paltarı, bir də qış paltarı var, bacılarınıza gəlincə, əllərinə düşəni geyinirlər. Mən hər şeyi bilirəm; mən
cənubda yaşamışam. Mən sizin vəziyyətinizin də belə olduğunu bilirəm. Əgər sizə ildə min iki yüz frank
pul göndərirlərsə, demək, torpağınızın mədaxili üç mindən artıq deyildir. Aşpaz da lazımdır, nökər də
lazımdır, hər halda, atanız barondur, ədəb-qaydanı pozmaq olmaz. Özümüzə gəlincə, bizim də
şöhrətpərəstliyimiz var, Bosean adlı qohumumuz var: amma həmişə piyada gəzərik; sərvət arzusunda
olarıq, cibimizdə isə bir su pul tapılmaz; Voke cicinin biş-düşünü yeyərik, amma sevdiyimiz Sen-Jermen
qəsəbəsindəki gözəl xörəklərdir; cındır yatağın üstündə yatırıq, amma mülk sahibi olmağı arzu edirik!
Sizin meyillərinizi mən inkar etmirəm. Şöhrətpərəstlik, dostum, hər kəsin işi deyil. Qadınların hansı
kişilərdən xoşlandıqlarını soruşsanız, görərsiniz ki, ən çox şöhrətpərəstləri sevirlər. Şöhrətpərəstin bel
sümüyü möhkəm olar, qanında dəmir çox olar, ürəyi başqa kişilərin ürəyindən qızğın olar. Yetişmiş bir
qadın isə xoşbəxt olar, gözəl olar; odur ki qüvvətli kişiləri üstün tutar, belini sındıra biləcəyindən
qorxmaz. Sizin arzularınızı bir-bir saymaqda məqsədim sizə bir sual verməkdir. Sualım budur: iştah mız
qurd iştah ı, dişimiz də iti, bəs indi biz nə edək ki, qazanımız boş olmasın? Hər şeydən əvvəl, biz gərək
“Qanun məcəlləsi”ni həzm edək. Bu, o qədər də ləzzətli şey deyil, adama heç bir şey öyrətməz, ancaq
yenə də lazımdır. Tutaq ki, belədir. Nəhayət, biz məhkəmə üzvü oluruq, sonra cinayət
məhkəməsinin
sədri oluruq, – bizdən daha yaxşı adam olan bədbəxtlərin çiyinlərinə S.K.1 damğasını basmağa başlayırıq,
varlıların sakit yata bilməsi üçün bu adamları katorqaya göndəririk. Bu, o qədər də əyləncəli bir şey deyil,
lakin çox gözləmək lazım gəlir. Bunun üçün bir-iki il Parisdə sürünməli, nə qədər çox xoşumuza gəlsə də,
şeylərə əl vurmadan tamaşa etməklə kifayətlənməliyik. Hər şey arzu etmək və heç şeyə nail olmaqdan da
ağır hal ola bilərmi? Əgər vücudunuz zəif, təbiətiniz soxulcan təbiəti olsaydı, siz heç nədən qorxmaya
bilərdiniz; albuki qanınız aslan qanı kimi coşqun , gündə iyirmi dəfə axmaq iş tutsanız da çat . Allahın
yaratdığı cəhənnəmdəki məşəqqətlərin ən dəhşətlisi budur ki, siz bu məşəqqətə dözə bilməzsiniz. Fərz
edək ki, siz ağlınızı itirmisiniz, süd içib elegiya yazırsınız. O zaman, iti belə hiddətləndirəcək
məhrumiyyətdən və uğursuzluqdan sonra siz uzaq qəsəbələrin birində alçaq bir prokurorun müavini
vəzifəsinə təyin ediləcəksiniz. Hökumətin üzərinizə çilədiyi ildə min franklıq bir maaşla dolanacaqsınız, bu
isə qəssabın itinə atılan sümük kimi bir şeydir. Oğruların üzərinə hür, varlıları müdafiə et, cəsur adamları
gilyotinə göndər. Çox sağ olun! Sizə himayə göstərən bir şəxs tapılmasa, əyalət tribunalarında çürüyüb
məhv olacaqsınız. Otuz yaşına çatdığınız zaman, hələ hakim mantiyasını cəhənnəmə atmamış olsanız, sizi
min yüz frank maaşla hakim vəzifəsinə təyin edəcəklər. Qırx yaşında bir dəyirmançının qızını alacaqsınız,
özünüzü altı min livr maaşla təmin edəcəksiniz. Çox sağ olun, bəd deyil! Halbuki himayəçiniz olsaydı, otuz
yaşında əyalət prokuroru olub, min ekü maaş alardınız, şəhər bələdiyyə rəisinin qızı ilə evlənərdiniz.
Səsvermə vərəqəsində Vil el əvəzində Man el* oxumaq kimi xırda-xırda siyasi alçaqlıqlara yol versəniz
(bu iki familiya həmqafiyədir, odur ki vicdan əzabı çəkməyə bilərsiniz), qırx yaşında general-prokuror
olarsınız, sizi deputat seçə bilərlər. Mehriban oğlum, bir şeyi unutmayın biz artıq vicdanımıza rəxnə
vurmuşuq, iyirmi il ərzində çox əziyyətlər çəkmişik, gizli ehtiyaclara dözmüşük, bacılarımız isə evdə
qalmışlar. Bir də, sizin diqqətinizi bir şeyə də cəlb etmək şərəfindəyəm: bütün Fransada ancaq iyirmi
general-prokuror yeri var, halbuki bu yeri tutmaq istəyənlərin sayı iyirmi min nəfərdir, bunların içərisində
isə bir pillə belə qalxmaq üçün öz ata-anasını sata biləcək cibgirlər də var. Bu peşə sizin xoşunuza
gəlməyə bilər, başqa bir peşə axtaraq. Bəlkə, baron de Rastinyak olmaq niyyətindədir? Çox gözəl, çox
gözəl! Lakin Parisdə iş tapmaq üçün on il gözləməli, ayda min frank xərcləməli, kitabxana, qəbul otağı
saxlamalı, cəmiyyətdə dolaşmalı, boşboğazlıq etməli, vəkillərin ətəklərini öpməlidir. Bu peşə sizə
yaraşırsa, mən də etiraz etmirəm, ancaq bütün Parisi axtarsanız, əlli yaşındlan yuxarı ildə əlli min qazancı