Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə21/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   17   18   19   20   21   22   23   24   ...   187

məzhəbində  olduğunu,  ətrafındakı  20  kəndlə  birlikdə  Əhərdən  dövlət  xəzinəsinə  illik 

15 min dinar vergi daxil olduğunu qeyd edir

142

.    


Ərdəbil  haqqında  məlumat  verən  Həmidullah  Müstəvfi  bu  şəhərin  təməlinin  kəyani 

şahlarından Siyavuşun oğlu Keykavus tərəfindən qoyulduğunu yazır

143

. Hələ Sasanilər 



dövründə  inzibati  mərkəz  olan  Ərdəbil  Azərbaycanın  ən  böyük  şəhərlərindən  birinə 

çevrilmişdi.  Nəhavənd  döyüşündən  (642)  sonra  Hüzeyfə  ibnü’l-Yəmanın  (ا) 

komandanlıq etdiyi xilafət ordusu Ərdəbili fəth etmişdi. Hüzeyfə ibnü’l-Yəman illik 800 

min  dirhəm  cizyə  ödəmək  şərti  ilə  Ərdəbil  əhalisi  ilə  əhdnamə  bağlamışdı

144

.  Xilafət 



dövründə  baş  vermiş  xəzər-ərəb  müharibələrində  xəzərilər  tərəfində  dağıldılıb  əhalisi 

qılıncdan keçirilən Ərdəbil

145

 Salarilər və Sacilər dövründə Azərbaycanın əsas şəhərinə 



çevrilmişdi.  Hüdudü’l-Aləm  müəllifi  Ərdəbilin  qala  divarları  ilə  əhatə  olunmuş  böyük 

şəhər  olduğunu  və  Azərbaycan  hökmdarlarının  bu  şəhərdə  yaşadıqlarını  qeyd 

etmişdir

146


.  IX  əsrin  sonları-X  əsrin  əvvəllərində  Yusif  ibn  Əbü’s-Sac  Ərdəbili  özünün 

paytaxt şəhərinə çevirmişdi

147

. İbn Kəsirin verdiyi məlumatdan da Ərdəbilin bu dövrdə 



xeyli  böyük  və  əhalisi  çox  olan  bir  şəhər  olduğu  nəticəsini  çıxarmaq  olur.  İbn  Kəsir 

Ərdəbildə  baş  vermiş  iki  zəlzələdə,  893-cü  ildə  150  min  və  901-ci  ildə  də  təqribən  150 

min,  yəni  cəmi  300  min  insanın  öldüyünü  yazır

148


.  Bu  təbii  fəlakətlər  zamanı  şəhər 

əhalisinin  hamısının  qırılmadığını  nəzər  alsaq  IX-X  əsrlərdə  Ərdəbilin  əhalisinin  300 

mini ötdüyünü söyləyə bilərik.  

Həmidullah  Qəzvini  Ərdəbilin  soyuq  iqlimə  malik  olduğunu,  Savalan  dağından  axıb 

gələn  çayın  şəhəri  su  ilə  təchiz  etdiyini,  bu  suyun  həzm  üçün  xeyli  yararlı  olması 

səbəbiylə ərdəbillilərin qarınqulu olduqlarını yazır. Müəllif həmçinin şafi’i məzhəbində 

olan şəhər əhalisinin şeyx Səfiyəddin Ərdəbiliyə dərin ehtiramla yanaşdıqlarını yazır

149


Azərbaycana  səyahət  etmiş  Şəmsəddin  əl-Məqdisi  (947-990)  ərdəbillilərin  başqa 

məzhəbdən olanlara qarşı dözümsüz, eyni zamanda məkrli və qafil insanlar olduğunu 

                                                 

142

 QƏZVİNİ, Nüzhətü'l-Qülub, s. 85. 



143

 Həmin əsər, s. 83. 

144

 Bu haqda ətraflı məlumat üçün bax: NƏSİROV, Raşidi Xəlifələr...., s. 53. 



145

 ARTAMONOV, İstoriya Xazar, s. 213-214; BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 108, Bakı 1989. 

146

 Hüdudü’l-Aləm, s. 119-120. 



[

َ٤تقنأ


...

 ىِٞٓ هورٍٓ دٗاً

ٕاع٤تنلآ

]

 



147

 VƏLİXANLI, həmin əsər, s. 95. 

148

 İmadəddin İsmayıl ibn Ömər İBN KƏSİR, Bidayə və’n-Nihayə, (Trc. M. Keskin), C. XI, s. 130-131, 155-156, İstanbul 



1994. 

149


 Nüzhətü’l-Qülub, s. 83-84. 


yazır

150


Əcaibü’d-Dünya müəllifi isə ərdəbillilərin səxavətli və əliaçıq insanlar olduğunu 

qeyd  edir

151

.  İbn  Miskəveyh  Ziyari  hökmdarı  Vəşmgirin  (934-967)  səkərdələrindən 



Ləşkərinin  938-ci  ildə  Ərdəbilə  hücumunu  təsvir  edərkən  cəsur,  dözümlü  və  mətin 

insanlar  olan  ərdəbillilərin  silahdan  istitifadədə  mahir  olduqlarını  və  düşmənə  əzmlə 

müqavimət göstərdilərini yazır

152


. Yaqut əl-Həməvi də Ərdəbilə səyahət etdiyini, onun 

bu  şəhəri  tərk  etməsindən  sonra  moğolların  Ərdəbilə  hücum  etdiklərini,  şəhər 

əhalisinin  igidliklə  düşmənə  müqavimət  göstərdiklərin  yazır.  Müəllif  qeyd  edir  ki, 

şəhər müdafiəçiləri iki dəfə moğolların hücumunu dəf etmiş və şəhərə soxulan düşməni 

geri  oturtmuşdular.  Üçüncü  hücum  vaxtı  moğollar  Ərdəbili  zəbt  edərək  şəhər 

əhalisinin tamamına yaxınını qılıncdan keçirmişdilər. Belə ki, yalnız gizlənə bilənlər sağ 

qalmışdılar

153


.  

Həmidullah Qəzvini  Gəncə şəhərinin təməlinin h. 39-cu (659)  ildə qoyulduğunu qeyd 

etsə  də  bu  məlumat  digər  mənbələrlə  müqayisə  edildikdə  özünü  doğrultmur

154


.  M. 

Kalankatuklu  Gəncənin  Arran  və  Ərməniyyə  valisi  Muhəmməd  ibn  Xalid  ibn  Yəzid 

tərəfindən 846/7-ci ildə inşa edildiyini yazır

155


Şirvan və əl-Bab Tarixində isə Muhəmməd 

ibn  Xalidin  bu  şəhəri  h.  245-ci  (859)  ildə  bina  etdiyi  bildirilir

156

.  Ehtimal  ki,  Gəncə 



başlanqıcda hərbi məqsədlər üçün tikilmiş şəhərcik və ya düşərgə idi. Çünki onun inşa 

edildiyi  dövr  cənubi  Qafqazda,  daha  dəqiq  desək  Gürcüstanda  xilafət  əleyhinə 

çıxışların baş verdiyi bir dövr idi. Xalid ibn Yəzid, onun oğlu Muhəmməd və  Buğa əl-

Kəbir  kimi  sərkərdələr  bu  qiyamları  yatırmaq  üçün  Tiflis  və  onun  ətrafında  hərbi 

əməliyyatlar  keçirmişdilər

157


.  Bu  səbəbdən  də  yaşayış  məntəqəsi  kimi  uzun  müddət 

əhəmiyyət  kəsb  etmədiyi  üçün  IX-X  əsr  coğrafiyaşünasları  Gəncə  haqqında  təfsilatlı 

məlumat  verməmişdirlər

158


.  944-cü  ildə  Bərdənin  ruslar  tərəfindən  viran  edilib  xaraba 

qoyulmasından  sonra  Gəncə  ön  plana  çıxmış  və  Azərbaycanın  şimalındakı  inzibati  və 

                                                 

150


 Əhsənü't-Təqasim, s. 186. 

[

ةٛامُٔا َٛأ ٕٝنمؼ٣ لاٝ ،ةهاٞؼُا ٢ك ٕٝهظ٘٣ لا حِلؿٝهٌٓ َٛأ



]

; həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 

95. 

151


 Əcaibü’d-Dünya, s. 179. 

152


 Təcaribü’l-Üməm, C. IV, s. 442. 

153


 Mu’cəm, C. I, s. 93. 

154


 Nüzhətü’l-Qülub, s. 93. 

155


 Albaniya Tarixi, s. 197-198. 

156


 Vladimir MİNORSKİY, İstoriya Şirvana i Derbenta X-XI vekov, (Trc. A. Əlizadə), s. 47, Moskva 1963. 

157


 Bu haqda ətraflı məlumat üçün bax: BÜNYADOV, həmin əsər, s. 193 və davamı. 

158


 BARTOLD, Soçineniya, C. III, s. 405. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə