Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Mahmud ibn Muhəmməd ibn Əli ibn Mahmud əl-Arrani



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə37/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   33   34   35   36   37   38   39   40   ...   187

Mahmud ibn Muhəmməd ibn Əli ibn Mahmud əl-Arrani 

Hülagülərin  hakimiyyəti  dövründə  yaşamış  tanınmış  azərbaycanlı  filoloq  və 

ədəbiyyatşünas  idi.  O,  irəlidə  haqqında  ətraflı  məlumat  verəcəyimiz  digər  bir 

azərbaycanlı  filoloq  İbn  Hacib  Düveyninin  əsərlərinə  şərh  yazmışdı.  Bunlardan  biri 

ərəb  dilinin  morfologiyasına  dair  ‚Şərhü’ş-Şafiyyə  fi’s-Sərf‛,  digəri  isə  ərəbcənin 

sintaksisinə dair ‚Şərhü’l-Kafiyyə fi’n-Nəhv‛dir. Ölüm tarixi məlum olmayan Mahmud 

əl-Arraninin  h.  734-cü  ildə  (1323)  həyatda  olduğu  bilinir

352


.  Bu  da  onun  XIII-XIV 

əsrlərdə yaşadığını göstərir.  

 

Fəxrəddin  Əbu  Muhəmməd  Osman  ibn  Muhəmməd  ibn  Abdullah  ibn  Bəşşarə  əl-

Arrani 

Yaşadığı dövrün tanınmış mühəddislərindən biri idi. H. 615-ci ilin səfər ayında (dekabr 

1218)  Xarəzmə  gedərək  şeyxü’ş-şüyux  Nəcməddin  Əbü’l-Cənnab  Ömər  əl-Xivəgi 

Xarəzminin

353

  tələbəsi  olmuş  və  ondan  Muhyəddin  Hüseyn  Bəğəvinin  (öl.  1122) 



‚Şərhü’s-Sünnə‛  adlı  çoxcildli  hədis  külliyatını  dinləmişdi

354


.  Ölüm  tarixi  qeyd 

edilməmişdir. XIII əsrdə yaşamışdır.  

 

Əhməd ibn İbrahim Bərdəi 

Hənbəli  məzhəbinə  mənsub  hədis  ravisi  idi.  Muhəmməd  ibn  Əhməd  ibn  Həsən  əl-

Səvvafdan  hədis  dinləmiş  və  nəql  etmişdi.  Şeyxülislam  Əbu  İshaq  İbrahim  Şirazi  də 

ondan hədis dinləmiş və nəql etmişdi

355

. Ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır. 



Onun  nəql  etdiyi  hədislərdən  biri  də,  adət  halına  gətirilmədən,  namazların  bəzən 

birləşdirilərək qılınmasına aid hədis idi:  

Abdullah  ibn  Abbas  (ا)  dedi  ki,  ‚Rəsulullah  (م)  Mədinədə  hər  hansı  bir  (təhlükə 

səbəbiylə  meydana  çıxan)  qorxu  və  yağışlı  hava  olmadan  zöhr  və  əsr  namazlarının 

                                                 

352


 Ömər Rza KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 829-830, Beyrut 1993. 

353


  Şeyxü’ş-şüyux  Nəcməddin  Əbü’l-Cənnab  Ömər  ibn  Əhməd  ibn  Muhəmməd  ibn  Abdullah  əl-Xivəgi  Xarəzmi 

(1145-1226) Kübrəviyyə təriqətinin qurucusu olub şeyx Nəcməddin Kübra adı ilə tanınmışdı. Şeyx Nəcməddin Kübra 

təsəvvüfə ilk addımlarını Şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdinin vasitəçiliyi ilə atmışdı.  

354


  Kəmaləddin Əbü’l-Fəzl  Əbdürrəzzaq  ibn  Əhməd  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab    fi  Mu’cəmü’l-Əlqab,  C.  IV/3,  s. 

231, (Nşr. M. Cavad), Dəməşq 1965. 

355

 Əbdürrəhman ibn Əlməd ibn Rəcəb əl-HƏNBƏLİ, Zeyl Təbəqatu’l-Hənabilə, C. I, s. 278, Qahirə 1952.  




arasını  birləşdirərək  qıldı‛.  Ona  ‚Rəsulullah  (م)  bunu  hansı  səbəblə  etdi?‛  deyə  sual 

verdilər. İbn Abbas ‚Ümmətini məşəqqətə salmamaq üçün‛ deyə cavab verdi

356

.  


 

Əbdürrəhman ibn Cə’fər Bərdəi 

Hədis ravisi idi. Əhməd ibn Muhəmməd əl-Müvəffəqidən hədis nəql etmişdi. 

Əbdürrəhman ibn Cundəb ondan hədis dinləmiş və nəql etmişdi

357


. Təqribən VIII-IX 

əsrlərdə yaşamışdır.  

 

Əbu Bəkr Muhəmməd ibn Yəhya ibn Hilal Bərdəi 

Mühəddis,  fəzilət  sahibi,  ədib  və  şair  bir  şəxs  idi.  Bağdadda  məskunlaşmış,  h.  350-ci 

(961) ildə Səmərqəndə köçmüşdü. Əbu Bəkr Muhəmməd Fəzl ət-Təbəri, Əbü’l-Hüseyn 

Muhəmməd  ibn  İbrahim  ibn  Şueyb  əl-Qazi  ət-Təbəri  və  başqalarından  hədis  dinləmiş 

və  nəql  etmişdi.  Hafiz  Əbu  Sə’d  Əbdürrəhman  ibn  Muhəmməd  əl-İdrisi  (öl.  1014) 

ondan  hədis  dinləmiş  və  nəql  etmişdir

358

.  Ehtimal  ki,  h.  350-ci  (961)  ildən  sonra 



Səmərqənddə vəfat etmişdir. 

 

Əbu Cə’fər Əhməd ibn Həsən ibn Muhəmməd Bərdəi 

Hədis  ravisi  idi.  İbn  Dəhhan  ondan  hədis  dinləmişdi.  Məşhur  bioqraf-tarixçi  Əli  ibn 

Hibətullah  ibn  Makula  isə  h.  454-cü  ildə  (1062)  Misirdə  ikən  İbn  Dəhhandan  hədis 

dinləmişdi

359


. Ölüm tarixi məlum deyil. Əbu Cə’fər Əhməd Bərdəinin XI  əsrdə yaşadığı 

ehtimal olunur.  

 

Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn 

İdris ibn Bəkir ibn Həbib ibn Zəhir ibn Asim ibn Müdərrək Bərdəi 

                                                 

356

  HƏNBƏLİ,  Zeyl  Təbəqatu’l-Hənabilə,  C.  I,  s.  278.  Bu  hədis  üçün  həmçinin  bax:  MÜSLÜM,  Səhih,  bab:  Səlatu’l-



Misafirin, Cəmi’ Beynu’s-Səlateyn, hədis Nr. 50. (

هطٓ لاٝ فٞـ ه٤ؿ ٖٓ هصؼُاٝ هٜظُا ٖ٤ت صلى الله عليه وسلم الله ٌٍٞن غٔظ

 .

ياثػ ٖتلا َ٤وك



 :

يُل َؼك َُِْ

 .

ٍاه


 :

ٚرٓأ ضهؽ٣ لا ٢ً

) İMAM MÜSLÜM-Əbü’l-Hüseyn Müslüm ibnü’l-Həccac əl-Quşeyri Nişapurinin (821-875) Səhih adlı 

hədis külliyatı İslam dünyasında mötəbər 6 hədis kitabından (Kutubi-Sittə) biridir.  

357

 Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mizanü’l-E’tidal fi Nəqdü’r-Rical, C. II, s. 304, Qahirə 



1964; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. III, s. 321. 

358


  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  I,  s.  212;  Şəmsəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Əhməd  ZƏHƏBİ,  Müştəbih  fi 

Əsmai’r-Rical, s. 32, Leiden 1881. 

359


 İBN MAKULA, İkmal, C. I, s. 385.  


Böyük  hədis  hafizlərindən  biri  idi.  Səmərqəndə  köçüb  bu  şəhərdə  yaşamışdı.  Hədis 

dinləmək  üçün  İraq  və  Xorasanın  şəhərlərinə  səyahət  etmişdi.  Əbü’l-Həsən  Əli  ibn 

Ömər Darəqutni, Əbu Əmr əl-Müseyyib ibn Muhəmməd əl-Ərğiyani, Əbu Bəkr Əhməd 

əl-İsmaili,  Əbu  Əmr  Səid  ibn  Qasım  ibn  Əla  Bərdəi  kimi  mühəddislərdən  hədis 

dinləmişdi.  Əbü’l-Abbas  Cə’fər  əl-Müstəğruri  ondan  hədis  dinləmiş  və  nəql  etmişdi. 

Alim h. 349-cu ildə Bərdədə anadan olmuş, h. 406-cı ilin ramazan ayında (fevral 1016) 

Səmərqənddə vəfat etmişdi

360


. 

 

Əllamə Əbu Abdullah Muhəmməd ibn Yəhya ibn Hişam əl-Əndəlusi Bərdəi 

İbnü’l-Bərdəi  ləqəbi  ilə  məşhur  olmuş  Əbu  Abdullah  Muhəmməd  Bərdəi  ərəb 

filologiyası və ədəbiyyatı üzrə yaşadığı dövrün ən görkəmli alimlərindən biri idi. Əbu 

Əli  əş-Şülubeyn  onun  müəllimi  olmuşdu.  Bundan  başqa  Əbu  Zərr  əl-Xuşəni,  Əbü’l-

Həsən  ibn  Xüruf,  Əbu  Əli  ər-Rəndi  kimi  alimlərdən  də  dərs  almışdı.  Əbu  Abdullah 

Muhəmməd Bərdəi ərəb ədəbiyyatı, ərəb dilinin qrammatikasına dair bir sıra məqalə və 

kitabın  müəllifi  idi.  ‚Məsailü’n-Nəxb‛,  ‚Fəslü’l-Məqal  fi  Əbniyyətü’l-Əfa’l‛,  ‚əl-İfsah 

bi-Fəvaidü’l-İzah‛,  ‚əl-İqtirah  fi  Təlxisü’l-İzah‛,  ‚Tətəbbəhu  bi’ş-Şərhü’t-Təmim  və’l-

İslah‛, ‚ən-Nəqz ələ’l-Müməttə‘‛, ‚Fəslü’l-Məqal fi Təlxis Əbniyyəti’l-Əfal‛, ‚Ğarrətü’l-

İsbah  fi  Şərhu  Əbyati’l-İzah‛  onun  bu  sahədə  qələmə  aldığı  əsərlərdəndir.  Bundan 

başqa o, şe’r və nəsr əsərləri qələmə almışdı. Alim h. 575-ci ildə (1179) anadan olmuş, h. 

14 cəmadiəlaxir 646-cı ildə (3 oktyabr 1248) Tunisdə vəfat etmişdi

361

.   


 

Əbu Əli Hüseyn ibn Səfvan ibn İshaq ibn İbrahim Bərdəi 

Mühəddis  idi.  Muhəmməd  ibnü’l-Fərəc  əl-Rəzzaq,  Muhəmməd  ibn  Şəddad  əl-

Müsəmməi,  Əbü’l-Abbas  əl-Bərəti,  Cə’fər  ibn  Əbi  Osman  ət-Təyalisi

362


,  İbn  Əbi 

Dünyadan


363

 hədis dinləmiş və nəql etmişdi. Şəmsəddin Zəhəbi onun İbn Əbi Dünyanın 

                                                 

360


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212. 

361


  SƏFƏDİ,  Vafi  bi’l-Vəfayat,  C.  V,  s.  132;  KƏHHALƏ,  Mu’cəmü’l-Müəllifin,  C.  III,  s.  772.  ‚əl-Əndəlusi‛  nisbəsi  və 

‚ibnü’l-Bərdəi‛  ləqəbi  ilə  tanınması  alimin  ata  və  ya  babasının  Bərdəli  olduğunu,  özününü  isə  Əndəlusdə 

(İspaniyada) dünyaya gəldiyini göstərir.  

362


 XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 54. 

363


  Mühəddis  Əbu  Bəkr  Abdullah  ibn  Əbi  Dünya  Muhəmməd  ibn  Übeyd  ibn  Süfyan  ibn  Qeys  əl-Qurəşi  Bağdadi 

(823-894). 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə