Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə40/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   36   37   38   39   40   41   42   43   ...   187

olduğunu  və  Əbu  Əhməd  ibn  Ədiyy,  Əbu  Bəkr  Əhməd  əl-İsmaili,  Əbü’l-Abbas  əl-

Mə’dani,  Əbu  Bəkr  əl-Amuli  kimi  mühəddislərdən  hədis  dinləyib  dərs  aldığını  qeyd 

etmişdir.  Əbu  Zur’ə  Bərdəi  h.  412-ci  ildə  (1021)  Nişapurda  vəfat  etmiş  və  buradakı 

Şahənbər  qəbristanında  dəfn  edilmişdi.  Cənazə  namazını  oğlu  Əbu  Bəkr  Bərdəi 

qıldırmışdı

384


.  

 

Əbu Bəkr Muhəmməd ibn Abdullah Bərdəi 

Əbu Bəkr Muhəmməd Bərdəi xarici (xəvaric) məzhəbinin ən məşhur fəqihlərindən biri 

idi. O, həmçinin mö’təzilə əqidəsinə xas fikirlərin də daşıyıcısı  idi.  Xəvaric məzhəbinə 

dair  bir  sıra  əsərlərin  müəllifi  olan  Əbu  Bəkr  Muhəmməd  Bərdəinin  qələmə  aldığı 

kitabların  bəziləri  bunlardır:  ‚Kitabu’l-Mürşid  fi’l-Fiqh‛,  ‚Rədd  ələ’l-Müxalifin  fi’l-

Fiqh‛, ‚Təzkirətü’l-Qərib fi’l-Fiqh‛, ‚Təbsira lil Mütəəllimin‛, ‚İhticac ələ’l-Müxalifin‛, 

‚Cami’  fi  Üsulü’l-Fiqh‛,  ‚Kitabu’d-Dua‛,  ‚Kitabu’n-Nasix  və’l-Mənsux  fi’l-Qur’an‛, 

‚Kitabu’l-Əzkar  və’t-Təhkim‛,  ‚Kitabu’s-Sunnə  və’l-Cəmaə‛,  ‚Kitabu’l-İmamət‛, 

‚Təhrimu’l-Musəkkər‛,  ‚Kitabu’r-Rədd  ələ  mən  qal  bi’l-Mutə’ə‛, ‚Kitabu’l-İman  və’n-

Nuzur‛ və ‚Kitabu’n-Nakisin‛

385


. Əbu Bəkr Muhəmməd Bərdəinin ölüm tarixi məlum 

deyil.  Lakin  onun  haqqında  məlumat  verən  İbnü’n-Nədim  onunla  h.  340-cı  ildə  (951) 

onunla  görüşüb  söhbət  etdiyini  qeyd  etmişdir

386


.  İbnü’n-Nədim  h.  325-ci  ildə  (937) 

Bağdadda  anadan  olmuş  və  bütün  gəncliyini  bu  şəhərdə  keçirmişdi.  Müəllif  atasının 

peşəsini  davam  etdirərək  kitabçılıqla  məşğul  olmuşdu.  Əbu  Bəkr  Muhəmməd 

Bərdəinin əsərlərini belə dəqiqliklə bilməsi də ehtimal ki, peşəsi səbəbiylə idi. Əbu Bəkr 

Muhəmməd  Bərdəi  ilə  görüşəndə,  yəni  h.  340-cı  (951)  ildə,  İbnü’n-Nədim  15  yaşlı 

yeniyetmə idi və bu görüş, sözsüz ki, Bağdadda baş vermişdi. İbnü’n-Nədimin müasiri 

və  ondan  yaşca  böyük  olduğu  üçün  Əbu  Bəkr  Muhəmməd  Bərdəinin  IX-X  əsrlərdə 

                                                 

384

 Təqiyəddin Əbu İshaq İbrahim ibn Muhəmməd əs-SEYRƏFİNİ, Müntəxəb min Kitabi’s-Siyaqi’t-Tarixi-Nişabur, (Nşr. 



X. Heydər), s. 26, Beyrut 1414. 

385


  İBNÜ’n-NƏDİM,  əl-Fihrist,  240;  KƏHHALƏ,  Mu’cəmü’l-Müəllifin,  C.  III,  s.  432;  Zakir  MƏMMƏDOV,  Orta  Əsr 

Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 8-9, Bakı 1986. 

386


  İBNÜ’n-NƏDİM,  həmin  əsər.  Əbu  Bəkr  Muhəmməd  Bərdəi  böyük  ehtimalla  xaricilərin  ‚İbaziyyə‛  cərəyanına 

mənsub idi. Çünki bu cərəyan mənsubları, bütün radikallıqlarına rəğmən, başqa xarici qruplara nəzərən digər əqidə 

və məzhəb mənsublarına qarşı daha loyal münasibət bəsləyirdilər. ‚İbaziyyə‛ xarici məzhəbi qruplarından bu günə 

qədər  öz  mövcudluğunu  qoruyub  saxlaya  bilmiş  yeganə  cərəyandır  və  Omanın  rəsmi  məzhəbidir.  Tanzaniya 

müsəlmanlarının bir qismi də bu məzhəbə mənsubdurlar.  



yaşadığını  söyləmək  olar.  Bağdadlı  İsmayıl  paşa  onun  əsərləri  haqqında  məlumat 

verdikdən sonra h. 340-cı ildə (951) öldüyünü qeyd etmişdir

387

. Lakin bu zəif ehtimaldır. 



Əbu Bəkr Muhəmməd Bərdəinin ölümü bu tarixdən sonraya təsadüf etmişdir.  

  

Əhməd  Münəbbih  ibn  Əbdülməcid  ibn  Abdullah  ibn  Əhməd  ibn  Muhəmməd  ibn 



Musa ibn Əhməd ibn Muhəmməd ibn Behzad ibn Behbud Bərdəi 

Mühəddis  idi  və  Səmərqənddə  yaşamışdı.  Əhli-sünnə  mənhəcinə  sıx  bağlılığı  ilə 

tanınmış  fəzilətli  insan  idi.  Əbu  Nueym  əl-Əstərəbadi,  Əbu  Bəkr  Muhəmməd  ibn 

Mehdidən hədis dinləmiş və nəql etmişdi. Əbu Sə’d əl-İdrisi h. 370-ci ildən (980) əvvəl 

onunla  Səmərqənddə  görüşmüş  və  ondan  hədis  dinləyib  qeyd  etmişdi

388


.  Ölüm  tarixi 

məlum deyil. X əsrdə yaşamışdır. 

 

Əbu Səid Həsən ibn Əli Bərdəi 

Hədis  ravisi  idi.  Muhəmməd  ibn  Əyyubdan  hədis  dinləmişdi.  Əbü’l-Həsən  Əli 

Darəqutni  (öl.  995)  ondan  hədis  dinləmiş  və  nəql  etmişdi

389


.  Ölüm  tarixi  qeyd 

olunmamışdır.  Darəqutninin  müasiri  olduğu  üçün  onun  da  IX-X  əsrlərdə  yaşadığını 

təxmin etmək olar.  

 

Əbu Səid Əhməd ibn Əbdüləziz Bərdəi 

Hənəfi  məzhəbinə  mənsub  fəqih  və  fətva  mərcii  idi.  Onun  və’z  məclislərinə  insan 

kütlələri toplaşır,  izdiham yaranırdı. Əbu Səid Əhməd Bərdəi h.  18 zilqədə 491-ci  ildə 

(16 oktyabr 1098) vəfat etmişdi

390


.    

 

Əhməd Bərdəi 

                                                 

387

 BAĞDADLI İsmayıl Paşa, Hədiyyətü’l-Arifin Əsmai’l-Müəllifin və Asarü’l-Müsənnifin, (Hzr. R. Bilge-İnal M. K), C. II, 



s. 40-41, İstanbul 1955. 

388


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212. 

389


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VII, s. 385. 

390


 İBN ƏBÜ’l-VƏFA,  Cəvahirü’l-Muziyyə, C. I, s. 191-192; SEYRƏFİNİ, Müntəxəb, s. 125. 


Ağqoyunluların  hakimiyyəti  illərində  Azərbaycanda  yaşamış  hənəfi  məzhəbinə 

mənsub  mütəkəllim  idi.  Həyatı  haqqında  ətraflı  məlumat  yoxdur.  Əhməd  Bərdəi 

Sə’dəddin  Təftazaninin  əsərinə  ‚Şərhu  Əqaidü’n-Nəsəfi‛  adlı  şərh  yazmış  və  bu 

əsərinin  h.  850-ci  ildə  (1446)  bitirmişdi.  Ölüm  tarixi  məlum  deyil.  XV  əsrdə 

yaşamışdır

391




 

Əllamə Əbü’l-Həsən Muhəmməd ibn Mühəddis Əhməd ibn Əli ibn Əsəd Bərdəi 

Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək üçün çox səyahət 

etmişdi.  İraq,  Misir  və  Şam  diyarını  gəzmişdi.  O,  İbn  Hirarə  kimi  də  tanınırdı.  Çünki 

atası Əhməd ibn Əlinin ləqəbi ‚Hirarə‛ idi. Əbü’l-Həsən Muhəmməd Bərdəi Hamid ibn 

Şueyb,  Əbü’l-Qasım  Bəğəvi

392


,  İbn  Cəusa,  Abdullah  ibn  Vəhb  əd-Dinəvəri,  Əbu  Əmr 

ibnü’n-Nəhhas, Əbu Bəkr ibn Əbi Davud, İbn Said və başqalarından hədis dinləmişdi. 

Onun hafizəsində 30 mindən çox hədis var idi. Həsən ibn Cə’fər ət-Təyyibi ondan hədis 

dinləmiş və nəql etmişdi. Alim h. 348-ci ildə (959) Qəzvində vəfat etmişdi

393



 



Hafiz Muhəmməd ibn Əhməd ibn Əli əl-Əsədi Bərdəi 

Hədis  ravisi  idi.  Müasiri  olan  mühəddislər  onun  səduq

394

  ravilərdən  biri  olduğunu 



bildirmişdilər. O, hədis elmləri ilə yanaşı fiqh, ərəb dili və ədəbiyyatı sahələrində də öz 

dövrünün  qabaqcıl  alimləindən  biri  idi.  Hafiz  Muhəmməd  Bərdəi  İraq,  Misir  və  Şam 

diyarında Rüqəyyə bint İshaq ibn Musa ibn Cə’fər, İsa ibn Süleyman ibn Əbdülməlik əl-

Qurəşi, Hüseyn ibn Mə’mun, Muhəmməd ibn Əbu İmran, Abdullah ibn Vəhb Dinəvəri, 

Abdullah ibn Muhəmməd Bəğəvi, Yəhya ibn Said, Əbü’l-Həsən ibn Cəusa, Əbu Ərubə 

                                                 

391

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 109. 



392

 ‚Bəğəvi‛ nisbəsi ilə tanınıb əslən Əfqanıstanlı olan bir çox alim yaşamışdır. Bunların ən məhşurlarından biri də 

Əbü’l-Qasım Abdullah ibn Muhəmməd ibn Əbdüləziz ibn Mərzban Bəğəvidir (829-929). Əbü’l-Qasım Bəğəvi imam 

Əhməd ibn Hənbəlin (h. 164-241/781-855) tələbələrindən biri olmuşdur.  

393

 ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 971; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. II, s. 247; Təqiyəddin Əhməd ibn Əli əl-



MƏQRİZİ, Kitabü’l-Müqəffai’l-Kəbir, (Nşr. M. ibn Təlhə), C. V, s. 228-229, Beyrut 1991. 

394


 Səduq-lüğət manası ‚son dərəcə doğru sözlü, çox mötəbər‛dir. Hədis elmində ifadə etdiyi məna isə belədir; imam 

Zəhəbi və İraqiyə görə tə’dil, yəni ədalətlilik keyfiyyətinə görə 3-cü, imam Səxaviyə görə isə 5-ci dərəcədə olan hədis 

ravisinə  ‚səduq‛  deyilə  bilər.  ‚Səduq‛un  da  dərəcələri  var.  Daha  ətraflı  məlumat  üçün  bax:  Abdullah  AYDINLI, 

Hadis Istılahları Sözlüğü, s. 132, İstanbul 1987. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə