On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM  (Ə)-IN  MƏHƏMMƏD  IBNI  ƏBI-BƏKRƏ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə77/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   73   74   75   76   77   78   79   80   81

 
153 
IMAM  (Ə)-IN  MƏHƏMMƏD  IBNI  ƏBI-BƏKRƏ 
YAZDIĞI MƏKTUB 
Məhəmməd  ibni  Əbi  Bəkr  Imam  (ə)  tərəfindən  işdən  götürüldüyünə  və 
onun yerinə Malikin təyin edildiyinə görə çox narahat idi. Onun narahatçılıq 
xəbəri  Imam  (ə)-a  çatanda  bir  məktub  yazaraq  Malikin  şəhadət  xəbərini 
bildirdi və ona başsağlığı verdi. O həzrət belə yazmışdı: "Mənə xəbər çatıb 
ki, Malikin Misrə göndərilməsindən incimisən, (bil ki,) mən bu işi sənin öz 
vəzifənə  laqeyd  yanaşdığına  görə  etməmişəm.  Əgər  mən  səni  Misrin 
hakimliyindən  çıxarıramsa  da,  idarə  olunması  o  qədər  də  çətin  olmayan 
bir  məntəqəyə  vali  təyin  edərəm  ki,  ora  vali  olmaq  sənin  üçün  daha 
maraqlı olar. Misrə vali təyin etdiyim şəxs bizə qarşı xeyirxah, düşmənlərə 
qarşı barışmaz idi. Allah ona rəhmət etsin! O öz həyatını sona çatdırdı və 
ölümlə elə bir halda əlbəyaxa oldu ki, biz ondan razı idik. Allah da ondan 
razı  olsun  və  onun  xeyir  əcrini  qat-qat  artırsın!  Indi  sənə  vacibdir  ki, 
düşmənlə vuruşmaq üçün öz qoşununu şəhərdən kənara aparasan, orada 
düşərgə salaraq işi ehtiyatla davam etdirəsən, döyüş üçün tam ciddiyyətlə 
hazırlaşasan.  Camaatı  Allaha  tərəf  çağır  və  Ondan  kömək  istə.  Allah 
sənin  mühüm  işlərində  sənə  kifayət  edər,  müsibətlərdə  sənə  köməkçi 
olar."
1
 
MƏHƏMMƏD  IBNI  ƏBU-BƏKRIN  IMAM  (Ə)-A 
YAZDIĞI MƏKTUB 
Imam  (ə)-ın  məktubu  Məhəmməd  ibni  Əbi  Bəkrə  çatdıqda  o  belə  bir 
cavab məktubu yazdı: "Əmirəl-mömininin məktubunu aldım, məzmunundan 
agah  oldum.  Heç  kəs  Əmirəl-mömininin  düşmənlərinə  qarşı  məndən 
barışmaz,  dostlarına  qarşı  isə  məndən  mehriban  deyildir.  Mən  şəhərdən 
kənarda  düşərgə  salmışam.  Bizimlə  düşmənçilik  edən  və  müharibə  etmək 
istəyənlərdən  başqa  bütün  camaata  aman  vermişəm.  Hər  bir  halda  mən 
Əmirəl-mömininə tabeyəm."
2
 
ƏMR ASIN MISRƏ GÖNDƏRILMƏSI 
Siffeyn  müharibəsi  sona  çatdıqdan  və  xəvaricin  vasitəsi  ilə  Əmirəl-
möminin  Əli  (ə)-ın  ordusunda  ikitirəlik  yaranandan  sonra  Müaviyə  fürsəti 
qənimət saydı və Misri Imam (ə)-ın hakimiyyət dairəsindən çıxartmaq üçün 
Əmr  Asın  rəhbərliyi  ilə  oraya  qoşun  göndərməyə  çalışdı.  Bu  işi  həyata 
keçirmək  üçün  ordu  sərkərdələrindən  bir  qrupunu,  o  cümlədən  Əmr  As, 
Həbib  ibni  Məsləmə,  Busr  ibni  Ərtat,  Zəhhak  ibni  Qeys  və  Əbdürrəhman 
ibni Xalidi, həmçinin Qüreyşdən qeyrilərini də məşvərət üçün çağırdı. Sonra 
üzünü məclisdəkilərə tutub dedi:–Bilirsinizmi sizi nə üçün çağırmışam? 
Əmr  As  dərhal  dedi:–Sən  bizi  Misri  fəth  etmək  üçün  dəvət  etmisən, 
çünki, ora çox məhsuldar bir ölkədir, külli miqdarda vergisi vardır. Sənin və 
dostlarının izzəti oranın fəth edilməsindən asılıdır. 
                                              
1
 "Əl-ğarat", 1-ci cild, səh.268 
2
 Yenə orada, 1-ci cild,, səh.269 


 
154 
Müaviyə  onun  sözünü  təsdiq  edib  xatırlatdı  ki,  Əmr  Asla  həmkarlığa 
başlayanda  ona  vədə  vermişdi  ki,  əgər  Əliyə  qələbə  çalsa,  Misri  ona 
bağışlayacaq.  O  məclisdə  çoxlu  müzakirələr  edildi,  axırda  qərara  alındı  ki, 
Misir əhlisinə–istər dost olsun, istərsə də düşmən–çoxlu məktublar yazılsın, 
dostlara  öz  mövqelərində  möhkəm  dayanıb  müqavimət  göstərmək  əmri 
verilsin,  düşmənlər  isə  ya  sülhə  dəvət  edilsin,  ya  da  müharibə  ilə  təhdid 
edilsin. 
Bu məqsədlə Müaviyə  Əli  (ə)-ın  müxalifləri olan Məsləmə və Müaviyə 
Kindəyə  bir  məktub  yazdı,  sonra  isə  Əmr  Ası  böyük  bir  qoşunla  Misrə 
göndərdi.  Əmr  As  Misrin  sərhədlərinə  yaxınlaşanda  Osmanın  havadarları 
onun ətrafına yığışıb ona qoşuldular. Əmr As oradan Misrin valisinə belə bir 
məktub  yazdı:  "Mən  səninlə  vuruşmaq,  qanını  tökmək  istəmirəm.  Misir 
əhalisi hamılıqla sənin əleyhinədir, sənə itaət etdiklərinə görə peşmandırlar." 
Əmr  As  bu  məktubu  Müaviyənin  də  Məhəmmədə  yazdığı  məktubla 
birlikdə  ona  göndərdi.  Vali  hər  iki  məktubu  oxuyandan  sonra  Imam  (ə)-a 
göndərdi,  həmçinin  bir  məktub  yazıb  Şam  ordusunun  Misir  sərhədlərinə 
doğru  irəliləməsini  o  həzrətə  xəbər  verdi  və  xatırlatdı  ki,  əgər  Misrin  öz 
ixtiyarınızda  qalmasını  istəyirsinizsə,  gərək  mənə  maddi  və  hərbi  cəhətdən 
kömək edəsiniz. 
Imam  (ə)  Məhəmmədə  yazdığı  cavabda  onun  müqavimət  göstərməsini 
tövsiyə  etdi.  Məhəmməd  ibni  Əbi  Bəkr  sonra  Əmr  Asın  və  Müaviyənin 
məktublarına cavab  yazdı və camaatı səfərbər edərək Əmr Asın qoşunu ilə 
qarşılaşmağa  məcbur  oldu.  Kənanə  ibni  Bişrin  sərkərdəlik  etdiyi  iki  min 
nəfərlik  qoşun  ordunun  ön  cəbhəsini  təşkil  edirdi,  özü  isə  iki  min  nəfərlə 
birlikdə  onun  arxasınca  irəliləyirdi.  Misir  ordusunun  ön  cəbhəsi  şamlılarla 
qarşılaşanda  onların  sıralarını  darmadağın  etdilər,  lakin  axırda  hərbi 
qüvvələrin  azlığına  görə  məğlub  oldular.  Kənanə  öz  dostları  ilə  birlikdə 
atdan  düşüb  təkbətək  döyüşə  başladı  və  bu  ayəni  oxuyan  halda  şəhadətə 
çatdı: "Heç bir insanın şənində deyildir ki, Allahın izni və müəyyən, sabit 
bir əcəl olmadan ölsün. Hər kəs dünya savabını istəsə, ondan həmin şəxsə 
əta edərik, hər kəs də axirət savabını istəsə, ondan həmin şəxsə əta edərik 
və şükür edənlərə əcr və savab verərik." 
MƏHƏMMƏD IBNI ƏBI-BƏKRIN ŞƏHADƏTI 
Kənanə  ibni  Bişrin  şəhadəti  şamlıları  daha  da  cürətləndirdi,  hamılıqla 
irəliləməkdə  davam  edib,  Məhəmməd  ibni  Əbi  Bəkrin  ordugahına  tərəf 
getməyi  qərara  aldılar.  Ordugaha  çatanda  onun  köməkçilərinin  pərakəndə 
vəziyyətdə  olduğunu  gördülər.  Onun  özü  də  sərgərdan  halda  bir  xarabaya 
sığınmışdı.  Müaviyə  ibni  Yəzid  Hüdəyc  onun  yerini  bildi,  onu  tutub  çölə 
çıxartdı.  Sonra  onu  susuzluqdan  ölüm  ərəfəsində  olan  bir  halda  Əmr  Asın 
ordugahına–Fəstata  apardı.  Məhəmməd  ibni  Əbi  Bəkrin  qardaşı 
Əbdürrəhman ibni Əbi Bəkr Əmr Asın qoşununda idi. O fəryad edib dedi ki, 
mən  icazə  vermərəm  ki,  qardaşımı  bu  cür  öldürəsiniz.  Sonra  Əmr  Asdan 
xahiş  etdi  ki,  qoşunun  sərkərdəsi  Müaviyə  ibni  Hüdəycə  desin,  onun 
qardaşını  öldürməsinlər.  Əmr  As  öz  nümayəndəsini  Ibni  Hüdəycin  yanına 
göndərdi  ki,  Məhəmmədi  diri-diri  təhvil  versin,  amma  Ibni  Hüdəyc  dedi:–


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə