Təbrizin ən gözəl və böyük mədrəsəsi olduğunu qeyd etmişdir
277
. Bu da onu göstərir ki,
inşasının üzərindən iki əsrdən çox vaxt keçməsinə baxmayaraq Cahanşah məscid və
mədrəsə kompleksi öz ehtişamını qoruyub saxlaya bilmişdi. Lakin Övliya Çələbinin
qeydlərindən məlum olur ki, Səfəvilər dövründə Təbrizin, eləcə də Azərbaycanın digər
şəhərlərindəki elm ocaqlarında elmi və intellektual səviyyə qat-qat aşağı düşmüşdü.
Bunun birinci səbəbi həmin bu dövrün Osmanlı dövlətinin çiçəklənmə dövrünə təsadüf
etməsidir. XV əsrin birinci yarısı, xüsusilə də XVI əsrin əvvəllərindən etibarən Misirin
də Osmanlı dövlətinə birləşdirilməsindən sonra başda İstanbul olmaqla Anadolunun
böyük şəhərləri alimlər, mədəniyyət və incəsənət xadimləri üçün cazibə mərkəzinə
çevrilmişdi. İslam dünyasının dörd bir tərəfindən, o cümlədən Azərbaycandan Osmanlı
torpaqlarına yüzlərlə alim və mütəfəkkir gedərək buradakı tədris müəssisələrində
fəaliyyət göstərməyə başlamışdılar. Bu dövrdə elm xadimlərinin Azərbaycanı tərk
etməsinin əsas səbəblərindən biri də Səfəvilərin İran və Azərbaycanda hakimiyyətə
gəlməsidir. Səfəvilər ən yaxşı halda təzyiq və təqiblər nəticəsində sünni din xadimləri
və alimlərin ölkəni tərk etməsinə nail olurdular. Bir sıra hallarda isə Səfəvilərin şafi’i,
hənəfi kimi sünni fiqh məzhəblərinə mənsub alimlərə qarşı törətdikləri qanlı qətliamlar
alimlərin öz vətənlərini tərk edərək Osmanlı, Misir Məmlüklü və Şeybanilər dövətlərinə
pənah aparmalarına səbəb olurdu. Lakin Səfəvilər şiəliyin dövlətinin rəsmi məzhəbi
elan edilməsinindən sonra ciddi bir problemlə qarşılaşmışdılar. Problem ondan ibarət
idi ki, Azərbaycanda, eləcə də İranda bu məzhəb sahəsində dini ədəbiyyat və alimlər
yox deyiləcək qədər az idi
278
. İbnü’l-Mütəhhərin ‚Qəvaidü’l-İslam‛ adlı kitabı xaricində
təbliğat xarakterli dini ədəbiyyat yox idi. Bu səbəblə də Səfəvilər Livanın Cəbəli-Amil
və İraqın cənub regionlarından şiə ərəb alimlərini Azərbaycana dəvət etmişdilər
279
.
Təbrizdə ilk şiə mədrəsəsini XVI əsrin əvvəllərində livanlı Nurəddin Əli əl-Amili əl-
Kərəki (öl. 1534) qurmuşdu
280
. Bəhaəddin əl-Amili, şeyx Hüseyn əl-Amili, Mir Əbü’l-
Qasım Fəndəriski həmin bu dövrdə xaricdən Təbrizə gəlmiş din xadimləridir
281
.
277
Yenə orada.
278
Shahı AHMADOV, Azerbaycan’da Şiîliğin Yayılma Süreci, s. 102, Ankara 2005.
279
Yenə orada.
280
Yenə orada.
281
AHMADOV, həmin əsər, s. 102-105.
Azərbaycanın qədim şəhərlərindən olan
Tiflis (Suğdabil) orta əsrlərdə yetişdirdiyi elm
və mədəniyyət xadimləri ilə məşhur olmuşdu. əl-İdrisi (1100-1165)
282
, əl-İstəxri (X
əsr)
283
, Zəkəriyya əl-Qəzvini
284
və
Hüdudü’l-Aləm müəllifi
285
Tiflisin Arranın
şəhərlərindən biri olduğunu qeyd etmişdirlər. Süyuti ‚ət-Tiflisi‛ nisbəsi haqqında
məlumat verərkən yazır ‚...Azərbaycanın bəldələrindən olan Tiflisə aid edilir‛
286
.
İbnü’l-Əsir də Tiflisin Azərbaycanın sonuncu, yəni sərhədyanı şəhərlərindən biri
olduğunu qeyd etmişdir
287
. Əslində Azərbaycana məxsus olan Tiflisin Kür çayının
cənubunda qalan hissəsidir. İndi olduğu kimi orta əsrlərdə də Tiflis Kür çayı ilə iki
qismə ayrılırdı
288
. Çayın cənubunda qalan qismi müsəlman, şimalında qalan hissəsi isə
xristian Tiflisi idi. Əbdürrəşid Bakuvi yazır: ‚Şəhərdən Kür çayı axır. Əhalisi müsəlman
və xaçpərəstlərdir. Kürün bir sahilində əzan deyilir, digər isə kilsə zəngləri çalır‛
289
.
Mənbələrdə şəhərin sol sahili, yəni azərbaycanlılar yaşayan qismi Tiflis deyil, Suğdabil
şəhəri kimi tanıdılır. Yaqut əl-Həməvi
290
və Əhməd əl-Bəlazuri Suğdabil şəhərinin
Tiflisin cənubunda, Kür çayı sahilində olduğunu, şah I Xosrov Ənuşirvanın (531-579)
bu şəhəri bina edib abadlaşdırdığını qeyd edir. Şəhərin Suğdabil adlanması isə I
Xosrovun buraya Soğddan (Soqdiana)
291
farsdilli əhalini köçürüb məskunlaşdırması
səbəbiylə
olmuşdu
292
.
Osman ibn Əffanın (ا) hakimiyyəti dövründə (644-656) Həbib ibn Məsləmə əl-Fıhri (ا)
Tiflisi fəth edərək əhalisi ilə cizyə müqabilində əhdnamə bağlamışdı
293
. 722-ci ildə
Əməvilərin cənubi Qafqaza təyin etdikləri vali Cərrah ibn Abdullah əl-Həkəmi Tiflis,
Girdiman, Samsxa (Cavaxetiya), Şavşat daxil olmaqla Gürcüstan əhalisi ilə Həbib ibn
Məsləmə ilə bağladıqları əhdnamənin şərtlərinə uyğun olaraq yeni əhdnamə
282
İDRİSİ,
Nüzhətü’l-Müştaq, s. 34-35.
283
İSTƏXRİ,
Məsalikü’l-Məmalik, s. 67.
284
QƏZVİNİ,
Asarü’l-Bilad, s. 476-477.
285
ANONİM,
Hüdudü’l-Aləm, s. 120-123.
286
SÜYUTİ,
Lübbü’l-Lübab, s. 43.
[
٢ٍ٤ِلرُا
...
ٕاع٤تنلأت كِت ً٤ِلذ ٠ُا حِٜٔٓ
]
287
İBNü’l-ƏSİR, Lübab, C. II, s.218.
[
٢ٍ٤ِلرُا
...
ٕاع٤تنلأ قلات ٖٓ جكِت هـآ ً٤ِلذ ٠ُا حثٍُ٘ا ٙمٛ
]
288
İBN XORDADBEH,
Məsalikü’l-Məmalik, s. 477.
[
ّهٌُا هٜٗ اٜت
...
حػقهت ةِت ٠ِػ ١هع٣ٝ نٌٞٔشٝ جى٘عت ْش اٜوش٣ ً٤ِلذ ح٘٣كٔت
]
289
BAKUVİ,
Təlxisü’l-Asar, s. 118
290
YAQUT əl-HƏMƏVİ,
Mu’cəm, C. IV, s. 305.
[
َ٤تكـص
:
هٌُا هٜٗ ٠ِػ ح٘٣كٓ
ّ
ٍقاؼُا ٕاٝهش ٞٗأ ٟهًٍ اٛا٘ت ً٤ِلذ حُاثه ٢ههشُا ةٗاظ ٖٓ
...
يناك ءا٘تأ ٖٓ كـصُا َٛأ ٖٓ آٞه اُٜىٗأ
]
291
Qədim Soqdianaya (və ya Suquda) indiki Tacikistan, Özbəkistanın Buxara və Səmərqənd daxil olmaqla Fərqanə
vilayəti və Əfqanıstanın şimalı daxil idi.
292
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 275; Həmçinin bax: BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 174.
293
BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 213, 284.