Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə46/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   42   43   44   45   46   47   48   49   ...   187

Hədis ravisi idi. Təbəristanın Amul şəhərində Əbdürrəhman ibn Quyerş əl-Hərəvidən 

hədis dinləmişdi. Hafiz Əbu Əhməd Abdullah ibn Ədiy əl-Cürcani (890-976) də ondan 

hədis dinləmiş və nəql etmişdir

450


. IX-X əsrlərdə yaşamışdır.  

 

Əbü’l-Həsən Əli ibn Muhəmməd Bərzəndi 

Qari idi. Qur’ani-Kərimin qiraət və təcvidini Əbu Əli Həsən ibn Süleyman əl-Antakidən 

(öl. 1009) öyrənmişdi

451

. Əbü’l-Həsən Əli Bərzəndinin ölüm tarixi məlum deyil. O, X-XI 



əsrlərdə yaşamışdır. 

 

Əbü’l-Qasım Budeyl ibn Əli ibn Budeyl Bərzəndi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih,  həmçinin  hədis  ravisi  idi.  Bağdadda  qazi  Əbu  Təyyib 

ət-Təbəri, Əbu Muhəmməd Həsən Cəvhəri və şeyx Əbu İshaq Şirazinin tələbəsi olmuş, 

ondan  şafi’i  fiqhini  öyrənmişdi.  Aşağıda  haqqında  məlumat  verdiyimiz  Əbu  Mənsur 

Saleh  Bərzəndinin  atası  idi.  Əbu  Talib  əl-Əş’əri,  Əbu  İshaq  əl-Bərməkidən  hədis 

dinləmiş və nəql etmişdi. Təbriz şəhəri qazisi olan Əbü’l-Qasım Bərzəndi öz sahəsində 

dərin  elmi  biliyə  malik,  xoş  söhbətli,  ünsiyyətcil  insan  kimi  tanınmışdı.  Səduq,  yəni 

doğru sözlü, səmimi və mötəbər mühəddislərindən  biri  idi. H. 475-ci  (1082)  ildə vəfat 

etmişdi


452

.  


 

Əbu Mənsur Saleh ibn Budeyl ibn Əli ibn Budeyl Bərzəndi 

Hədis  ravisi  idi.  Atası  Bağdada  gəlmiş,  burada  məskunlaşmış  və  Əbu  Mənsur  Saleh 

Bərzəndi  də  Bağdadda  dünyaya  gəlmişdi.  Əbü’l-Qənaim  Əbdüssəməd  ibn  Əli  əl-

Mə’mun,  Əbu  Mənsur  Bəkr  ibn  Muhəmməd  ibn  Heydərdən  hədis  dinləmişdi.  Əbü’l-

                                                 

450


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 215-216. 

451


 Şəmsəddin Muhəmməd İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə fi Təbəqatü’l-Qurra, s. 741, Beyrut 2006. 

452


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 115, 415; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. X, s. 36; ƏSNƏVİ, Təbəqatu’ş-

Şafi’iyyə,  C.  I,  s.  116.  Cəmaləddin  Əsnəvi,  Yaqut  əl-Həməvidən  fərqli  olaraq  onun  künyəsini  ‚Əbü’l-Qasım‛  deyil 

‚Əbü’l-Həsən‛ olaraq qeyd etmişdi. 




Qasım  ər-Ruveydəşti  əl-İsfəhani  ondan  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbu  Mənsur 

Saleh Bərzəndi h. 493-cü il şaban ayında (iyun 1100) Bağdadda vəfat etmişdi

453

 



 

İmam Şəmsəddin Əbu Tahir Zəki ibn Hüseyn ibn Ömər əl-Xərrəqi

454


 Beyləqani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Şəmsəddin  Əbu  Tahir  Beyləqani  582-ci  ildə  (1157) 

Beyləqanda  dünyaya göz  açmışdı.  O,  Fəxrəddin  ər-Razinin  tələbəsi  olmuş,  ondan  elm 

öyrənmək  məqsədiylə  doğma  şəhərini  tərk  edərək  Xorasana  getmişdi.  Təhsilini  başa 

vurduqdan  sonra  Beyləqana  qayıtmışdı.  Sonra,  ehtimal  ki,  moğolların  dağıdıcı 

hücumları  vaxtı,  Misirə  köçmüş  və  orada  yaşamışdı.  Daha  sonra  Yəmənin  Ədən 

şəhərinə  getmişdi.  Ədəndə  və  sonra  Məkkədə  bir  müddət  qaldıqdan  sonra  Misirə 

qayıtmış  və  İsgəndəriyyə  şəhərində  yaşamışdı.  O,  Misirə  qayıdanda  onu  izdihamlı 

insan  kütləsi  qarşılamışdı.  Şəmsəddin  Əbu  Tahir  Beyləqani  qazilik  vəzifəsinə  təyin 

edilmiş  və  uzun  müddət  bu  işdə  çalışmışdı.  O,  əmisi  oğlu  Əbu  Əhməd  Zəki 

Beyləqaniyə  vəfatından  sonra  ailəsi  ilə  birlikdə  Ədənə  köçməyi  vəsiyyət  etmişdi

455


Onun ölüm tarixi 1259-1260-cı illərə təsadüf etir.   

 

Əbu Əhməd Zəki ibn Həsən ibn Ömər Beyləqani 

Şafi’i məzhəbinə mənsub mütəkəllim və fəqih idi. H. 582-ci ildə (1186) anadan olmuşdu. 

Fiqh üsulu və kəlam elmlərində dərinləşmişdi. Fəxrəddin Razinin

456


 tələbələrindən biri 

olmuşdu.  Müəyyəd  ət-Tusidən  hədis  dinləmiş,  Fəxrəddin  Muhəmməd  ibn  Əbu  Bəkr 

Nəvqanidən  fiqh  elmini  öyrənmişdi.  O,  Fəxrəddin  Muhəmməd  Nəvqaninin  yanında 

Əbu  Hamid  Qəzzalinin  ‚əl-Vəciz‛  adlı  əsərini  oxumuşdu.  Bundan  başqa  imam 

                                                 

453


  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  I,  s.  215-216;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  115,  415;  BAĞDADİ, 

Təkmilətü'l-İkmal, C. I, s. 251. 

454


 Himyəri ‚Xərrəq‛in Beyləqanda bir məhəllə adı olduğunu qeyd etmişdir. Bax: Nisbə ilə’l-Məvazi’, C. I, s. 273. 

455


 HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 143. 

456


  Fəxrəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Ömər  ər-Razi  (1149-1209)  İranın  Rey  şəhərində  anadan  olmuş, 

Əfqanıstanın Herat şəhərində vəfat etmişdi. Bütün dövrlərin məşhur təfsir alimi, böyük mütəfəkkir idi. Atası Reydə 

xətib  idi,  cümə  xütbələrini  oxuyurdu.  Təhsilini  dövrün  ən  tanınmış  alimlərindən  almışdı.  Daha  sonra  səyahətə 

çıxmışdı.  Xarəzmdə  mö’təzilə  məzhəbinə  mənsub  alimlərlə  elmi  diskussiyalar  aparmış,  onları  dəfələrlə  məğlub 

etmiş,  sultan  Əlaəddin  Xarəzmşah  ona  böyük  ehtiram  göstərməsinə  baxmayaraq  Xarəzmi  tərk  etməyə  məcbur 

edilmişdi. Guri hökmdarı sultan Qiyasəddin onu öz ölkəsinə dəvət etmiş, Heratda onun üçün mədrəsə tikdirmişdi. 

Heratda ifrat şiə cərəyanı olan kərramilərlə girişdiyi elmi mübahisələrdə qalib gəldiyi üçün burada da sıxışdırılmış 

və  bir  müddət  Heratı  tərk  etməyə  məcbur  olmuşdu.  Lakin  Razi  özünün  dərin  biliyi  ilə  getdiyi  hər  yerdə 

hökmdarlarlardan rəğbət görür, ətrafına çox sayıda tələbə kütləsi toplaşırdı. Fəxrəddin Razi müxtəlif elm sahələrinə 

aid 40-dan çox əsərin müəllifidir. Onun yetişdirmələri arasında çox sayıda azərbaycanlı alim vardı.   




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə