Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə49/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   45   46   47   48   49   50   51   52   ...   187

Şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  Şeyx  İzzəddin  Muhəmməd  Dərbəndinin  (öl. 

1334) oğlu olan Əli Dərbəndinin təvəllüd tarixi h. 690-cı ildən (öl. 1291) əvvələ təsadüf 

edir.  İlk  təhsilini  dünyaya  gəldiyi  Dəməşq  şəhərində  almışdı.  O,  da  atası  kimi  bir 

müddət  Dəməşqdəki  əl-Əməvi  camesinin  müəzzini  olmuş,  sonra  elm  təhsili  üçün 

səyahətə çıxmışdı. Şeyx Ömər ibnü’l-Qəvvas, şeyx Nəcməddin ibnü’l-Həcci və Əhməd 

ibnü’l-Əsakirin  tələbəsi  olmuş  onlardan  hədis  dinləmişdi

476

.  Ölüm  tarixi  məlum  deyil. 



XIII-XIV əsrlərdə yaşamışdır.  

 

Əbü’l-Qasım Maymun ibn Ömər ibn Muhəmməd Dərbəndi 

Öz dövrünün tanınmış fəqih və mühəddislərindən biri idi. Əbu Həfs Ömər ibn Hüseyn 

əl-Əzcidən  hədis  dərsləri  almışdı.  Hafiz  Əbu  Tahir  əs-Süləfi  İsfəhani  (1083-1181)  öz 

əsərində Dərbənddə olarkən Əbü’l-Qasım Maymun Dərbəndi ilə görüşüb ondan hədis 

dinlədiyini  qeyd  etmişdi.  Yenə  Əbu  Tahir  əs-Süləfinin  qeydlərindən  Əbü’l-Qasım 

Maymunun Dərbənddə fəqih və fətva mərcii olduğunu öyrənirik

477


. Alimin ölüm tarixi 

məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. Hafiz Əbu Tahir əs-Süləfi öz əsərində Əbü’l-

Qasım Dərbəndidən dinlədiyi aşağıdakı hədisi qeyd etmişdir: 

Abdullah ibn Əmr ibnü’l-Əs (ا) dedi: Rəsulullah (م) buyurdular ki: ‚Arzu və istəkləriniz 

mənim gətirdiyimə (İslama, Qur’ana) bağlı, tabe olmadıqca sizin heç biriniz iman etmiş 

sayılmazsınız‛

478



 



Əbu İshaq İbrahim ibn Musa ibn Fərəh Dərbəndi  

Hənəfi məzhəbinə mənsub fəqih və mühəddis idi. Alim ailəsində dünyaya gəlmiş və ilk 

təhsilini atasından almışdı. Daha sonra təhsil almaq üçün səyahətə çıxmış və Xorasana 

getmişdi.  Əfqanıstanın  Herat  şəhərindəki  mədrəsələrdə  təhsil  almış,  Əbü’l-Fəth  əl-

                                                 

476


 Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlaniİbnai’l-Ğumr bi Əbnai’l-Umr, C. II, s. 73, Heydərabad 1968.  

477


 ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 177-178; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 358. 

478


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 358.   

ٍ  ٍ ٍٚت دجظ أُ اًاؼثذ ٙاٞٛ ٌٕٞ٣ ٠رؼ ًْكؼأ

]

 

[



ٖٓإ٣ لا . İmam Nəvəvi və Nəsr ibn İbrahim 

əl-Müktəsi  bu  hədisin  səhih  isnadla  nəql  edildiyini  bildirmişdilər.  Ətraflı  məlumat  üçün  bax: 

http://www.taimiah.org/Display.asp?pid=2&t=book17&f=nawa-0041.htm

  



Hənəfinin  tələbəsi  olmuşdu

479


.  Ölüm  tarixi  məlum  deyil.  Təqribən  XI-XII  əsrlərdə 

yaşamışdır. 



 

Yəhya ibn Əhməd ibn Hüseyn Dərbəndi 

Hədis  ravisi  idi.  Muhəmməd  ibn  Tahir  Tarsusidən  hədis  dinləmiş  və  nəql  etmişdi. 

Hafiz Əbu Tahir əs-Süləfi (öl. 1181) ondan hədis dinləmiş və nəql etmişdi

480


. Ölüm tarixi 

məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. 

 

Əbu Əmr Osman ibnü’l-Müsəddid ibn Əhməd Dərbəndi  

Şafi’i  məzhəbinə  mənsub  fəqih  olan  Əbu  Əmr  Osman  Dərbəndi  yaşadığı  dövrdə 

Bağdadın tanınmış hüquqşünaslarından biri idi. O, təhsil almaq üçün Bağdada gəlmiş 

və Nizamiyyə mədrəsəsində təhsil almışdı. Şeyxülislam Əbu İshaq İbrahim Şirazinin

481

 

tələbəsi  olmuş,  fiqh  elmini  ondan  öyrənmişdi.  İbn  Nəqur  və  Şərif  Əbü’l-Hüseyn 



Muhəmməd  ibn  Əli  ibnü’l-Mühtədi  Billah  əl-Haşimi  kimi  Bağdadın  qabaqcıl 

mühəddislərindən hədis dinləmişdi. Bir müddət Xorasanın Nişapur şəhərində yaşamış, 

bu  şəhərin  tanınmış  mühəddislərindən  hədis  dərsləri  almışdı.  Abidliyi,  zahidliyi  və 

salehliyi  ilə tanınmış  Əbu Əmr Osman Dərbəndinin ölüm tarixi  h. 500-cü (1107)  ildən 

sonraya təsadüf edir

482


.  

 

Əbü’l-Həsən Muhəmməd ibn Hişam ibn Vəlid ibn Əbdülhəmid Dərbəndi 

Mühəddis idi və İbn Əbu İmran əl-Babi

483


 adı ilə məşhur olmuşdu. Əbu Səid Abdullah 

əl-Əşca  əl-Kindi

484

  və  İbrahim  ibn  Müslüm  əl-Xarəzmi  kimi  hədis  alimlərindən  hədis 



                                                 

479


 SEYRƏFİNİ, Müntəxəb, s. 134. 

480


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 359. 

481


  İmam  Əbu  İshaq  İbrahim  ibn  Əli  Şirazi  (1003-1083).  Şafi’i  məzhəbinə  mənsub  böyük  alimləridən  biri  olmuşdur. 

Əslən İranın Şiraz şəhəri yıxınlığındakı Firuzabad kəndindəndir. Zöhd və vəra’ sahibi bir alim idi. Böyük Səlcuqlu 

sultanlarının  vəziri  Nizamülmülk  ona  dərin  hörmət  və  ehtiram  bəsləyərdi.  Abbasi  xəlifəsi  Qaim  bi-Əmrillah  ona 

xilafətin qaziülquzatlığı vəzifəsini təklif etmiş, lakin Əbu İshaq Şirazi imtina etmişdi. Nizamülmülkün xahişi ilə 1067-

ci  ildə  tədrisə  açılan  Bağdad  Nizamiyyə  mədrəsəsində  ilk  dərsi  Əbu  İshaq  Şirazi  vermiş,  daha  sonra  da  bu 

mədrəsənin müdərrisi olmuşdu. Əbu İshaq Şirazi fiqh və fiqh üsuluna dair 10-dan artıq əsərin müəllifidir.  

482

 ŞƏHRƏZURİ, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, C. I, s. 591. 



483

 Məlum olduğu kimi Dərbənd şəhəri orta əsr ərəbdilli mənbələrdə Babü’l-Əbvab adlandırılırdı. ‚əl-Babi‛ nisbəsi 

də buna uyğun olaraq verilirdi.  

484


  Bu  ravidən  hədis  dinləmiş  digər  bir  azərbaycanlı  mühəddis  də,  yuxarıda  haqqında  ətraflı  məlumat  verdiyimiz, 

İmamü’s-Sibt ləqəbi ilə məşhur olmuş Əbu Bəkr Əhməd Bərdicidir (öl. 914). 




dinləmiş  və  nəql  etmişdi.  Bir  müddət  Bərdədə  yaşamış  və  burada  hədis  dərsləri 

vermişdi.  Müsə’ər  ibn  Əli  Bərdəi  İbn  Əbu  İmran  əl-Babidən  hədis  dinləmiş 

mühəddislərdən  biri  idi

485


.  İbn  Əbu  İmran  əl-Babinin  ölüm  tarixi  məlum  deyil.  IX-X 

əsrlərdə yaşamışdır.  



 

Əbü’l-Həsən Həbib ibn Fəhd ibn Əbdüləziz Dərbəndi 

Mühəddis  idi.  Əbu  Əmr  Osman  ibn  Muhəmməd  ibn  Dost,  Əbu  Nueym  Süleyman 

İsfəhani,  Əbü’l-Həsən  ibn  Bəxtuveyh,  Asim  ibn  İsmayıl,  Asim  əl-Əhvəl  kimi 

mühəddislərin  tələbəsi  olmuş,  onlardan  hədis  dinləmişdi.  Əbu  Bəkr  Əhməd  əl-İsmaili 

onun tələbəsi olmuş ondan hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr Əhməd əl-İsmaili 

həmçinin  hafiz  Əbu  Əli  Hüseyn  Bərdəi  (öl.  1016),  Əbu  Zur’ə  Muhəmməd  Bərdəi  (öl. 

1021) kimi digər azərbaycanlı mühəddislərin də tələbəsi olmuşdu. Əbü’l-Həsən Həbib 

Dərbəndinin ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır

486

.  


 

Yusif ibn Muhəmməd Dərbəndi 

Mütəkəllim idi. Öz dövrünün fəziləti ilə məşhur alimlərindən idi. Qəznəvi sultanlarını 

sarayında xidmət etmişdi. Qəznəvi sultanlarından Xosrov Məlikin (1160-1186) yanında 

onun  xüsusi  hörməti  var  idi,  ali  dərəcəyə malik  idi.  Ömrünün  sonlarına  doğru  dünya 

işlərindən  əl  çəkib  Lahor

487


  şəhərində  inzivaya  çəkilmişdi.  Lahorda  vəfat  etmiş  və  bu 

şəhərdə dəfn edilmişdi. Ölüm tarixi məlum deyil. XII əsrdə yaşamışdır

488

.  


 

Hafiz Əbü’l-Vəlid Həsən ibn Muhəmməd ibn Əli ibn Muhəmməd Dərbəndi 

Hədis  hafizi  idi.  Hədis  dinləmək  üçün  çox  səyahət  etmişdi.  Orta  Asiyadan  Şimali 

Afrikaya  qədər  bütün  İslam  coğrafiyasını  gəzmiş  və  məşhur  mühəddislərdən  hədis 

dinləmişdi.  Çox  hədis  əzbərləmişdi.  Buxarada  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd 

ibn Muhəmməd Qəncardan və Əbu Bəkr Əhməd ibn Əli əl-Xətibdən hədis dinləmişdi. 

                                                 

485

  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  213.  Yaqut  əl-Həməvi  əsərində alimin  nisbəsini ‚əl-Babi‛  olaraq 



qeyd etmişdi.  

486


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 213. Bu alimin də nisbəsi ‚əl-Babi‛ olaraq qeyd edilmişdir. 

487


 Lahor-indiki Pakistan ərazisində yerləşən şəhər. 

488


 Əbdülhəyy ibn Fəxrəddin əl-HÜSEYNİ, Nüzhətü’l-Xəvatir və Behcətü’l-Məsami’ və’n-Nəvazir, s. 83, Beyrut 1999. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə