Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə52/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   48   49   50   51   52   53   54   55   ...   187

Mühəddis idi. H. 544-cü ildə (1149) Azərbaycanın Düveyn şəhərində anadan olmuşdu. 

Təhsilini  davam  etdirmək  məqsədiylə  Misirə  getmiş  və  İsgəndəriyyədə  Əbu  Tahir  əs-

Süləfi İsfəhanidən hədis dərsləri almış, hədis dinləmişdi. Bundan başqa Əbu Abdullah 

əl-Məs’udi, Şərif Əbu Əli Muhəmməd ibn Əsəd əl-Cəvvani və Əbu Yaqub Yusif ibnü’t-

Tüfeyl kimi Misirin tanınmış hədis alimlərindən  hədis dərsləri almışdı. Əbu Abdullah 

Muhəmməd Düveyni h. 628-ci ilin zilqədə ayında (sentyabr 1231) vəfat etmişdi

505



 



Əbdürrəhman ibn Yəhya Düveyni 

Hədis ravisi idi. Səbbah ibn Müharib, Cuddar ibn Bəkr Düveynidən hədis dinləmiş və 

nəql etmişdi

506


. Ölüm tarixi məlum deyil.  

 

Əbü’l-Xeyr Fəxravər ibn Osman ibn Muhəmməd Düveyni 

Mühəddis  idi.  Əbü’l-Qasım  əl-Buseyri,  Əbu  Yaqub  Yusif  ibnü’t-Tüfeyl  və 

başqalarından  hədis  dinləmiş,  hədis  dərsləri  almışdı.  Cəmaləddin  İbnü’s-Sabuni  (öl. 

1282)  Əbü’l-Xeyr  Düveyni  ilə  görüşdüyünü  və  elmi  mövzularda  fikir  mübadiləsi 

apardığını  qeyd  etmişdir.  Əbü’l-Xeyr  Düveyni  h.  18  səfər  652-ci  ildə  (8  aprel  1254) 

Qahirədə vəfat etmişdir

507

.  


 

Şeyx Kəmaləddin Əbü’l-Fütuh Nəsrullah ibn Mənsur ibn Səhl Düveyni 

Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdadda məşhur alim və mütəfəkkir Əbu Hamid 

Qəzzalinin tələbəsi olmuş, ondan şafi’i fiqhini öyrənmişdi. Daha sonra təhsilini davam 

etdirmək  üçün  Xorasanın  Nişapur,  Mərv  və  Bəlx  kimi  şəhərlərini  gəzmişdi.  O,  Əbü’l-

Həsən  Əli  ibn  Əhməd  əl-Mədyəni,  Əbu  Bəkr  Əhməd  ibn  Səhl  əs-Sərrac  və  Əbu  Səid 

Əbdülvahid əl-Quşeyridən hədis dinləmiş və nəql etmişdir. Qazi Kəmaləddin Şəhrəzuri 

onun tələbəsi olmuş, onun yanında fiqh və fiqh üsulu oxumuşdu. Əbu Sə’d əs-Səm’ani 

və  başqaları  ondan  hədis  nəql  etmişdilər.  Şeyx  Kəmaləddin  Düveyni  Xorasanadakı 

mədrəsələrdə  tədrislə  məşğul  olmuşdu.  Səm’ani  onun  Bəlxdəki  Nizamiyyə 

                                                 

505

 İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54. 



506

 İBN MAKULA, İkmal, C. I, s. 384. 

507

 İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54. 




mədrəsəsinin  müdərrisi  olduğunu  qeyd  etmişdir.  Alim  h.  546-cı  ilin  ramazan  ayında 

(dekabr 1151) Əfqanıstanın Bəlx şəhərində vəfat etmişdi

508

.  


 

Şueyb ibn Muhəmməd ibn Əhməd ibn Bəzyi’ Düveyni 

Hədis ravisi idi. Səhl ibn Suqeyr əl-Əxlatidən hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr 

əl-Müfid də ondan hədis dinləmiş və nəql etmişdi

509


. Ölüm tarixini müəyyənləşdirmək 

mümkün olmamışdır. Lakin onun hədis dinlədiyi Səhl ibn Suqeyrin tabiundan Süfyan 

ibn Üyeynədən (725-813) hədis dinləyib nəql etdiyini nəzərə alaraq Şueyb Düveyninin 

IX-X əsrlərdə yaşadığını təxmin etmək olar.  



 

Əmir Əbu Mənsur Fərəc ibn Kişvarə Düveyni 

Əyyubilər  dövlətinin  ordusunda  xidmət  etmiş  hərbi  bürokratlardan  biri  idi.  Əyyubi 

ordusu  komandanlarından  birinin  müavini  olmuş,  əmir  rütbəsinə  yüksəlmişdi.  Əmir 

Əbu  Mənsur  Düveyni  həmçinin  mühəddis  idi.  O,  öz  dövrünün  məşhur  hədis 

alimlərindən  Hafiz  Əbu  Tahir  əs-Süləfi  İsfəhani  (1083-1181),  Əbu  Tahir  ibn  Əvf  və 

Əbü’l-Fəth Mahmuddan hədis dərsləri almışdır

510

. Ölüm tarixi məlum deyil. Əbu Tahir 



əs-Süləfinin  müasiri  olduğunu  və  aşağıda  haqqında  məlumat  verdiyimiz  qardaşının 

ölüm  tarixini  nəzərə  alaraqa  Əmir  Əbu  Mənsur  Düveynin  XII-XIII  əsrlərdə yaşadığını 

söyləmək olar.  

 

Fəridun ibn Kişvarə Düveyni 

Mühəddis və əmir Əbu Mənsur Düveyninin qardaşı idi. O, da qardaşı kimi Hafiz Əbu 

Tahir əs-Süləfinin tələbəsi olmuş, İsgəndəriyyədə ondan hədis dərsləri almışdı. Fəridun 

                                                 

508


  İBNü’l-ƏSİR,  Lübab,  C.  I,  s.  517;  BAĞDADİ,  Təkmilətü'l-İkmal,  C.  II,  s.  263;  Əbu  İbrahim  İsmayıl  ibn  Cə’fər  İBN 

KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 126a-b, 

http://www.way2əannah.com

; YAQUT əl-HƏMƏVİ, 



Mu’cəmü’l-Büldan,  C.  III,  s.  757;  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  II,  s.  218;  HİMYƏRİ,  Nisbə  ilə’l-Məvazi’,  C.  I,  s.  314. 

Cəmaləddin Himyəri əsərində ‚Əbü’l-Fütuh Nəsr ibn Mənsur əd-Düveyni‛ (öl. 1132) və ‚Kəmaləddin Nəsrullah ibn 

Mənsur əd-Düveyni‛ (öl. 1151) adlı iki ayrı adam haqqında danışır. 

509


 İBN MAKULA, İkmal, C. I, s. 384. 

510


 İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54. 


Düveyni Misirdə hədis dərsləri vermişdi. Alim h. 4 rəbiəlaxir 617-ci ildə (7 iyun 1220) 

Qahirədə vəfat etmişdi

511

.  


 

Əbu Muhəmməd Əbdürrəhman ibn Həməd ibn Həsən əs-Süfyani Düveyni 

Yaşadığı  dövrün  tanınmış  mühəddislərindən  idi.  Azərbaycanın  qədim  şəhəri 

Düveyndə

512


  hədis  dərsləri  vermişdi.  Hafiz  Əbu  Tahir  əs-Süləfi  (öl.  1181)  onunla 

Düveyndə  görüşüb  söhbət  etmiş,  hədis  dinləmişdi.  Hafiz  Əbu  Tahir  onun  Əbu  Nəsr 

Əhməd  əl-Kəssar  Dinəvəridən  hədis  dinləyib  nəql  etdiyini  qeyd  etmişdir.  Əbu 

Muhəmməd  Əbdürrəhman  Düveyninin  ölüm  tarixi  məlum  deyil,  XI-XII  əsrlərdə 

yaşamışdır.  Hafiz  Əbu  Tahir,  Əbu  Muhəmməd  Əbdürrəhman  Düveynidən  eşitdiyi 

aşağıdakı  məşhur  hədisi  öz  əsərində  qeyd  etmişdir.  Əbu  Səid  əl-Xudri  (ا)  dedi:  Allah 

Rəsulu  (م)  buyurdular  ki:  ‚Əzanı  eşitdiyiniz  vaxt  siz  də  müəzzinin  dediyini 

təkrarlayın‛

513

.     


 

Şeyx Əbü’l-Abbas Əhməd ibn Muhəmməd Düveyni 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Misirə  getmiş  və  orada  məskunlaşmışdı.  Əbü’l-

Abbas Əhməd Düveyni yaşadığı dövrdə şafi’i fiqhini böyük alimlərindən biri olmuşdu. 

O, imam Şafi’inin (/) ‚əl-Umm‛

514

 adlı əsərinə dərindən vaqif olan nadir alimlərdən idi. 



Alimliyi ilə yanaşı Əbü’l-Abbas Düveyni həmçinin mömin, zöhd və vəra’ sahibi insan 

idi.  O,  çox  namaz  qılır,  çox  oruc  tutur  və  daim  Qur’an  tilavəti  ilə  məşğul  olurdu.  O, 

yumuşaq xasiyyətli, həlim insan idi. Sadə, mötədil həyat tərzi sürmüşdü. Əbü’l-Abbas 

Əhməd  Düveyni  məhkəmə  hakimlərinin  davranış  qaydaları,  məhkəmə  intizamı  və 

mühakimə  üsuluna  dair  ‚Ədəbü’l-Qəza‛  adlı  əsərin  müəllifi  idi.  Alim  h.  373-cü  ilin 

ramazan (fevral 984) ayında vəfat etmişdi

515

.  


                                                 

511


 İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54. 

512


 Hafiz Əbu Tahir əs-Süləfi alim haqqında məlumat verərkən onun nisbəsini 

[

٢ٗٝكُا



]

 ‚əd-Düvəni‛ kimi qeyd etmişdi. 

‚Düveyn‛  şəhərinin  adının  orta  əsr  ərəbdilli  tarixi  mənbələrdə  ‚Düvən‛  və  bu  şəhərə  nisbənin  də  ‚Düvəni‛  kimi 

qeyd olunduğuna rast gəlmək olur. Məsələn bax: İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. I, s. 259. 

513

  ƏBU  TAHİR  İSFƏHANİ,  Ərbəinü’l-Büldaniyyə,  s.  73. 



[

ٕلإُٔا ٍٞو٣ آ اُٞٞوك ءاكُ٘ا ْرؼٌٔ الا

]

.  Bu hədis  üçün  bax:  BUXARİ, 



Səhih, Əzan, 13; MÜSLİM, Səhih, Səlat, 11/381; ƏBU DAVUD, Sünən, Səlat, 36/522; TİRMİZİ, Sünən, Səlat, 154/208.    

514


 İmam Muhəmməd ibn İdris əş-Şafi’inin (767-819) İslam hüququna dair fikir, bəyan və verdiyi fətvaları ehtiva edən 

əsəridir. Bu əsər 7 cild halında nəşr edilmişdir.  

515

 ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 252. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə