zaman öz zəhmətlərinin haqqını almamaqdır. Onlara mən miskin böcəklərin şirkəti deyirəm. Orada
yaxşılıq axmaqcasına olur, lakin orada hər zaman ehtiyac da var. Allah qiyamət günü zarafat xatirinə
onların hüzuruna gəlməsə, bu mömin adamların halını mən bu saat təsəvvür edə bilərəm. Demək, əgər
siz birdən-birə varlanmaq istəyirsinizsə, ya doğrudan da zəngin olmalı, ya zəngin bir adam kimi
görünməlisiniz. Varlanmaq üçün qumar oynamalı , yoxsa xırda qumarla heç yə nail olmazsınız.
Sizin bacara biləcəyiniz yüz peşə sahiblərindən on nəfəri sürətlə müvəffəqiyyət qazanmış olarsa, camaat
dərhal onları oğru adlandıracaqdır. Buradan özünüz nəticə çıxara bilərsiniz. Həyat budur, budur həyatın
həqiqətləri! Həyat mətbəx iyi verir, əgər bir şey bişirmək fikrinə düşsən, əllərini bulaşdırmalısan, ancaq
sonra əllərinin çirkini yaxşı- yumalısan. Dövrümüzün əxalaqı budur. Mənim insan cəmiyyətinə belə bir
nəzərlə baxmağa hüququm var, çünki mən bu cəmiyyətə yaxşı bələdəm. Siz elə güman edirsiniz ki, mən
bu cəmiyyəti söyürəm? Zərrə qədər yox. O, həmişə belə olmuşdur. Moralistlər də onu heç zaman
dəyişə bilməyəcəklər. İnsan hələ kamillik dərəcəsinə çatmaqdan uzaqdır. İnsan bəzən az, bəzən çox
riyakarlıq edər, axmaqlar isə birinin əxlaqlı, o birinin əxlaqsız olduğunu söylərlər. Mən sadə xalqı
tərifləməklə varlıları qınamaq fikrində deyiləm: insan hər yerdə bir cürdür, aşağıda, ya yuxarıda, ya da
ortada olmağının heç bir fərqi yoxdur. İnsan sürüsünün hər milyon nəfəri arasında özünü hər şeydən,
qanunlardan belə yüksək tutan beş-on nəfər tapıla bilər, mən də o nadir adamlardanam. Siz isə ali əxlaqlı
adamsınızsa, birbaşa cəsarətlə gedin. Lakin siz sadəlik, paxıllıq və iftira ilə daim vuruşmağa, bütün
cəmiyyətin əleyhinə getməyə məcbur olacaqsınız. Napoleon Obri* adlı bir hərbiyyə naziri ilə
toqquşduğundan, nazir az qalmışdı ki, onu müstəmləkəyə sürgün etsin. Özünüzü yoxlayın, hər gün səhər
tezdən oyandığınız zaman iradənizin dünənkinə nisbətən daha qüvvətli olub-olmadığına diqqət edin.
Bütün bü söylədiklərimi nəzərə aldıqdan sonra mən sizə elə bir iş təklif edəcəyəm ki, heç kəs onu rədd
etməz. Diqqətlə sözlərimə qulaq asın. Müsaidənizlə sö ləməliyəm ki, mənim də özümə məxsus planım
var. Birləşmiş Ştatların cənub tərəfində, yüz arpanlıq bir malikanədə patriarxal həyat qurmaq
fikrindəyəm. Mən plantator olmaq, qul sahibi olmaq, tütün, öküz, ağac satışından bir neçə milyoncuğaz
qazanmaq istəyirəm. Mən hökm etmək, istədiyimi yerinə yetirmək, bu malalanmış siçan yuvasında
anlaşılmayacaq həyat sürmək istəyirəm. Mən böyük şairəm. Lakin mənim yazdığım şeir deyil: mənim
şerim hərəkət və hissdir. Bu saat mənim əlli min frankım var, bu pulla isə ancaq qırx zənci almaq olar,
halbuki məqsədimə çatmaq üçün mənə iki yüz zənci lazımdır, iki yüz zəncinin qiyməti isə iki yüz min
frankdır. Soruşa bilərsiniz ki, nə üçün zənci? Məsələ burasındadır ki, zəncilər mənim üçün daha
munasibdir: onlarla nə istəyirsən elə, heç bir diqqətli prokuror səni məsuliyyətə bilməz. Bu qara
kapitala malik olduqdan sonra mən on il ərzində üç-dörd milyon pul qazanacağam. Varlandıqdan sonra
isə heç kəs məndən soruşmayacaq ki, sən kimsən. Mən cənab Dörd Milyon, Birləşmiş Ştatlar vətəndaşı
olacağam. Yaşım əlliyə çatacaq, ancaq hələ ovulub tökülməyəcəyəm. Kefimi çəkəcəyəm. Xülasə, mən
sizin üçün bir milyon manatlıq cehiz tapsam, mənə iki yüz min verərsinizmi? İyirmi faiz komisy haqqı
necədir? Məgər çox istəyirəm? Bir qızı özünüzə bənd edərsiniz, evləndikdən sonra özünüzü elə
göstərərsiniz ki, guya dərdiniz var, vicdan əzabı çəkirsiniz. İki həftə bikef gəzərsiniz. Sonra bir gecə, bir az
nazlandıqdan sonra arvadınızı öpə-öpə deyərsiniz ki iki yüz min borcunuz var, bir də “mənim sevgilim”
sözləri əlavə edərsiniz. Hər gün kübar gənclər bu cür məzhəkə oynayırlar. Gənc qadın tərəddüd
göstərmədən, kisəsini dərhal sevgilisinə verəcəkdir. Bəlkə, siz ziyan çəkəcəyinizi zənn edirsiniz? Yox. Siz,
hər halda, bir təşəbbüs göstərib bu iki yüz mini qaytarmağı bacararsınız. Sizdəki pulla, sizdəki ağılla,
istəsəniz, böyük sərvət qazana bilərsiniz. E o1, siz yarım il ərzində öz səadətinizi, əziz arvadınızın
səadətini və biçarə Votrenin səadətini təmin etmiş olarsınız. Hələ mən qış gecələrində odun
tapmadıqlarından barmaqlarını nəfəsləri ilə qızdıran ailənizin səadətindən danışmıram. Siz nə mənim bu
təklifimə, nə də şərtlərimə heyrət etməyin! Parisdə a mış izdivacdan qırx yeddisi bu cür sazişlər üzərində
qurulmuşdur. Notarius palatası cənab...
Rastinyak Votrenin sözünü kəsərək ehtirasla:
– Mən nə etməliyəm? – dedi.
– Heç bir şey.
Votrenin üzündə, balığın qırmağa keçdiyini duyan bir balıqçının sevincinə bənzər gizli sevinc göründü.
Sözünə davam edərək:
– Sözlərimə yaxşı qulaq asın, – dedi. – Zavallı, yoxsul, bədbəxt bir qızın qəlbi – məhəbbəti ehtirasla öz
canına çəkməyə hazır olan bir süngərə bənzər. Bu qəlb o qədər qurudur ki, bir damcı hiss onun üzərinə
düşər-düşməz, şişməyə başlar. Hələ yoxsul, ümidsiz, yalqız, əlinə sərvət keçəcəyindən bixəbər olduğu
zaman bir gənc qıza aşiq olmaq! Bilirsinizmi bu nədir? Bu o deməkdir ki, bütün xallar sizin əlinizdədir,
lotereyanın bütün uduş nömrələrini bilirsiniz, bütün məlumatı qabaqcadan alaraq renta
oynayırsınız! Siz dərhal sarsılmaz bir izdivacın möhkəm bünövrəsini qoymuş olursunuz. Belə bir qızın
əlinə milyonlar düşərsə, o, bu milyonları çınqıl kimi sizin ayaqlarınızın altına səpələyəcəkdir. O: “Al,
mənim əzizim, al, Adolf, Alfred, yaxud Ejen!” deyəcəkdir, bir şərtlə ki, Adolf, Alfred, yaxud Ejen bir
fədakarlıq göstərməyi bacara. Fədakarlıq isə köhnə sataraq bir dəfə birlikdə “Göy siferblat”*
restoranına getməkdən, şampi yonlu kruton yeməkdən və sonra axşamüstü “Ambiq -Komik” teatrına
getməkdən ibarətdir. Saatı beh qoyub bir şal da alıb ona bağışlamaq olar. Hələ mən qadınların sevdiyi
aşiqanə məktublardan və bu kimi axmaq şeylərdən bəhs etmirəm; əsələn, sevgilinlə görüşmədiyin
zamanlar, poçt kağızının üzərinə göz yaşı deyə su səpələmək olar. Lakin mənə elə gəlir ki, siz ürəklərin
dilini yaxşı bilirsiniz. Paris Şimali Amerikanın vəhşi meşələri kimidir: burada çoxlu vəhşi tayfalar, quronlar,
illinoylar* dolaşar, ovla başlarını dolandırarlar. Siz, məsələn, milyonların ovuna çıxmışsınız. Bu milyonları
ələ keçirmək üçün cələ, tələ, manka düzmək lazımdır. Onun da müxtəlif sahələri var. Biri cehiz ovlayır, o
biri başqasının ticarətini ləğv etmək üçün ova çıxır. Birincinin ovladığı insan canlarıdır, o biri isə ona
etimad göstərənlərin əl-qolunu bağlayıb alver edir. Ovdan torbası dolu qayıdanlara həmişə hörmət var,
onları yaxşı cəmiyyətlərdə qəbul edərlər. Bu qonaqcıl torpağa haqq vermək lazımdır. Paris dünyanın ən
dözümlü şəhəridir. Avropanın başqa paytaxtlarında yaşayan məğrur aristokratlar öz dairələrinə alçaq
milyonçunu qoymadığı halda, Paris ağuşunu açır, onun ziyafətlərində iştirak edir, onun çörəyini yeyir,
onun alçaqlığına badə qaldırır.
– Bəs belə bir qızı mən haradan tapa bilərəm?
– O, sizin yanınızdadır, buyurun!
– Madmazel Viktorinanımı deyirsiniz?
– Bəli, özüdür ki var.
– Bu necə ola bilər?
Dostları ilə paylaş: |