Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə33/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   29   30   31   32   33   34   35   36   ...   187

bağlamışdı

294


.  Lakin  bu  fəth  qalıcı  olmamış,  həm  Əməvilər  dövründəki  daxili 

ziddiyətlər,  həm  də  cənubi  Qafqazda  davam  edən  ərəb-xəzər  müharibələri  səbəbiylə 

Tiflisin fəthi gecikmişidi. 736-cı ildə Tiflis xilafətə birləşdirilmişdi. Bu tarixdən etibarən 

Tiflis  xəlifələrin  təyin  etdikləri  valilər  tərəfindən  idarə  edilmişdi.  852-ci  ildə  Yusif  ibn 

Muhəmməd əhdnamə şərtlərini yerinə yetirməməsi səbəbiylə Ərməniyyə hakimi Aşot 

oğlu  Baqratı  həbs  edərək  Bağdada  göndərmişdi.  Bu  hadisədən  sonra  Baqratın  qardaşı 

oğlunun  ətrafında  toplanan  bir  qrup  erməni  əyanı  qiyam  qaldırmış  və  Yusif  ibn 

Muhəmmədi  öldürmüşdülər.  Bu  işdə  onlara  bəzi  yerli  müsəlman  əyanlar  da  kömək 

etmişdilər

295


.  Bu  hadisədən  sonra  xəlifə  Mütəvəkkil  (847-861)  türk  komandan  Buğa  əl-

Kəbiri  böyük  bir  ordu  ilə  cənubi  Qafqaza  göndərmişdi.  Buğa  əl-Kəbir  qiyamçı  erməni 

əyanlarını  məğlub  edərək  onların  çoxunu  qılıncdan  keçirmişdi.  Daha  sonra  Tiflisə 

yaxınlaşan Buğa əl-Kəbir əmir Zirək ət-Türkiyə Kür çayını keçib şəhəri tam mühasirəyə 

almağı tapşırmışdı. Suğdabil hakimi İshaq ibn İsmayıl ibn Şueyb qaladan çıxaraq  əmir 

Zirək ət-Türki ilə danışıq aparmağa cəhd etmişdi. Lakin Zirək ət-Türki onu və oğlunu 

yaxladıb edam etdirmişdi. Buğa əl-Kəbirin əmri ilə İshaq ibn İsmayılın şam ağacından 

tikilmiş  sarayı  və  qəsri  yandırılmışdı

296

.    İshaq  ibn  İsmayılın  babası  Şueyb  Əməvilərin 



məvlası  olmuşdu.  Bu  hadisə  nəticəsində  853-cü  ildə  Tiflisdə  Şueybilər  sülaləsinin 

hakimiyyəti sona  çatmışdı. 853-880-ci  illərdə Şeybanilər sülaləsi, 880-1062-ci  illərdə  isə 

əmir  Cə’fər  ibn  Əlinin  nəslindən  olan  Cə’fərilər  sülaləsi  Tiflis  müsəlman  əmirliyini 

idarə  etmişdilər.  1122-ci  ilə  qədər  Böyük  Səlcuqlu  dövlətinə  aid  olan  Tiflis  həmin  il 

gürcü çarı IV Davidin (1089-1125) ordusu tərəfindən zəbt edilmişdi

297


.  

Eyni  adlı  gölün  sahilində  yerləşən  Urmiyə  şəhəri  orta  əsr  ərəb  müəllifləri  tərəfindən 

Zərdüştün  vətəni  hesab  olunurdu

298


.  İbn  Xordadbeh  Urmiyəni  Zərdüştün  şəhəri 

adlandırmışdı

299

.  Yaqut  əl-Həməvi  Urmiyənin  Azərbaycanın  qədim  və  böyük 



şəhərlərindən  biri  olduğunu,  həmçinin  məcusilərin  peyğəmbəri  Zərdüştün  Urmiyalı 

                                                 

294

 Yenə orada



295

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. VII, s. 56-57. 

296

 Əbu Cə’fər Muhəmməd ibn Cərir TƏBƏRİ, Tarixi-Təbəri, C. XIV, s. 6042, Tehran 1383; İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix



C. VII, s. 56-57. 

297


 BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 19-20. 

298


 VƏLİXANLI, həmin əsər, s. 98. 

299


 Məsalikü’l-Məmalik, s. 38.

دشقنو ح٘٣كٓ ح٤ٓنُأٝ



]

  



olduğunu  qeyd  edir

300


.  H.  617-ci  (1220)  ildə  Urmiyədə  olduğunu  bildirən  müəllif 

Urmiyəni gözəl havası və suyu, bol meyvə və tərəvəzi olan şəhər kimi təsvir edir. Lakin 

atabəy Özbəyin zəifliyindən ötrü bu şəhərin lazımi qayığını görə bilmədiyini yazır

301


. XI 

əsrin  əvvəllərində  Urmiyə  gölü  ətrafı  oğuz  qəbilələrinin  daha  sıx  məskunlaşdığı  ərazi 

idi.  Həmidullah  Qəzvini  Urmiyə  gölünün  şimal-qərbində  yerləşən  Xoy  şəhərini  təsvir 

edərkən Xoyun türklərin diyarı kimi tanındığını qeyd etmişdir

302

. 1030-cu ildə Urmiyə 



civarından  hərəkətə  keçən  oğuz  süvariləri  şərqi  Anadoluda  ermənilərin  məskun 

olduqları  ərazilərə  ələ  keçirərək  bol  qənimətlə  Azərbaycana  qayıtmışdılar.  İbnü’l-Əsir 

bu  hadisəni  təsvir  edərkən  yazır  ki,  bu  hərbi  səfər  vaxtı  o  qədər  çox  əsir  alınmışdı  ki, 

kölə  bazarlarında  ‚ən  gözəl  cariyənin  qiyməti  5  dinar  idi,  oğlan  kölələrin  isə  üzünə 

baxan  yox  idi‛

303


.  Bənzər  bir  hadisə  də  1048-ci  ildə  baş  vermişdi.  Həmin  ilin  sentyabr 

ayında  Böyük  Səlcuqluların  Azərbaycan  valisi  İbrahim  Yınal  Bizans  və  gürcülərin 

birləşmiş  ordusunu  Ərzurum  yaxınlığında  ağır  məğlubiyyətə  uğratmışdı.  Gürcü 

ordusunun  komandanı  Liparit  əsir  alınmışdı.  İbrahim  Yınal  gürcülərin  300  min  dinar 

əvəzində Liparitin azad edilməsi təklifini rədd etmişdi. İbnü’l-Əsirin yazdığına görə bu 

döyüşdən  sonra  İbrahim  Yınalın  ordusu  Azərbaycana  10  min  araba  qənimət  və  100 

mindən çox əsirlə qayıtmışdı

304


.  

Urmiyədən cənubda yerləşən Uşnuh Azərbaycanın qədim şəhərlərindən biridir. Yaqut 

əl-Həməvi bu şəhərdə olduğunu, onun Ərbil yolu üzərində olduğunu, Ərbillə arasında 

5 günlük, Urmiyə ilə Uşnuh arasında isə 2 günlük məsafə olduğunu yazır

305

. İbn Hövqəl 



və əl-İstəxrinin əsərlərində bu şəhərin adı Uşnuhü’l-Azəriyyə kimi qeyd olunmuşdur

306


.  

İbn  Hövqəlin  yazdığına  görə  Varsan  Beyləqandan  daha  böyük  şəhər  idi.  Müəllif 

Varsanın  qala  divarları  ilə  əhatə  olunduğunu,  əhalisinin  çox,  ərazisinin  geniş  və 

əmtəəsinin  bol  olduğunu,  Varsanda  mehmanxanaların  olduğunu  qeyd  etmişdir

307



                                                 



300

 Mu’cəm, C. I, s. 154. 

[

ٕاع٤تنلأت حٔ٣كه حٔ٤ظػ ح٘٣كٓ ٌْا ح٤ٓنأٝ



...

يٞعُٔا ٢ثٗ دشقانو ح٘٣كٓ

]

 

301



 Yenə orada. Həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 98. 

302


 Nüzhətü'l-Qülub, s. 86-87. 

303


 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. IX, s. 301. 

304


 Yenə orada, s. 414. 

305


 YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. I, s. 203.  

306


 İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 289; İSTƏXRİ, Məsalik, s. 73. Həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 102. 

307


 İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 299. 

[

هظارٓٝ اًاهاٌٞاٝ اًلاٛا هصًاٝ ػٍكاٝ ٕاوِ٤ثُا ٖٓ هثًا ح٘٣كٓ ٢ٛٝ ٕاشنٝ



 ,

 ٍأؼُا ٖٓ ناثٌُا ٕكُٔات ٌٕٞ٣ آ اٜتٝ

نٌٞ اٜ٤ِػ مقا٘لُاٝ

]

 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə