Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə58/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   54   55   56   57   58   59   60   61   ...   187

ötmüşdü

576


.  Cəmaləddin  Əsnəvi,  irəlidə  haqqında  ətraflı  məlumat  verəcəyimiz,  1012-

1107-ci  illərdə  yaşamış  Əbu  Bəkr  Əhməd  əz-Zəncaninin  qazi  Muhyəddin  Əbhərinin 

müəllimi  olduğunu  qeyd  etmişdir

577


.  1107-ci  ildə  vəfat  etmiş  bir  şəxsin  tələbəsi 

olduğuna görə görünür vəfat edərkən Muhyəddin Əbhərinin yaşı 100-ü xeyli ötübmüş.  

 

Qazi  Muhyəddin  Əbu’t-Təyyib  Muhəmməd  ibnü’l-Mükərrəm  ibn  Məs’ud  ibn 

Həmmad əl-Əyyadi Əbhəri  

Yaşadığı dövrün tanınmış fəqihlərindən və alimlərindən biri olmuşdur

578

. İbnü’l-Fuvati 



alimin yaşadığı dövr və ya ölüm tarixiylə bağlı heç bir məlumat verməmişdir.  

 

Müəddib İzzəddin Əbü’l-Fəzl Muhəmməd ibn Əbdürrəhman ibn Muhəmməd Əhəri 

Onun  atası  Şəmsəddin  Əbdürrəhman  dövrünün  tanınmış  alimlərindən  idi  və  köçüb 

Təbrizdə məskunlaşmışdı. İzzəddin Əbü’l-Fəzl Əhəri öz atasının yanında təhsil almışdı. 

O,  gözəl  xəttlə  yazı  yazırdı.  İzzəddin  Əbü’l-Fəzl  Əhərinin  Təbriz  şəhərində  əyan  və 

zadəgan uşaqlarının təhsil aldıqları  şəxsi məktəbi var idi. Tarixçi  İbnü’l-Fuvati onunla 

iki  dəfə  görüşdüyünü  qeyd  etmişdir.  Birinci  dəfə  Əhərdə  şeyx  Cəlaləddin  Əbdülhəqq 

Əhərinin  yanında,  ikinci  dəfə  isə  1266-cı  ildə  Təbrizdə  xətib  Şihabəddin  əl-Həddadi 

Təbrizinin  evində

579


.  İbnü’l-Fuvati  İzzəddin  Əhərinin  ölüm  tarixini  qeyd  etməmişdir. 

Güman ki, o, İbnü’l-Fuvatidən (öl. 1323) sonra vəfat etmişdir.   

 

Hacib Fəxrəddin Cəbrayıl ibn Əhməd Peykər Əhəri 

İbnü’l-Fuvati  onun  haciblər  nəslinə  mənsub  olduğunu  və  hacib  ‚Təşkin  əl-Kəbir‛in

580

 

oğlu  olduğunu  qeyd  edir.  Hacib  Fəxrəddin  Cəbrayılın  Nurəddin  Mikayıl  adlı  bir 



qardaşı  da  var  idi.  Hacib  Fəxrəddin  Azərbaycanın  Əhər,  Əvrab,  Mincarun  qalalarının 

və  bu  qalaların  ətrafındakı  ərazilərin  hakimi  idi.  O,  vəzir  Rəbibəddin  Əbü’l-Qasım 

                                                 

576


 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 

577


 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 301-302. 

578


 BÜNYADOV, həmin məqalə

579


 BÜNYADOV, həmin məqalə

580


 [ه٤ثٌُا ٖ٤ٌشذ]   


Harunun  yaxın  dostu  idi.  Onun  ölümündən  sonra  Şəmsəddin  Əlişir  haciblik 

vəzifəsində təyin olunmuşdu

581



İbnü’l-Fuvatinin ‚Məcməü’l-Adab‛ını təhqiq edib nəşrə hazırlayan Dr. Mustafa Cavad 



bu  adı  şərh  edərkən  ‚bu  ad  Nuştəkin  adını  xatırladır  və  Nuştəkin  Əbu  Nəsr  ibn 

Cuheyrin  xidmətində  olan  əmirlərdən  biri  idi‛  deyə  qeyd  etmişdir.  Azərbaycanın 

coğrafiyası  və  tarixi  ilə  tanış  olmaması  naşiri  yanıltmışdır.  Burada  sözü  gedən  şəxsin 

adı əslində ‚Təşkinü’l-Kəbir‛ deyil Piştəkindir. Bu şəxs və onun nəsli haqqında Nəsəvi 

öz  əsərində  ətraflı  və  maraqlı  məlumat  verir.  Nəsəvinin  yazdığına  görə  sultan 

Muhəmməd Xarəzmşah (1200-1220) İran, İraqi-Əcəm və Azərbaycanın bir qismini işğal 

edib  atabəy  Özbəyin  (1211-1225)  ordusu  məğlub  edəndən  sonra  atabəyin  vəziri 

Rəbibəddin  Əbü’l-Qasım  Harunu  və  atabəyin  əmirlərindən  məlik  Nüsrətəddin 

Muhəmməd  ibn  Piştəkini  (öl.  1231)  əsir  almışdı

582


.  Muhəmməd  Xarəzmşah  hər  gün 

Həmədan  şəhərinin  meydanında  topağac  (polo)  oynayır,  əsir  vəziri  və  əmirləri  də 

meydanda  ayaq  üstə  dayanıb  ona  tamaşa  etməyə  məcbur  edirdi.  Bunula  o,  əslində 

əsirləri  alçaltmaq  məqsədi  güdürdü.  Belə  günlərdən  birində  sultan  Muhəmmədin 

gözünə  məlik  Nüsrətəddin  Muhəmmədin  qulaqlarındakı  iri  sırğalar  sataşdı.  Bu 

halqavari  sırğaların  hər  biri  bilərzik  böyüklüyündə  idi.  Sultan  məlik  Nüsrətəddinə 

yaxınlaşıb  ‚bunlar  nədir  belə?‛  deyə  soruşmuşdu.  Məlik  Nüsrətəddin  isə  belə  cavab 

vermişdi:  ‚Böyük  Səlcuqlu  sultanı  Alparslan  (1063-1072)  gürcü  çarının  (IV  Baqrat) 

ordusunu  məğlub  etdiyi  vaxt  (1064)  əsir  alınmış  gürcü  komandanları  onun  hüzuruna 

gətirilmişdilər.  Sultan  onları  edam  etdirməyib  canlarını  bağışladı,  sonra  da  onları 

Böyük Səlcuqlu dövlətinə xidmət etmələri şərtiylə əsirlikdən azad etdi. Onların hər biri 

üçün  bir  cüt  qızıl  sırğa  düzəltdirib  üstünə  öz  adını  yazdırdı  və  onların  qulaqlarına 

taxdırdı.  Səlcuqlu  dövləti  zəiflədiyi  vaxt  həmin  məmlüklər  itaətdən  imtina  etdilər. 

Sadəcə  mənim  babam  İslamı  qəbul  etdi.  O,  Allaha  itaət  və  sultana  sədaqətdən  ötrü 

peşman  olmadı‛.  Onun  bu  sözləri  Muhəmməd  Xarəzmşahı  mütəəssir  etdi,  sultanın 

qəlbi  riqqətə  gəldi  və  onu  əsirlərin  arasından  ayırdı.  Hətta  öz  əli  ilə  ona  xələt 

geyindirdi.  Sonra  ondan  Azərbaycanda  haranın  hakimi  olduğunu  soruşdu.  Məlik 

                                                 

581

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 140. 



582

  Bu  haqda  daha  ətraflı  məlumat  üçün  bax:  BÜNYADOV,  Azərbaycan  Atabəyləri  Dövləti,  s.  110;  İbrahim 

KAFESOĞLU, Harezmşahlar Devleti Tarihi, s. 203, Ankara 1992. 



Nüsrətəddin  ‚Əhər  və  Ləvla  qalalarının‛  deyə  cavab  verdi.  Sultan  sahib  olduğu 

mülklərin  və  üstəlik  Sərab  şəhərinin  də  hakimliyini  ona  verdiyinə  dair  fərman 

imzaladı‛

583


.  Göründüyü  kimi  məlik  Nüsrətəddin  Muhəmməd  ibn  Piştəkin  babasının 

gürcü  ordu  komandanı  olduğunu,  əsir  düşüb,  sonra  azad  edildiyini  və  İslamı  qəbul 

edərək Əhər və ətraf vilayətlərin hakimi olduğunu bildirmişdir. İbnü’l-Fuvati isə hacib 

Fəxrəddin  Cəbrayılın  atasının  adının  ‚Təşkinü’l-Kəbir‛,  yəni  böyük  Təşkin  (yəni 

Piştəkin)  olduğunu  yazmışdır.  Ehtimal  ki,  əlyazmada  ‚Biştəkinü’l-Kəbir‛  və  ya 

‚Bişkinü’l-Kəbir‛  yazılmışdır.  Çünki  ərəb  dilində  ‚p‛  səsi  və  bunu  ifadə  edən  hərf 

yoxdur.  Naşir  isə  bunu  ‚Təşkin‛  kimi  oxumuşdur.  Ərəb  orfoqrafiyasının 

xüsusiyyətlərindən irəli gələn dolaşıqlığın Dr. Mustafa Cavadı yanıltdığını düşünürük. 

Əmir  Piştəkinin  Əhərdən  başqa  sahib  olduğu,  Nəsəvinin  Ləvla,  İbnü’l-Fuvatinin  isə 

Əvrab  olaraq  qeyd  etdikləri,  qala  isə  indiki  Meşkin  şəhəridir  ki,  Əhərlə  Ərdəbil 

arasında  yerləşir.  Meşkin  isə  ‚Piştəkin‛in

584


  vaxt  keçdikcə  deformasiyaya  uğramış 

şəklidir.  Həmidullah  Müstəvfi  (öl.  1350)  Azərbaycan  coğrafiyası  haqqında  məlumat 

verərkən  ‚Pişkin‛  maddəsində  belə  yazır:  ‚Bu  şəhərin  əvvəlki  adı  Vəravi  idi.  Lakin 

sonra  gürcü  Pişkin  buraya  canişin  təyin  olundu  və  şəhər  onun  adı  ilə  adlandırıldı‛

585



Həmidullah  Müstəvfinin  ‚Pişkin‛  adlandırdığı  gürcü  canişin  isə  bu  şəhərin 



hakimlərinin babası böyük Piştəkindən başqası deyildir

586


.  

İbnü’l-Fuvatinin  qeydlərindən  hacib  Fəxrəddin  Cəbrayıl  Əhərinin  atabəy  Özbəyin 

(1211-1225)  vəziri  Rəbibəddin  Əbü’l-Qasım  Harunun  müasiri  olduğu  məlum  olur.  Elə 

isə hacib Fəxrəddinin XII-XIII əsrlərdə yaşadığını təxmin etmək olar. Ehtimal ki, məlik 

                                                 

583


 Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, s. 60-61. 

584


  Fikrimizcə  bu  ad  məhz  ‚Piştəkin‛  olaraq  oxunmalıdır.  Sözü  gedən  şəxsin  gürcü  ordusunun  əsir  düşmüş  hərbi 

komandanı olduğunu nərzərə alaraq belə demək olar. ‚Piştəkin‛ iki ayrı sözün, farsca ön, qabaq, qabaqcıl, rəhbər, 

öndəki  mənasını  ifadə  edən  ‚piş‛  və  türkcə  şahzadə,  bəyzadə  mənasını  ifadə  edən  ‚təkin‛  (əslində  ‚tegin‛  və  ya 

‚tigin‛)  sözlərinin  birləşməsindən  meydana  gəlmişdir.  Türk  və  İslam  tarixində  əsirlikdən  əmirliyə  və hökmdarlığa 

yüksəlmis çox sayıda mənşəcə türk olan şəxsə rast gəlmək olar. Məsələn bunlardan Alptəkin, Səbüktəkin, Savtəkin, 

Ənuştəkin, Böritəkin, Bəgtəkini nümunə göstərmək olar. Fikrimizcə burada sözü gedən Piştəkin də gürcü ordusunda 

xidmət edən və məşəcə türk olan sərkərdə idi. Çünki sözü gedən dövrdə gürcü ordusunda çox sayıda qıpçaq türkü 

xidmət  etmişdir.  Məlik  Nüsrətəddinin  də  dediyi  kimi  onun  ulu  babası  Səlcuqlu  dövlətinin  zəifləməsindən  sui-

istifadə edərək itaətdən boyun qaçırmamış, əksinə İslamı qəbul etmişdi. Fikrimizcə onu belə bir addıma sövq edən 

şey Azərbaycanda məzh öz irqdaşları arasında olması olmuşdur. ‚Piş‛ və ‚Tegin‛ sözləri üçün bax: KANAR,  Büyük 



Farsça-Türkçe  Sözlük,  s.  154;  Orhan  Güdül  KUTALMIŞ,  Türkçe  İnsan  Adları  ve  Anlam-kökenleri,  s.  249,  252. 

http://www.kitablar.org/details.php?book_id=1008

  

585


 Həmidullah Əhməd ibn Əbu Bəkr əl-MÜSTƏVFİ, Nüzhətü’l-Qülub, s. 85, (Nşr. G. Le Strange) London 1919. 

586


  Piştəkinlər  sülaləsi  haqqında  bax:  İ.  P.  PETRUŞEVSKİY,  Oçerki  po  İstorii  Feodalnıx  Otnoşeniy  v  Azerbaydjane  i 

Armenii v XVI-XIX vv, s. 79, Leninqrad 1949. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə