Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə45/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   41   42   43   44   45   46   47   48   ...   187

başlıca  elm  və  mədəniyyət  mərkəzlərindəki  hədis  almlərindən  dərs  almış  və  hədis 

dinləmişdi.  Bu  şəhərlərdə  o,  Abbas  ibn  Vəlid  əl-Uzri,  Yəzid  ibn  Muhəmməd  ibn 

Əbdüssəməd, Süleyman ibn Bəhr, Süleyman ibn Şueybr əl-Kəttani, Süleyman ibn Seyf 

əl-Hərrani, Nəsr ibn Əli əl-Cəhzəmi, Yəhya ibn Abdullah əl-Kərabisi, Yusif ibn Səid ibn 

Müslim, İshaq ibn Səyyar ən-Nəsibi, Əmr ibn Abdullah əl-Əudi, Məhəmməd ibn İshaq 

əs-Səğani,  Əbu  Səid  Abdullah  əl-Əşca  əl-Kindi,  Əli  ibn  Əşkab,  Harun  ibn  İshaq  əl-

Həmədani, Sə’d ibn Əyyub əl-Vasiti, Əbu Zurə’ ər-Razi (öl. 878), Bəhr ibn Nəsr əl-Misri 

kimi mühəddislərdən hədis dinləmişdi. Alim iki dəfə İsfəhana gedərək bir müddət bu 

şəhərdə

442


  sonra  isə  Nişapurda  yaşamış  buradakı  mühəddislərdən  hədis  elminə  dair 

bilikləri  öyrənmişdi.  Nişapurda  dövrün  məşhur  mühəddislərindən  Muhəmməd  ibn 

Yəhya  əz-Zıhlinin  tələbəsi  olmuşdu.  Daha  sonra  Bağdadda  məskunlaşmış,  hədis 

elmlərinin tədrisi ilə məşğul olmuşdu. Cə’fər ibn Əhməd ibn Sənan əl-Quttan, Əbu Bəkr 

Muhəmməd  ibn  Abdullah  əş-Şafi’i,  Əli  ibn  Muhəmməd  ibn  Lü’lu  əl-Vərraq,  Əbü’l-

Qasım  Süleyman  ət-Təbərani

443

,  Əbu  Əli  Muhəmməd  ibn  Əhməd  ibnü’s-Səvvaf  kimi 



ravilər də ondan hədis dinləmiş və nəql etmişdilər. Əbü’l-Həsən Əli Darəqutni onu ‚əs-

siqa‛,  yəni  mötəbər  hədis  mənbəyi  adlandırmışdı.  ‚əl-Müstədrək‛  adlı  hədis 

külliyatının  müəllifi  olan  Hakim  Nişapurinin  ustadı  Əbu  Əli  əl-Hafiz  Məkkədə  ikən 

Əbu Bəkr Əhməd Bərdici ilə görüşmüş və ondan hədis dinləmişdi. Alim h. 230-cu ildə 

(845) anadan olmuş, h. 301-ci ilin ramazan ayında (aprel 914) Bağdadda vəfat etmişdi

444


.  

Əbu  Bəkr  Əhməd  ibn  Harun  Bərdici  aşağıda  mətnini  qeyd  etdiyimiz  məşhur  hədisin 

ravilərindən  biridir.  Əbu  Bəkr  Əhməd  Bərdici,  Humeyd  ibn  Əyyaş  ər-Rəmlidən,  o, 

Muəmməl  ibn  İsmayıldan,  o,  Şu’bədən,  o,  Qatədədən,  o,  Humeyd  ət-Tuveyldən,  o, 

Müaviyyə ibn Qurtdan, o, Ənəs ibn Malikdən (ا), o, dedi: Allah Rəsuludan (م) eşitdim, 

dedi  ki;  ‚Cənnətə  daxil  olmuş  heç  bir  kəs,  dünyanın  bütün  nemətləri  ona  və’d  edilsə 

belə, dünyaya qayıtmaq istəməz. Yalnız şəhid istisna. Cənnətdə gördüyü ikram və təşrif 

                                                 

442

 ƏBU NUEYM İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 113. 



443

  Əbü’l-Qasım  Süleyman  ibn  Əhməd  ibn  Əyyub  ət-Təbərani  (873-971)  böyük  hədis  alimlərindən  biridir.  Hədis 

elminə dair onlarla əsərin, o cümlədən ‚Mu’cəmü’s-Səğir‛ adlı hədis külliyatının müəllifi.  

444


  ZƏHƏBİ,  Kitab  Təzkərətü’l-Hüffaz,  s.  746-747;  XƏTİB  BAĞDADİ,  Tarixu-Bağdad,  C.  V,  s.  194;  SƏM’ANİ,  Kitabü’l-

Ənsab, C. I, s. 212-213; İBN MAKULA, İkmal, C. I, s. 130; Kəmaləddin Ömər ibn Əhməd İBNü’l-ADİM, Buğyətü’t-Tələb 

fi  Tarixi-Hələb,  (Nşr.  S.  Zəkkar),  C.  I,  s.  404-408,  Beyrut  1987;  SÜYUTİ,  Təbəqatü’l-Hüffaz,  s.  115;  Əbu  Muhəmməd 

Abdullah  ibn  Muhəmməd  ƏNSARİ,  Təbəqatu’l-Mühəddisin  bi-İsbəhan  və’l-Varidin  Əleyha,  s.  267-268,  Beyrut  1989; 

MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 6-7. 



səbəbiylə (şəhid olaraq ölmək ona elə sevdirilir ki) on dəfə daha dünyaya qayıdıb şəhid 

olmaq istəyər‛

445

. Bu gözəl kəlamın sahibinə Allahın səlat və səlamı olsun, onu sonrakı 



nəsillərə  çatdıranlardan  biri  olduğu  üçün  Əbu  Bəkr  Əhməd  Bərdicini  rəhmətlə  yad 

edirik.  

Yaqut  əl-Həməvi  alimin  h.  351-ci  ilin  ramazan  ayında  (oktyabr  962)  vəfat  etdiyini 

yazır


446

.  İbn  Kəsir  isə  onun  h.  301-ci  ildə  (914)  vəfat  etdiyini,  lakin  adını  ‚Əbu  Bəkr 

Muhəmməd ibn Harun‛ olaraq qeyd edir

447


. Alimin ölüm tarixi və adı barədə başqa heç 

bir  mənbədə  Yaqut  əl-Həməvi  və  İbn  Kəsirin  qeyd  etdiyinə  bənzər  məlumata  rast 

gəlinmir. 

Əbu  Bəkr  Əhməd  Bərdici  hədis  elmlərinə  dair  bir  sıra  əsərlər  qələmə  almışdır.  Alim 

‚Təbəqatu’l-Əsmai’l-Mufrədə  minə’s-Səhabə  və’t-Tabiin‛  adlı  əsərin  müəllifidir. 

Dünyanın  bir  çox  kitabxanasında  bu  əsərin  əlyazma  nüsxəsi  mövcuddur.  Əsər 

Dəməşqdə 1987 və 1990-cı illərdə nəşr olunmuşdur. Əbu Bəkr Əhməd Bərdicinin hədis 

elminə dair ‚Cüz’ fihə min Rəvayə əni’n-Nəbi minə’s-Səhabə fi’l-Kəbair‛ adlı bir digər 

əsəri  isə  2005-ci  ildə  ər-Riyadda  Muhəmməd  ibn  Türk  ət-Türki  tərəfindən  nəşr 

edilmişdir.  

 

Hafiz Əbu Bəkr Firuz Bərdici 

Hədis hafizi, həmçinin ərəb filologiyası sahəsində mütəxəssis idi. İbnü’s-Səlah (öl. 1245) 

‚Ülumu’l-Hədis‛

448


  adlı  əsərini  qələmə  alarkən  onun  risalələrindən  faydalanmışdı

449


Ölüm tarixi məlum deyil. Təqribən IX-X əsrlərdə yaşamışdır.  

 

Əbu Əli Həsən ibn Əbü’l-Həsən Bərzəndi 

                                                 

445

 İbrahim CANAN, Kutubi-Sitte, Tercüme ve Şerhi, C. V, s. 44, Akçağ Yayınları 2004;  BUXARİ, Səhih, Cihad bölümü, 



5/21;  MÜSLİM,  Səhih,  Əmarət  bölümü,  hədis  Nr.  1877;  TİRMİZİ,  Sünən,  Fəzailu’l-Cihad,  hədis  Nr.  1643;  NƏSAİ

Sünən, Cihad bölümü, hədis Nr. 3109. (

 ٍَاَه ٌَََِّْ َٝ ِْٚ٤ََِػ ُ َّللَّا ٠ََِّص ِّ٢ِثَُّ٘ا  َْٖػ َُْٚ٘ػ ُ َّللَّا َ٢ ِظ َن ٍيُِآَ َْٖت  ًَََٗأ ٖػ

(

 اَ٤ُّْٗكُا ٠َُِئ َغ ِظ ْهَ٣  َْٕأ  ُّة ِؽُ٣ َحََّ٘عُْا َُُـْكَ٣ ٌكَؼَأ آَ



 ِحَٓا َهٌَُْا  ِْٖٓ ٟ َهَ٣ أَُِ ٍخا َّهَٓ  َهْشَػ َََرْوُ٤َك اَ٤ُّْٗكُا ٠َُِئ َغ ِظ ْهَ٣  َْٕأ ٠َََّ٘ٔرَ٣ ُك٤َِّٜشُا  َّلاِئ ٍءْ٢َش  ِْٖٓ  ِض ْنَ ْلأا ٠ََِػ آَ َُُٚ َٝ) 

446


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 410.  

447


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. II, s. 218. 

448


 Şeyx Təqiyəddin Əbu Əmr Osman ibn Əbdürrəhman ibnü’s-Səlah Şəhrizuri (1181-1245) tanınmış mühəddis idi. 

Bir sıra əsərlələrlə yanaşı Ülumu’l-Hədis (Hədis Elmləri) adlı əsərin müəllifi idi.  

449

 HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 61. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə