:–Atam  Peyğəmbərin  belə  buyurduğunu  nəql  edib:  "Məndən 
sonra bir fitnə baş verəcəkdir, o fitnədə möminin qəlbi öləcək. Gecə imanlı 
halda yatacaq, gündüz isə kafir olacaqdır." 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə