On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ


fərman  verir  ki,  camaat  arasında  haqq  əsasında  qəzavət  etsin,  ədaləti



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə75/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

 
149 
fərman  verir  ki,  camaat  arasında  haqq  əsasında  qəzavət  etsin,  ədaləti 
yaysın. Həvayi-nəfsə tabe olmasın və Allah yolunda məzəmmət  edənlərin 
məzəmmətindən qorxmasın, çünki, Allah təqvalı olan və Ona itaət etməyi 
başqa şeylərdən qabağa salanlarladır. Vəssəlam."  
36-cı ilin Ramazan ayının əvvəlində Rəsulullahın azad edilmiş qulu olan 
Übeydullah  ibni  Əbu-Rafenin  xətti  ilə  yazılan  bu  məktub  Qeys  ibni 
Übadənin işdən götürüldüyü günlərə təsadüf edir və onun valilik müddətinin 
çox  qısa  olduğunu  göstərir.
1
  Çünki,  Əmirəl-möminin  Əli  (ə)  35-ci  ilin 
axırlarında xilafətə seçildi, bu məktub isə o həzrətin xilafətə seçilməsindən 
səkkiz ay sonra yazılmışdı. 
Bu  məktub  Məhəmməd  ibni  Əbu-Bəkrə  çatdıqda  camaat  arasında  nitq 
söyləyib  Imam (ə)-ın məktubunu onlara oxudu, sonra Misirdən Imam (ə)-a 
bir  məktub  yazaraq  halal-haram  və  islam  qanunları  barədə  soruşdu,  o 
həzrətdən  ona  yol  göstərməsini  xahiş  etdi.  O,  öz  məktubunda  Imam  (ə)-a 
belə yazmışdı:  
"Məhəmməd  ibni  Əbi  Bəkr  tərəfindən,  Allahın  bəndəsi  Əmirəl-
mömininə!  Salam  olsun  sənə!  Tək  olan  Allaha  şükür  edirəm.  Əgər 
Əmirəl-möminin məsləhət görsə, bizə bir məktub yazıb bizim vacibatımızı 
aydınlaşdırsın,  mənim  kimilərin  qarşılaşdığı  islamın  qəzavət  hökmlərini 
yazsın. Allah Əmirəl-mömininin əcrini artırsın!" 
Imam  (ə)  məktubun  cavabında  qəzavətə  dair  məsələləri,  dəstəmazın 
hökmlərini,  namazın  vaxtlarını,  əmr  be  məruf  və  nəhy  əz  münkər,  oruc  və 
etikaf  barədə  müəyyən  məsələlərin  hökmünü  yazdı,  daha  sonra  bir  nəsihət 
olaraq  ölüm,  hesab-kitab,  cənnət-cəhənnəmə  dair  bəzi  məsələləri  xatırlatdı. 
("Əl-Ğarat" kitabında Imam (ə)-ın məktubu kamil şəkildə qeyd edilmişdir.)
2
 
Əbu  Ishaq  Səqəfi  yazır:  "Imam  (ə)-ın  məktubu  Məhəmməd  ibni  Əbi 
Bəkrə  çatdıqdan  sonra  müntəzəm  olaraq  ona  baxır,  ona  müvafiq  olaraq 
qəzavət  edirdi.  Əmr  As  Misrə  hücum  edib  onu  məğlub  edəndən  və  qətlə 
yetirəndən  sonra  məktublar  onun  əlinə  keçdi.  O  da  bütün  məktubları  yığıb 
Müaviyəyə  göndərdi.  Məktubların  biri  Müaviyənin  diqqətini  cəlb  etdi:  o, 
həmin  məktuba  daha  diqqətlə  baxırdı.  Vəlid  ibni  Əqəbə  Müaviyənin 
təəccübləndiyini görəndə dedi:–Əmr et, bu məktubları yandırsınlar! 
Müaviyə dedi:–Sakit! Sənin bu barədə danışmağa haqqın yoxdur! 
Vəlid  dedi:–Əgər  camaat  Əbu  Turabın  (Əlinin)  hədislərinin  səndə 
olduğunu, sənin də onlardan istifadə edib qəzavət etməyini bilsə, sənin üçün 
yaxşı olarmı? Əgər belədirsə, bəs nə üçün onunla mübarizə edirsən?! 
Müaviyə dedi:–Vay olsun sənə! Mənə deyirsən ki, belə bir elm xəzinəsini 
yandırım.  Allaha  and  olsun,  bundan  dərin,  hərtərəfli,  aydın  bir  elm 
görməmişəm! 
Vəlid  əvvəlki  sözünü  təkrarlayıb  dedi:–Əgər  Əlinin  elmindən  və 
qəzavətindən heyrətlənirsənsə, onda nə üçün onunla mübarizə edirsən? 
Müaviyə dedi:–Əgər Əli Osmanı ölürməsəydi və fətva verməklə məşğul 
olsaydı,  biz  ondan  elm  öyrənərdik.  (Bir  qədər  sükut  etdikdən  sonra 
                                              
1
 "Əl-ğarat", 1-ci cild, səh.224 
2
 "Əl-ğarat", 1-ci cild, səh.224-250 


 
150 
ətrafındakılara baxıb dedi:) Biz heç də bunların Əlinin məktubları olduğunu 
demirik.  Biz  deyirik  ki,  bunlar  Əbu  Bəkr  Siddiqin  məktubları  imiş,  oğlu 
Məhəmmədə  irs  çatmışdır,  biz  də  ona  müvafiq  şəkildə  qəzavət  edib  fətva 
veririk. 
Imam  (ə)-ın  məktubları  həmişə  Bəni-Üməyyənin  incilər  xəzinəsində 
qalırdı,  nəhayət  Ömər  ibni  Əbdül-Əziz  xilafətə  çatanda  elan  etdi  ki,  bu 
məktublar Əliyyibni Əbu-Talibin hədisləridir. 
Əli (ə) Misrin fəth olunmasından və Məhəmmədin qətlə yetirilməsindən 
sonra  bu  məktubun  Müaviyənin  əlinə  keçməsindən  agah  olanda,  çox 
təəssüfləndi.  Əbdüllah  ibni  Sələmə  deyir:  "Imam  (ə)  bizimlə  namaz  qıldı. 
Namazı qurtarmazdan əvvəl o həzrətin üzündə təəssüf izlərini gördük. Sonra 
bir  şer  oxudu  ki,  məzmunu  onun  təəssüfünü  göstərirdi.  Imam  (ə)-dan 
"məqsədiniz  nədir?"  -  deyə,  soruşduqda,  buyurdu:  "Məhəmməd  ibni  Əbi 
Bəkri  Misrin  işlərini  idarə  etmək  üçün  seçmişdim.  O,  məktubda  mənə 
yazmışdı  ki,  Peyğəmbər  sünnəsindən  geniş  məlumatım  yoxdur.  Ona  bir 
məktub  yazıb,  Peyğəmbərin  sünnələrini  şərh  etdim,  amma  onu  öldürdülər, 
məktub da düşmənin əlinə düşdü." 
ƏLI 
(Ə)-IN 
VALISI 
(NÜMAYƏNDƏSI) 
VƏ 
BITƏRƏFLƏR 
Misrin  əvvəlki  valisi  Məhəmməd  ibni  Qeysin  dövründə  bəziləri  onun 
hökumətindən  kənara  çəkilərək  özlərini  bitərəflər  adlandırmışdılar. 
Məhəmməd  ibni  Əbi  Bəkr  Misirdə  işə  başlayandan  bir  ay  sonra  həmin 
bitərəfləri  iki  işdən  birini  seçməkdə  azad  qoydu:  ya  hökumətə  vəfadar 
olduqlarını  və  itaət  edəcəklərini  elan,  ya  da  Misri  tərk  etsinlər.  Onlar  bu 
barədə  fikirləşmək  üçün  möhlət  istədilər.  Məhəmməd  onlara  möhlət 
verilməsini  qəbul  etmədi,  onlar  da  öz  dediklərinin  üstündə  dayanaraq 
müdafiə  olunmağa  hazırlaşdılar.  Siffeyn  müharibəsində  Imam  (ə)-la 
Müaviyə  arasındakı ixtilafın həll edilməsinin iki qaziyə həvalə edilməsi və 
tərəflərin  müharibəni  saxlamaları  xəbəri  onlara  çatanda  bu  "bitərəflər" 
hakimə  qarşı  daha  da  cürətləndilər,  bitərəflikdən  çıxıb  hökumətlə  aşkar 
müxalifətə qalxdılar. Vali Haris ibni Cəmhan və Yəzid ibni Haris Kənanini 
göndərdi ki, onlara nəsihət etsin. Lakin onlar, həvalə edilən vəzifəni yerinə 
yetirdikləri vaxt müxaliflər tərəfindən öldürüldü. Üçüncü adamı göndərdi, o 
da bu yolda öldürüldü. Bu üç nəfərin öldürülməsi nəticəsində bəziləri daha 
da  cürətlənib  şamlılar  kimi  camaatı  Osmanın  intiqamını  almağa  təhrik 
etməyə başladılar. Müxalifət üçün əvvəllər də şərait mövcud olduğuna görə 
başqaları  da  onlara  qoşuldu,  nəhayət  Misri  iğtişaşlar  bürüdü.  Gənc  vali 
Misirdə səbatı bərqərar edə bilmədi. Əmirəl-möminin Misrin vəziyyətindən 
agah olduqda buyurdu:  "Yalnız iki nəfər  Misirdə sabitliyi bərpa edə bilər: 
biri əvvəlcə orada rəhbərlik etmiş Qeys ibni Səd, digəri isə Malik Əştər." 
Imam (ə) bu sözü deyəndə artıq Maliki Cəzirəyə vali göndərmişdi. Qeys 
ibni  Səd  həmişə  Imam  (ə)-ın  yanında  idi,  amma  onun  Iraqdakı  orduda 
olması zəruri idi. Buna görə də Malik Iraq-Şam arasında yerləşən geniş bir 
məntəqədə–Nəsibeyndə olanda Imam (ə) ona bir məktub yazaraq özünün və 
Misrin  vəziyyətini  belə  şərh  etdi:  "Sən  o  adamlardansan  ki, mən  onların 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə