Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə43/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   39   40   41   42   43   44   45   46   ...   187

Hədis ravisi idi. Əbdüləziz ibn Abdullah Haşimi, Əhməd ibn Muhəmməd ibn Qalib əl-

Bahili,  Muhəmməd  ibn  Hişam  ibn  Əbi’d-Dumeyk  əl-Müsəmlidən  hədis  dinləmiş  və 

nəql  etmişdi.  Əbu  Həfs  ibn  Şahin  və  Əbu  Həfs  əl-Kinani  əl-Muqri  ondan  hədis 

dinləmişdilər

422

.  Xətib  Bağdadi  onun  ölüm  tarixini  qeyd  etməmişdir.  Əbu  Həfs  ibn 



Şahinin (öl. 995) müasiri olduğu üçün onun IX-X əsrlərdə yaşadığını təxmin etmək olar.  

 

Muhəmməd ibn Əbdüləziz ibn Cə’fər ibn Muhəmməd ibn Həsən Bərdəi  

Mühəddis  idi.  Qazi  Əbu  Bəkr  Muhəmməd  Əbhəri

423


  (öl.  h.  985),  Əli  ibn  Qərqər  əd-

Dəqqaq, Muhəmməd ibn Abdullah ibn Şuxeyr əs-Seyrəfi, Muhəmməd ibn Əhməd ibn 

İmran, Əli ibn İbrahim Əttar, Əbu Bəkr ibn Şazan, Əbü’l-Müfəzzəl əş-Şeybani, Əhməd 

ibn Muhəmməd Meyridən hədis dinləmiş və nəql etmişdi. Muhəmməd ibn Əbdüləziz 

hədis  dinləmək  üçün  etdiyi  səyahətdən  vətənə  qayıdandan  sonra  qardaşı  Übeydullah 

ibn Əbdüləziz Bərdəi h. 358-ci ildə (969) Bərdədə ondan hədis dinləmişdi. Muhəmməd 

ibn Əbdüləziz Bərdəi daha sonra Bağdada getmiş və h. 21 cəmadiələvvəl 421-ci ildə (27 

may 1030) burada vəfat etmişdi

424

.  


 

Əbü’l-Qasım  Übeydullah  ibn  Əbdüləziz  ibn  Cə’fər  ibn  Muhəmməd  ibn  Həsən 

Bərdəi 

Mühəddis,  səduq  hədis  ravisi  idi.  H.  363-cü  ildə  (974)  anadan  olmuşdu.  Qardaşı 

Muhəmməd  ibn  Əbdüləzizdən,  Muhəmməd  ibn  Übeydullah  ibnü’l-Şüxeyr  əs-Seyrəfi, 

Muhəmməd  ibn  Müzəffər,  Əbu  Bəkr  ibn  Şazan,  Əbü’l-Fəzl  əş-Şeybani,  Əbu  Bəkr  ibn 

Əbi Musa Haşimidən hədis dinləmiş və nəql etmişdi. Alim h. 434-cü ilin zilhiccə ayında 

(1043) vəfat etmişdi

425

.  


 

Əhməd ibn Muhəmməd ibn Əbdürrəhim Bərdəi 

                                                 

422

 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. II, s. 198. 



423

 ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. III, s. 432 

424

  XƏTİB  BAĞDADİ,  Tarixu-Bağdad,  C.  II,  s.  353;  Əbü’l-Hüseyn  Muhəmməd  ibn  Muhəmməd  İBN  ƏBİ  YƏ’LA, 



Təbaqatü’l-Hənabilə, s. 203, Qahirə 1952; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. V, s. 204. 

425


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. X, s. 384. 


Mühəddis  idi.  Təhsil  almaq  üçün  Əndəlüsə  getmiş  və  buradakı Mursiyyə

426


  şəhərində 

yaşamışdı.  Əndəlüs  mədrəsələrində  Əbü’l-Həsən  Əli  ibn  Muhəmməd  ibn  Şəfyi’  əl-

Busti

427


, İbn Müvəhhəb və imam Əbü’l-Vəlid Yunis ibn Abdullah ibn Muğis Qurtubi

428


  

kimi  alimlərin  tələbəsi  olmuş,  hədis,  fiqh,  üsul  və  ədəbiyyat  dərsləri  almışdı.  Təhsilin 

başa  vurduqdan  sonra  İspaniyada  qalmış  və  buradakı  mədrəsələrdə  tədrislə  məşğul 

olmuşdu.  Onun  tələbələri  arasından  Əbu  Abdullah  əl-Əndərəşi

429

  (1149-1224)  kimi 



alimlər yetişmişdi

430


.  

Əhməd 


Bərdəinin 

ölüm 


tarixi 

məlum 


deyil. 

Onun 


yaşadığı 

dövrün 


müəyyənləşdirilməsində də müəyəyyən tərəddüd meydana çıxmışdır. Bu tərəddüd İbn 

Həcər Əsqəlaninin verdiyi məlumatdan irəli gəlir. İbn Həcərin yazdığına görə Əhməd 

ibn  Muhəmməd  Bərdəi  Əndəlüsdə,  eləcə  də  bütün  İslam  dünyasında,  tanınmış  alim 

olan imam Əbü’l-Vəlid Yunis Qurtubinin tələsəni olmuşdur. Yenə müəllif Əndəlüs ərəb 

şe’rinin  tanınmış  simalarından  olan  Əbu  Abdullah  əl-Əndərəşinin  Əhməd  Bərdəidən 

dərs  aldığını  qeyd  etmişdir.  Əbü’l-Həsən  ibn  Abdullah  ən-Nəbahi  öz  əsərində  Əbü’l-

Vəlid  Yunis  Qurtubinin  Əndəlüs  Əməvi  xəlifələrinin  sonuncusu  III  Hişam  ibn 

Muhəmməd  əl-Mərvani  tərəfindən  h.  419-cu  ildə  (1028)  Əndəlüs  baş  qaziliyinə  təyin 

olduğunu və alimin h. 429-cu ildə (1038) vəfat etdiyini qeyd etmişdir

431


. Əbu Abdullah 

əl-Əndərəşi  isə  1149-1224-cü  illərdə  yaşamışdır.  Əhməd  Bərdəinin  bircisinin  ölüm, 

ikincisinin isə təvəllüd tarixi arasında 111 il olan iki ayrı şəxsin müasiri olması mümkün 

olmadığı  üçün  düşünürük  ki,  İbn  Həcər  əl-Əsqəlani  burada  xətaya  yol  vermişdir. 

Ehtimal ki, Əbu Abdullah əl-Əndərəşi Əhməd Bərdəidən deyil, onun yetişdirdiyi hədis 

alimlərinin  birindən  hədis  dərsləri  almışdı.  Çünki  adı  çəkilən  digər  iki  şəxslə  imam 

                                                 

426


  Mursiyyə- 

ح٤ٌهٓ



]

  indiki  İspaniyanın  cənubi-şərqindəki  Murcia  şəhəridir.  1492-ci  ilə  qədər  Əndəlüsdəki  Qranda 

əmirliyini mühüm elm və mədəniyyət mərkəzlərindən biri idi.  

427


  Öz  dövrünü  məşhur  ədib  və  şairlərdən  biri  idi.  Əndəlüsün  əl-Busta  (indi  İspaniyada  Baza  şəhəri)  şəhərində 

doğulub böyümüşdü.  

428

  İmam  Əbü’l-Vəlid  Yunis  ibn Abdullah  ibn  Muğis  Qurtubi  (öl.  1038) yaşadığı  dövrün  tanınmış  alimlərindən  idi. 



Əslən  Əndəlüsün  Qurtuba  (indi  İspaniyada  Kordova)  şəhərindən  olub  hədis  elmləri  sahəsində  dərinləşmişdi. 

İspaniyanın  qaziü’l-quzatlığına  təyin  olunmuş  və  vəfatına  qədər  bu  vəzifəni  icra  etmişdi.  İmam  Əbü’l-Vəlid  Yunis 

Qurtubi təfsir, hədis, fiqh və.s sahələrə dair bir sıra əsərlərin müəllifi idi.   

429


 Yaşadığı dövrdə Əndəlüsün tanınmış mühəddislərindən biri olmuşdu. Onun doğulub böyüdüyü Əndərəş indiki 

İspaniyanın Andaraks şəhəridir.  

430

 İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 206. 



431

 Əbü’l-Həsən ibn Abdullah ən-Nəbahi əl-ƏNDƏLÜSİ, Tarixu Quzatu’l-Əndəlus, s. 95, Beyrut 1983. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə