Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə44/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   40   41   42   43   44   45   46   47   ...   187

Əbü’l-Vəlid Yunis Qurtubi müasir olmuşdurlar. Beləcə Əhməd Bərdəinin X-XI əsrlərdə 

yaşadığını təxmin etmək olar.  

 

Əbu Cə’fər Muhəmməd ibn Xalid ibn Yəzid Bərdəi 

Siqa hədis ravisi idi. Məkkədə məskunlaşmışdı. Muhəmməd ibn Səid ibnü’l-Əməş, Əbu 

Sələmə  Übeydullah  ibn  Xələsə,  Asim  ibn  Rəvvad  ibnü’l-Cərrah,  Əbu  Abdullah  Xələf, 

Ətiyyə ibn Bəqiyyədən hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Qasim Təbərani Misirdə 

onun hədis dərslərində iştirak etmişdi. Əbu Muhəmməd Abdullah ibn Əbdan əl-Muqri, 

Əbu Əli Hüseyn ibn Əli Nişaburi (öl. 960) ondan hədis nəql etmişdilər. Alim h. 317-ci il 

zilhiccə ayının 8-i (11 yanvar 930) Məkkədə həcc ziyarətini yerinə yetirərkən qərmətilər 

tərəfindən şəhid edilmişdi

432

.  


 

Əbu Bəkr Muhəmməd ibn Abbas ibnü’l-Fəzl əl-Ətrablisi Bərdəi 

Hədis ravisi idi. Əbu Bəkr Muhəmməd Bərdəi Ətrablisdə

433

 yaşamış və burada Səid ibn 



Əmr  əs-Səkvənidən  hədis  nəql  etmişdi.  Əbdülvəhhab  əl-Kilabi,  Əbü’l-Qasım 

Əbdülvahid  ibn  Əhməd  ibnü’l-Əvf  əl-Müzəni,  Əbü’l-Vəfa  Hüffaz  ibn  Həsən  və 

Əbdüləziz  ibn  Əhməd  ondan  hədis  dinləmiş  və  nəql  etmişdilər

434


.  Ölüm  tarixini  və 

yaşadığı dövrü müəyyən etmək mümkün olmamışdır.   

 

Mövlana Muhyəddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Hənəfi Bərdəi 

Fəzilət sahibi, gözəl əxlaqlı, lütfkar, təvazökar bir şəxs idi. Alim ailəsində böyümüşdü, 

mənsub  olduğu  ailədə  alimlər  yetişmişdi.  İlk  təhsilini  atasından  almışdı.  Daha  sonra 

Şiraza  getmiş  və  bu  şəhərin  alimlərinin  yanında  müxtəlif  elm  sahələrinə  aid  biliklərə 

yiyələnmişdi.  Daha  sonra  Anadoluya  getmiş  və  Bursa  şəhərində  Əhməd  paşa 

mədrəsəsinin müdərrisi olmuşdu. Bir müddət sultan Yavuz I Səlimin (1512-1520) əmri 

                                                 

432


  ZƏHƏBİ,  Mizanü’l-E’tidal,  C.  I,  s.  178;  ƏBU  NUEYM  İSBƏHANİ,  Hilyətü’l-Əvliya,  C.  IV,  s.  186;  Əbu  Hatim 

Muhəmməd  İBN  HİBBAN  ət-Təmimi  əl-Busti,  Kitabu’s-Suqat,  C.  IX,  s.  126,  Heydərabad  1975;  MƏQRİZİ,  Kitabü’l-



Müqəffa,  C.  V,  s.  620.  Qərmətilər  tərəfindən  həmin  bu  qətliamda  öldülülən  digər  bir  azərbaycanlı  alim  Əbu  Səid 

Əhməd Bərdəi olmuşdu. 

433

 Ətrablis və ya Trablis (Tripoli)-Livanın şimalında, Aralıq dənizi sahilində şəhər.  



434

 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIII, s. 301. 




ilə İstanbulda saray məmurlarının təlimi ilə məşğul olmuşdu. Sonra Ədirnəyə köçmüş 

və  buradakı  mədrəsələrdə  dərs  vermişdi.  Ərəb  və  fars  dillərində  təfsir,  ərəb  dili,  fiqh 

üsulu kimi elm sahələrinə dair bir sıra əsərlər qələmə almışdı. Yazdığı bir qəsidə Yavuz 

Səlimin o dərəcədə xoşuna gəlmişdi ki, özü də şair olan sultan mükafat olaraq ona 300 

qızıl  əşrəfi

435


,  bir  samur  kürk  və  hər  üç  ayda  bir  80  aqça  ülufə  bağışlamışdı.  Qazi 

Bəyzavinin  ‚Ənvarü’t-Tənzil  və  Əsrarü’t-Tə’vil‛  adlı  Qur’an  təfsirinə  haşiyə, 

Əzudəddin  əl-İcinin

436


  ‚Adabü’l-Bəhs‛  adlı  əsərinin  şərhinə  haşiyə,  Seyyid  Şərif 

Cürcaninin  ‚Təcrid‛

437

inə  yazılmış  şərhə  haşiyə,  ‚Haşiyə  ələ’t-Təlvih‛  alimin 



əsərlərindən  bəziləridir

438


.  Əhməd  Ədnirəvi  onun  gözəl  xətti  olduğunu,  fəzilətli,  xoş 

söhbətli,  təmiz  əqidəli  və  əxlaq  sahibi  insan  olduğunu  qeyd  etmişdir

439

.  Mövlana 



Muhyəddin  Bərdəi  H.  927-ci  ildə  (1521)  Ədirnədə  vəfat  etmişdi.  Onun  övladlarından 

Şəmsəddin Həmdi də ‚Bərdəizadə‛ ləqəbi ilə tanınmış şair idi və farsca çox gözəl şerlər 

qələmə  almışdı

440


.  Muhyəddin  Bərdəinin  ‚Haşiyə  ələ  şərhi  İsağoci  li’l-Kati‛  adlı  əsəri 

İstanbul  Köprülü  yazma  əsərlər  kitabxanası  və  Konya  Yusifağa  kitabxanasında, 

‚Haşiyə  ələ  şərhi  Adabi’l-Bəhs  lil-İci‛,  ‚Risalətü’l-Kəlamiyyə‛  və  ‚Şərhu’l-Adabu’l-

Əzudiyyə‛ adlı əsərləri  İstanbul Köprülü yazma əsərlər kitabxanasıında saxlanılır. 



 

İmamü’s-Sibt Əbu Bəkr Əhməd ibn Harun ibn Ruh

441


 Bərdici 

 

Yaşadığı  dövrün  böyük  hədis  hafizlərindən  biri  idi.  Hədis  elmləri  sahəsində  bütün 

İslam  dünyasında  mərci’  hesab  olunurdu.  Bəzi  mənbələr  onun  nisbəsini  həm  də 

‚Bərdəi‛ olaraq qeyd edirlər. Əbu Bəkr Bərdici hədis dinləmək üçün uzun səyahətlərə 

çıxmış, Beyrut, Dəməşq, Hələb, Hums, Qahirə, Hərran, Kufə kimi İslam coğrafiyasının 

                                                 

435

 Əşrəfi-Osmanlı imperatorluğunda bir neçə növ əşrəfi adlanan qızıl pul zərb edilmişdir. İlk ‚əşrəfi‛ (1=3,35 gr qızıl) 



Yavuz I Səlimin hakimiyyəti illərində, Misirin Osmanlı dövlətinə birləşdirilməsindən sonra, zərb edilmişdi.  

436


  Qazi  Əzudəddin  Əbü’l-Fəzl  Əbdürrəhman  ibn  Əhməd  ibn  Əbdülğəffar  əl-İci  (1300-1355).  Əslən  İranın  Şiraz 

vilayətinin İc qəsəbəsindəndir. Şafi’i məzhəbinə mənsub fəqih idi. Fiqh, fiqh üsulu, təfsir, tarix, əxlaq kimi sahələrə 

dair bir sıra əsərlərin müəllifidir. Ən məşhur əsəri əqidəyə dair qələmə aldığı ‚Əqaidü’l-Əzudiyyə‛ adlı əsəridir.  

437


 Nəsrəddin Tusinin (öl. 1274) ‚ət-Təcrid fi İlmü’l-Kəlam‛ adlı əsəridir. 

438


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 98; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 676. 

439


 Əhməd ibn Muhəmməd ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 176, Beyrut (trz). 

440


  İBNü’l-İMAD,  Şəzəratü’z-Zəhəb,  C.  VIII,  s.  89;  NƏFİSİ,  Tarixi-Nəzm  və  Nəsr,  C.  I,  s.  340;  İsaməddin  Əhməd 

TAŞKÖPRÜZADƏ,  Şəqaiqü’n-Numaniyyə  fi  Üləmai-Dövləti’l-Osmaniyyə,  s.  240-241,  Beyrut  1985.  Taşköprülüzadə 

mövlana Muhyəddin Muhəmməd Bərdəinin h. 928 və ya 929-cu illərdə (1522 və ya 1523) vəfat etdiyini qeyd etmişdir.  

441


 Bəziləri bu adı ‚Rəvahə‛ kimi transkripsiya etmişdirlər. ‚Rəvahə‛ adı ərəb qrafikası ilə ‚حؼاٝن‛ kimi yazılır. Buna 

görə də ‚غٝن‛ adını Ruh və ya Rəvəh kimi oxumaq daha münasib olacaqdır.  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə