Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə31/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   27   28   29   30   31   32   33   34   ...   187

nəslindən  olan  Ə’la  ibn  Əhməd  ər-Rəvvadi  əl-Əzdi  isə  Təbriz  ətrafında  möhkəm  qala 

divarları  inşa  etdirmişdi.  IX  əsrin  birinci  yarısında  xürrəmi  üsyanı  vaxtı  Muhəmməd 

ibn  Bəis  əl-Əzdi  sahib  olduğu  qala  və  istehkamları,  o  cümlədən    Təbriz  və  Şahi 

qalalarını,  Babəkə  təslim  etmişdi

265

.  Xilafətin  xürrəmi  üsyanını  yatırmaqda  əzmli 



olduğunu  görən  Muhəmməd  ibn  Bəis  837-ci  ildə  Babəkin  bir  qrup  silahdaşını  təşkil 

etdiyi  ziyafətdə  yaxalayıb  Bağdada  göndərmişdi

266

.  Bu  hadisədən  sonra  xürrəmilər 



ardıcıl  olaraq  məğlubiyyətə  uğramışdılar

267


.  859-cu  ildə  baş  verən  şiddətli  zəlzələ 

Təbrizi  xarabalığa  çevirmişdi.  Lakin  Tezliklə  xəlifə  Mütəvəkkilin  (847-861)  əmri  ilə 

Təbriz yenidən bərpa olunmuşdu

268


. 1042-ci ildə baş vermiş zəlzələ nəticəsində Təbrizin 

bir  hissəsi  dağılmış,  40-50  min  nəfər  həlak  olmuşdu.  Əbu  Mənsur  Vəhsudan  ibn 

Məhəmməd  ər-Rəvvadi  əl-Əzdi  Təbrizin  yenidən  bərpa  edilib  əvvəlki  ehtişamını 

qaytarmaq üçün böyük səy göstərmişdi

269

. Böyük Səlcuqluların hakimiyyəti illərində də 



Təbriz  bu  oğuz  imperatorluğunun  böyük  və  abad  şəhərlərindən  biri  olmuşdu.  Orta 

əsrlərdə Təbriz şəhəri özünün ən parlaq və ehtişamlı günlərini şübhəsiz ki, Azərbaycan 

Atabəylərinin hakimiyyəti illərində yaşamışdı. Eldənizlərin darü’l-mülkü, yəni paytaxtı 

olan  Təbriz  bu  dövrdə  müsəlman  şərqinin  elm,  mədəniyyət,  sənət  və  ticarət 

mərkəzlərindən  biri  idi

270


.  Elxanilərdən  Mahmud  Qazan  xanın  (1295-1304)  əmri  ilə 

Təbrizin müdafiə sistemi yenilənmiş, şəhəri əhatə edən qala divarları genişləndirilərək 

yenidən  inşa  edilmişdi.  Əvvəllər  şəhəri  əhatə  edən  qala  divarlarının  uzunluğu  6000 

addım  idisə,  Mahmud  Qazan  xanın  inşa  etdirdiyi  qala  divarlarının  uzunluğu  25.000 

addıma  bərabər  idi

271


.  Moğol  hücumları  vaxtı  bacarıqlı  dövlət  xadimi  Şəmsəddin 

Tuğrayinin səyi nəticəsində dağıntı və qətliamdan xilas olan Təbriz XIV əsrdə tatarların 

təxribatına  məruz  qalmışdı.  Qızıl  Orda  hökmdarı  Toxtamış  xanın  ordusu  4  yanvar 

1386-cı  ildə  Təbrizə  hücum  etmiş,  lakin  əhalinin  ciddi  müqavimətinə  rast  gələrək 

hücumu  dayandırmışdı.  Əldə  edilmiş  sazişə  əsasən  Təbriz  əhalisi  250  tümən  qızıl  pul 

ödəyəcək  və  Toxtamış  xan  ordusunu  şəhərdən  uzaqlaşdıracaqdı.  Toxtamış  xan  şəhər 

                                                 

265


 Vladimir MİNORSKİY, Tarixi-Təbriz, (Trc. Ə. Karəng), s. 10, Tehran 1337. 

266


 BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 246; ONULLAHİ, həmin əsər, s. 41.  

267


 Yenə orada

268


 ONULLAHİ, həmin əsər, s. 42. 

269


 BAKUVİ, Təlxisü’l-Asar, s. 87; ONULLAHİ, həmin əsər, s. 42. 

270


 BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 198.   

271


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 79. 


müdafiəçilərinin  bu  razılaşmadan  sonra  döyüş  yerlərini  tərk  etməsindən  sui-istifadə 

edərək  şəhərə  qoşun  yeritmişdi.  Bir  həftə  boyunca  tatarlar  Təbrizdə  qətl  və  qarət 

törətmişdilər. 12 gün sonra Toxtamış xanın ordusu ikinci dəfə Təbrizi zəbt etmişdi. Bu 

iki hücum vaxtı əhalidən 10 min nəfər öldürülmüş və 100 min nəfərə yaxını əsir edilib 

aparılmışdı

272


.  Qaraqoyunlu  hökmdarı  Kəmaləddin  Qara  Yusif  (1389-1421)  də  Təbrizi 

paytaxt  şəhəri  kimi  seçmişdi.  Təbriz  onun  oğlu  Cahanşahın  (1438-1467)  dövründə  də 

sərhədləri Xorasandan Şam diyarına, İran körfəzindən Qafqaza qədər olan Azərbaycan 

dövlətinin paytaxtı olmuşdu. Elmi və mədəni tərəqqiyə böyük əhəmiyyət verən, Həqiqi 

təxəllüsü ilə çox gözəl türkcə və farsca şerlər yazan Cahanşahın özü də yüksək intellekt 

sahibj hömdar  idi. O, Təbrizin tikilib abadlaşması üçün çox iş görmüş, Göy məscid və 

mədrəsə  kompleksini

273


  və  Müzəffəriyyə  mədrəsələrini  inşa  etdirmişdi.  Cahanşah 

dövrün məşhur alimi Cəlaləddin Dəvvanini Müzəffəriyyə mədrəsəsinə müdərris təyin 

etmişdi.  Cahanşahın  xanımı  da  Təbrizdə  böyük  bir  məscid  və  mədrəsə  inşa 

etidirmişdi

274

.  Azərbaycan  Ağqoyunlu  imperatorluğu  dövründə  də  Təbriz  müsəlman 



şərqinin  böyük  elm  və  mədəniyyət  mərkəzlərindən  biri  olmuşdu.  Uzun  Həsən 

mücahidliyi  ilə  yanaşı  elm,  mədəniyyət  və  sənətə  böyük  diqqət  yetirən  hökmdar  idi. 

Cəlaləddin  Dəvvani  özünün  ‚Əxlaqi-Cəlali‛  adlı  əsərini  imperator  Uzun  Həsənə  ithaf 

etmişdi.  Alimin  ‚Ərznamə‛  adlı  risaləsi  isə  Ağqoyunlu  dövləti  ordusuna  həsr 

olunmuşdu.  Tarixçi  Əbu  Bəkr  Tehrani,  riyaziyyatçı  Mahmud  Can,  fəqih  və  ədib  Qazi 

Məsihəddin  İsa  Savəci,  ilahiyyatçı  Cəlaləddin  Dəvvani,  riyaziyyatçı  Əli  Quşçu,  tarixçi 

İdris Bidlisi, fizik Muhəmməd ibn Mənsur hökmdar Uzun Həsənin yaxın ətrafında olan 

və Təbrizdə yaşamış dövrün məşhur alimləri idilər

275

.  


Ağqoyunlular  dövründə  də  Təbriz  şəhərində  çox  sayıda  ictimai  və  iaşə  binaları, 

mədrəsələr,  məscidlər,  karvansaraylar,  hamamlar  inşa  edilmişdi.  XVII  əsrdə  Təbrizdə 

olmuş  türk  səyyahı  Övliya  Çələbi  bu  şəhərdə  47  mədrəsə,  7  darü’l-hədis  və  bir  neçə 

darü’l-qurranın  fəaliyyət  göstərdyini  qeyd  etmişdi

276

.  Səyyah,  Cahanşah  mədrəsəsinin 



                                                 

272


 ONULLAHİ, həmin əsər, s. 67; MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 350.  

273


 MİNORSKİY, Tarixi-Təbriz, s. 85. 

274


 İsmail Hakkı UZUNÇARŞILI, Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri, s. 181, 186, Ankara 1988. 

275


 UZUNÇARŞILI, həmin əsər, s. 225. 

276


 ÖVLİYA ÇƏLƏBİ, Səyahətnamə, s. 250. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə