Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə39/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   35   36   37   38   39   40   41   42   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Neft ehtiyatları


Neft ehtiyatının hesablanmasında ən çox istifadə edilən metod həcm üsuludur. Bu üsul məsaməli həcmdə neftin toplanması xarakterinə əsaslanmışdır.
Q = F·h·m·β·ρ·θ
Q – sənaye əhəmiyyətli çıxarılabilən neft ehtiyatı, ton; F neftlilik sahəsi, m2;
h – layın effektiv qalınlığı, m;
m – süxurların açıq (effektiv) məsaməliyi, %; β – layın neftlə doyma əmsalı;
ρ - yer səthində neftin sıxlığı;
θ - neftin həcminin(sıxlığının) yer səthində dəyişilməsini nəzərə alan
hesablama əmsalı θ = 1 ,
b
b – lay neftinin həcm əmsalıdır.
Neftlilik sahəsi (F) - qazılan quyular və onların sınanması əsasında təyin olunan məhsuldar sahədir. Bu sahə layın tavanı (və ya dabanına) görə qurulmuş struktur xəritənin əsasında hesablanır. Yatağın ölçülərindən asılı olaraq 1:5000-dən 1:50000-dək miqyaslarda qurulur.
Layın qalınlığı (h) - süxur nümunələri və karotaj diaqramları vasitəsilə təyin edilir. Bundan başqa quyuların sınanma məlumatlarında qalınlığın təyinində istifadə edilir. Alınan kəmiyyət göstəriciləri izopaxit xəritəsi qurmağa imkan verir.
Açıq (effektiv) məsaməlik əmsalı sahə üzrə qazılan quyulardan götürülən süxur nümunələrinin analizi və geofiziki üsullar vasitəsilə təyin olunur. Əgər öyrənilən lay litologiyasına görə bircinslidirsə, orta ölçü vahidi hesablanır.

mhesab =
m1 m2 m3... mn n

Əgər sahə üzrə litoloji göstəricilər geniş dəyişməyə məruz qalırsa, orta həndəsi ölçü vahidindən istifadə edilir:
mhənd=


n – analizlərin sayı.
Neftlə doyma əmsalı (β). Bu əmsalın qiymətini tapmaq üçün müvafiq laboratoriyalarda analizlərdən və geofiziki məlumatlardan istifadə edilir.
Neftin sıxlığı (ρ). Neftin sıxlığını təyin etmək üçün yatağa qazılmış quyulardan nümunələr götürülür və yer səthində (200C) müvafiq analizlər aparılır.
Neftin həcminin yer səthində dəyişilməsini nəzərə alan hesablama əmsalı (θ) - dərinlik neft nümunəsi götürən cihazla quyulardan qaldırılan nümunələr vasitəsilə laboratoriyada təyin edilir və nəticədə yer səthinə qaldırılmış neftin həcminin laydakı həcminə nisbəti müəyyən edilir.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə