On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə79/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   73   74   75   76   77   78   79   80   81

 
157 
Qanları  Siffeyndə  tökülən  qardaşlarımız  ziyan  etməmişlər,  çünki  belə 
günləri görmədilər ki, qəm-qüssə dolu camı başlarına çəksinlər və (insanı 
mənən əzən) bu cür həyatın çirkablı suyundan içsinlər. Allaha and olsun, 
onlar  Allahla  görüşə  yol  tapmışlar,  Allah  da  onların  əcr  və  savablarını 
kamil etmiş, Özünün əmin-amanlıq diyarında onlara yer vermişdir! Hara 
getdi  mənim  haqq  yolunda  qədəm  götürüb  elə  o  yolda  da  can  verən 
qardaşlarım?!  Hardadır  Əmmar?!  Haradadır  ibni  Qeyhan?!  Haradadır 
Zuşşəhadəteyn?!  Haradadır  onlara  və  onların  qardaşlarına  oxşayan,  öz 
əzm və niyyətlərində iradəli olanlar?!" 
Nofəl  deyir:  Imam  (ə)  bu  zaman  əlini  saqqalına  çəkib  hönkür-hönkür 
ağladı,  sonra  buyurdu:  "Əfsus,  o  qardaşlarıma  ki,  Quranı  oxuyub  onu 
möhkəmləndirdilər,  onun  fərizələrində  fikirləşib,  onları  canlandırdılar, 
sünnələri  dirildib  bidətləri  öldürdülər,  düşmənlə  cihad  etməyə  dəvət 
olunduqda  müsbət  cavab  verdilər,  öz  rəhbərlərinə  etimad  və  ona  itaət 
etdilər!"  Sonra  uca  səslə  fəryad  edib  dedi:–"Ey  Allah  bəndələri,  cihada 
gedin!  Mən  bu  gün  qoşun  yığıram,  hər  kəs  cihad  meydanına  getmək 
istəyirsə, hərəkət üçün hazır olsun."
1
 
Imam  (ə)-ın  bu  həyəcanlı  sözləri  iraqlıların  ölmüş  qəlblərini  elə  diriltdi 
ki,  az  müddət  ərzində  Allah  yolunda  cihad  etmək  və  düşmənlə  vuruşmaq 
üçün  qırx  min  nəfər  Siffeynə  yığışdı.  Imam  (ə)  öz  oğlu  və  Əbu  Əyyub 
Ənsari  üçün  bayraq  düzəltdi,  hər  biri  on  min  nəfərlə  hərəkət  etmək  üçün 
hazırlaşdı, başqa səhabələr üçün də bayraq düzəltdi və hər birini bir dəstənin 
başında  hərəkətə  hazırladı.  Amma  əfsuslar  olsun  ki,  həmin  həftə  sona 
çatmamış  Əbdürrəhman  ibni  Mülcəmin  (Allah  ona  lənət  etsin!)  qılıncı  ilə 
şəhadətə  çatdı.  Imam  (ə)-ın  şəhadət  xəbəri  Kufənin  kənarında  olan 
döyüşçülərə  çatdıqda  hamısı  çobanlarını  itirən  və  canavar  tərəfindən  təqib 
olunan  qoyunlar  kimi  Kufəyə  axışdılar.  Indi  isə  Imam  (ə)-ın  həyatının  son 
səhifəsini vərəqləyirik. 
ÜÇÜNCÜ FƏSİL 
IMAM  (Ə)-IN  HƏYATININ  SON  SƏHIFƏSI–IBADƏT 
MEHRABINDA ŞƏHADƏT 
Nəhrəvan  müharibəsindən  sonra  Əli  (ə)  Kufəyə  qayıtdı.  Amma 
Nəhrəvanda  tövbə  edən  xəvaricdən  bir  neçəsi  yenidən  müxalifətə  başlayıb 
fitnə-fəsad  törətməyə  başladılar.  Imam  (ə)  xəbər  göndərərək  onları  asayişə 
dəvət  etdi,  mərkəzi  hökumətlə  müxalifətdən  qorxutdu,  amma  onların  düz 
yola  gələcəklərindən ümidsiz olduqda o tüğyançı  və fitnə-fəsad törədənləri 
var-qüvvəsi  ilə  tar-mar  etdi.  Onların  bəziləri  ölüb-yaralandı,  bəziləri  isə 
qaçıb canlarını qurtardılar.  
Xəvaric  fərarilərindən  biri  Murad  qəbiləsindən  olan  Əbdürrəhman  ibni 
Mülcəm idi. Xəvaric fərariləri Məkkəni özlərinə sığınacaq yeri seçmişdilər. 
Bir  gecə  onlardan  üçü:  Əbdürrəhman  ibni  Mülcəm  Muradi,  Bərk  ibni 
Əbdüllah  Təmimi  və  Əmr  ibni  Bəkr  Təmimi  bir  yerə  yığışaraq  o  zamanın 
                                              
1
 "Nəhcül-bəlağə", 177-ci xütbə 


 
158 
mövcud  vəziyyətini  araşdırıb,  qan  axıdılmasının  və  daxili  müharibələrin 
səbəblərini təhlil etdilər, Nəhrəvanda öz öldürülənlərini yad etdilər, nəhayət 
bu nəticəyə gəldilər ki, bu qan axıdılması və qardaş qırğınının səbəbkarı Əli, 
Müaviyə və Əmr Asdır, əgər bu üç nəfər aradan götürülsə, müsəlmanlar öz 
vəzifələrini dərk edib öz istəkləri ilə bir xəlifə seçəcəklər. Sonra bir-biri ilə 
əhd-peyman bağladılar ki, hər biri o üç nəfərdən birini öldürsün, sonra bərk-
bərk and içməklə bu peymanı qüvvətləndirdilər. Ibni Mülcəm Əli (ə)-ı, Əmr 
ibni Bəkr Əmr Ası, Bərk ibni Əbdüllah da Müaviyəni öldürməyi qərara aldı. 
Beləliklə, bu məkrli tədbir gizli şəkildə Məkkədə töküldü.
1
 Hər üçü öz işini 
eyni vaxtda həyata keçirsinlər deyə, bu iş üçün mübarək Ramazan ayının 19-
cu  gecəsini  təyin  etdilər.  Hər  biri  öz  məmuriyyətini  yerinə  yetirmək  üçün 
nəzərdə tutduqları şəhərə yola düşdülər. Əmr ibni Bəkr Əmr Ası öldürmək 
üçün  Misrə,  Bərk  ibni  Əbdüllah  Müaviyəni  öldürmək  üçün  Şama,  Ibni 
Mülcəm də Əli (ə)-ı öldürmək üçün Kufəyə yola düşdü.
2
  
Bərk  ibni  Əbdüllah  Şamda  məscidə  getdi  və  müəyyən  olunmuş  gecədə 
birinci  cərgədə  namaza  durdu.  Müaviyə  səcdədə  olanda  ona  hücum  etdi. 
Iztirablı  olduğuna  görə  özünü  itirdi,  zərbəni  yaxşı  vura  bilmədi.  Zərbə 
Müaviyənin  başına  yox,  buduna  dəyib  onu  şiddətlə  yaraladı.  Onu  dərhal 
evinə  aparıb  yatağa  saldılar.  Bərki  Müaviyənin  yanına  gətirəndə  ondan 
soruşdu:–Hansı cürətlə belə bir iş gördün?! 
Dedi:–Əmir məni bağışlasa, ona şad bir xəbəri müjdə verərəm! 
Müaviyə dedi:–Nə müjdəsi? 
Bərk  dedi:–Mənim  dostlarımdan  biri  bu  gecə  Əlini  öldürmüşdür.  Əgər 
inanmırsansa, bu xəbər sənə çatana kimi  məni saxla və əgər  öldürülməmiş 
olsa, mən söz verirəm ki, gedib onu öldürər, sonra yenidən bura qayıdaram. 
Müaviyə onu, Əli (ə)-ın qətlə yetirilməsi xəbəri çatana qədər saxladı, bu 
xəbər yəqin olduqda onu buraxdı. Bir rəvayətə görə də elə həmin vaxt onu 
öldürdü.
3
  Təbiblər  Müaviyənin  yarasını  müayinə  edəndən  sonra  dedilər: 
"Əgər  əmir  övlad  istəməzsə,  onu  dava-dərmanla  müalicə  etmək  olar,  əks 
halda  yara  dağlanmalıdır."  Müaviyə  dağlanmaqdan  qorxub  nəslinin 
kəsilməsinə razı oldu, dedi:–"Yəzid və Əbdüllah mənim üçün kifayətdir."
4
 
Əmr  ibni  Bəkr  də  Misrə  gedib  həmin  gecə  məsciddə  birinci  cərgədə 
namaza durdu. Təsadüfən həmin gecə Əmr Asın şiddətli qızdırması var idi, 
yorğunluqdan  məscidə  gələ  bilməmişdi.  O,  camaat  namazını  qılmaq  üçün 
Xaricə ibni Hənifəni məscidə göndərmişdi.
5
 Əmr ibni Bəkr Əmr Asın yerinə 
onu öldürdü və onun Əmr As olmadığını başa düşəndə dedi:–"Mən Əmr Ası 
öldürmək istədim, Allah isə Xaricəni." 
Əbdürrəhman ibni Mülcəm Muradi 40-cı ilin Şəban ayının 20-də Kufəyə 
                                              
1
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.137; "Məqatilut-talibiyyin", səh.29 
2
  "Rovzətul-bəlağə",  1-ci  cild,  səh.161;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.195; 
"Tarixi-Təbəri", 6-cı cild, səh.83 
3
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 6-cı cild, səh.114 
4
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  6-cı  cild,  səh.113;  "Məqatilut-
talibiyyin", səh.30 
5
 "Tarixi-Təbəri", 2-ci cild, səh.212 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə