Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə61/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   57   58   59   60   61   62   63   64   ...   187

biliyi  və  fəziləti  ilə  şöhrət  tapmışdı.  Dəməşqdə  Səidü’s-Süəda  xanəgahının  şeyxliyinə 

təyin  olunmuş,  burada  tələbələrə  təfsir  dərsləri  vermiş,  əl-Məzhəriyyə  təfsirini 

oxutmuşdu. Alim h. 894-cü (1489) ildə Suriyada vəfat etmişdi

608


 

Əllamə Tacəddin Əbü’l-Həsən Əli ibn Abdullah ibn Əbu Bəkr Ərdəbili 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Ərdəbildə doğulub böymüşdü. Daha sonra Təbrizə 

gedərək  bu  şəhərin  mədrəsələrində  təhsil  almışdı.  Təhsil  almaq  məqsədiylə  İranın 

Şəhrizur  şəhərinə  gedərək  bir  müddət  burada  yaşamışdı.  Daha  sonra  Azərbaycana 

qayıdaraq  Marağa  və  Sultaniyyədəki  mədrəsələrdə  təhsil  almış,  buradakı  alimlərdən 

müxtəlif  elm  sahələrinə  dair  bilikləri  öyrənmişdi.  O,  Qütbəddin  Mahmud  Şirazi  və 

Şəmsəddin ibnü’l-Müəzzindən hədis, Rüknəddin əl-Hədisidən ərəb filologiyası və fiqh, 

Nizaməddin ət-Tusidən xitabət və bəyan, seyyid Burhanəddin Übeydullahdan hikmət 

və  məntiq,  Əlaəddin  Ne’man  əl-Xarəzmidən  xilaf,  Kəmaləddin  Həsən  İsfəhanidən 

hesab,  həndəsə  və  astronomiya,  Səlahəddin  Musadan  cəbr,  şeyxüzzaman  Siracəddin 

Həmzə  Ərdəbilidən  fiqh  dərsləri  almışdı.    Həmçinin  şeyx  Fəxrəddin  Carullah  əl-

Cəndəraninin  yanında  Muhyəddin  Hüseyn  Bəğəvinin  (öl.  1122)  hədis  elmlərinə  dair 

‚Şərhü’s-Sünnə‛  və  ‚əl-Məsabih‛  adlı  əsərlərini  oxumuşdu

609

.  Səlahəddin  Səfədi 



Tacəddin  Əli  Ərdəbilinin  şeyx  Rüknəddin  Sücasi,  şeyx  Qütbəddin  Əbhəri,  şeyx 

Şihabəddin  Ömər  Sührəvərdi  kimi  azərbaycanlı  fütuvvət  ərbabının  əsərlərini 

oxuduğunu  və  onların  mənəvi  irsinin  davamçısı  olduğunu  qeyd  etmişdir

610


.  Tacəddin 

Əli  Ərdəbili  təhsilini  başa  vurduqdan  sonra  Bağdada  getmişdi.  Bir  müddət  Bağdadda 

qaldıqdan sonra həcc ziyarəti üçün Hicaza səyahət etmişdi. Həcc ziyarətindən sonra h. 

722-ci  ildə  (1322)  Misirə  gedərək  Qahirədə  əl-Hüsamiyyə-Toruntayi

611

  mədrəsəsinin 



müdərrisi  olmuşdu.  Yaşadığı  dövrdə  Misir  Məmlüklü  dövlətində  fiqh,  fiqh  üsulu, 

                                                                                                                                                             

sultan  Fateh  II  Mehmedin  (1451-1481)  şahzadəlik  illərində  müəllimi  və  tərbiyəçisi  olmuşdu.  Müasir  dövrdə  isə 

İranda yaşayan əlillahiləri ‚goran‛ adlandırırılar. Lakin bunun əl-Gürani nisbəsi ilə bir əlaqəsi ola biləcəyi ehtimalı 

yoxdur.  

608


 Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr SÜYUTİ, Nəzmü’l-İqyan fi İ’yanü’l-Əyan, s. 99, Beyrut 2001. 

609


 Səlahəddin Xəlil ibn Aybək SƏFƏDİ, Ə’yanü’l-Əsr və Ə’vanü’n-Nəsr, C. III, 407-408, Dəməşq 1998. 

610


 Yenə orada

611


 Hüsaməddin Toruntay-Misir Məmlüklü sultanı Mənsur Seyfəddin Qələvunun (1279-1290) hakimiyyəti dövründə 

səltənət  naibi  olmuşdu.  Türk  mənşəli  bu  dövlət  xadimi  öz  adı  ilə  tanınan  mədrəsəni  də  həmin  dövrdə  inşa 

etdirmişdi.  



təfsir,  hədis  və  ərəb  filologiyası  üzrə  qabaqcıl  alimlərindən  biri  kimi  tanınmışdı. 

Bundan  başqa  o,  tibb,  cədəl,  riyaziyyat,  həndəsə  və  məntiq  elmlərində  də  dərin  biliyə 

malik  idi.  Əl-Hüsamiyyə  mədrəsəsində  onun  dərslərində  çox  sayıda  tələbə  iştirak 

edirdi. Tacəddin Əli Ərdəbili müxtəlif elm sahələrinə dair bir sıra əsərlərin müəllifi idi. 

Bunlardan  biri  də  İbn  Hacib  Düveyninin  əsərinə  yazdığı  ‚Şərhu-Kafiyyə‛

612


  adlı 

şərhdir. Onun qələmə aldığı bir digər əsər ‚Haşiyə ələ Şərhü’l-Haviü’s-Səğir‛

613

 adlanır. 



‚Müxtəsər  Ulumü’l-Hədis  li  İbnü’s-Səlah‛  də  Tacəddin  Əli  Ərdəbilinin  qələmindən 

çıxmış  hədis  elmlərinə  dair  əsərdir.  O,  həmçinin  riyaziyyata  dair  ‚Təzkirə  fi’l-Hisab‛ 

adlı  əsərin  də  müəllifi  idi.  Alim  h.  746-cı  ilin  ramazan  ayında  (yanvar  1346)  Qahirədə 

vəfat etmişdi

614

.  


 

Əbü’l-Fəzl Mahmud ibn Əhməd ibn Muhəmməd Ərdəbili 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi.  Bağdadda  Nizamiyyə  mədrəsəsndə 

təhsil  almışdı.  Təhsilini  başa  vurandan  sonra  Bağdadda  qalmış  və  Kəmaliyyə 

mədrəsəsində  müdərris  olmuşdu.  Tədrislə  məşğul  olduğu  dövrdə  Bağdadda  əl-Qəsr 

camesində  təşkil  olunan  elmi  diskussiyalarda  iştirak  edirdi.  Əbü’l-Fəzl  Mahmud 

Ərdəbili h. 625-ci (1228) ildə Bağdadda evinin həyətindəki quyuya yıxılaraq ölmüşdü

615

.  


 

İbrahim ibn Cəbrayıl Ərdəbili 

Mühəddis  idi.  Qəzvində  təhsil  almış,  Əli  ibn  Muhəmməd  ibn  Məhruyə  Qəzvini  və 

Əbü’l-Həsən  Əli  ibn  Muhəmməd  ibn  Quttandan  (öl.  1231)  hədis  dinləmişdi

616


.  Ölüm 

tarixi məlum deyil. XIII əsrdə yaşamışdır. 

 

Vəfa ibn İbrahim Ərdəbili 

                                                 

612

  Bu  əsərin  tam  adı  belədir  ‚Məbsutü’l-Əhkam  fi  Təshih  ma  Yətə’lləq  bi’l-Kəlm  və’l-Kəlam  min  Şərhu-Kafiyyə 



İbnü’l-Hacib‛. 

613


 əl-Haviü’s-Səğir-Şeyx Nəcməddin Əbdülğəffar Qəzvininin (öl. 1266) şafi’i fiqhinə dair qələmə aldığı əsərdir. 

614


  Təqiyəddin  Əhməd  ibn  Əli  əl-MƏQRİZİ,  Kitabu’s-Süluk  fi  Mərifəti-Düvəl  və’l-Müluk,  C.  II,  s.  122,  Beyrut  1997; 

KƏHHALƏ,  Mu’cəmü’l-Müəllifin,  C.  II,  s.  466;  SƏFƏDİ,  Ə’yanü’l-Əsr,  C.  III,  407-408;  BAĞDADLI  İsmayıl  Paşa, 



İzahü’l-Məknun fi’z-Zeyli ələ Kəşfü’z-Zünun, (Nşr. M. R. Kilisli-Yaltkaya Ş), C. II, s. 269, İstanbul 1945. 

615


  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  73;  Tacəddin  Əbdülvəhhab  ibn  Əli  əs-SÜBKİ,  Təbəqatü’ş-Şafi’iyyə  əl-Kübra

(Nşr. M. ət-Tənnahi-əl-Hülv Ə), C. VIII, s. 203, Qahirə 1976. 

616

 RAFİ’İ, Tədvin, C. II, s. 112. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə