Faydali qazintilar



Yüklə 129,96 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix28.01.2023
ölçüsü129,96 Kb.
#99559
  1   2   3   4   5   6
FAYDALI QAZINTILAR



Faydalı qazıntılar haqqında məlumat
Faydalı qazıntı yataqlarının təlimi dağ-mədən işlərinin tələbatından irəli gələn geoloji
elmlər sırasındandır. Təbii şəraitdə əmələ gələn və xalq təsərrüfatında istifadə edilə bilən
metallara və ya minerallara faydalı qazıntılar deyilir.Müxtəlif proseslər nəticəsində yer
qabığının səciyyəvi geoloji strukturunda əmələ gələn və keyfıyyətcə sənayenin tələbatına
cavab verən bir və ya bir neçə filiz kütləsindən ibarət olan mineral toplusuna faydalı
qazıntı yatağı deyilir
.
Dəmir və manqan yataqları
Dəmir” sözü sanskrit “calga” (metal, filiz) sözündən yaranıb. İnsanlar ilk dəfə olaraq
dəmiri bizim eradan əvvəl 4-5 min il öncə əldə etmişdir; onlar dəmir meteoritlər
tapmışdılar və ondan bəzək əşyaları, əmək alətləri və ov alətləri hazırlayırdılar. Bəzi
qədim dillərdə dəmir “səma daşı” adlandırılır. Və bu, doğrudur, ona görə ki, insanların
tanış olduğu ilk dəmir meteorit dəmiri idi.
Dünyada 800 milyard tona yaxın dəmir filizi tapılıb – bu ehtiyat bəşəriyyətə təxminən
400 ilə çatar.
Sənaye xammal yataqları (Almaz)
Almaz
- karbonun kubik modifikasiyasıdır. Kimyəvi tərkibi təmiz karbondur. Bəzən
qatışığı da olur. Rəngi : şəffaf, bəzən mavi, göy, sarı, boz və qara rənglərə boyanmış olur. Almaz
- təbii birləşmələrdən ən sərtidir. Heç bir turşuda həll olmur. Amma soda və kalium selitrası ilə
əritdikdə asanlıqla oksidləşir və aşınır. Yüksək şüasındırma və şüanı yayma qabiliyyətinə
malikdir. Cilalanmış almazlar kəskin parıltıya malik olur və «rənglərin oynamasını» əmələ
gətirir. Almaz kristallar şəklində olur. Kristalları mikroskopik ölçüdən on və hətta yüz karat
ağırlığa (çəkiyə) qədər olur (1 karat - 0,2 qramdır). Nəhəng kristallarına nadir hallarda rast
gəlinir. Dünyada tapılmış ən nəhəng almaz - Kullinan adlanıb. Çəkisi - 3025 karat olub (CAR).
Almaz qazma işlərində, kəsid, yonucu, cilalayıcı və s. material kirni tətbiq olunur. Almaz
texniki və zərgərlik almazına ayrılır.


Sənayedə tətbiqinə görə faydalı qazıntı yataqları filiz (metallik), qeyri-filiz
(qeyri-metal), yanar (kaustobiolitlər) və hidromineral qruplara ayrılır. Öz növbəsində filiz
yataqları qara, yüngül, əlvan, nadir, radioaktiv, nəcib metallara, nəhayət, səpələnmiş və
nadir torpaq elementləri yataqlarına bölünür.Filiz və qeyri- fıliz yataqları bir çox
proseslər nəticəsində əmələ gəlir, lakin onların heç də hamısı sənaye tipli yataq təşkil
etmir. Misin 15-dən artıq genetik tipli yataqları məlum olduğu halda, sənaye
əhəmiyyətlisi 4-5- dir. Dəmirin oksid, karbonat və sulfıd birləşmələri 30-dan artıq genetik
tipdə konsentrasiyalar təşkil edir, sənaye tipli yataqları isə bir neçədir.
Manqanı pirolürit mineralında 1774-cü ildə İsveç kimyaçı, aptekar Karl Şeele – oksigeni,
xloru, volframı və molibdeni kəşf edən insan aşkar edib.
Manqana təbiətdə təmiz halda rast gəlinmir. Filizlərdə o, oksigen və karbon ilə birləşmə
şəklində olur. Məsələn manqanın slikatı rodonitdə. Çaroit daşı da öz rənginə görə
manqanın iştirakına borcludur.
Almazın genezisi barədə bir çox fərziyyə mövcuddur. Onlardan ən möhtəbəri almazın
maqmatik yolla əmələ gəlməsidir. Almaz əsasən - kimberlit süxuru ilə əlaqədardır. Kimberlitlər
özünə məxsus borularda yerləşir. Belə borular müxtəlif olçülərdə olur. Məsələn, Afrikada 15 -
330 metr, Sibirdə 45 - 600 metr ölçüyə malik borular aşkar olunub. Borulara dolmuş brekçiyaya
bənzər süxurlar, eləcə də kimberlitlər almazla zəngin olur.
Yataqlarına Sibirdə,Yakutiyada, Afrikada - Namibiyada, Zairdə, Kanada, Sierra - Leonedə,
Anqolada, Braziliyada, Venesuellada, Hindistanda, Avstraliyada, İndoneziyada və s. rast olunur.
Yataqları həm köklü, həm də səpinti şəklində olur.


Qrafit
- təbii karbonun heksaqonal modifikasiyasıdır. Qrafitin tərkibində karbondan
əlavə SiO
2
, Al
2
O
3
FeO, MgO, CaO, P
2
O
5
, CuO və s. ibarət (10 - 20%-ə qədər) kül (zola)
iştirak edir. Bəzən su, bitium və uçucu komponentlər (CO
2
, CO , H

Yüklə 129,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə