Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə54/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   50   51   52   53   54   55   56   57   ...   187

aldığı məşhur əsərlərdir

525


. Onun qələmindən çıxmış digər bir əsər isə ‚Kitabu-Üsuli’l-

Fiqh‛dir.  Bu  əsər  X  əsrdə  maliki  məzhəbi  üzrə  fiqh  üsulu  sahəsində  yazılmış  iki 

əsərdən biridir

526


. Bundan başqa alim ‚Rədd ələ’l-Muzəni fi Sələsin Məsail‛ və ‚Fəzlü’l-

Mədinə  ələ  Məkkə‛  adlı  əsərlərin  də  müəllifi  idi

527

.  Əbu  Bəkr  Muhəmməd  Əbhəri 



mömin,  fəzilətli,  abid,  zahid  və  saleh  insan  idi.  Elmi  tədqiqat  və  tədris  xaricindəki 

vaxtının  çoxunu  ibadət  və  zikrlə  keçirirdi.  Alim  h.  375-ci  il  şəvval  ayında  (fevral  986) 

Bağdadda vəfat etmişdi

528


.  

 

Şeyx  Hüccətəddin  Əbu  Talib  Əbdulmuhsin  ibn  Əbi’l-Umeyd  ibn  Xalid  ibn 



Əbdulğəffar ibn İsmayıl əl-Xəfifi Əbhəri 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  H.  556-cı  ildə  (1161)  anadan  olmuşdu.  İsfəhan, 

Bağdad,  Dəməşq  və  Qahirədə  təhsil  almış,  bu  şəhərlərin  tanınmış  mühəddislərindən 

hədis  dinləmişdi.  Fəxrəddin  əl-Bəvqaninin  tələbəsi  olmuşdu.  O,  abid,  zahid,  doğru 

sözlü  insan  kimi  tanınmışdı.  Çox  zikr  edər  və  təhəccüd  namazı  qılardı.  Bir  müddət 

Məkkədə  mücavir  olaraq  qalmışdı.  Şeyx  Hüccətəddin  Əbhəri  624-cü  ilin  səfər  ayında 

(fevral 1227) vəfat etmişdi

529


.  

 

Əbü’l-Həsən Übeydullah ibn Muhəmməd ibn İshaq ibn Mundə Əbhəri 

Mühəddis  idi.  H.  384-cü  ildə  (994)  anadan  olmuşdu.  Atası  Əbu  Cə’fər  Muhəmməd 

Əbhəridən  və  yaşadığı  dövrün  hədis  alimlərindən  dərs  almışdı.  Əbü’l-Həsən 

Übeydullah Əbhəri h. 462-ci ildə (1070) vəfat etmişdi

530


.  

 

Muhəmməd ibn Mə’ruf ibn Musa Əbhəri 

                                                 

525


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 48-49; MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VI, s. 107-108. 

526


 Tərhib ibn Rübey’an əd-DƏVSƏRİ, ‚Keşfü’z-Zünun, İzahu’l-Meknun ve Hediyyetü’l-Arifin’de Zikri Geçen Maliki 

Usul  Eserleri‛,  (Trc.  M.  Gökalp),  FÜİFD,  C.  XIII/1,  s.  338,  Elazığ  2008.  X  əsrdə  maliki  məzhəbi  fiqhi  üzrə  üsul 

sahəsində  qələmə  alınmış  ikinci  əsər  Əbü’l-Fərəc  Əmr  ibn  Muhəmməd  əl-Leysi  əl-Bağdadinin  (öl.  943)  ‚Lüma’  fi 

Üsuli’l-Fiqh‛ adlı kitabıdır.  

527

 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 455. 



528

 SƏM’ANİ, həmin əsər, C. I, s. 48-49; MƏQRİZİ, həmin əsər, C. VI, s. 107-108; İBN FƏRHUN, Dibacü’l-Müzəhhəb, 232-

234; QAZİ İ’YAZ, Tərtibü’l-Mədarik, s. 551-552. 

529


 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 504. 

530


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 305. 


Hədis ravisi idi. Əbu Əhməd Muhəmməd ibn Yusif və Əbu Cə’fər əl-Bağdadidən hədis 

dinləmişdi.  Yəməndə  yaşamış,  burada  hədis  dərsləri  vermişdi

531

.  Ölüm  tarixi  məlum 



deyil. Təqribən X-XI əsrlərdə yaşamışdır.  

 

Əbu Muhəmməd Abdullah ibn Əhməd ibn Muhəmməd ibn Cəvlə Əbhəri 

Mühəddis  və  ədib  idi.  Əbu  Əmr  Əhməd  ibn  Muhəmməd  ibn  Həkim,  Abdullah  ibn 

Muhəmməd  ibn  İsa  əl-Xəşşab,  Muhəmməd  ibn  Muhəmməd  ibn  Yunis  əl-Qəzzal  əl-

Əbhəri  və  Əbu  Əli  Əhməd  ibn  Əli  əl-Əbhəridən  hədis  və  ədəbiyyat  dərsləri  almışdı. 

Onun  tələbələri  arasından  məşhur  alimlər  çıxmışdı.  Bunlardan  Əbdürrəhman  ibn  Əbi 

Abdullah  ibn  Mundə,  Mahmud  ibn  Cə’fər  əl-Kəvsəc,  Qasım  ibn  Fəzl  ibn  Əhməd  əs-

Səqəfinin adını çəkmək olar

532

. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. 



 

Əbdürrəhman ibn Ömər Əbhəri 

XIV  əsrdə  yaşamış  mühəddis  idi.  Həyatı  haqqında  ətraflı  məlumat  mövcud  deyil. 

‚Mişkatü’l-Ənvar fi Ənvai’ Ülumü’s-Sünnə və’l-Asar‛ adlı əsərini h. 730-cu ildə (1330) 

yazıb başa çatdırmışdı

533

. Ölüm tarixi məlum deyil. 



 

Qazi Əbu Abdullah Muhəmməd ibn Əhməd Əbhəri 

XIII əsrdə yaşamış şafi’i məzhəbinə mənsub fəqih və filoloq idi. Həyatı haqqında ətraflı 

məlumat mövcud deyil. ‚Kafiyyətü’n-Nühuz fi Məsailü’l-Əruz‛  və ‚Ləvamiü’l-Vəsail 

fi Mətalii’r-Rəsail‛ adlı əsərlərin müəllifi olan qazi Əbu Abdullah Əbhəri h. 683-cu ildə 

(1274) vəfat etmişdi

534


 

Şeyx İmadəddin Əbu Muhəmməd Həsən ibn Muhəmməd Əbhəri 

                                                 

531


 İBN HƏCƏR, Lisanü’l-Mizan, C. V, s. 297. 

532


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 85. 

533


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 102. 

534


 KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 102. 


Şeyx İmadəddin Əbhəri ‚Zəmhərir‛

535


 ləqəbi ilə tanınmışdı. Hülagü xan Bağdadı işğal 

etdiyi  vaxt  (1258)  o,  da  bu  şəhərdə  idi.  İşğaldan  sonra  Olcaytu  xatunun

536

  yaxın 


adamlardan  birinə  çevrilmişdi.  Şeyx  İmadəddin  Əbhəri  h.  672-ci  ildə  (1273)  filosof 

Nəsirəddin Tusinin (öl. 1274) vasitəçiliyi və istəyi ilə Bağdaddıkı əl-Xilatiyyə təkkəsinin 

şeyxliyinə  təyin  olunmuşdu.  Onun  bu  vəzifəyə  təyin  olunması  üçün  şeyx  Şəmsəddin 

Muhəmməd  ibn  Sə’d  əl-Yəzdi  bu  vəzifədən  azad  edilmişdi.  Şeyx  İmadəddin  təqribən 

678-ci ildə (1279) ölmüşdür

537


 

Şeyx İmadəddin Əbdüləziz Əbhəri 

Öz  dövrünün  tanınmış  mühəddis  və  hənəfi  fəqihlərindən  idi.  Əfqanıstanın  Herat 

şəhərində  Sultaniyyə  və  Şahrux  Mirzə  mədrəsələrində  dərs  vermişdi.  Eyni  zamanda 

Heratdakı  İxlasiyyə  xanəgahının  şeyxi  idi.  Heratda  tədris  və  tədqiqatla  məşğul  olan 

şeyx İmadəddin Əbhəri müasiri olan məşhur özbək dövlət xadimi və şairi Nizaməddin 

Əlişir Nəvayinin ‚Məşkutü’l-Məsabih‛ adlı əsərinə şərh yazmışdı. Heratın şah İsmayıl 

Xətai  tərəfindən  zəbt  edilməsindən

538

  sonra  şeyx  Əbdüləziz  Əbhəri  ona  göstərilən 



təzyiqlərdən  yaxa  qurtarmaq  üçün  Heratı  tərk  edərək  Sind  vilayətinə

539


  getmişdi. 

Sinddə  Kahan  adlı  kiçik  bir  qəsəbədə  məskunlaşan  şeyx  Əbdüləziz  Əbhəri  burada 

tədris  fəaliyyətini  davam  etdirmişdi.  Alim  bu  qəsəbədə  h.  928-ci  ildə  (1522)  vəfat 

etmişdi


540

.  


 

Əbu Bəkr Muhəmməd ibn Əli ibn Muhəmməd ibn Cəvlə Əbhəri 

                                                 

535

  Zəmhərir  *ه٣هٜٓو]-ərəbcədə  qışın  ən  soyuq  çağlarına  verilən  addır.  Bu  adla  adətən  21  dekabrdan-31  yanvara 



qədərki  qış  günləri  nəzərdə  tutulur.  Bax:  Şəmsəddin  SAMİ,  Qamusi-Türki,  s.  687,  (Nşr.  Ö.  F.  Akün),  İstanbul  1998; 

Abdullah YEĞİN, Yeni Lugat, s. 786, İstanbul 1992. Azərbaycanda, xalq arasında, buna ‚böyük çillə‛ də deyilir. 

536

  Olcaytu  xatun-Hülagü  xanın  arvadlarından  biridir.  Birinci  əri  Mengli  Teymur  öləndən  sonra  moğol  adətlərinə 



görə onun yaxın qohumu Hülagü xana ərə verilmişdi. Bax: Rəşidəddin Fəzlullah,  Cəmiü’t-Təvarix, C. I, s. 95, (Trc. L. 

Xetaqurov), Leninqrad 1952. 

537

 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 711-712, 813-814. 



538

  Herat  2  dekabr  1510-cu  ildə  Şeybanilərlə  Səfəvilər  arasında  baş  vermiş  Mərv  döyüşündən  sonra  şah  İsmayıl 

tərəfindən zəbt edilmişdi.  

539


 Sind-indiki Pakistan ərazisində yerləşən böyük bir vilayət idi. 

540


 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 370; Hacı Xəlifə KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun ən Əsami’l-Kütb və’l-Fünun, C. II, s. 

874,  İstanbul  1311.  Katib  Çələbi  alimin  adını  ‚Əbdüləziz  ibn  Muhəmməd  ibn  Əbdüləziz  əl-Əbhəri‛  olaraq  qeyd 

etmişdir. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə