olduğunu və Əbu Əhməd ibn Ədiyy, Əbu Bəkr Əhməd əl-İsmaili, Əbü’l-Abbas əl-
Mə’dani, Əbu Bəkr əl-Amuli kimi mühəddislərdən hədis dinləyib dərs aldığını qeyd
etmişdir. Əbu Zur’ə Bərdəi h. 412-ci ildə (1021) Nişapurda vəfat etmiş və buradakı
Şahənbər qəbristanında dəfn edilmişdi. Cənazə namazını oğlu Əbu Bəkr Bərdəi
qıldırmışdı
384
.
Əbu Bəkr Muhəmməd ibn Abdullah Bərdəi
Əbu Bəkr Muhəmməd Bərdəi xarici (xəvaric) məzhəbinin ən məşhur fəqihlərindən biri
idi. O, həmçinin mö’təzilə əqidəsinə xas fikirlərin də daşıyıcısı idi. Xəvaric məzhəbinə
dair bir sıra əsərlərin müəllifi olan Əbu Bəkr Muhəmməd Bərdəinin qələmə aldığı
kitabların bəziləri bunlardır: ‚Kitabu’l-Mürşid fi’l-Fiqh‛, ‚Rədd ələ’l-Müxalifin fi’l-
Fiqh‛, ‚Təzkirətü’l-Qərib fi’l-Fiqh‛, ‚Təbsira lil Mütəəllimin‛, ‚İhticac ələ’l-Müxalifin‛,
‚Cami’ fi Üsulü’l-Fiqh‛, ‚Kitabu’d-Dua‛, ‚Kitabu’n-Nasix və’l-Mənsux fi’l-Qur’an‛,
‚Kitabu’l-Əzkar və’t-Təhkim‛, ‚Kitabu’s-Sunnə və’l-Cəmaə‛, ‚Kitabu’l-İmamət‛,
‚Təhrimu’l-Musəkkər‛, ‚Kitabu’r-Rədd ələ mən qal bi’l-Mutə’ə‛, ‚Kitabu’l-İman və’n-
Nuzur‛ və ‚Kitabu’n-Nakisin‛
385
. Əbu Bəkr Muhəmməd Bərdəinin ölüm tarixi məlum
deyil. Lakin onun haqqında məlumat verən İbnü’n-Nədim onunla h. 340-cı ildə (951)
onunla görüşüb söhbət etdiyini qeyd etmişdir
386
. İbnü’n-Nədim h. 325-ci ildə (937)
Bağdadda anadan olmuş və bütün gəncliyini bu şəhərdə keçirmişdi. Müəllif atasının
peşəsini davam etdirərək kitabçılıqla məşğul olmuşdu. Əbu Bəkr Muhəmməd
Bərdəinin əsərlərini belə dəqiqliklə bilməsi də ehtimal ki, peşəsi səbəbiylə idi. Əbu Bəkr
Muhəmməd Bərdəi ilə görüşəndə, yəni h. 340-cı (951) ildə, İbnü’n-Nədim 15 yaşlı
yeniyetmə idi və bu görüş, sözsüz ki, Bağdadda baş vermişdi. İbnü’n-Nədimin müasiri
və ondan yaşca böyük olduğu üçün Əbu Bəkr Muhəmməd Bərdəinin IX-X əsrlərdə
384
Təqiyəddin Əbu İshaq İbrahim ibn Muhəmməd əs-SEYRƏFİNİ, Müntəxəb min Kitabi’s-Siyaqi’t-Tarixi-Nişabur, (Nşr.
X. Heydər), s. 26, Beyrut 1414.
385
İBNÜ’n-NƏDİM, əl-Fihrist, 240; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 432; Zakir MƏMMƏDOV, Orta Əsr
Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 8-9, Bakı 1986.
386
İBNÜ’n-NƏDİM, həmin əsər. Əbu Bəkr Muhəmməd Bərdəi böyük ehtimalla xaricilərin ‚İbaziyyə‛ cərəyanına
mənsub idi. Çünki bu cərəyan mənsubları, bütün radikallıqlarına rəğmən, başqa xarici qruplara nəzərən digər əqidə
və məzhəb mənsublarına qarşı daha loyal münasibət bəsləyirdilər. ‚İbaziyyə‛ xarici məzhəbi qruplarından bu günə
qədər öz mövcudluğunu qoruyub saxlaya bilmiş yeganə cərəyandır və Omanın rəsmi məzhəbidir. Tanzaniya
müsəlmanlarının bir qismi də bu məzhəbə mənsubdurlar.
yaşadığını söyləmək olar. Bağdadlı İsmayıl paşa onun əsərləri haqqında məlumat
verdikdən sonra h. 340-cı ildə (951) öldüyünü qeyd etmişdir
387
. Lakin bu zəif ehtimaldır.
Əbu Bəkr Muhəmməd Bərdəinin ölümü bu tarixdən sonraya təsadüf etmişdir.
Əhməd Münəbbih ibn Əbdülməcid ibn Abdullah ibn Əhməd ibn Muhəmməd ibn
Musa ibn Əhməd ibn Muhəmməd ibn Behzad ibn Behbud Bərdəi
Mühəddis idi və Səmərqənddə yaşamışdı. Əhli-sünnə mənhəcinə sıx bağlılığı ilə
tanınmış fəzilətli insan idi. Əbu Nueym əl-Əstərəbadi, Əbu Bəkr Muhəmməd ibn
Mehdidən hədis dinləmiş və nəql etmişdi. Əbu Sə’d əl-İdrisi h. 370-ci ildən (980) əvvəl
onunla Səmərqənddə görüşmüş və ondan hədis dinləyib qeyd etmişdi
388
. Ölüm tarixi
məlum deyil. X əsrdə yaşamışdır.
Əbu Səid Həsən ibn Əli Bərdəi
Hədis ravisi idi. Muhəmməd ibn Əyyubdan hədis dinləmişdi. Əbü’l-Həsən Əli
Darəqutni (öl. 995) ondan hədis dinləmiş və nəql etmişdi
389
. Ölüm tarixi qeyd
olunmamışdır. Darəqutninin müasiri olduğu üçün onun da IX-X əsrlərdə yaşadığını
təxmin etmək olar.
Əbu Səid Əhməd ibn Əbdüləziz Bərdəi
Hənəfi məzhəbinə mənsub fəqih və fətva mərcii idi. Onun və’z məclislərinə insan
kütlələri toplaşır, izdiham yaranırdı. Əbu Səid Əhməd Bərdəi h. 18 zilqədə 491-ci ildə
(16 oktyabr 1098) vəfat etmişdi
390
.
Əhməd Bərdəi
387
BAĞDADLI İsmayıl Paşa, Hədiyyətü’l-Arifin Əsmai’l-Müəllifin və Asarü’l-Müsənnifin, (Hzr. R. Bilge-İnal M. K), C. II,
s. 40-41, İstanbul 1955.
388
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212.
389
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VII, s. 385.
390
İBN ƏBÜ’l-VƏFA, Cəvahirü’l-Muziyyə, C. I, s. 191-192; SEYRƏFİNİ, Müntəxəb, s. 125.
Ağqoyunluların hakimiyyəti illərində Azərbaycanda yaşamış hənəfi məzhəbinə
mənsub mütəkəllim idi. Həyatı haqqında ətraflı məlumat yoxdur. Əhməd Bərdəi
Sə’dəddin Təftazaninin əsərinə ‚Şərhu Əqaidü’n-Nəsəfi‛ adlı şərh yazmış və bu
əsərinin h. 850-ci ildə (1446) bitirmişdi. Ölüm tarixi məlum deyil. XV əsrdə
yaşamışdır
391
.
Əllamə Əbü’l-Həsən Muhəmməd ibn Mühəddis Əhməd ibn Əli ibn Əsəd Bərdəi
Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək üçün çox səyahət
etmişdi. İraq, Misir və Şam diyarını gəzmişdi. O, İbn Hirarə kimi də tanınırdı. Çünki
atası Əhməd ibn Əlinin ləqəbi ‚Hirarə‛ idi. Əbü’l-Həsən Muhəmməd Bərdəi Hamid ibn
Şueyb, Əbü’l-Qasım Bəğəvi
392
, İbn Cəusa, Abdullah ibn Vəhb əd-Dinəvəri, Əbu Əmr
ibnü’n-Nəhhas, Əbu Bəkr ibn Əbi Davud, İbn Said və başqalarından hədis dinləmişdi.
Onun hafizəsində 30 mindən çox hədis var idi. Həsən ibn Cə’fər ət-Təyyibi ondan hədis
dinləmiş və nəql etmişdi. Alim h. 348-ci ildə (959) Qəzvində vəfat etmişdi
393
.
Hafiz Muhəmməd ibn Əhməd ibn Əli əl-Əsədi Bərdəi
Hədis ravisi idi. Müasiri olan mühəddislər onun səduq
394
ravilərdən biri olduğunu
bildirmişdilər. O, hədis elmləri ilə yanaşı fiqh, ərəb dili və ədəbiyyatı sahələrində də öz
dövrünün qabaqcıl alimləindən biri idi. Hafiz Muhəmməd Bərdəi İraq, Misir və Şam
diyarında Rüqəyyə bint İshaq ibn Musa ibn Cə’fər, İsa ibn Süleyman ibn Əbdülməlik əl-
Qurəşi, Hüseyn ibn Mə’mun, Muhəmməd ibn Əbu İmran, Abdullah ibn Vəhb Dinəvəri,
Abdullah ibn Muhəmməd Bəğəvi, Yəhya ibn Said, Əbü’l-Həsən ibn Cəusa, Əbu Ərubə
391
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 109.
392
‚Bəğəvi‛ nisbəsi ilə tanınıb əslən Əfqanıstanlı olan bir çox alim yaşamışdır. Bunların ən məhşurlarından biri də
Əbü’l-Qasım Abdullah ibn Muhəmməd ibn Əbdüləziz ibn Mərzban Bəğəvidir (829-929). Əbü’l-Qasım Bəğəvi imam
Əhməd ibn Hənbəlin (h. 164-241/781-855) tələbələrindən biri olmuşdur.
393
ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 971; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. II, s. 247; Təqiyəddin Əhməd ibn Əli əl-
MƏQRİZİ, Kitabü’l-Müqəffai’l-Kəbir, (Nşr. M. ibn Təlhə), C. V, s. 228-229, Beyrut 1991.
394
Səduq-lüğət manası ‚son dərəcə doğru sözlü, çox mötəbər‛dir. Hədis elmində ifadə etdiyi məna isə belədir; imam
Zəhəbi və İraqiyə görə tə’dil, yəni ədalətlilik keyfiyyətinə görə 3-cü, imam Səxaviyə görə isə 5-ci dərəcədə olan hədis
ravisinə ‚səduq‛ deyilə bilər. ‚Səduq‛un da dərəcələri var. Daha ətraflı məlumat üçün bax: Abdullah AYDINLI,
Hadis Istılahları Sözlüğü, s. 132, İstanbul 1987.
Dostları ilə paylaş: |