Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə41/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   37   38   39   40   41   42   43   44   ...   187

Hüseyn  əl-Hərrani  və  Ömər  ibn  Əbu  E’lan  əs-Səqəfi  kimi  mühəddislərdən  hədis 

dinləmiş və nəql etmişdi

395

.  


 

Hafiz Əbü’l-Hüseyn Əhməd ibn Əli ibn Əsəd Bərdəi 

Məşhur  hədis  hafizi  idi.  Hirarə  ləqəbi  ilə  tanınırdı.  Hədis  dinləmək  üçün  səyahət 

etmişdi. Müxəllid  ibn  Malik, Əli  ibn Hərb,  Əbü’l-Hüseyn  ibn Faris, Əhməd  ibn Mun’i 

və  başqalarından  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbü’l-Hüseyn  ibn  Faris  onun 

hafizliyini  təsdiqləmişdi.  Hafiz  Nəsr  ibn  Əhməd,  Məkki  ibn  Əbdan  və  başqaları  da 

ondan hədis dinləmiş və nəql etmişdilər

396

. VIII-IX əsrlərdə yaşamışdır.    



 

Hafiz Əbu Bəkr Əbdüləziz ibn Həsən Bərdəi 

Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək üçün çox səyahət 

etmiş  və  öz  dövrünün  məşhur  mühəddislərindən  bir  çoxunun  tələbəsi  olmuşdu. 

Dəməşqdə  Muhəmməd  ibnü’l-Abbasdan,  Misirdə  hafiz  Muhəmməd  ibn  Əhməd,  Əbu 

Yaqub  İshaq  ibn  İbrahim  Bağdadidən,  Mosulda  Əhməd  ibn  Ömər  Məvsilidən  hədis 

dinləmiş və nəql etmişdi. Ğəssan ibnü’r-Rəbi’, hafiz Əbu Əli Hüseyn ibn Əli, Əbu İshaq 

İbrahim ibn Muhəmməd əl-Müzəkki, hafiz Əbu Muhəmməd Abdullah ibn Səid ondan 

hədis  dinləmişdilər.  Dövrün  müşhur  mühəddislərindən  Əbu  Bəkr  Muhəmməd  ibn 

İshaq  ibn  Xuzeymə  ilə  çox  səmimi  münasibəti  var  idi.  Alim  uzun  müddət  Xorasanın 

Nişapur  şəhərində  yaşamış,  h.  318-ci  ildə  (930)  Nişapuru  tərk  edərək  Fəravə  şəhərinə 

gəlmişdi.  Fəravə  ribatında

397


  bir  müddət  yaşadıqdan  sonra  alim  Nəsa

398


  şəhərinə 

köçmüş və h. 323-cü ildə (935) burada vəfat etmişdi

399

.  


 

Hüseyn ibn Əhməd ibn Kamil Bərdəi 

                                                 

395

 Ağa Bozorg TEHRANİ,  Təbəqatü’l-İ’lami’ş-Şafi’iyyə, (Hzr. Ə. T. Fənrəvi), s. 212, 214, 234, Beyrut 1971; BAĞDADİ, 



Təkmilətü'l-İkmal, C. II, s. 35-36. 

396


 İBN MAKULA, İkmal, C. I, s. 176; s. 198, Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Nüzhətü’l-Əlbab fi’l-Əlqab, (Nşr. 

Ə. Sudeyri), s. 198, Riyad 1989. 

397

 Ribat-sərhəd qala-zastavası. Fəravə ribatı indiki Türkmənistanın Sərdar rayonu ərazisində yerləşirdi. 



398

 Nəsa-qədim Xorasanın şəhərlərindən biri idi. Xarabalıqları Türkmənistanın paytaxtı Aşqabadın 15 km qərbində, 

Bagir  kəndi  yaxınlığında  yerləşir.  Qədim  adı  Parthaunisa  olan  şəhər  Parfiya  kralı  I  Mitridatın  paytaxt  şəhəri 

olmuşdu.   

399

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 411-414; ƏBU NUEYM İSBƏHANİ, Hilyətü’l-Əvliya, C. V, s. 63. 




Hədis  ravisi  idi.  Hüseyn  ibn  Abdullah  ibnü’l-Xuseybdən  hədis  nəql  etmişdi. 

Muhəmməd ibn Muhəmməd əs-Səkkak da ondan hədis nəql etmişdi

400

. Yaşadığı dövrü 



müəyyən etmək mümkün olmamışdır.   

 

Hafiz Əbu Bəkr Məkki ibn Əhməd ibn Sə’dveyh Bərdəi 

Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək məqsədiylə İslam 

coğrafiyasının  bir  çox  yerlərinə  səyahət  etmişdi.  Dəməşqdə  Əhməd  ibn  Ümeyr, 

Muhəmməd ibn Yusif əl-Hərəvidən, Trablusda Əbü’l-Qasım Abdullah ibn Hüseyn ibn 

Əbdürrəhman  əl-Bəzzazdan,  Bağdadda  Əbü’l-Qasım  Bəğəvi,  Səid  ibn  Əbdüləziz  əl-

Hələbi, Əbu Muhəmməd Saəda, Əbu Yə’la Muhəmməd ibnü’l-Fəzl, Əbu Ərubə Hüseyn 

əl-Hərrani, Əbu  Cə’fər ət-Təhavi

401

, Əbdülhəkim  ibn Əhməd əl-Misri, Muhəmməd  ibn 



Əhməd ibn Rica əl-Hənəfi, Muhəmməd ibn Ümeyr əl-Hənəfidən, Misirdə U’rs ibn Fəhd 

əl-Məvsilidən  hədis  dinləmişdi.  Ustad  Əbü’l-Vəlid  Həssan  ibn  Muhəmməd  əl-Fəqih, 

Hakim Əbu Abdullah, Əbü’l-Fəzl Nəsr ibn Muhəmməd əl-Əttar ondan hədis dinləmiş 

və  nəql  etmişdilər.  Əbu  Bəkr  Məkki  Bərdəi  h.  330-cu  ildə  (942)  Xorasanın  Nişapur 

şəhərinə  köçmüş  və  orada  məskunlaşmışdı.  H.  350-ci  ildə  (961)  Nişapuru  tərk  edib 

Mavərünnəhrə səyahət etmişdi. Xorasanda ikən hədis elminə dair bir neçə əsər qələmə 

almışdı. H. 354-cü ildə (965) Şaş

402


 şəhərində vəfat etmişdi

403


. Nəql silsiləsində Əbu Bəkr 

Məkki Bərdəinin də olduğu hədislərdən biri aşağıdakıdır: 

Abdullah  ibn  Əmr  (ا)  dedi:  Allah  Rəsulu  (م)  buyurdular:  ‚Allah  elmi  insanlar(ın 

beynindən,  zehnindən)dan  zorla  çəkib  almaz.  Lakin  aralarından  alimləri  almaqla  elmi 

də alıb aparar. (Cəmiyyətdə) alim qalmayandan sonra insanlar cahilləri özlərinə rəhbər 

                                                 

400

 ƏBU NUEYM İSBƏHANİ, Hilyətü’l-Əvliya, C. IV, s. 168. 



401

 Əslən Misirlə olan imam Əbu Cə’fər Əhməd ibn Muhəmməd ibn Səlamə ibn Əbdülməlik əl-Əzdi ət-Təhavi (853-

933) əhli-sünnə alimlərinin məşhurlarından idi. ‚Əhkamu’l-Qur’an‛, ‚Nəvadiru’l-Fiqhiyyə‛, ‚Məani’l-Asar‛ kimi 15-

dən çox əsərin müəllifidir. Həmçinin ‚Əqidətü’t-Təhaviyyə‛ adlı əhli-sünnə əqidəsinə dair əsərin müəllifidir.  

402

 Şaş-indiki Özbəkistanın paytaxtı Daşkəndin qədim adı.  



403

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 271; SƏM’ANİ,  Kitabü’l-Ənsab, C. I, s. 212; TEHRANİ, Təbəqatü’l-



İ’lam, s. 189.  


qəbul edərlər. Onlar da savadsızca hökm verərlər, həm özləri yollarını azarlar, həm də 

insanları yollarından (zəlalətə) sapdırarlar‛

404

.  


 

Əbu Talib Səid ibn Muhəmməd Bərdəi 

Hənəfi  məzhəbinə  mənsub  mühəddis  və  fəqih  idi.  İmam  Əbu  Cə’fər  Əhməd  ibn 

Muhəmməd  Təhavinin  yaxın  dostlarından  idi.  Bağdadda  imam  Təhavidən  hədis 

dinləmiş  və  nəql  etmişdi.  Hafiz  Əbu  Muhəmməd  Abdullah  ibn  Muhəmməd  əl-Haris, 

Əbu  Talib  Səid  Bərdəidən  hədis  dinləmişdi

405


.  Mənbələrdə  Əbu  Talib  Səid  Bərdəinin 

ölüm tarixi qeyd olunmamışdır. İmam Təhavinin (853-933) müasiri olduğuna görə onun 

da IX-X əsrlərdə yaşadığını söyləmək olar. 

 

Əbü’l-Həsən Əhməd ibn Ömər ibn Əbdürrəhman Bərdəi 

Mö’təzilə  məzhəbi  alimlərinin  məşhurlarından,  fəzilətli  və  nəcib  insan  idi.  Əbbad  ibn 

Süleymanın  tələbəsi  olmuşdu.  Əbbad  ibn  Süleyman  isə  Haşim  əl-Fuvatinin  yetirməsi 

idi.  Xətib  Bağdadi  Əbü’l-Həsən  Əhməd  Bərdəinin  Əbu  Əli  əl-Cübbaidən

406


  də  dərs 

aldığını  qeyd  etmişdir

407

.    Əbü’l-Həsən  Əhməd  Bərdəi  Bağdaddakı  kəlam  alimlərinin 



qabaqcılı idi. Tez-tez elmi diskussiyalarda iştirak edirdi. Belə diskussiyalardan birində 

Əbü’l-Abbas  Hələbi  ona  belə  bir  sual  vermişdi:  ‚Fe’ldən  əvvəl  istitaənin

408

  mövcud 



olmasına  dair  dəliliniz  nədir?‛.  Əbü’l-Həsən  Əhməd  Bərdəi  cavab  verdi:  ‚Allahın 

kəlamı olan Qur’ani-Kərim‛, sonra bu ayəni oxudu: ‚Cinlərdən olan  bir ifrit dedi: ‚Sən 

yerindən  qalxmamış  mən  onu  sənə  gətirərəm.  Mən  bu  işi  görməyə  çox  qüvvətliyəm, 

etibarlıyam!‛

409

.  Əbü’l-Abbas  Hələbi  dedi:  ‚İfrit  yalan  danışmışdır.  Onun  sözü  dəlil 



                                                 

404


 İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LX, s. 236. (

  ِياَُّ٘ا  َِٖٓ ااًػا َىِرْٗا َِِْْؼُْا  ُطِثْوَ٣ لا َ َّللَّا َِّٕئ

 ,

 َُْْ اَلِئ ٠َّرَؼ ، ِءأََُِؼُْا  ِطْثَوِت َِِْْؼُْا  ُطِثْوَ٣  ٌَُِْٖ



اَُِّٞظَأ َٝ اَُِّٞعَك ،  ٍِِْْػ  ِهْ٤َـِت ا َْٞرْكَأَك ، لااَُّٜظ ااًٌُٝء ُن  ُياَُّ٘ا َمَفَّذا ، اأًُِاَػ  ْى ُهْرَ٣). Bu hədis üçün bax: BUXARİ, Səhih, Elm, 34; MÜSLİM, Səhih

Elm, 47/ 2673; TİRMİZİ, Sünən, Elm, 5/ 2652. 

405

 İBN ƏBÜ’l-VƏFA,  Cəvahirü’l-Muziyyə, C. II, s. 224.  



406

  Əbu  Əli  Muhəmməd  ibn  Abdullah  Cübbai  (850-916)  mö’təzilə  məzhəbinin  əsasını  qoymuş  nəzəriyyəçi 

alimlərindən idi.  

407


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IV, s. 290.  

408


 İstitaə-hər hansı bir işi görmədən, əməli törətmədən, fe’li işləmədən əvvəl bunu edə biləcək qüdrətə sahib olma. 

Mö’təzilə məzhəbinə görə insan hər hansı bir işi, əməli etmədən əvvəl bunu edə biləcək qüdrətə malik olmuş olur. 

Belə ki, insan həmçinin öz əməlinin yaradıcısıdır. 

409


 Qur’ani-Kərim, Nəml surəsi, ayə 39. 

(

 ٌٖ٤َِٓأ يٌّ١َِٞوَُ ِْٚ٤ََِػ ٢ِِّٗئ َٝ  َيِٓاَوَٓ  ِْٖٓ َُّٞوَذ  َْٕأ ََْثَه ِِٚت  َي٤ِذآ اََٗأ ِّٖ ِعُْا َِٖٓ  ٌد٣ ِهْلِػ ٍَاَه



)

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə