Ön söz 5 GiriĢ


Layların neftverimini artıran (LNA) üsullar



Yüklə 4,05 Mb.
səhifə50/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   46   47   48   49   50   51   52   53   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Layların neftverimini artıran (LNA) üsullar


Məlum olduğu kimi neft yataqlarının işlənilmə prosesində layların neftverimini artıran üsullardan istifadə edilir. Geoloji mühitin mürəkkəbləşdiyi şəraitdə (layların yüksək qeyri-bircinsliliyi, süxurların keçiriciliyinin zəif olması, neftlərin özlülüyünün çox olması və s.) ənənəvi üsullar ilə layların yüksək neftvermə əmsalına nail olmaq mümkün olmur. Bu da təcrübi işlərdə elmin mütərəqqi üsullarının tətbiqini tələb edir ki, nəticədə yataqların effektiv işlənilməsinə nail olunur.
Hazırda LNA üsullarının tətbiq dairəsi durmadan genişlənir. Bu onunla əlaqədardır ki, ənənəvi texnologiya ilə lay süxurlarının keçiriciliyi 0,1 mkm2-dan kiçik olan laylarda yüksək özlülüklü neftlərin quyu dibinə kifayət qədər aktiv hərəkətini təmin etmək mümkün olmur. Odur ki, belə yataqlarda geniş elmi və təcrübi-sınaq işləri həyata keçirilmiş və müasir neftçıxarma üsulları təklif edilmişdir. Hazırda bu üsullar aşağıdakı qruplarda cəmləşdirilir: fiziki-kimyəvi, fiziki-hidrodinamiki, termiki, qaz, mikrobioloji, nüvə və akustik (şək.III.7). Aşağıda həmin üsulların ümumi xarakteristikaları barəsində qısa məlumatlar verilmişdir (bu istiqamətlə tələbələr xüsusi fənnin tədrisində ətraflı tanış olurlar).



Fiziki-kimyəvi təsir üsulları


Layların neftverimini artıran fiziki-kimyəvi üsullara səthi aktiv maddələr (SAM), polimer, qələvi, miselyar məhlullar, köpük və onların kombinasiyaları aiddir. (M.L.Surquçov, 1985).

Səthi aktiv maddələrlə təsir üsulu


Neftçıxarma prosesində laya vurulan suya səthi aktiv maddələrin əlavə edilməsi neft-su sərhədində səthi gərilməni azaldır. Nəticədə neftin lay şəraitində hərəkəti aktivləşir və sıxışdırılmanın yaxşılaşması üçün əlverişli şərait yaranır. Bundan əlavə bu zaman süxurların islanması da yaxşılaşır: su məsamələrə hopur və neftin hərəkətini asanlaşdırır, sıxışdırılma əmsalı artır. Səthi aktiv maddələrin hətta cüzi miqdarda vurulan suya əlavə edilməsi bu prosesi aktivləşdirir.
Bu üsulun effektli tətbiqi qeyri-bircinsli kollektorların qalınlığı 3-12 m qədər, süxurların keçiriciliyi 0,03-0,04 mkm2, lay temperaturu 700C qədər, neftlədoyma əmsalı 50%-dən çox və lay sularının duzluluğu 20 mq/l olduqda əlverişlidir.
Neft sənayesində geniş yayılmış səthi aktiv maddələrdən OP-10 göstərmək olar. Neft yataqlarının istismarından alınmış məlumatlar göstərir ki, laylara suvurma prosesində əlavə olunmuş səthi aktiv maddələr neftin yuyulma xassəsinin yaxşılaşdırır və son neftvermə əmsalının 3%-ə qədər artırılmasını təmin edir.

Qələvilərlə təsir üsulu


Qələvi məhlullarla təsir üsulu layda natrium sabunlarını əmələ gətirir ki, bu da səthi gərginliyi azaldır və neftin suda emulsiyasını yaradır. Yataqlardan çıxarılabilən əlavə neftin miqdarı emulsiyanın parametrlərindən və layda olan neftin paylanmasından asılıdır. Beləliklə, laylara qələvi məhlulu ilə təsir etdikdə yüksək dispersli emulsiya dalğası əmələ gəlir ki, bu da neftvermənin artırılmasına təsir edir.
Üsulun tətbiqindən qum və karbonat tipli kollektorlu yataqlarda neftin üzlülüyü 100 mPa*s qədər, neftlədoyumluluq 50%-dən çox, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, neftin sıxlığı 850-980 kg/m3, lay temperaturu 100
°C-yə qədər və s. olduqda daha yüksək effekt alınır. Əlverişsiz amillərdən layların
çatlılığı, gilliliyin çox olması və lay sularının yüksək minerallaşması hesab olunur. Müəyyən olunmuşdur ki, laylara qələvi məhlulların vurulması nəticəsində onların son neftvermə əmsalını 5-10% artırmaq mümkündür.

Polimerlərlə təsir üsulu


Neft yataqlarının işlənilməsinin effektivliyi məsamələrdəki neftin müxtəlif üsullarla sıxışdırılıb çıxarılmasından asılıdır. Laya vurulan suyun özlülüyü lay neftlərinin özlülüyündən kəskin fərqləndiyindən onun sıxışdırıcı qabiliyyəti yüksək olmur: müxtəlif modifikasiyalarla laya vurulan su yüksək keçirici kanallarla işlək quyulara doğru hərəkət edərək neftlərin məsaməli mühitdən maksimum yuyulmasını təmin etmir. Odur ki, laya vurulan suya polimerlər əlavə edilir ki, bu da onun özlülüyünü artırır. Nəticədə, lay neftlərinin daha aktiv yuyulmasına şərait yaranır, suvurma prosesinin səmərəliliyi yüksəlir.
Üsulun tətbiqi qum və karbonat tipli kollektorlu yataqlarda neftin özlülüyü 10-100 mPa*s olduqda, süxurların neftlədoyumluluğu 50%-dən çox, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, lay temperaturu 90 °C-yə qədər, gillilik zəif (8-10%-ə qədər) olduqda daha yüksək effekt verir. Əlverişsiz amillər isə layların çatlılığı, süxurlarda yüksək gillilik və suların codluğu hesab olunur. Müəyyən olunmuşdur ki, laylara polimer məhlulların vurulması nəticəsində onların son neftvermə əmsalını 7-10% artırmaq mümkündür.

Miselyar məhlullarla təsir üsulu


Məlum olduğu kimi, yataqların işlənilmə prosesində neftin sahəvi yerdəyişməsinin səlis formasına nail olmaq çox çətindir: yataq sahəsində müxtəlif formada qeyri-müntəzəm qaydada paylanmış qalıq neftli zonalar mövcud olur. Onların yaranmasına səbəb isə süxur məsamələrində yerləşən neftlərin özlülüyü, kapillyar və səthi-molekulyar qüvvələr və s. amillərdir. Belə şəraitdə neftin bərabər formalı hərəkətini təmin etmək üçün qeyd olunan qüvvələrin təsirinin azaltmaq lazımdır. Məhz bu məqsədlə laylara miselyar məhlullarla təsir edilir.
Suvurma prosesində miselyar məhlulların istifadəsi yataqların işlənilməsinin bütün mərhələlərində yaxşı effekt verir.
Üsulun tətbiqi qumlu kollektorlarda layın qalınlığı 25 m-ə qədər, neftin özlülüyü 15 mPa*s-dan kiçik, neftlədoyumluluq 25%-dən çox, süxurların keçiriciliyi 0,1 mkm2 böyük, lay temperaturu 70-90 °C qədər, duzluluq 5 mq/l olduqda yüksək effekt verir. Əlverişsiz amillərə kollektorların çatlılığı, suların codluluğu aiddir.
Miselyar məhlulların suvurma prosesində tətbiqi yataqların son neftvermə əmsalını 8-15% artıra bilər.
Köpüklə təsir üsulu
Laylara köpük vurulması onların su keçiriciliyini azaldır və neftin sıxışdırılma qabiliyyətini yaxşılaşdırır. Məsaməli mühitə köpük vurulmasının əsas nəticəsi layların su keçiriciliyini əhəmiyyətli dərəcədə azaltmaqdan ibarətdir. Köpük maye halında emulsiyalı qazdan ibarətdir. Köpüyün maye fazası su, turşu və yaxud karbohidrogenlərdən biri ola bilər, qaz fazası isə adətən azotdan ibarət olur və bəzi hallarda CO2-dən də istifadə olunur. Üsulun tətbiqindən layın effektiv qalınlığı 20 m qədər, neftin özlülüyü 1-100 mPa*s, qeyri-bircinsli kollektorlarda, çatsız süxurlarda, kollektor süxurların keçiriciliyi 0,05 mkm2, neftlədoyumluluq 50% çox, lay temperaturu 90°C qədər olduqda yüksək effekt alınır. Köpük vurulmasında layların yatım dərinliyinə görə məhdudiyyət yoxdur. Bundan əlavə üsul kiçik lay təzyiqinə malik və yüksək sulaşma ilə xarakterizə olunan yataqlarda da tətbiq oluna bilər. Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 3- 4% artırmaq mümkündür.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə