Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əhməd ibn İshaq ibn Abbas ibn Musa ibn Cə’fər əl-Ələvi Düveyni



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə53/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   49   50   51   52   53   54   55   56   ...   187

 

Əhməd ibn İshaq ibn Abbas ibn Musa ibn Cə’fər əl-Ələvi Düveyni 

Şafi’i  məzhəbinə  mənsub  hədis  ravisi  idi.  Tiflis  qazisi  Hüseyn  ibn  Muhəmməd  ibn 

Bəyandan hədis dinləmişdi. Düveyndə yaşamış, burada hədis dərsləri vemişdi

516


. Ölüm 

tarixi məlum deyil. Təqribən IX-X əsrlərdə yaşamışdır. 

 

Qazi Əlaəddin Əbü’l-Fəzl Muhəmməd ibn Əbdülməcid ibn Sə’dullah Əbhəri 

Şafi’i  fiqhi  və  təfsir  sahələrində  dərin  biliyə  malik  alim,  ədalətli  qazi  kimi  şöhrət 

tapmışdı.  Həmçinin  istedadlı  şair  idi.  İbnü’l-Fuvati  onun  h.  654-cü  ildə  (1256)  Hülagü 

xanın  Ələmut  və  Quhistandakı  batini-xaşxaşi  yuvalarını  məhv  etməsinin  şərəfinə 

qəsidə  yazdığını  bildirmiş  və  həmin  qəsidədən  bəzi  misraları  öz  əsərində  qeyd 

etmişdir


517

. Ölüm tarixi məlum deyil. XIII əsrdə yaşamışdır. 

 

Əbu Bəkr Əbdürrəhman ibn Muhəmməd ibn Ələviyyə Əbhəri 

Maliki  məzhəbinin  tanınmış  fəqih  və  mühəddislərindən  biri  idi.  O,  ailə  və  nikah 

hüququ  sahəsində  ixtisaslaşmışdı.  Bu  sahədə  ‚Məsailü’n-Nikah‛  adlı  əsər  qələmə 

almışdı. Nikah və ailə hüququ məsələlərində imam Malik ibn Ənəsin (/) bəyanlarını ən 

gözəl  şəkildə  şərh  edən  ailmlərdəndi.  Bundan  başqa  o,  əqaid  sahəsində  ‚Məsailü’l-

Xilaf‛ adlı əsərin də müəllifi idi. Məşhur fəqih Əbu Səid Əhməd Qəzvini onun tələbəsi 

olmuş,  onun  yanında  hədis  və  fiqh  oxumuşdu

518


.  Əbu  Bəkr  ibn  Ələviyyə  Əbhərinin 

ölüm tarixi məlum deyil. VIII-IX əsrlərdə yaşamışdır. 

 

Həsən ibn Muhəmməd ibn Əsid Əbhəri 

                                                 

516

 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLII, s.242. 



517

  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab  ,  C.  IV/2,  s.  1088-1089.  Təəssüf  ki,  bu  qəsidəni  qələmə  alarkən  qazi  Əlaəddin 

Əbhəri iki il sonra Bağdadı bundan daha dəhşətli bir aqibətin gözlədiyindən xəbərsiz olmuşdur.  

518


 QAZİ İ’YAZ Əbü’l-Fəzl ibn Musa əs-Səbti, Tərtibü’l-Mədarik və Təqribü’l-Məsalik, (Nşr. M. S. Naşim), s. 556, Beyrut 

1998; Əbu Muhəmməd Fərhun ibn Muhəmməd İBN FƏRHUN Tunisi, Dibacü’l-Müzəhhəb fi Mə’rifəti Ə’yani-Üləmai’l-



Məzhəb, s. 556, Qahirə 1972. 


Hədis ravisi idi. Əmr ibn Əli, Əbu Zur’ə ər-Razi (öl. 878) və Əbu Hatim ər-Razidən (öl. 

890) hədis dinləmiş və nəql etmişdi. Həsən Əbhəri h. 293-cü ildə (906) vəfat etmişdi

519

.  


 

Əbu Səid Əbdürrəhman ibn Əbdüləziz ibn Muhəmməd ibn Əbdüləziz Əbhəri 

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  Eldənizlərin  hakimiyyəti  illərində  (1136-1225) 

Azərbaycanın  tanınmış  hədis  alimlərindən  biri  olan  Əbu  Səid  Əbdürrəhman  Əbhərdə 

İbn Mədəkan ləqəbi ilə tanınmışdı. Hafiz Əbu Tahir əs-Süləfi İsfəhani (öl. 1181) onunla 

Əbhərdə görüşüb söhbət etmiş, hədis dinləmişdi. Hafiz Əbu Tahirin qeydlərindən Əbu 

Səid  Əbhərinin  atası  və  babasının  da  tanınmış  hədis  alimləri  olduğu  məlum  olur

520



Alimin ölüm tarixi məlum deyi, XII əsrdə yaşamışdır.  



 

Əbu Tahir Muhəmməd ibn Hüseyn ibn Əbu Tahir ibn Hüseyn ibn Muhəmməd ibn 

Babək Əbhəri 

Mühəddis  idi.  Bağdadda  təhsil  almış,  burada  Əbü’l-Vəqt  əs-Səcizi  və  hafiz  Əbü’l-Əla 

Həsən ibn Əhməd əl-Əttardan hədis dinləmiş və hədis elmlərini öyrənmişdi. Əbu Tahir 

Muhəmməd  Əbhəri  Anadoluya  getmiş  və  burada  hədis  tədrisi  ilə  məşğul  olmuşdu

521



Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.  



 

Əbü’l-Məkarim Əbdülvaris ibn Əbdülmün’im Əbhəri 

XI  əsrdə  yaşamış  azərbaycanlı  ədəbiyyatşünas,  filoloq  alim  Əbü’l-Məkarim  Əbhəri  öz 

dövrünün  tanınmış  ədəbiyyatşünası  Əbü’l-Üla  ibn  Süleyman  əl-Məərrinin  (973-1057) 

tələbələri arasından yetişmiş alimlərdən biri idi

522

. əl-Məərrinin tələbəsi olmuş digər bir 



azərbaycanlı  ədib  isə  irəlidə  haqqında  bəhs  edəcəyimiz  Əbu  Zəkəriyya  Yəhya  Xətib 

Təbrizidir.  Əbü’l-Məkarim  Əbhəri  təhsil  almaq  üçün  Əbhərdən  Şam  diyarındakı  əl-

Məərrəyə  getmişdi.  Burada  Əbü’l-Üla  əl-Məərrinin  yanıda  ərəb  ədəbiyyatı,  həmçinin 

sərf  və  nəhv  elmlərinin  incəliklərinə  yiyələnmişdi.  Təhsilini  başa  vurduqdan  sonra 

vətənə qayıdan Əbü’l-Məkarim Əbhəri burada ərəb ədəbiyyatı dərsləri vermişdi. Ədib 

                                                 

519

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 130. 



520

 ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 95.  

521

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 214. 



522

 Cəmaləddin Əbü'l-Həsən Əli ibn Yusif əl-QIFTİ, İnbahu’r-Ruvat ələ Ənbahi’n-Nuhat, (Nşr. M. Ə. İbrahim), C. II, s. 

216, Beyrut 1986. 



Fəramurz ibn Miyşə əl-Əbhəri onun tələbələrindən biri olmuşdu

523


. Alimin ölüm tarixi 

məlum deyil.  

 

Əbu Bəkr Muhəmməd ibn Abdullah ibn Muhəmməd ibn Saleh ibn Ömər ibn Həfs 

Əbhəri 

Maliki məzhəbinə mənsub mühəddis və fəqih idi. H. 289-cu ildə (902) anadan olmuşdu. 

Hafiz  Muhəmməd  ibn  Əbü’l-Fəvaris

524


  və  Əbü’l-Həsən  Əli  ibn  Ömər  Darəqutni,  Əbu 

Bəkr Muhəmməd ibn Abdullah Əbhərinin ‚siqa‛ ravilərdən biri, yəni əmin və mötəbər 

bir  şəxs  olduğunu  bildirmişdilər.  Əbu  Bəkr  Muhəmməd  Əbhəri  hədis  dinləmək  üçün 

İraq, Suriya və Cəzirəyə səyahət etmişdi. Hərranda Əbu Ərubə Hüseyn ibn Əbi Mə’şər 

əs-Süləmi əl-Hərranidən, Bağdadda Əbu Bəkr Muhəmməd ibn Muhəmməd əl-Bağəndi, 

Əbü’l-Qasım  əl-Bəğəvi,  Abdullah  ibnü’l-Hələbi,  Muhəmməd  ibn  Xureym  əl-Üqeyli, 

Muhəmməd  ibn  Təmmam  əl-Bəhrani,  Əbu  Bəkr  Abdullah  ibn  Əbu  Davud  əs-

Sicistanidən,  Kufədə  Abdullah  ibn  Zeydan  əl-Bəcəli,  Əbu  Cə’fər  Muhəmməd  ibn 

Hüseyn  Əşnanidən  hədis  dinləmişdi.  İbrahim  ibn  Müxəllid,  onun  oğlu  İshaq  ibn 

İbrahim  ibn  Müxəllid,  Əhməd  ibn  Əli  əl-Bada,  Əbu  Bəkr  Əhməd  ibn  Muhəmməd  əl-

Birqani,  Muhəmməd  ibnü’l-Mə’mun  əl-Ənbari,  Qazi  Əbü’l-Qasım  ət-Tənuxi,  Əbü’l-

Həsən Əli ibn Ömər Darəqutni, qazi Əbu Bəkr Muhəmməd ibn Təyyib əl-Baqqilani (öl. 

1013),  Əbu  Muhəmməd  Hüseyn  ibn  Əli  əl-Cəvhəri  də  ondan  hədis  dinləmiş  və  nəql 

etmişdilər.  Abbasi  sarayı  tərəfindən  qazilik  vəzifəsi  təklif  olunsa  da  Əbu  Bəkr 

Muhəmməd Əbhəri bundan imtina etmiş və tədrislə məşğul olmağa üstünlük vermişdi. 

Onun  dərslərində  xüsusilə  Əndəlüs  və  şimali  Afrikadan  gələn  tələbələr  çoxluq  təşkil 

edirdilər.  Alim  hədis  və  maliki  fiqhi  sahəsində  bir  çox  əsərlərin  müəllifi  idi.  Onun 

əsərlərindən  bəziləri  imam  Malik  ibn  Ənəsin 

(

/



fiqhə  dair  bəyanlarının  şərhinə  həsr 

olunmuşdu.  O,  hədis  və  fiqh  sahəsindəki  dərin  biliyi  ilə  bütün  İslam  coğrafiyasında 

tanınmışdı.  ‚Şərhu-Müxtəsəri’s-Səğir‛  və  ‚Şərhu-Müxtəsəri’l-Kəbir‛  onun  qələmə 

                                                 

523

 Yenə orada



524

  Əbü’l-Fəth  Muhəmməd  ibn Əhməd  ibn  Muhəmməd  ibn Fars  ibn Əbu  Fəvaris  Səhl  Bağdadi  (947-1021)  yaşadığı 

dövrün məşhur mühəddislərindən biri, həmçinin fiqh və bioqrafiya üzrə böyük mütəxəssis idi. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə