127
tanıyırsınızmı ki, həkəmiyyəti mən hesab etdiyim dərəcədə pis bir iş saysın?
Xəvaric:–Yox.
Imam (ə):–Təsdiq edirsinizmi ki, siz məni tam ikrahlı olduğum halda bu
işə vadar etdiniz, mən də məcbur qalıb sizin tələbinizi qəbul etdim, şərt
qoydum ki, hakimlər yalnız Allahın hökmü əsasında qəzavət etdikdə onların
hökmü qüvvədə olacaq. Hamınız da bilirsiniz ki, Allahın hökmü məndən o
yana keçməz (və mən
haqq imam, mühacir və ənsarın seçdiyi xəlifəyəm.)
Əbdüllah ibni Kəvva:–Düzdür, o iki nəfəri bizim israrımızla Allah
dinində qazi seçdin, amma indi biz iqrar edirik ki, bu əməlimizlə kafir
olmuşduq, indi də ondan tövbə edirik. Sən də bizim kimi öz küfrünü iqrar
edib
tövbə et, sonra isə hamımızı Müaviyə ilə döyüşə göndər.
Imam (ə):–Bilirsinizmi ki, Allah ərlə-arvad arasında ixtilaf yarandıqda
iki nəfər həkəmə (qaziyə), həmçinin ehram halında şikar öldürüldükdə
kəffarə təyin etmək üçün iki nəfər ədalətli şəxsə müraciət olunmasını əmr
etmişdir?!
Ibni Kəvva:–Sən "Əmirəl-möminin" ləqəbini öz adından silməklə özünü
hökumətdən saldın.
Imam (ə):–Peyğəmbər (s) bizim üçün (hər bir şeydə) örnəkdir.
"Hüdeybiyyə" qəzvəsində, Peyğəmbərlə Qüreyş arasında bağlanan
sülhnamədə "Rəsulullah" yazılmışdı. Qüreyşdən olan nümayəndə buna
etiraz edib "Əgər sənin Allahın Rəsulu olduğunu iqrar etsəydim, onda
səninlə müxalifət etməzdim. Gərək "Rəsulullah" ləqəbini öz adının yanından
götürəsən!" - deyəndə Peyğəmbər mənə buyurdu: "Ya Əli, "Rəsulullah"
ləqəbini adımın yanından sil." Dedim: "Ya Rəsuləllah, qəlbim belə bir iş
görməyə icazə vermir." Peyğəmbər öz əli ilə onu pozdu, təbəssüm edərək
mənə buyurdu: "Bu iş sənin də başına gələcək."
Imam (ə)-ın sözləri tamam olandan sonra Hərurada yığışanların içindən
iki min nəfər ayrılıb o həzrətin tərəfinə gəldilər. Orada yığışdıqlarına görə
onlara "həruriyyə" adı verildi.
1
BAŞQA BIR MÜBAHISƏ
Xəvaric barəsində Imam (ə)-ın siyasəti belə idi: Onlar nahaq qan
axıtmayınca, qarətçilik və soyğunçuluq etməyincə Kufədə və onun ətrafında
azad şəkildə yaşaya bilərlər–hətta gecə-gündüz onların inkar səsləri məscidi
doldursaydı və onun əleyhinə şüar versəydilər də belə. Buna görə də Imam
(ə) yenidən Ibni Abbası Hərura kəndinə göndərdi. Ibni Abbas onlara dedi:–
Nə istəyirsiniz?
Dedilər:–Gərək Siffeyndə olanların və həkəmiyyətə razılıq verənlərin
hamısı Kufədən çıxsınlar, hamılıqla Siffeynə gedib üç gecə orada qalaq və
öz əməlimizdən tövbə edib sonra Müaviyə ilə müharibə etmək üçün Şama
gedək!
Bu sözlərdə inadkarlığın və nadanlığın əlamətləri tamamilə aşkardır,
çünki əgər həkəmiyyət məsələsi günah və qanunsuz bir iş olsaydı belə, ona
1
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 1-ci cild, səh.274-275; "Kamil"
(Mübərrəd), səh.45
128
görə tövbənin mütləq günahın baş verdiyi yerdə, özü də orada üç gecə
qalmaq şərti ilə, icra olunması lazım deyildi. Tövbə elə bir an qəlbdə
peşman olmaqla və istiğfar etməklə gerçəkləşir. Imam (ə) onların cavabında
dedi:–Bu sözü nə üçün indi, iki nəfər qazi təyin olunub göndəriləndən və
tərəflər əhd-peyman bağladıqdan sonra deyirsiniz?
Dedilər:–O vaxt təzyiq çoxalmışdı, yaralılar da həddindən artıq çox idi.
Bizim çoxlu silahımız və atımız tələf olmuşdu. Buna görə də həkəmiyyəti
qəbul etdik.
Imam (ə) buyurdu:–Təzyiqin şiddətləndiyi bir gündə qəbul etdinizmi?!
Peyğəmbər (s) müşriklərlə bağladığı müqaviləni möhtərəm sayır, amma siz
isə
mənə deyirsiniz ki, öz əhdimi pozum!
Onlar daxilən xəcalət hissi keçirdilər, lakin öz əqidələrinə olan təəssübə
görə bir-bir gəlib "la hukmə illa lillah" şüarını verdilər. Bir gün onlardan biri
məscidə daxil oldu və elə həmin şüarı verdi, camaat onun ətrafına yığışdı. O,
öz şüarını təkrar etdi. Bu dəfə dedi:–Allahdan başqa heç bir kəs üçün hökm
yoxdur, Əbül-Həsən (Əli (ə)) üçün ikrahlı olsa da belə.
Imam (ə) buyurdu:–Mən heç vaxt Allahın hökmünə ikrahla yanaşmıram,
lakin sizin barənizdə Allahın hökmünü gözləyirəm.
Camaat Imam (ə)-a dedi:–Nə üçün bunlara bu qədər möhlət və azadlıq
verirsən?! Nə üçün onların kökünü kəsmirsən?!
Buyurdu:–Onlar məhv olmayacaqlar; onlardan bir qrupu ataların
sülbündə, anaların bətnində qalıb qiyamətə kimi elə bu halda olacaqlar.
1
İYİRMİ ÜÇÜNCÜ FƏSİL
XƏVARICIN MÜXALIFƏT SƏBƏBLƏRININ TƏHLILI
Xəvaricin Imam (ə)-la müxalifətçilik səbəbləri Müaviyənin o həzrətlə
müxalifətçilik səbəblərindən tamamilə fərqli idi. Müaviyə Ömərin xilafəti
dövründən etibarən Şamın muxtariyyətinin müqəddiməsini hazırlamışdı və
özünü Şamın mütləq hakimi hesab edirdi. Osmanın qətlindən sonra Imam
(ə)-ın onu Şamın hakimiyyətindən kənarlaşdırmaq istədiyini bildikdə,
onunla müxalifətə başladı, əvvəlcə Təlhə və Zübeyri təhrik etməklə, sonra
isə Siffeyn müharibəsini başlamaqla Imam (ə)-ın qabağında dayandı, son
anlarda Quranları nizəyə vuraraq fitnə ilə Imam (ə)-ın ordusunda dərin
ixtilaf və ikitirəlik yaratdı.
Amma xəvaric zahirpərəst, başqa sözlə "quru müqəddəslər" idilər. Onlar
islamın əsaslarından xəbərsiz olduqlarına, ona səthi baxdıqlarına görə Imam
(ə)-la müxalifətə qalxdılar, puç bəhanələrə istinad edərək ilahi hidayət çırağı
qarşısında cəbhələşmə yaratdılar, o hidayət çırağını söndürmək üçün, hətta
özlərinin məhv olmaları
qiymətinə belə, irəlilədilər.
Xəvariclə Müaviyə arasında olan məhz bu bariz fərqə görə Imam (ə)
onlara qələbə çaldıqdan sonra buyurdu:
"Məndən sonra xəvariclə
vuruşmayın, çünki haqqı axtararaq müəyyən səbəblərə görə xəta yolu
1
"Şərhi-Nəhcül-bəlağə", (Ibni Əbil-Hədid) 2-ci cild, səh.310-311