Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə42/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   38   39   40   41   42   43   44   45   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Qaz ehtiyatları


Yataqlarda qaz yığımlarına əsasən iki formada rast gəlinir: sərbəst və neftdə həll olunmuş şəkildə. Qaz yığımları strukturda sərbəst formada və ya neft yatağının üst hissələrində yerləşə bilər.

  1. Sərbəst qaz ehtiyatlarını hesablamaq üçün əsasən iki üsuldan istifadə edilir: həcm və təzyiq düşküsü.

  1. həcm üsulu. Adından göründüyü kimi üsul qazın hər hansı bir layının həcminin miqdarını göstərir. Lakin burada neftdən fərqli olaraq bəzi spesifik parametrlər nəzərə alınmalıdır. Belə ki, lay həcmində qazın ehtiyatı həmin layın təzyiq və temperaturundan da əsaslı surətdə asılıdır.

V = S · h · m · f ·(P·α – Pson·αson)·βq · ηq , burada V – qazın çıxarıla bilən ehtiyatı, m3.
S – yatağın qazlılıq sahəsi, m2.
h – qazlı layın effektiv qalınlığı, m.
m – lay süxurunun məsaməlik əmsalı.
f – layın temperaturu ilə standart (yer üstündə) temperatur fərqlərini nəzərə alan düzəliş əmsalı.
f = T tst
T tlay
burada T = 2730C, tst = 200C, tlay lay temperaturu, 0C
P – layın (hesablanma tarixinə) orta mütləq təzyiqi , MPa;
Pson – layın işlənilmənin sonunda orta mütləq təzyiqi – MPa (çox hallarda 0,1 MPa bərabər götürülür).

c
1293109 H

P e
atm



α, αson - qazın P Pson təzyiqlərində Boyl-Mariott qanunundan fərqlənmə düzəlişi.
βq – layın qazla doyma əmsalı.
ηq – layın qazvermə əmsalı.

  1. təzyiq düşküsü üsulu. Üsul qaz yatağının bilavasitə işlənilmə prosesində tətbiq olunur, yəni işlənilmənin ilk dövründə (Q1) və bir müddət keçdikdən sonra hasil edilmiş qazın həcmləri (Q2) və bu dövrlərə müvafiq lay təzyiqlərinin (P1 P2) qiymətlərinin müqayisəsinə istinad edir:

Q = Q2 Q1
P1 P2

Belə olduqda yatağın qalıq qaz ehtiyatını hesablamaq olar.
V = (Q2 Q1)( P22 Psonson )
P11 P22

  1. Neftdə həll olmuş qaz ehtiyatını hesablamaq üçün yataqda xüsusi təyinatlı tədqiqatlar aparılmalıdır. Burada lay təzyiqinin, qaz amilinin və s. göstəricilərinin yatağın işlənilmə illərində fasiləsiz ölçülməsi və alınmış qiymətlərin sistemləşdirilməsi nəzərdə tutulur. Məhz bu məlumatlar əsasında yatağın neftli həcmində həll olmuş qazın miqdarını hesablamaq olar.

V0 = Qb.r0 Qçıx.b0psonαsonf Qç.b.(b0-b) psonαsonf Qç.b. rson
burada
Vo – standart şəraitdə (yer səthində) neftdə həll olmuş qazın çıxarıla bilən ehtiyatı, m3;
Qb– standart şəraitdə neftin balans ehtiyatı, m3;
Qçıx. – həmin şəraitdə neftin çıxarılabilən ehtiyatı, m3;
Qç.b – həmin şəraitdə neftin çıxarıla bilməyən ehtiyatı, m3;
r0 ilk qaz amili m3/ m3;
rson – qalıq lay təzyiqində (Pson) neftdən ayrılmayan qazın həcmi, m3;
b0, b - ilk və cari dövrdə lay neftinin həcm əmsalı;
ason - qazın sıxılma əmsalı;
f – lay temperaturuna görə əmsal (M.M.İvanova və b., 1985).

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə