Ön söz 5 GiriĢ


Kollektor süxurların məsaməliyi



Yüklə 4,05 Mb.
səhifə76/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   72   73   74   75   76   77   78   79   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Kollektor süxurların məsaməliyi. Bu göstərici yalnız neftdə həll olmuş qaz rejimli yataqlar üçün alınmış modeldə (müsbət təsirli parametr kimi) iştirak edir.
Kollektor süxurların keçiriciliyi. Bu göstərici lay rejimlərindən asılı olmayaraq, neftin məsaməli mühitdə hərəkətinə müsbət təsir edən amildir. Hər iki rejimli yataqların neftvermə modelində bu parametr müsbət yüklü olmaqla, əhəmiyyətlilik dərəcəsi müxtəlifdir.
Kollektor süxurların qumluluğu. Bu əlamət modellərin strukturuna daxil olmamışsa da, onun təsiri hər iki tip yataqlar üçün vacib göstəricidir. Onun neftverməyə bilavasitə təsiri kollektor süxurları xarakterizə edən digər parametrlərlə (keçiricilik, məsaməlik və s.) özünü göstərir və müsbət korrelyasiya ilə səciyyələnir.
Süxurlarda sement maddəsinin miqdarı. Hər iki rejimli yataqlara görə alınmış reqressiya tənliklərində bu göstəricinin əhəmiyyətlilik dərəcəsi az olduğu üçün iştirak etmir.
Çöküntülərin bölünməsi. İstismar obyektinin kəsilişində müxtəlif xarakterli layların növbələşməsi burada bərabər maye axımını təmin etməyə imkan vermir. Odur ki, rejimlərindən asılı olmayaraq, layların bölünməsinin artması onların son neftvermə əmsalına mənfi təsir göstərir.
Neftin özlülüyü. Məlum olduğu kimi, neftin özlülüyü artdıqca, onların lay şəraitindəki hərəkəti məhdudlaşır. Təsadüfi deyil ki, hər iki modeldə bu parametr mənfi yüklü olmaqla iştirak edir.
Neftin sıxlığı. Bu göstəricinin modellərdə iştirak etməməsi onun neftin özlülüyü ilə müsbət korrelyasiyası ilə izah olunur.
Quyu şəbəkəsinin sıxlığı. Neftdə həllolmuş qaz rejimli yataqların işlənilməsi sıx quyu şəbəkəsi ilə aparıldıqda müsbət nəticələr vermişdir. Qarışıq rejimli yataqlarda isə analoji effekt qeyd olunmur. Bu hal onların aktiv hidrodinamiki xüsusiyyətləri ilə əlaqədardır. Hətta quyular arasındakı məsafənin ən böyük qiymətlərində belə kənar suların aktiv təsiri nəticəsində layda toplanmış neft resursları son nəticədə istismar quyularına doğru sıxışdırıla bilir.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə