Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə55/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   51   52   53   54   55   56   57   58   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Akustik üsullar


Neftli laylara akustik üsulla təsir nəticəsində neftlərin özlülüyü azalır, süxurların istilik keçirmə qabiliyyəti artır. Nəticədə quyuətrafı zonalara neftin axımı sürətlənir. Bu üsul asfalt, qatran və parafin tərkibli neftli laylarda tətbiq
olunduqda daha yüksək effekt verir və son neftverməni 2-7 % artırmağa imkan verir.

Layların neftverimini artıran üsulların tətbiqinin əsaslandırılması


Yuxarıda qeyd edildiyi kimi, layların neftverimini artıran universal üsul mövcud deyil. Hər hansı bir üsul yalnız müəyyən geoloji-işlənilmə şəraitində yüksək effekt verə bilər. Digər hallarda isə həmin üsulun effektivliyi az olur. Odur ki, yeni üsullardan əldə edilə biləcək səmərəlilik bu məqsədlə müvafiq yatağın düzgün seçilməsindən asılıdır.
Layların neftverimini artıran üsulların effektli tətbiqinin yuxarıda göstərilən geoloji şəraitləri, onlardan alına bilən effektin hüdudları ümumiləşdirilərək cədvəl tərtib olunmuşdur (cədv.III.2).
Göründüyü kimi, ayrı-ayrı üsulların effektli tətbiqinə xeyli sayda lay parametrləri təsir edir. Lakin, onların arasında 4 parametr daha önəmli rol oynayır. Onlar aşağıdakılardır: neftlərin özlülüyü, layların yatım dərinliyi, süxurların keçiriciliyi, neft ehtiyatlarından istifadə dərəcəsi.
Təcrübi-mədən məlumatlarının geniş araşdırılması göstərir ki, yuxarıda sadalanan parametrlərin aşağıdakı kimi bölünməsi xüsusi məna kəsb edir.

  1. Lay şəraitində neftlərin özlülüyü (A). Bu göstərici mahiyyətinə görə təsnifat sxemində birinci yeri tutur. Belə ki, müəyyən olunmuşdur ki, əgər ağır neftli layların yüksək neftveriminə termiki üsullar vasitəsilə nail olunursa, yüngül neftli yataqlarda isə LNA digər üsullarının təsiri ilə bu məqsədə nail olmaq mümkündür. Bunu nəzərə alaraq yataqların iki qrupa bölünməsi məqsədəuyğundur: A1 - neftlərin özlülüyü 10 mPa·s qədər və A2 - 10 mPa·s çox. Belə bölgü regionda işlənilmədə olan yataqları çətinlik çəkmədən neftvermələrini yüksəltmək üçün artıq ilk mərhələdə iki qrupa bölünməsinə imkan verir: işlənilmə prosesinin əsasən termiki üsulların təsiri ilə və LNA digər üsulların cəlb edilməsi ilə aparılması.

LAYLARIN NEFTVERİMİNİ ARTIRAN ÜSULLARIN EFFEKTLİ TƏTBİQİNİN GEOLOJİ ŞƏRAİTİ
Cədvəl III.2.



LAYLARIN NEFTVERİMİNİ ARTIRAN ÜSULLAR

İstismar obyektlərinin geoloji-mədən göstəriciləri

Lay neftinin özlülüyü, mPa·s

Neftlə doyma, %



Lay temperaturu,


°C

Layın keçiriciliyi,
10-3 mkm2

Dərinlik, m

Qalınlıq, m

Kollektorun növü



Gillilik, %



Suyun minerallaşması, mq/l

Qaz papağı



Son neftveriminin artımı,
%


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə