Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə42/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   38   39   40   41   42   43   44   45   ...   187

kimi qeyri-məqbuldur‛. Əbü’l-Həsən Əhməd Bərdəi cavab verdi: ‚Digər bir çox ayədə 

Allah yalançıların yalanını üzünə vurub onları təkzib edir‛. Sonra bu ayələri oxudu: 

‚Yəhudilər  dedilər:  ‚Allahın  əli  bağlıdır!‛  (xəsisdir)  Bu  dedikləri  sözə  görə onların  öz 

əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əlləri açıqdır. İstədiyi  kimi lütf edər‛

410



‚Bununla  belə,  onlar  (münafiqlər):  ‚Əgər  gücümüz  çatsaydı,  biz  də  sizinlə  bərabər 



(hərbi)  səfərə  çıxardıq‛,  -  deyə  Allaha  and  içəcəklər.  Onlar  (yalandan  Allaha  and 

içməklə)  özlərini  həlak  edirlər.  Allah  isə  onların  yalançı  olduqlarını  bilir‛

411

.  ‚Onlar, 



şübhəsiz  ki,  yalançıdırlar!‛

412


.  ‚Onlar  isə,  şübhəsiz  ki,  yalançıdırlar!‛

413


.  ‚(dedilər  ki,) 

Allah övlad törətmişdir‛. Onlar, həqiqətən, yalançıdırlar!‛

414



Sonra Əbü’l-Həsən Bərdəi, Əbü’l-Abbas Hələbiyə dedi: ‚Amma gördüyün kimi burada 



Allah  və  onun  elçisi  Süleyman  (×)  ifriti  təkzib  və  onun  sözlərini  inkar  etməmişdilər‛. 

Onun  bu  çıxışından  sonra  Əbü’l-Abbas  Hələbi  diskussiyanı  dayandırmışdı

415

.  Təəssüf 



ki, Əbü’l-Həsən Əhməd Bərdəinin yaşadığı dövr və ölüm tarixi ilə bağlı mənbələrdə hər 

hansı bir qeydə rast gəlmədik. Onun ustadının ustadı olan Haşim ibn Əmr əl-Fuvatinin 

Abbasi  xəlifələrindən  Mə’munla  (813-833)  səmimi  münasibəti  olmuş  və  xəlifənin 

sarayında  onunla  bir  neçə  dəfə  görüşmüşdü

416

.  Bundan  başqa  Xətib  Bağdadinin  onun 



mö’təzilənin məşhur simalarından Əbu Əli Cübbainin (850-916) müasiri olduğunu qeyd 

etməsini


417

  nəzərə  alaraq  Əbü’l-Həsən  Əhməd  Bərdəinin  də  təqribən  IX-X  əsrlərdə 

yaşadığını söyləmək olar.  

 

Əbü’l-Fəvaris Bərdəi 

                                                 

410


 Qur’ani-Kərim, Maidə surəsi, ayə 64. ( 

ُءاَشَ٣  َقْ٤ًَ ُنِلُ٘٣  ِٕاَرَغٍُْٞثَٓ ُٙاَكَ٣  ََْت اُُٞاَه أَِت اُِٞ٘ؼُُ َٝ ِْْٜ٣ِكْ٣َأ  ْدَُِّؿ ٌحَُُِْٞـَٓ ِ َّللَّا ُكَ٣ ُقَُٜٞ٤ُْا  ْدَُاَه َٝ) 

411

 Qur’ani-Kərim, Tövbə surəsi, ayə 42. ( َُٕٞتِلاٌََُ 



َُِّْْٜٗئ َُِْْؼَ٣ ُ َّللَّا َٝ ٍَُُْْٜلَٗأ  ٌَُُِِْٕٜٞ٣ ٌَُْْؼَٓ اَْ٘ظ َهَفَُ اَْ٘ؼَطَرٌْا  َُْٞ) 

412


 Qur’ani-Kərim, Ənam surəsi, ayə 28. ( َُٕٞتِلاٌََُ 

َُِّْْٜٗئ َٝ) 

413

 Qur’ani-Kərim, Mu’minun surəsi, ayə 90. ( َُٕٞتِلاٌََُ 



َُِّْْٜٗئ َٝ) 

414


 Qur’ani-Kərim, Saffət surəsi, ayə 152. ( َُٕٞتِلاٌََُ 

َُِّْْٜٗئ َٝ ُ َّللَّا َكَُ َٝ) 

415

 Əhməd ibn Yəhya İBNü'l-MÜRTƏZA, Kitab Təbəqatü’l-Mu’təzilə, s. 91, Beyrut 1987; İmadəddin Əbü’l-Həsən QAZİ 



ƏBDÜLCƏBBAR ibn Əhməd ƏstərabadiTəbəqatü’l-Mu’təzilə, s. 300-301, Tunis 1974. 

416


 İBNü'l-MÜRTƏZA, Kitab Təbəqatü’l-Mu’təzilə, s. 61. 

417


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IV, s. 290; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 181. 


Mö’təzilə  məzhəbinə  mənsub  mütəkəllim  idi.  Dəməşqdə  Yəzid  ibn  Əhməd  əs-

Süləmidən  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbu  Bəkr  ibnü’l-İxşid

418

  ondan  hədis 



dinləmişdi

419


. Ölüm tarixi məlum deyil. IX əsrdə yaşamışdır.  

 

Qalib ibn Muhəmməd Bərdəi 

Hədis ravisi idi. Muhəmməd ibn Məsləmə ibn Varət ər-Razidən hədis dinləmiş və nəql 

etmişdi.  Əbü’l-Qasım  Süleyman  ibn  Əhməd  ibn  Əyyub  ət-Təbəri  də  ondan  hədis 

dinləmişdi

420


.  Onun  haqqında  məlumat  verən  Xətib  Bağdadi  ölüm  tarixini  qeyd 

etməmişdir. Lakin Qalib Bərdəinin hədis dinlədiyi Muhəmməd ibn Məsləmə ər-Razinin 

h.  265-ci  ildə  (879)    vəfat  ediyini  nəzərə  alaraq  onun  da  IX  əsrdə  yaşadığını  təxmin 

etmək  olar.  Qalib  ibn  Muhəmməd  Bərdəinin,  Muhəmməd  ibn  Məsləmə  ər-Razidən 

eşidərək nəql etdiyi hədislərdən biri aşağıdakıdır: 

Cabir  ibn  Abdullah  (ا)  dedi:  Allah  Rəsulu  (م)  belə  buyurdular:  ‚Allaha  güvənərək  və 

səvabını  Allahdan  gözləyərək  bu  üç  işi  görənə  kömək  etmək  və  onu  mübarək  qılmaq 

Allahın  üzərinə  haqq  olar:  1.  Allaha  güvənərək  və  səvabını  Allahdan  gözləyərək  bir 

köləni  azad  edib  onu  hürriyətinə  qovuşdurana  kömək  etmək  və  onu  mübarək  qılmaq 

Allahın  üzərinə  haqq  olar.  2.  Allaha  güvənərək  və  səvabını  Allahdan  gözləyərək 

evlənib ailə qurana kömək etmək və onu mübarək qılmaq Allahın üzərinə haqq olar. 3. 

Allaha güvənərək və səvabını Allahdan gözləyərək ölü, xam torpağı əkin-biçinə yararlı 

hala  gətirib  ihya  edənə  kömək  etmək  və  onu  mübarək  qılmaq  Allahın  üzərinə  haqq 

olar‛


421

 



Əbu Bəkr Muhəmməd ibn Həsən ibn Həmmad Bərdəi 

                                                 

418

 Əbu Bəkr Muhəmməd ibn Əbi Muhəmməd Tuğac ibn Eltəkin ibn Fəvran əl-Fərqani (öl. 861) Abbasi xəlifələrindən 



Mö’təsim Billah ibn Harun ər-Rəşidin (833-842) türk komandanlarından biri idi. Onun xəlifəliyi dövründə Misir, Şam 

və  Hicaz  vilayətləri  ümum-canişini  olmuşdu.  Bax:  Şəmsəddin  Əhməd  İBN  XƏLLİKAN,  Vəfayatü’l-Əyan  və  Ənba 



Əbnaü’z-Zaman, C. V, s. 56-59, Beyrut 1974. 

419


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVII, s. 135. 

420


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XII, s. 332.  

421


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad. Bu hədis üçün bax: TƏBƏRANİ, Mu’cəmü’s-Səğir, hədis Nr. 510, C. II, s. 188-189.  

(

 ضٝىذ ٖٓٝ ُٚ ىناث٣ ٕاٝ ٚ٘٤ؼ٣ ٕا الله ٠ِػ اوؼ ٕاً اتاٍرؼاٝ للهات حوش حثهن ىاٌت ٢ك ٠ؼٌ ٖٓ ُٚ ىناث٣ ٕاٝ ٚ٘٤ؼ٣ ٕا الله ٠ِػ اوؼ ٕاً اتاٍرؼاٝ للهات حوش ِٖٜؼك ٖٓ زلاش



ُٚ ىناث٣ ٕاٝ ٚ٘٤ؼ٣ ٕا الله ٠ِػ اوؼ ٕاً اتاٍرؼاٝ للهات حوش حر٤ٓ اظنأ ا٤ؼا ٖٓٝ ُٚ ىناث٣ ٕاٝ ٚ٘٤ؼ٣ ٕا الله ٠ِػ اوؼ ٕاً اتاٍرؼاٝ للهات حوش

)

 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə