Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə28/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   24   25   26   27   28   29   30   31   ...   187

zərərli  olduğunu  yazır

229


.  Övliya  Çələbi  isə  aşağıda  qeyd  edəcəyimiz  kimi  bunun  tam 

əksini yazır. H. Qəzvini həmçinin qeyd edir ki, Şabranda keyfiyyətli taxıl və digər dənli 

bitkilər  yetişir

230


.  Hüdudü’l-Aləm  müəllifi  bu  şəhərin  adını  Şavuran 

[

ٕانٝاش



]

  kimi  qeyd 

edərək  burada  əldə  edilən  məhəng  daşının  ixrac  olunduğunu  yazır

231


.    Bu  əsərin 

naməlum  müəllifi  həmçinin  qeyd  edir  ki,  Şabran,  Dərbənd  və  Bakı  Xursan 

[

ٕاٌهـ


]

 

vilayətinin şəhərləridir



232

. Əbdürrəşid Bakuvi və Sadiq İsfəhani Şabranın Babü’l-Əbvab 

(Dərbənd)  nahiyəsində  şəhər  olduğunu  və  çahi-Bijənin  də  burada  olduğunu 

bildirirlər

233

.  Çahi-Bijən,  yəni  Bijənin  quyusu  Firdovsinin  ‚Şahnamə‛sində  də  qeyd 



olunan qədim İran əsatirindəki bir istilahdır. Bu əsatirə görə İran şahı Keyxosrov Turan 

məmləkətinə  sərkərdə  Bijəni  ordu  ilə  göndərmiş,  Bijən  Turan  hökmdarı  Əfrasiyabın 

(Alp  Ər  Tunqa)  qızı  Mənijəni  görüb  ona  aşiq  olmuşdu.  Bu  səbəbdən  də  Əfrasiyabın 

qəzəbinə  tuş  gəlmiş  və  bir  quyuya  atılaraq  7  il  orada  qalmışdı.  Nəhayət  Rüstəmi-Zal 

gəlib onu bu quyudan xilas etmişdi. Böyük ehtimalla bu iki müəllif yanılmışdılar. Bijən 

quyusu  adı  ilə  məşhur  olan  zindan  Şabranda  deyil,  Uyğurstandakı  Qaraqorum 

şəhərində idi.  

Daha  əvvəl  yazdığımız  kimi  Şabran  haqqında  ən  geniş  məlumat  verən  mənbə  Övliya 

Çələbinin  (1611-1672)  ‚Səyahətnamə‛sidir.  Müəllif  yazır:  ‚Əvsafi-Şaburan:  Şirvan 

vilayəti  hökmündə  müzəyyən  (bəzədilmiş,  gözəl-E.N)  bir  şəhərdir.  Lakin  Dəmirqapı 

vilayətinə  aid  edilir.  Qədim  zamanlarda  İsfəndiyar  şah  tərəfindən  bina  edilmişdir. 

Sonra Hülagü moğolu gəlib şəhəri yerlə yeksan edib, əhalisini qırıb evlərini yıxmışdır. 

Sonra  şəhər  yenidən  bərpa  edilmişdi.  Nəhayət  sultan  III  Muradın  (1574-1595)    vəziri 

Özdəmiroğlu Osman paşa Dərbəndi fəth edərkən Şaburan əhalisi də ona itaət etmiş və 

bu  şəhər  sancaqbəyliyi  məzkəzi  olmuşdu....Havasına  və  suyuna  görə  Təbrizdən  sonra 

İranda mədh olunan şəhər budur. Şabran şəhəri yetmiş məhəllədən ibarətdir və orada 

yetmiş mehrab (məscid) var. Məşhur cameləri (cümə məscidləri) bunlardır: Toxmaq xan 

came,  Əfşar  xan  came  və  Uzun  Həsən  came.  Uzun  Həsən  camenin  misli  bərabəri  heç 

                                                 

229


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 93-94. 

230


 Yenə orada 

231


 ANONİM, Hüdudü’l-Aləm, s. 123. 

232


  Yenə  orada.  Sözü  gedən  Xursan  vilayəti  Xorasanın  deformasiyaya  uğramış  forması  ola  bilər.  Çünki  Dağıstanın 

cənubundakı  Təbərsəran  (indiki  adı  ilə  Tabasaran)  vilayəti  Təbəristanın  təhrifə  uğramış  formasıdır.  Bu  haqda  A. 

Bakıxanov da yazmışdır. Bax: Gülistani-İrəm, s. 24. 

233


 BAKUVİ, Təlxisü’l-Asar, s. 125; İSFƏHANİ, Geographical Works, s. 108.  


yerdə  yoxdur.  Hətta  Özdəmiroğlu  Osman  paşa  hər  cümə  günü  böyük  bir  dəstə  ilə 

Dərbənddən  gəlib  burada  ibadət  edərmiş.  Bu  qədim  ibadətgahın  divarları  buqələmun 

dərisi  kimi  rəngdən  rəngə  bürünür.  Mərmərlərindəki  oyma  naxışlar  isə  hətta 

memarlıqda  mahir  olanları  heyrətə  salır.  Şəhər  Müskür  vadisində  məhsuldar  bir 

məkanda mövcuddur. Şabranın 7 nahiyəsi var və hər biri bir səyyarənin (planet) adı ilə 

adlandırılmışdır‛

234

.   


Bu gün xarabalıqları Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında, Şabrançayın iki 

sahilində  təqribən  40-50  hektardan  çox  sahəni  əhatə  edən  qədim  Şabranın

235

  indiyə 



qədər  cəmi  4,5  km

2

  sahəsində  arxeoloji  qazıntılar  aparılmışdır



236

.  Şəhərin  XVIII  əsrə 

qədər intensiv yaşayış məskəni olduğu məlum olmuşdur

237


. Azərbaycanda IX əsrə aid 

edilən  kanalizasiya  sistemi  ilk  dəfə  Şabranda  açılmışdır.  Şərqin  ən  böyük 

zərbxanalarından biri məzh Şabranda yerləşmişdi

238


. XIV-XV əsrlərdə bu zərbxanalarda 

mis və gümüş pullar zərb olunurdu

239

.  


Orta əsrlərdə Azərbaycanda Firuzqubad  və ya Firuzabad adı ilə tanınan iki şəhər var 

idi.  Bunlardan  biri  Azərbaycanın  cənubunda  Xalxal  şəhərindən  1  fərsəx  (5,68  km) 

aralıda,  digəri  isə  Babü’l-Əbvab  (Dərbənd)  mahalında  yerləşirdi

240


.  Dərbənd 

yaxınlığındakı  qala  daha  çox  Firuzqubad  kimi  şöhrət  tapmışdı.  Vaxt  ötdükcə 

‚Firuzqubad‛  adı  qısalaraq  ‚Quba‛  formasını  almışdı.  İbn  Xordadbehin  (öl.  912) 

əsərində Firuzqubad şəhərinin adına rast gəlirik, müəllif şəhərin adını Ləkz vilayəti ilə 

yanaşı çəkir

241


. Həmidullah Qəzvini Firuzqubadı gözəl iqlimli, çoxlu gözəl yerləri olan 

məkan  kimi  təsvir  etmişdi

242

.  Yaqut  əl-Həməvi  Firuzqubad  qalasını  şah  Ənuşirvanın 



tikdirdiyini  və  şəhərin  onun  atası  Firuz  oğlu  I  Qubadın  (488-531)  şəhərəfinə 

adlandırıldığını  yazır

243

.  Düşünürük  ki,  indiki  Quba  və  Qusar  rayonları  ərazisində  bir 



deyil, bir neçə qala və qəsr mövcud olmuşdur. Çünki ‚Qusar‛ adının da ərəbcə ‚qəsr‛  

                                                 

234

 Mehmed Zılli ibn Dərviş ÖVLİYA ÇƏLƏBİ, Səyahətnamə, (Nşr. Ə. Cəvdət), C. II, s. 305, İstanbul 1314. 



235

 GÖYÜŞOV, həmin əsər, s. 142. 

236

  Tarix  DOSTİYEV,  ‚Orta  Əsr  Şabran  Şəhərinin  Arxeoloji  Təqdimatının  Bə’zi  Nəticələri‛,  Azərbaycan 



Arxeologiyası, C. I, S. 3-4, Bakı 1999, ss. 60-72. 

237


 GÖYÜŞOV, həmin əsər, s. 142; DOSTİYEV, həmin məqalə

238


 GÖYÜŞOV, həmin əsər, s. 142. 

239


 DOSTİYEV, həmin məqalə

240


 YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. V, s. 286. 

241


 İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 39.  

242


 Nüzhətü’l-Qülub, s. 93. 

243


 Mu’cəm, C. V, s. 286. Həmiçinin bax: MİNORSKİY, İstoriya Şirvana i Derbenta X-XI vekov, s. 214. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə