Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə32/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   28   29   30   31   32   33   34   35   ...   77

insanlardan hələ öyrənə bilməmişdim. Əgər xoş əməl vicdanla sazişə girməyə yol vermirsə, demək, mən, 
doğrudan da, öz bacılarımı qarət etmişəm?” 
Rastinyak pul kisəsini stolun üstünə atdı. Oturub, başgicəlləndirən fikirlərə daldı. 
“Xoş əmələ sadiq qalmaq ülvi bir iztirabdır! Bəli! Hamı xoş əmələ inanır, lakin buna riayət edənlər çox 
azdır! Xalqlar azadlığa pərəstiş edirlər, lakin yer üzündə azad xalq varmı? Mənim gəncliyim hələ buludsuz 
səma kimi təmizdir, lakin sən böyük bir şəxs, yaxud varlı bir adam olmaq fikrindəsən, halbuki bu, şüurlu 
olaraq yalan satmaq, əyilmək, surünmək, yenə ayağa durmaq, yaltaqlıq etmək, saxtakarlıq göstərmək 
demək deyildir  ? Məgər bu, vaxtilə əyilən, sürünən, yalan satanların qarşısında könüllü surətdə lakey 
olmaq demək deyildir  ? Onlara yoldaş olmaq üçün əvvəlcə onlara xidmət göstərmək lazımdır. Yox, yox! 
Mən namusla, inamla çalışmaq istəyirəm. Mən gecəni gündüzə qatıb işləməyə hazıram, mən öz 
sərvətimlə yalnız öz zəhmətimə borclu olmaq istəyirəm. Bu yol varlanmaq üçün ən uzun yol olsa da, hər 
axşam başımı yastığa sakit qoyacağam, heç bir pis niyyətlə beynimi yükləməyəcəyəm. Öz həyatına 
baxdığın zaman, onu zanbaq çiçəyi kimi təmiz və pak görməkdən də gözəl şey ola bilərmi?! Həyat – 
nişanlım, mən də onun adaxlısıyam. Votren on il ailə həyatından sonra nələr baş verdiyini mənə göstərdi. 
Lənət şeytana! Başım gicəllənir. Mən heç nə düşünmək istəmirəm. Mənim ən ağıllı rəhbərim qəlbimdir”. 
Ejenin dalğınlığını dərzinin gəldiyini xəbər verən yoğun Silviyanın səsi pozdu. Rastinyak, əlinlbə iki pul 
kisəsi, dərzinin qabağına çıxdı, o, bu hadisəyə heç də təəssüf etmirdi. Axşam paltarını bədəninə 
ölçdükdən sonra təzə gündüz paltarını geyindi, görünüşü tamam dəyiş  . 
Öz-özünə: 
– Mən qraf de Traydan geri qalmayacağam, – dedi, – nəhayət, mən də          oxşadım! 
Bu      Qorio ata Ejenin otağına daxil olaraq: 
– Cənab Ejen, – dedi, – siz madam Nusingenin hansı evlərdə olduğunu bilib-bilmədiyimi məndən 
soruşurdunuz. 
– Bəli! 
– Elə isə sizə söyləyə bilərəm: gələ  bazar ertəsi günü o, marşal Karilyanonun evində təşkil edilən balda 
iştirak edəcək. Əgər siz oraya getməyə imkan tapa bilsəniz, qızlarımın necə şənləndiklərini, necə 
geyindiklərini, bir sözlə, hamısını mənə söylərsiniz. 
Ejen Qorionu buxarının yanında əyləşdirərək: 
– Siz bunu haradan öyrəndiniz, əzizim Qorio ata? – deyə soruşdu. 
Qorio şad halda: 
– Bunu mənə qulluqçusu söylədi. Qızlarımın nə etdiklərini mən Konstansa ilə Terezadan öyrənirəm, – 
dedi. 


Qoca, heç bir şubhə doğurmadan, öz məşuqəsinin həyatına daxil olmaq üçün mahir bir vasitə tapan gənc 
aşiqə bənzəyirdi. Sadədilliklə:  
– Siz onları görəcəksiniz! – dedi. Onun sözlərində kədərli qibtə hiss olunurdu. 
Ejen cavab verdi: 
– Bilirəm. Mən bu saat madam de Boseanın yanına getmək istəyirəm. Məni marşalın arvadına təqdim 
etməsini xahiş edəcəyəm. 
Ejen vikontessanın yanına hər zaman geyəcəyi paltarda getməyi daxili bir fərəhlə arzulayırdı. 
Moralistlərin “insan qəlbinin uçurumları” adlandırdığı şey həqiqətdə aldadıcı fkirlərdən, biixtiyar şəxsi 
mənfəət meyillərindən başqa bir şey deyildi. Bir çox cümləpərdaz mülahizələrə səbəb olan bu ürək 
sərgüzəştləri, insan qəlbində baş verən bu gözlənilməz dəyişikliklərin əsas məqsədi daha çox 
nəşələnmək, həzz almaqdır. Əynində yaxşı paltar, əllərində modalı əlcək, ayağında qəşəng çəkmələri 
görən Ejen yaxşılıq niyyətində olduğunu unutdu. Həqiqətə arxasını çevirən gənclər vicdan güzgüsündə 
özünə baxmağa cəsarət etməz, halbuki yetkin yaşlarında artıq bu güzgüyə baxarlar. İnsan həyatının bu iki 
dövrü arasındakı fərq də ancaq bundan ibarətdir. 
İki qonşu – Ejen və Qorio ata son bir neçə günün ərzində dostlaşmışdı. Bu gizli dostluğun psixoloji 
səbəbləri Votrenlə Ejen arasında doğan ədavətin psixoloji səbəblərinin eyni idi. Cəsur bir filosof 
hisslərimizin fiziki aləmə təsirini təyin etmək fikrinə düşərsə, o, əlbəttə, heyvanlarla insanlar arasındakı 
münasibətlərdə maddi quvvə təsirini sübut etmək üçün bir çox əsaslar tapa bilər. Bir it, tanımadığı bir 
adamı gördüyü zaman onun dost, ya düşmən olduğunu tez təyin etdiyi halda, heç bir fizionomist* insan 
təbiətini tez anlaya bilməz. Zərb  məsəl kimi hamının dilində dolaşan caynaqlı atomlar ifadəsi danışıq 
dilində işlənən və qədim sözləri kül kimi göyə sovurmaq istəyən adamların fəlsəfi sayıqlamalarını rədd 
edən dil hadisələrindən biridir. Məhəbbət insandan insana keçə bilər. Hisslər hər bir şeyə öz damğasını 
basar, məsafələrin uzaqlığına baxmaz, hər yerdə yayılar. Məktubların da qəlbi var: məktublar – yazan 
adamın əks-sədasıdır; incəqəlbli insanların nəzərində məktub ən zəngin məhəbbət xəzinələrindən biridir. 
Qorio bir it həssaslığı ilə, tələbənin qəlbində doğan qəribə mərhəmət hissini, gənclik simpatiyasını  ona 
bəslədiyi hüsn-rəğbəti duymuşdu. Bununla belə, yaranan yaxınlıq hələ ürəkləri açmamışdı. Ejen madam 
de Nusingenlə göruşməyi arzuladığını qocaya söyləsə də, o, gözəl parisli xanımın evinə qocanın vasitəsilə 
daxil olmaq niyyətində deyildi; o, yalnız Qorionun ağzından söz qaçıra biləcəyinə və bununla ona xidmət 
göstərə biləcəyinə ümid edirdi. 
O birisi gün Qorio Ejenə dedi ki: 
– Əzizim, siz nə üçün belə güman etmisiniz ki, mənim adımı çəkdiyiniz üçün madam de Restonun sizə 
qəzəbi tutmuşdur? Qızlarımın ikisi də məni çox sevir. Mən bir ata kimi xoşbəxtəm. Ancaq mənim 
kürəkənlərim mənimlə yaxşı rəftar etmədilər. Mən isə sevimli qızlarımın öz ərləri ilə mənim üstümdə 
yola getmədiklərini gördüyüm zaman qızlarımı xəlvətcə ziyarət etməyə qərar verdim. Bu xəlvət görüşlər 
mənə böyük həzz verir, mənim bu sevinclərimi hər gün qızlarım ilə görüşən atalar heç vaxt başa düşə 
bilməzlər. Mən öz qızlarımla açıqdan-açığa görüşə bilmirəm, anlayırsınızmı? Odur ki qızlarımın gəzməyə 
çıxıb-çıxmayacaqlarını qulluqçulardan öyrənib, xoş havalı günlərdə Yelisey düzlərinə çıxıram. Qızlarımın 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə