Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə24/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   20   21   22   23   24   25   26   27   ...   187

düşdüyünü  görürük.  Məsələnə  əslən  İranın  Rey  şəhərindən  olanların  ‚Razi‛,  Mərv 

şəhərindən olanların isə ‚Mərvəzi‛ nisbəsi ilə tanındıqları kimi.  

Yaqut  əl-Həməvi  Miyanə  şəhəri  haqqında  söz  açarkən  bu  şəhərin  adının  farsca  ‚ara‛ 

mənasını ifadə etdiyini, Təbriz ilə Marağa arasında yerləşdiyi üçün bu adla tanındığını, 

adı çəkilən bu üç şəhərin coğrafi mövqelərinə görə üçbucaq təşkil etdiyini qeyd edir

183


Deyə  bilərik  ki,  Yaqut  əl-Həməvi  burada  bir  qədər  yanılıb.  Çünki  Miyanə  Təbriz  ilə 

Marağa  arasında  yerləşmir.  Bu  üç  şəhər  arasında  qalan  sahə  isə  həqiqətən  üçbucağa 

bənzəyir. Ola bilsin ki, Miyanə Marağa ilə Ərdəbil

184

 və ya Marağa ilə Xalxal arasında 



yerləşdiyi  üçün  bu  adı  almışdı.  X  əsr  coğrafiyaşünasları  əl-Məqdisi

185


  və  əl-İstəxrinin 

əsərlərində bu şəhərin adı çəkilir. əl-İstəxri Ərdəbildən Miyanəyə 20 fərsəx (113,7 km), 

Miyanədən  Xunəyə  7  fərsəx  (39,79  km)  məsafə  olduğunu  yazır

186


.  XIV  əsr  müəllifi 

Həmidullah  Qəzvini  isə  Miyanənin  bir  vaxtlar  əhəmiyyətil  şəhər  olduğunu,  indi  isə 

böyüklüyünə  görə  kəndi  xatırlatdığını  yazır

187


.  Ehtimal  ki,  XIII  əsrin  əvvəllərində 

gürcülərin,  xarəzmlilərin,  sonra  isə  moğolların  Azərbaycana  etdikləri  dağıdıcı 

yürüşlərin ağır nəticələri, bir çox şəhər kimi, Miyanədən də yan keçməmişdir. 

Bəlazuri  əsərində  Sasani  şahı  Ənuşirvanın  (I  Xosrov)  Bəsfürrəcan  torpağında  Nəşəva, 

yəni  Naxçıvan  şəhərini  bina  etdiyini  yazır

188


.  Həmidullah  Qəzvini  isə  bu  şəhərin 

təməlinin  Sasanilərdən  Bəhram  Çubinin  (590-591)  qoyduğunu  yazır

189

.  Ümuniyyətlə 



orta  əsr  ərəbdilli  mənbələrində  Naxçıvan  sözünün  müxtəlif  yazılışlarına  rast  gəlirik. 

Bəlazuri,  İstəxri,  İbn  Xordadbeh  kimi  IX-X  əsr  müəlliflərinin  əsərlərində  şəhərin  adı 

daha  çox  Nəşəva 

[

 َٰٟٞشَٗ



 ٰ 

]

190



,  bu  diyarda  yetişmiş  tanınmış  şəxsiyyətlərin  isə  Nəşəvi 

[

١ٞشٗ



]

  nisbəsi  ilə  tanındığını  görürük.  Onu  da  qeyd  edək  ki,  klassik  ərəb 

coğrafiyaşünaslarının  əsərlərində  şəhərin  adı  Naxçıvan  kimi  qeyd  olunur,  vilayət  isə 

Bəsfürrəcan  kimi  tanınırdı.  Sonrakı  əsrlərdə  isə  Nəxcuvan 

[

ٕاٞعفٗ


]

,  Nəqcuvan 

[

ٕاٞعوٗ


]

                                                 



183

  Mu’cəmü’l-Büldan,  C.  VI,  368.  ‚Miyan‛    sözü  pəhləvi  dilində  ‚orta,  ara,  iç‛  mənalarını  ifadə  edir.  Bax:  Mehmet 

KANAR, Büyük Farsça-Türkçe Sözlük, s. 631, İstanbul 1993. 

; S. KLEVTSOVA, Russko-Persidskiy Slovar, s. 663, Tehran 1374. 

184

 BARTOLD, ‚Azerbaycan ve Ermenistan‛. 



185

 Əhsənü’t-Təqasim, s. 190. 

186

 Məsalikü’l-Məmalik, s. 76. 



187

 Nüzhətü'l-Qülub, s. 88. 

188

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 274. 



189

 Nüzhətü'l-Qülub, s. 90. 

190

 İBN XORDADBEH, Məsalik, s. 82; İSTƏŞRİ, Məsalik, s. 76; BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 247. 




Nəqşuvan 

[

ٕاٞشوٗ



]

  formasında  da  yazıldığının  da  şahidi  oluruq.  Belə  fərqli  yazılışların 

meydada  çıxmasının  əsas  səbəbi  fikrimizcə  ərəb  dilində  ‚ç‛  səsinin  və  hərfinin 

olmaması,  həmçinin  şəhərin  adının  bir  qədər  uzun  olmasıdır.  Bu  səbəbdən  də  ərəb 

müəlliflər şəhərin adını tələffüz etdikləri kimi, ‚Nəşəva‛ formasında qeyd etmişdilər.  

Naxçıvan  Həbib  ibn  Məsləmə  əl-Fıhrinin  (ا)  başçılıq  etdiyi  xilafət  ordusu  tərəfindən 

döyüşsüz  fəth  olunaraq  xilafətə  birləşdirilmişdi.  Həbib  ibn  Məsləmə  ilə  Naxçıvan 

ağsaqqalları  arasında  əhdnamə  bağlanmışdı.  Əhməd  əl-Bəlazuri  bu  əhdnamənin, 

yuxarıda  haqqında  danışdığınız,  Düveynlə  bağlananla  eyni  şərtləri  ehtiva  etdiyini 

yazır


191

.  Yaqut  əl-Həməvi  deyir:  ‚Nəşəva...Azərbaycanda  şəhərdir.  Bəzilərinə  görə  isə 

Arranın  Ərməniyyə  ilə  həmsərhəd  olan  şəhəridir.  Xalq  arasında  Naxcuvan  və  ya 

Naqcuvan da deyirlər...‛

192

. Əbdürrəşid Bakuvi yazır: ‚Naqcuvan...divarları və içqalası 



(əhmədək-E.N)  olan  Azərbaycanda  gözəl  şəhərdir.  Şəhər  düzənliyin  ortasında  yüksək 

yerdə  bina  olunub.  Bu  yerdən  Araz  çayı  görünür.  Bağlı-bostanlı,  meşəli,  meyvəli  və 

çörəkli  yerdir.  Havası  təmiz,  suyu  şirindir...‛

193


.  Əcaibü’d-Dünya  müəllifi  isə  yazır: 

‚Deyilənlərə  görə  Sən’ada  (Yəmən-E.N)  üzümün  70  çeşidi  yetişir.  Fəqət  Naxçıvanda 

yetişən  ləzzətli  və  zərərsiz  üzüm  kimisi  heç  yerdə  yoxdur.  Nə  qədər  yeyilsə  də  zərəri 

olmur‛


194

.  


Naxçıvan orta əsrlərdə ən parlaq günlərini Azərbaycan Atabəyləri dövündə yaşamışdı. 

Eldənizli hökmdarları şəhərin abadlığı, iqtisadi, ictimai, elmi və mədəni tərəqqisi üçün 

böyük işlər görmüşdülər. Bu dövrdə Naxçıvanda bir sıra mühüm əhəmiyyətli binalar, o 

cümlədən  elm  ocaqları,  mədrəsələr  tikilib  istifadəyə  verilmişdi.  Adak.  Z.  Bünyadov 

Naxçıvanın  Eldənizlilər  dövründəki  həyatı  barədə  ətraflı  tədqiqat  aparmışdır

195


Azərbaycanın  bir  sıra  şəhərləri  kimi  Naxçıvan  da  moğol  işğalı  vaxtı  çoxsaylı  insan 

tələfatı  ilə  müşayət  olunmuş  ağır  dağıntıya  və  tənəzzülə  məruz  qalmışdı.  Lakin 

Həmidullah Qəzvinin verdiyi məlumatlardan moğol işğalının ardınca gələn Elxanilərin 

hakimiyyəti  illərində  Naxçıvanın,  ətrafındakı  Əcnan,  Ordubad,  Azad  və  Maku  kimi 

yaşayış məntəqələri ilə birlikdə, dirçəldiyi və yenidən abadlaşdığı məlum olur. Müəllif 

                                                 

191


 BƏLAZURİ, Fütuhü’l-Büldan s. 247. Ətraflı məlumat üçün bax: NƏSİROV, Raşidi Xəlifələr....s. 75-76. 

192


 YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. VI, s. 421, 437. 

193


 Əbdürrəşid ibn Saleh əl-BAKUVİ, Təlxisü’l-Asar və Əcaibü’l-Məlikü’l-Qəhhar, (Trc. Z. Bünyadov), s. 132, Bakı 1992. 

194


 Əcaibü’d-Dünya, s. 101. 

195


 BÜNYADOV, Azərbaycan Atabəyləri..., s. 189-193.  


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə