Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə47/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   43   44   45   46   47   48   49   50   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Üsulun qısa səciyyəsi. Tutaq ki, mədənin kəsilişində işlənilmənin ilk dövrlərində oxşarlıq dərəcəsinə görə məhsuldar laylar birləşdirilərək n sayda istismar obyektinə çevrilmişdir. Onları biri-birindən ayıran sərhədlər də müəyyən edilmişdir. Müəyyən dövr keçdikdən sonra işlənilmə obyektləri arasında oxşarlıq dərəcəsinin (və ya onları ayıran sərhədlərin mövcudluğu) yoxlanılması qarşıya çıxır. Belə olduqda yatağın kəsilişindəki çöküntü kompleksini müəyyən ardıcıllıqla eyni tipli laylara bölən sərhədlərin təyin edilməsi məsələsinin həlli tələb olunur. Bu məsələni həll etmək üçün riyazi üsullar kompleksi əsaslandırılmışdır.
Əvvəlcə sadə hala baxaq. Tutaq ki, mədənin kəsilişində yalnız iki istismar obyekti vardır və onlar arasında fərqlənmə dərəcəsi yoxlanılmalıdır. Bu məqsədlə onları səciyyələndirən göstəricilər (məsələn, kollektor süxurların məsaməliyi) bir- biri ilə müqayisə olunmalıdır. Onda hər iki lay üçün həmin göstəricinin orta
qiyməti ( X ) və dispersiyası (S2) hesablanır və laylar üçün müvafiq olaraq X , X
1 2
və S12, S22 qiymətləri əldə edilir. Sonra bu qiymətlər əsasında iki layı bir-birilə müqayisə etmək üçün (normal paylanma şərti ilə) müvafiq olaraq Stüdent və Fişer meyarlarından istifadə edilir.
Hər iki meyarın hesablanmış qiymətinin onların böhran qiyməti ilə müqayisə edərək, layların süxur məsaməliyinə görə əhəmiyyətli və ya cüzi fərqlənməsi haqqında qəti fikir söyləmək olar.
Nеft-qaz mədəninin kəsilişində ikindən artıq istismar obyekti ayrılmışdırsa, onların hər-hansı bir parametrinə görə (məsələn, kollektor süxurların keçiriciliyi) bir-birindən fərqlənmə dərəcəsini müəyyən etmək üçün Bartlet və yaxud Koxran meyarları istifadə edilir. Lakin təcrübədə ayrılmış istismar obyektlərinin müqayisəsi hər hansı bir parametrə görə deyil onların kompleks göstəricilərinin qiymətlərinə istinad edir. Bu halda istismar obyektlərinin sayını n ilə, onların müqayisə ediləcək parametrlərinin sayını m ilə işarə etsək, n*m ölçülü matris almış oluruq. Onda mədənin kəsilişindəki laylar arasında oxşarlıq dərəcısini yoxlamaq üçün Rodionov meyarı daha effektli olmuşdur (D.A.Rodionov,1981). Bu meyara əsasən yatağın kəsilişində yerləşən obyektlərin oxşarlıq dərəcəsinə görə birgə (və ya ayrılıqda) işlənilməsi haqqında birmənalı nəticəyə gəlmək olur.
Belə ki, əgər max (r2) 2q,m olduqda, obyektlər oxşar olduğuna görə birgə işlənilməlidir və ya max (r2) > 2q,m olduqda, laylar arasında müxtəliflik mövcuddur və onların birgə istismarı müsbət nəticə verə bilməz.
Yuxarıda qeyd olunan üsulların səciyyəsi kitabın “Əlavələr” bölməsində verilmişdir.
Qoyulan məsələnin həllinə müvafiq olaraq məlumatdaşıma dərəcələrinə görə yatağın göstəricilərinin iki kateqoriyaya bölünməsi məqsədəuyğun hesab edilmişdir:
I dərəcəli məlumatdaşıyıcı amillər - qiymətləri məsələnin həllində bilavasitə iştirak edənlər və II dərəcəli məlumatdaşıyıcı amillər - qiymətləri modelləşdirmədə iştirak etməyən, lakin nəticələrin geoloji-işlənilmə baxımından interpretasiyasını təmin etməyə yardım göstərənlər.
Üsulun realizəsi. Uzun müddət işlənilmədə olan çoxlaylı yataqların kəsilişində ayrılmış istismar obyektlərinin oxşarlıq dərəcəsinin təyin edilməsi məsələsinə baxaq. Bundan ötrü A mədənin kəsilişindəki istismar obyektlərinin məlumatları cədvəl III.1-də verilmişdir.
Göründüyü kimi burada neft-qazlılıq doqquz istismar obyektində cəmləşmişdir (A1-A9). Bu obyektlər üzrə hər iki dərəcəli məlumatdaşıyıcı göstəricilərin cari dövrdəki orta qiymətləri verilmişdir. Onu da qeyd edək ki, mədənin kəsilişindəki obyektlər uzun müddət işlənilməsinə baxmayaraq böyük qalıq neft ehtiyatları ilə səciyyələnirlər. Obyektlərin oxşarlıq dərəcəsini Pirson meyarının 95% etibarlılıqla həllində onun böhran qiyməti 2g;m =18,3 təşkil edir. Bu qiymət cədvəlin 15-ci sütunda əks etdirilmişdir.
Müvafiq proqramın birinci dərəcəli məlumatdaşıyıcı 10 amilin qiymətləri əsasında kompüter realizəsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir.
A MƏDƏNININ ISTISMAR OBYEKTLƏRININ GEOLOJI-MƏDƏN MƏLUMATLARI
Cədvəl III.1

İstismar obyektləri

I dərəcəli məlumatdaşıyıcı amillər



II dərəcəli məlumatdaşıyıcı
amillər

V(r02)x2 = 18,3
0,05;10

Məsaməlik, %

Keçiricilik, 0,001 mkm2

İstismar obyektlərinin işlənilmə göstəricilərinin cari qiymətləri

İstismar obyektlərinin flüidlərinin cari
qiymətləri

Ümumi qalınlıq, m.

effektiv qalınlıq, m.



neftlilik sahəsi, min m2



Cari neftvermə əmsalı

Quyuların orta gündəlik neft hasilatı, t/gün

Sulaşma, %

Lay təzyiqi, MPa

Qaz amili, m3/t

Neftin sıxlığı,
kq/m3

Neftin özlülüyü,
mPa·s

Suların ümumi minerallaşma dərəcəsi, mq·ekv

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

A1

26

406

0,63

0,6

83

7

60

914

50

186,2

43,0

11,8

39


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə