On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə78/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   73   74   75   76   77   78   79   80   81

 
155 
Mənim  əmioğlum  Kənanə  ibni  Bişr  öldürüldü.  Məhəmməd  də  gərək  diri 
qalmasın! 
Öz  taleyindən  agah  olan  Məhəmməd  su  istədi,  lakin  Ibni  Hüdəyc 
Osmanın susuz öldürülməsini bəhanə edərək ona su vermədi. Bu zaman Ibni 
Hüdəyc  Məhəmmədi  nalayiq  sözlərlə  təhqir  etdi,  axırda  ona  dedi:–Mən 
sənin cəsədini bu ölü ulağın qarnına qoyub yandıracağam! 
Məhəmməd  dedi:–Siz  Allah  düşmənləri  dəfələrlə  ilahi  övliyalarla  belə 
yaramaz şəkildə rəftar  etmisiniz. Mən ümidvaram  ki,  Allah bu odu mənim 
üçün  Ibrahimə  etdiyi  kimi  soyuq  və  sağlamlıq,  sənə  və  dostlarına  isə  bir 
əzab qərar versin. Allah səni, sənin rəhbərin Müaviyə ibni Əbu-Süfyanı və 
Əmr Ası elə bir odda yandırsın ki, hər vaxt sönmək istəsə, daha da şölələnər. 
Axırda  Müaviyə  ibni  Hüdəyc  qəzəblənib  onun  boynunu  vurdu,  sonra 
cəsədini ölü bir ulağın qarnına qoyub yandırdı. Məhəmmədin şəhadət xəbəri 
iki nəfəri hamıdan çox təsirləndirdi: biri onun bacısı Ayişə idi; o, qardaşının 
halına  hönkür-hönkür  ağlayır,  hər  namazın  axırında  Müaviyə  ibni  Əbu-
Süfyanı,  Əmr  Ası  və  Müaviyə  ibni  Hüdəyci  lənətləyirdi.  Bundan  sonra 
Ayişə  qardaşının  əhl-əyalının  və  uşaqlarının  qəyyumluğunu  öz  öhdəsinə 
aldı.  Məhəmmədin  Qasim  adlı  oğlu  Ayişənin  əlində  böyüdü.  Digəri  isə 
Əsma  Binti-Ümeys  idi;  o  da  uzun  müddət  Cəfər  ibni  Əbu-Talibin  arvadı 
olmuş,  ərinin  şəhadətindən  sonra  Əbu  Bəkrə  ərə  getmişdi,  ondan  da 
Məhəmməd dünyaya gəlmişdi. Əbu Bəkr vəfat edəndən sonra isə Əli (ə)-a 
ərə  getmişdi,  ondan  da  Yəhya  adlı  bir  oğlu  olmuşdu.  Anası  öz  oğlunun 
başına gətirilən faciədən agah olanda dərindən təsirləndi, lakin öz qəzəbini 
boğub namazxanaya getdi və oğlunun qatillərini qarğışladı. 
Əmr As Müaviyəyə bir məktub yazaraq o iki nəfəri qətlə yetirdiyini ona 
xəbər verdi, bir-birinə fırıldaq gələn siyasətbazlar kimi özünü haqlı göstərib 
dedi:–Biz onları kitaba və sünnəyə dəvət etdik, lakin onlar haqqın qarşısında 
müxalifət edib öz azğınlıqlarında qaldılar. Nəhayət aramızda döyüş başlandı. 
Biz Allahdan kömək istədik, Allah da onların üzlərinə və kürəklərinə vurub 
əlləri bağlı halda bizə təslim etdi! 
ƏLI 
(Ə) 
MƏHƏMMƏDIN 
ŞƏHADƏTINDƏN 
XƏBƏRDAR OLUR 
Əbdüllah  ibni  Qəid  nalə-fəğan  edərək  Kufəyə  daxil  oldu  və 
Məhəmmədin  işkəncə  ilə  və  faciəli  şəkildə  şəhid  edildiyini  Əli  (ə)-a  xəbər 
verdi. Imam (ə) göstəriş verdi ki, onun sözlərini eşitmək üçün hamı bir yerə 
yığışsın.  Sonra  onlara  buyurdu:  "Bu,  Məhəmmədin  və  sizin  misirli 
qardaşlarınızın  nalələridir.  Allahın  və  sizin  düşməniniz  olan  Əmr  As 
onlara doğru getmiş, onlara hakim olmuşdur. Heç də güman etmirəm ki, 
azğınların  batilə  olan  bağlılıqları,  öz  tağutlarına  olan  etimadları  sizin 
haqqa  olan  bağlılığınızdan  möhkəm  olsun!  Onlar  Misrə  hücum  etməklə 
sanki  sizin  başınız  üstünə  hücum  etmişlər.  Tez  olun,  onların  köməyinə 
tələsin! Ey Allah bəndələri, Misir xeyir-bərəkətdə Şamdan, oranın əhalisi 
də  şamlılardan  yaxşıdır.  Misri  əldən  verirsiniz.  Əgər  Misir  sizin 
ixtiyarınızda  olsa,  bu,  sizin  üçün  izzət,  düşmən  üçün  xarlıq  olacaq.  Tez 
olun, Cürə ordugahına yola düşün, sabah bir-birimizə çataq." 


 
156 
Günlər keçəndən və Iraq başçıları Imam (ə)-ın hüzuruna gedib-gələndən 
sonra,  nəhayət,  Malik  ibni  Kəb  iki  min  nəfərlik  bir  qoşunla  Misrə  yola 
düşdü.
1
 
Imam (ə) Ibni Abbasa bir məktub yazıb hadisələri belə şərh etdi: "Misir 
düşmənin  əli  ilə  fəth  olunmuş,  Məhəmməd  ibni  Əbi  Bəkr  şəhadətə 
çatmışdır. (Allah ona rəhmət etsin!) Bu müsibəti Allahın hesabına qoyur 
və əcrini də Ondan istəyirəm. Bu, mehriban və çalışqan bir övladın, kəsici 
bir  qılıncın,  müqavimətli  bir  qüdrətin  müsibətidir.  Mən  camaatı  ona 
qoşulmağa  təşviq  etdim  və  onlara  fərman  verdim  ki,  bir  hadisə  baş 
verməmiş  onun  köməyinə  getsinlər.  Mən  aşkarda  da,  gizlində  də  hamını 
ona tərəf hərəkət etməyə çağırıram. Bir dəstə meylsiz halda hazırlıqlarını 
elan etdilər, bəziləri də özlərini xəstəliyə vurdular, üçüncü bir qrup isə ona 
kömək etməkdən boyun qaçırtdılar. Allahdan istəyirəm ki, məni tezliklə bu 
camaatın əlindən qurtarsın."
2
 
Məhəmmədin şəhadəti Əli (ə)-a çox ağır gəldi, o həzrət göz yaşı axıdaraq 
buyurdu:  "O,  mənim  üçün  övlad,  övladlarım  üçün  qardaş  idi.  (Sonra 
buyurdu:) Mən onu çox istəyirdim,
3
 onu öz ağuşumda bəsləmişdim."
4
 
Uzaqgörən adamlar Siffeyn müharibəsindən sonra tez-tez baş verən belə 
hadisələrdən  Əli  (ə)-ın  hökumətinin  nadan  dostların  əli  ilə  süqut  edəcəyini 
irəlicədən görə bilərdilər. Bu zaman artıq Müaviyə Şama hakim olmuş, Əmr 
As Misri öz ixtiyarına keçirmişdi. Qarətçi dəstələr və qaniçənlər Müaviyənin 
göstərişi  ilə  mərkəzi  hökuməti  zəiflətmək,  əmin-amanlığı  tamamilə  aradan 
aparmaq  üçün  müntəzəm  surətdə  ətraf  yerlərə  yürüş  edirdilər.  Amma 
görəsən  Əli  (ə)  bu  acınacaqlı  şəraitdə  nə  kimi  tədbirlər  görür,  fəsadın 
kökünü  kəsmək  üçün  qəlbləri  ölmüş  iraqlılardan  necə  kömək  almaq 
istəyirdi. Tarixdə qeyd olunur ki,  Imam (ə) ömrünün axır günlərində  atəşli 
bir nitq söyləyərək iraqlıların ölmüş qəlblərini yenidən diriltdi. 
IMAM (Ə)-IN SON XÜTBƏSI 
Nofəl  ibni  Füzalə  deyir:  Imam  (ə)-ın  həyatının  axır  günlərində  Cödə 
Məxzumi daşdan bir taxt düzəltdi, Imam (ə) yun köynək geymiş olan halda 
onun üstünə çıxdı, qılıncının bağı və başmaqlarının qaytanı xurma lifindən 
idi, alnı səcdənin çoxluğundan qabar bağlamışdı. O həzrət söhbətə başlayıb 
buyurdu: "Allaha şükürlər olsun ki, bəndələrin və dünya işlərinin aqibəti 
Ona  tərəfdir.  Böyük  ehsanlarına,  aydın  dəlillərinə  və  (daim)  artan 
kərəminə  görə  Ona  həmd  edirik.  Ey  camaat,  mən  peyğəmbərlərin  öyüd-
nəsihətlərini  sizin  aranızda  yaydım,  onların  canişinlərinin  gələcək 
nəsillərə  çatdırdıqlarını  da  sizə  çatdırdım.  Sizi  şallağımla  ədəbləndirdim, 
amma ibrət almadınız. Sizi təşviqedici sözlərlə irəli sövq etdim, lakin bir-
birinizə yaxınlaşmadınız. Sizi and verirəm Allaha, məndən qeyri bir imamı 
gözləyirsinizmi  ki,  yolu  sizin  üçün  düzəltsin,  sizi  haqq  yola  aparsın?! 
                                              
1
 "Əl-ğarat", 1-ci cild, səh.282-292 
2
 "Nəhcül-bəlağə", 25-ci məktub  
3
 "Tarixi-Yəqubi" 2-ci cild, səh.194 
4
 "Nəhcül-bəlağə", 65-ci məktub  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə