Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə23/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   19   20   21   22   23   24   25   26   ...   187

Moğol  hücumu  vaxtı  Marağa  tamamilə  dağıldılmış,  əhalisi  qılıcdan  keçirilimişdi. 

Moğolların  Marağaya  ilk  hücumu  30  mart  1221-ci  ildə  baş  vermişdi.  Şəhər  xalqının 

inadla  müqavimət  göstərməsinə  baxmayaraq  moğollar  Marağanı  alıb  dəhşətli  qətliam 

törətmişdilər.  Onlar  aldıqları  əsirləri  ‚moğollar  getdilər‛  deyə  bağırmağa  məcbur 

edərək gizlənənləri də ortaya çıxarmış və qətlə yetirmişdilər. Beləcə Marağa əhalisinin 

edmək  olar  ki,  hamısı  öldürülmüşdü.  Moğollar  daşıya  bildikləri  malları  talan  etmiş, 

apara bilmədiklərini isə oda vermişdilər

172


.    

Həmidullah  Qəzvini  Marağanın  əvvələr  Azərbaycanın  paytaxtı  olduğunu,  indi  (XIV 

əsr)  isə  öz  yerini  Təbrizə  buraxdığını  qeyd  edir

173


.  Müəllif  həmçinin  yazır:  ‚Buranın 

əhalisi türk irqinə bənzər ağbənizdir. Əksəriyyəti hənəfi məzhəbinə mənsubdur. Onlar 

ərəb  dili  ilə  qarışmış  pəhləvi  (azəri-E.N)  dilində  danışırlar‛

174


.  Həmidullah  Qəzvini 

Marağa ətrafında dənli bitkilər, pambıq, üzüm və s. meyvələrin yetişdirildiyini, Marağa 

şəhəri və vilayətindən dövlət xəzinəsinə illik 255.500 dinar vergi daxil olduğunu yazır. 

Müəllif həmçinin Nəsrəddin Tusinin Hülagü xanın dəstəyi ilə Marağada inşa etdirdiyi 

rəsədxanadan da bəhs edir

175


.       

Yaqut  əl-Həməvi  qədim  yunan  coğrafiyaşünası  Ptolomeyin  (II  əsr)  Mərənd  haqqında 

məlumat  verərək  bu  şəhərin  uzunluq  və  en  dairələrini  qeyd  etdiyini  bildirir.  O, 

həmçinin yazır ki, Mərənd Azərbaycanın məşhur şəhərlərindəndir və Təbrizlə arasında 

iki  günlük  məsafə  var

176


.  İbn  Xordadbeh  Təbriz  ilə  Mərəndə  arasında  10  fərsəx  (56,85 

km)  məsafə  olduğunu  yazır

177

.  Əhməd  əl-Bəlazuri  (IX  əsr)  Mərəndin  kiçik  bir  kənd 



olduğunu,  gəlmə  yəmənli  ərəblərdən  Əbu  Bəis  əl-Əzdinin  orada  məskunlaşdığını, 

orada möhkəm divarları olan qala tikdirdiyini, bu yerlərdə ondan sonra oğlu Bəisin və 

onun oğlu Muhəmməd ibn Bəisin hakim olduqlarını qeyd edir

178


. Muhəmməd ibn Bəis 

həmçinin  Təbriz  və  Şahi  qalalarının  da  sahibi  idi

179

.  IX  əsrin  birinci  yarısında  xürrəmi 



üsyanı davam edərkən Muhəmməd ibn Bəis sahib olduğu qala və istehkamları Babəkə 

                                                 

172

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 332-333. 



173

 Həmidullah Mustəvfi QƏZVİNİ, Nüzhətü’l-Qülub, (Trc. G. Le Strange), s. 78, London 1919. 

174

 Həmin əsər, s. 88. 



175

 Yəni orada

176

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. VI, s. 176. 



177

 Məsalikü’l-Məmalik, s. 68. 

178

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 462. 



179

 Seyidağa ONULLAHİ, XIII-XVII Əsrlərdə Təbriz Şəhəri, s. 41, Bakı 1982. 




təslim etmişdi. Lakin Abbasilərin xürrəmi üsyanını yatırmaqda əzmli olduğunu görüb 

müttəfiqi Babəkdən ayrılmış və yenidən xilafətin xidmətinə daxil olmuşdu

180

. XIII əsrin 



əvvəllərində  Azərbaycanda  olmuş  Yaqut  əl-Həməvi  yazır  ki,  indi  Mərəndin 

xarabalıqları  qalıb  və  gürcülər  Azərbaycana  hücum  etdikləri  vaxt  bu  şəhərin  əhalisini 

əsir  apardıqları  üçün  indi  orada  heç  kim  yaşamır

181


.  Belə  məlum  olur  ki,  Mərənd  bu 

hücumdan  sonra  uzun  müddət  yarıdağılmış  vəziyyətdə  qalmışdır.  Çünki  Həmidullah 

Qəzvini  (XIV  əsr)  Mərəndin  böyük  şəhər  olduğunu,  onun  qala  divarlarının 

uzunluğunun 8000 addım (6,43 km) olduğunu, lakin indi bu divarların sadəcə yarısının 

dağılmadan  qaldığını  yazır.  O,  həmçinin  qeyd  edir  ki,  Mərənd  ətrafında  60  kənd  var. 

Mərənd torpaqlarının məhsuldar olduğunu yazan müəllif qeyd edir ki, burada pambıq, 

üzüm,  qaysı  və  heyva  becərilir.  Kəndləri  ilə  birlikdə  Mərəndin  Elxanilərin  xəzinəsinə 

verdiyi illik verginin miqdarı 24 min dinar olmuşdu

182



Miyanə  şəhərində,  irəlidə  görəcəyimiz  kimi,  bir  çox  azərbaycanlı  alim  yetişmişdir.  Bu 



şəxslər ‚Miyanəci‛ nisbəsi ilə tanındıqları üçün, bir çox hallarda, yanlışlıqla şəhərin adı 

‚Miyanəc‛ kimi qeyd olunmuşdur. Halbuki şəhərin adı Miyanədir. İstər ərəb, istərsə də 

fars dillərində nisbə tərtib olunarkən dilin qrammatik xüsusiyyətlərinə diqqət yetirilir. 

Məsələn Gəncə və Baku şəhərlərinin adları  saitlə  bitdiyi üçün  sonuna ‚i‛  samiti əlavə 

olunmur. Əks təqdirdə Gəncəi və ya Bakui kimi əcaib forma meydana çıxa bilər. Araya 

‚vav‛ 


[

ٝ

]   samiti  əlavə  olunaraq  Gəncəvi,  Bakuvi  nisbələri  meydana  gətirilir.  O 



cümlədən  Miyanə  sözü  də  saitlə  bitdiyi  və  bu  şəhərə  aid  edilən  nisbə  ‚Miyanəi‛  ola 

bilməyəcəyi üçün araya ‚cim‛  [

ض

]  samiti əlavə olunaraq ‚Miyanəci‛ nisbəsi alınmışdır. 



Fəqət niyə ‚vav‛ deyil ‚cim‛ samiti? Düşünürük ki, bu Miyanə sözünün fasrca olması 

səbəbiylədir və farsca Miyanəgi 

[

یگٗا٤ٓ


]

 nisbəsi ərəbcə yazıldığı zaman, bu dildə ‚g‛ səsi 

və  hərfinin  olmaması  səbəbiylə,  ‚c‛ya  dönmüşdür.  Eynən  ‚Azərbaygan‛  sözünün 

ərəbcə ‚Azərbaycan‛ yazılması kimi. Eyni mülahizəni ‚Xunəci‛ nisbəsinə də aid etmək 

olar. Xunə, yəni qədim azəricədə ev mənasını ifadə edən bu şəhərin adına nisbə tərtib 

edilərkən ‚Xunəgi‛, ərəbcə yazılışı ilə ‚Xunəci‛ formasını almışdır. Ümimiyyətlə şəhər 

adlarından  nisbə  tərtib  edilərkən  bəzən  həmin  şəhərin  adının  ‚tanınmaz‛  hala 

                                                 

180

 BÜNYADOV, həmin əsər, s. 235, 246. 



181

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. VI, s. 176. 

182

 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 89. 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə